»»

Əhli-sünnə kitablarında İmam Hüseyn (ə) üçün ağlamağın fəziləti barədə mötəbər hədis varmı?

Bağışlayan və Mehriban Allahın adı ilə!

Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur, Onun salavat və salamı məxluqlarının ən xeyirlisi Muhəmmədə və ailəsinə olsun!

Bu yazı Peyğəmbərin (s) nəvəsi və reyhanəsi İmam Hüseyn ibn Əli ibn Əbu Talibə (ə) ağlamağın fəziləti barəsində əhli-sünnə mənbələrinə əsasən tərtib olunmuş araşdırmanın bəzi ixtisarlarla tərcüməsidir. Allah təvəkkül edirik!

Əbu Bəkr bin Malik əl-Qətii Əhməd ibn Hənbəlin «Fəzail əs-səhabə» kitabının ziyadəsində (əlavəsində) rəvayət edir:

حدثنا أحمد بن إسرائيل قال : رأيت في كتاب أحمد بن محمد بن حنبل رحمه الله بخط يده : نا أسود بن عامر أبو عبد الرحمن قثنا الربيع بن منذر ، عن أبيه قال: كان حسين بن علي يقول : من دمعتا عيناه فينا دمعة ، أو قطرت عيناه فينا قطرة ، أثواه الله عز وجل الجنة.

Əhməd bin İsrail bizə dedi ki, Əhməd bin Muhəmməd ibn Hənbəlin bir kitabda öz xətti ilə belə yazdığını gördüm: Əsvəd bin Amir Əbu Əbd ər-Rəhman deyir ki, Rəbi bin Munzir atasından nəql edir ki, Hüseyn bin Əli buyurur: «Kimin gözləri bizə görə yaşarsa, və ya bir damla göz yaşı axıtsa Uca Allah onu Cənnətdə məskunlaşdırar.»

Əhməd bin Hənbəl, Fəzail əs-səhabə, c.2, s.840-841, h.1154; Dar İbn Cəuzi, Ciddə, Səudiyyə Ərəbistanı; təhqiq: Vəsiyullah bin Əhməd Abbas (onlayn mənbə - Muəssisə ər-Risalə, Beyrut, 1403/1983 - 1, 2)

Ümumən, elm əhlinə məlumdur ki, «Fəzail əs-səhabə» kitabı 3 qismə ayrılır:

1. Əhməd bin Hənbəlin «Fəzail əs-səhabə»si

2. Abdullah bin Əhməd bin Hənbəlin «Fəzail əs-səhabə»si

3. Əbu Bəkr əl-Qətiinin «Fəzail əs-səhabə»yə əlavəsi

Ona görə də, rəvayəti qeyd edərkən bu fərq nəzərə alınır.

Birinci halda: Əhməd bin Hənbəl «Fəzail əs-səhabə»də rəvayət edir...

İkinci halda: Abdullah bin Əhməd bin Hənbəl «Fəzail əs-səhabə»də rəvayət edir...

Üçüncü halda: Əbu Bəkr əl-Qətii Əhməd bin Hənbəl «Fəzail əs-səhabə» kitabının əlavəsində rəvayət edir...

Mühəqqiq Vəsiyullah bin Əhməd Abbas haşiyədə yazır yazır:

أحمد بن إسرائيل شيخ القطيعي لم أجده والباقون ثقات.
الربيع بن منذر بن يعلى الثوري ثقة وثقه ابن معين.

Əhməd bin İsrail əl-Qətiinin şeyxlərindəndir. Amma onu müəyyən edə bilmədim, digər raviləri isə siqə (güvənilən) şəxslərdir.

Rəbi bin Munzir bin Yəla əs-Səvri siqədir və onun siqə olduğunu İbn Muin təsdiq edir.

 

Fotoşəkil: Əhməd bin Hənbəl, Fəzail əs-səhabə, c.2, s.840-841, h.1154; Dar İbn Cəuzi, Ciddə, Səudiyyə Ərəbistanı; təhqiq: Vəsiyullah bin Əhməd Abbas

Kitabı yükləmək üçün: ÜNVAN

Digər nəşr: Əhməd bin Hənbəl, Fəzail əs-səhabə, c.2, s.675-676, h.1154; Umm əl-Qura Universiteti, Məkkə, Səudiyyə Ərəbistanı, 1403/1983; təhqiq: Vəsiyullah bin Əhməd Abbas

Kitabı yükləmək üçün: ÜNVAN

Ümumilikdə bu rəvayətin sənədinə 4 irad mövcuddur. Biz onları bir-bir qeyd edib ardınca cavablarımızı təqdim edəcəyik.

Birinci irad:

Dr.Vəsiyullahın da qeyd etdiyi kimi Əhməd bin İsrailin məchul olduğu deyilir. Bununla bərabər o, digər bütün ravilərin siqə olduğunu bildirmişdir. Deməli, Dr.Vəsiyullahın rəyinə əsasən Əhməd bin İsraili problemi həll olunsa, başqa məsələ qalmır və rəvayətin sənədi mötəbərdir.

Əhməd bin İsrail – onun dörd adı var ki, həmin adlarda atasına deyil, babalarına istinad edilib. Bu barədə əl-Xətib əl-Bağdadi yazır:

ذكرُ أبي بكر أحمد بن سلمان بن الحسن النجاد

Əbu Bəkr Əhməd bin Salman bin Həsən ən-Nəccad...

هو: أحمد بن يونس القطيعي

o, Əhməd bin Yunus əl-Qətiidir

وهو: أحمد بن سلمان بن الحسن بن إسرائيل نسب إلى جد جده،

həmçinin o, Əhməd bin Salman bin Həsən bin İsraildir bin Yunusdur, Ömər onu babasının babasına nisbət vermişdir,

وهو أحمد بن إسرائيل الذي روى عنه أبو بكر بن مالك القطيعي.

həmçinin o, Əbu Bəkr bin Malik əl-Qətiinin ondan rəvayət etdiyi Əhməd bin İsraildir.

əl-Xətib əl-Bağdadi, əl-Muvazzah əhvam əl-cəm və ət-təfriq, c.1, s.464; Dar əl-Marifə, Beyrut, 1407/1987; təhqiq: Əbd əl-Muti Əmin Qəlaci (onlayn mənbə 1, 2, 3)

 

Fotoşəkil: əl-Xətib əl-Bağdadi, əl-Muvazzah əhvam əl-cəm və ət-təfriq, c.1, s.440; Dar əl-Fikr əl-İslamiyyə, Beyrut, 1405/1986; təhqiq: Əbd ər-Rəhman bin Yəhya əl-Mualimi

Həmçinin, «Tarixi Bağdad» kitabının 4-cü cildində (bəzi nəşrlərdə 5-ci cild) əl-Xətib deyir:

وَكَانَ صدوقا عارفا، جمع المسند وصنف فِي السنن كتابا كبيرا.

رَوَى عَنْهُ أَبُو بَكْرِ بْنُ مالك القطيعي، والدارقطني، وابن شاهين، وغيرهم من المتقدمين.

O, doğrudanışan və arif şəxs idi. «əl-Müsnəd» (adında kitab) toplamış və sünnə barədə böyük bir kitab yazmışdır.

Ondan Əbu Bəkr bin Malik əl-Qətii, əd-Darəqutni, İbn Şahin və digər qədim alimlər rəvayət etmişlər.

əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.4, səh. 412; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1417/1997; təhqiq: Mustafa Əbd əl-Qədir Ata (onlayn link 1, digər nəşr – 5/309 - 2, 3)

 

Fotoşəkil: Tarixi Bağdad, c.5, səh. 309-310, r.2149; Dar əl-Ğəriv əl-İslamiyyə, Beyrut, 1422/2002; təhqiq: Bəşar Əvvad Maruf (Kitabı yükləmək üçün: ÜNVAN)

Şəms əd-Din əz-Zəhəbi onun barəsində yazır:

الإمام، المحدث، الفقيه ، الحافظ ، المفتي ، شيخ العراق ...، حدث عنه أبو بكر القطيعي...

İmam, mühəddis, fəqih, hafiz, müfti və İraq şeyxidir... Ondan Əbu Bəkr əl-Qətii hədis nəql etmişdir...

Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.15, s.502-503; Muəssisə ər-Risalə, Beyrut, 1405/1985; təhqiq: Şueyb əl-Ərnaut (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.15, s.502-503; Muəssisə ər-Risalə, Beyrut, 1417/1996; təhqiq: Şueyb əl-Ərnaut

əd-Darəqutni isə deyir:

حدث من كتاب غيره بما لم يكن من أصوله

O, başqasının kitabından orada olmayan şeyi danışıb.

Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.15, s.502-503; Muəssisə ər-Risalə, Beyrut, 1405/1985; təhqiq: Şueyb əl-Ərnaut (onlayn mənbə 1,2)

 

Fotoşəkil: Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.15, s.502-503; Muəssisə ər-Risalə, Beyrut, 1417/1996; təhqiq: Şueyb əl-Ərnaut

Kitabı yükləmək üçün: ÜNVAN

əl-Muəllimi ona cavabında uzun bir kəlamla bəhs edərək xülasəsində bunu deyir:

لم ينكر عليه حديث واحد

Bir hədis belə (sənədi və ya məzmununun yalan, və ya zəif olması baxımından - Tərc.) onu inkar etmir.

Əbd ər-Rəhman əl-Muəllimi, ət-Tənkil bima fi tanib əl-Kausəri min əl-əbatil, c.1, s.308, əl-Məktəbə əl-İslamiyyə, 1406/1986; təhqiq: Nasir əd-Din əl-Əlbani (onlayn mənbə 1)

 

Fotoşəkil: Əbd ər-Rəhman əl-Muəllimi, ət-Tənkil bima fi tanib əl-Kausəri min əl-əbatil, c.1, s.308, əl-Məktəbə əl-İslamiyyə, 1406/1986; təhqiq: Nasir əd-Din əl-Əlbani

Kitabı yükləmək üçün: ÜNVAN

Bu da onun inanılan şəxs olduğuna hökm edir.

Hafiz Kəmal əd-Din ibn əl-Ədim deyir:

كان فقيها مفتيا ومحدثا متقنا، واسع الرواية، مشهور الدراية

O, fəqih, müfti, mühəddis, ustad, rəvayətdə geniş və dirayədə məşhur idi.

Bəğiyyət ət-Tələb fi Tarixi Hələb, c.2, səh.766; Dar əl-Fikr, Beyrut; təhqiq: Suheyl Zəkkar (onlayn mənbə: 1, 2)

 

Fotoşəkil: Bəğiyyət ət-Tələb fi Tarixi Hələb, c.2, səh.766; Dar əl-Fikr, Beyrut; təhqiq: Suheyl Zəkkar

Kitabı yükləmək üçün: ÜNVAN

Zəhəbi «Mizan əl-itidal» kitabında (c.1, s.101) onu «صح» - «Səhhə» adı ilə işarələmişdir və İbn Həcər də ondan nəql edərək deyir:

إذا كتبت صح أول الاسم فهي إشارة إلى أن العمل على توثيق ذلك الرجل

Əgər adın əvvəlində «səhhə» yazılıbsa, bu, həmin şəxsin təsdiqlədiyinə (tovsiqinin üzərinə) əmələ (yəni, əməlin doğru olduğuna) işarə edir.

İbn Həcər əl-Əsqəlani, Lisan əl-mizan, c.1, s.200; Məktəbə əl-Mətbuat əl-İslamiyyə, Beyrut, 1423/2002; təhqiq: Əbd əl-Fəttal Əbu Ğuddə (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Lisan əl-mizan, c.1, s.200; Məktəbə əl-Mətbuat əl-İslamiyyə, Beyrut, 1423/2002; təhqiq: Əbd əl-Fəttal Əbu Ğuddə

Kitabı yükləmək üçün: ÜNVAN

əl-Əlbani «İrva əl-ğalil» kitabında deyir:

وهو حافظ صدوق

O, hafizdir, səduqdur (doğru danışandır).

Nasir əd-Din əl-Əlbani, İrva əl-ğalil, c.3, s.40, Məktəbə əl-İslamiyyə, Beyrut, 1405/1985 (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: Nasir əd-Din əl-Əlbani, İrva əl-ğalil, c.3, s.40, Məktəbə əl-İslamiyyə, Beyrut, 1399/1979

Kitabı yükləmək üçün: ÜNVAN

Beləliklə, Dr.Vəsiyullah bin Muhəmməd Abbas sadəcə olaraq ravi barədə məlumat tapa bilməmişdir, ancaq göründüyü kimi ravi məlumdur və etibarlı şəxsdir. Dr.Vəsiyullahın başqa heç bir iradı olmamışdır və o digər ravilərin hamısının siqə şəxslər olduğunu bildirmişdir.

Bu rəvayətdə illaki xəta axtarıb tapmaq istəyən bəzi şəxslər isə bu rəvayətin sənədinədaha bir neçə cəhətdən irad bildirmişlər.

İkinci irad:

Əhməd bin İsrailin rəvayəti «vicadə»dir. Vicadə - luğətdə «tapmaq» deməkdir. Hədis istilahında bir ravinin özü ilə eyni dövrdə, yaxud fərqli bir dövrdə yaşayan mühəddisin, ravinin hədislərini o şəxsə aid əlyazmaları ilə tapmasına deyilir. Yəni, Əhməd bin İsrail bu hədisi Əhməd bin Hənbəlin əlyazısında görüb. «Vicadə» isə alimlər arasında qəbul baxımından ixtilaf mövzusudur.

Bu irada cavab olaraq bildiririk ki, «vicadə» barəsində alimlər ixtilaf etsələr də, məşhur rəy yenə ona əməl etməkdir.

Abdullah bin Yusuf əl-Cudəyh «Təhrir ulum əl-hədis» kitabının c.1, 155-ci səhifəsində deyir:

والتحرير : أن قبول والعمل بها صحيح معتبر، بشرط حصول الثقة بالموجود. ومذهب السلف في الرواية بها مشهورة

Təhrir (yazma, qeydə alma): Mövcuda inamın hasil olması şərtilə onun qəbul edilməsi və ona əməl etmək doğru və mötəbərdir. Sələf məzhəbinin də bu cür rəvayətləri məşhurdur.

Abdullah bin Yusuf əl-Cudəyh, Təhrir ulum əl-hədis, c.1, s.155; Muəssisə ər-Rəyyan, Beyrut, 1424/2003 (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: Abdullah bin Yusuf əl-Cudəyh, Təhrir ulum əl-hədis, c.1, s.155; Muəssisə ər-Rəyyan, Beyrut, 1424/2003

Kitabı yükləmək üçün: ÜNVAN

əl-Əlbani «əs-Silsilət əs-səhihə» kitabında deyir:

... "الوجادة" المذكورة في "علم المصطلح "، وقد تقرر فيه وجوب العمل بها، فراجع لذلك كتاب "الباعث الحثيث شرح اختصار علوم الحديث " للشيخ أحمد شاكر - رحمه الله تعالى-.

«Vicadə» - istilah (termin) elmində ona əməl etməyin vacib olması iqrar olunub. Bunun üçün Şeyx Əhməd Şakirin – rəhiməhullah təala – «əl-Bais əl-həsis şərh ixtisar ulum əl-hədis» kitabına müraciət et.

Nasir əd-Din əl-Əlbani, Silsilə əhadis əs-səhihə, c.7, s.368; Məktəbə əl-Məarif, ər-Riyad, 1422/2002 (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: Nasir əd-Din əl-Əlbani, Silsilə əhadis əs-səhihə, c.7, s.368; Məktəbə əl-Məarif, ər-Riyad, 1422/2002

Kitabı yükləmək üçün: ÜNVAN

Doktor Muhəmməd Muslih əz-Zəbinin «vicadə» barəsində bir bəhsi var. Həmin bəhsdə bunu qəbul edənlərin və qəbul etməyənlərin dəlillərini təqdim etdikdən sonra nəticədə deyir:

فإنني أميل إلى ترجيح رأي الفريق الاول القائلين بجواز العمل بالوجادة، وذلك لقوة أدلتهم ووضوحها كما أن الحاجة في هذه الأعصار تدعو للعمل بالوجادة لتوقف الإسناد وتعذر شروط الرواية، وصارت الكتب هي الوسيلة الوحيدة لنقل الحديث النبوي الشريف والتوقف عن العمل بالوجادة يؤدي لانسداد باب العمل بالمنقول والانتفاع بالحديث النبوي الشريف فقد قال ابن الصلاح: "فإنه لو توقف العمل فيها على الرواية لانسد باب العمل بالمنقول لتعذر شرط الرواية فيها"

Mən də «vicadə»nin qəbul və ona əməl edilməsinə hökm verən əvvəlkilərin fikrinə meyl edirəm. Bunun səbəbi, onların dəlillərinin güclü və aydın olmasıdır. Necə ki, həmin əsrlərdəki ehtiyac sənədin olduğuna və rəvayət şərtlərinin ağır olduğuna görə «vicadə»yə əməl etməyə çağırırdı. Kitablar Peyğəmbərin (s) hədislərini nəql edən yeganə vasitədirlər və «vicadə»yə əməl etməmək əməl məqamında nəql olunandan uzaqlaşmaya və peyğəmbərin (s) şərif hədisindən faydalanmamağa gətirib çıxaracaq. İbn Salah deyir: «Əgər əməl rəvayətə bağlıdırsa, rəvayətlərdəki üzr şərtlərinə görə əməllər qapısı bağlanmalı olacaq.»

Muhəmməd Muslih əz-Zəbi, əl-Vicadə suvaruha əhkamuha və siyağ əl-ədai fiha, səh.17 (onlayn mənbə 1)

Həmçinin, Əhməd bin Abdullah ət-Təbəri özünü «Zəxair əl-uqba» kitabında, əs-Səxavi «İsticlab irtiqa əl-ğuraf bi hubbi əqrəba ər-rəsul və zəvi əş-şərəf»də və digərləri rəvayəti qeyd etdikdən sonra yazırlar: «Əhməd «əl-Mənaqib»də təxric etmişdir.»

Bu da öz növbəsində Əhməd bin İsrailin «vicadə»sinin sağlam olduğunu dəstəkləyir.

Üçüncü irad:

Rəbi bin Munzir bin Yəla əs-Səvrini heç bir mötəbər şəxs «siqə» kimi tanımayıb.

Cavab olaraq deyək ki, Rəbi bin Munziri İbn Hibban güvənilən şəxslər barədə yazdığı «əs-Siqat» kitabında qeyd edir.

Muhəmməd b. Hibban əs-Sicistani, əs-Siqat, c.6, s.297, №7799; Dar əl-Fikr, Beyrut, 1395/1975; təhqiq: Seyyid Şərəf əd-Din Əhməd (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: Muhəmməd b. Hibban əs-Sicistani, əs-Siqat, c.6, s.297, №7799; Dairə əl-Marif əl-Usmaniyyə, 1393/1973; təhqiq: Muhəmməd Əbd əl-Muin Xan

Kitabı yükləmək üçün: ÜNVAN

əl-İcli «Mərifət əs-siqat» kitabında onun tərcümeyi-halında deyir:

كوفي ثقة

«Kufəlidir, siqədir».

Əhməd bin Abdullah bin Salif əl-İcli, Mərifət əs-siqat, c.1, s.356, r.461; Məktəbə əd-Dar, Mədinə, 1405/1985; təhqiq: Əbd əl-Əlim Əbd əs-Səlim əl-Bəstəvi (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: Əhməd bin Abdullah bin Salif əl-İcli, Mərifət əs-siqat, c.1, s.356, r.461; Məktəbə əd-Dar, Mədinə, 1405/1985; təhqiq: Əbd əl-Əlim Əbd əs-Səlim əl-Bəstəvi

Kitabı yükləmək üçün: ÜNVAN

Əgər deyilsə ki:

İbn Hibban və əl-İcli ricalda mütəsahildir... (Qeyd: mütəsahil – işin asanına qaçan mənasını verib, ravilərin cərhində yumşaq davranan şəxsə deyilir.)

Cavabında deyərik:

İbn Hibbanın mutəsahil olması məşhurdur. Ancaq ədaləti bütünlüklə tərk olunmur. Onun dediklərinin digər etibarlı şəxslərin sözlərinə uyğun olub-olmadığına baxılır. Əgər uyğun olsa, bu zaman sözü güclüdür.

Ancaq əl-İcliyə gəldikdə, onu necə mutəsahil hesab edə bilərik?! Aydındır ki, indi onun məsələləri ixtilaf mövzusudur. Onun mutəsahil olduğu əl-Muəlliminin sözünə əsasəndir, ondan sonra gələnlər də həmin sözə istinad ediblər. Ancaq axtarış aparsaq görərik ki, əl-İclinin rəyi məqbuldur. Necə ki, mühəqqiq Abdullah bin Yusif əl-Cudəyh özünün «Təhrir ulum əl-hədis» kitabında bu qənaətə gəlmişdir.

أطلق بعض المتأخرين أن العجلي يوثق المجهولين، وقد تتبعت كتاب العجلي المسمى: " معرفة الثقات من رجال أهل العلم والحديث، ومن الضعفاء , وذكرهم مذابهم وأخبارهم "، فوجدته في الغالب متين العبارة .... لذا فالواجب أن يعتبر له نقده، فإن جاءت عبارته على الموافقة لعبارة سائر النقاد فذاك ظاهر القبول، وإن خالف أخضعنا قوله لقواعد الترجيح عند اختلاف الجرح والتعديل، وإن انفرد وجب قبول قوله والاحتجاج به كغيره، حتى يتبين بالحجة خطؤه .

Bəzi qədim alimlər deyirlər ki, əl-İcli məchul şəxslərə «siqə» deyib. Mən əl-İclinin «Mərifət əs-siqat min ricali əhl əl-elm vəl-hədis, və min əz-zuəfa, və zikruhum və əxbaruhum» kitabını araşdırdım və əsasən möhkəm izah və dəlillərə rast gəldim... ...Buna görə də vacibdir ki, onun araşdırmaları və dəyərləndirmələri etibarlı sayılsın. Əgər dəyərləndirməsi digər şəxslərin dəyərləndirməsilə uyğun olsa, bunun qəbul edilməsi zahirdir. Əgər fərqli olsa, tərcih qaydalarına əsasən cərh və tədil baxımından verdiyi rəyə tabe olmalıyıq. Əgər yeganə rəyə sahib olsa, sözünü qəbul etmək vacibdir. Ta ki xətası dəlillə sübut olunanadək, digərləri kimi onun da sözü höccətdir.»

Abdullah bin Yusuf əl-Cudəyh, Təhrir ulum əl-hədis, c.1, s.324; Muəssisə ər-Rəyyan, Beyrut, 1424/2003 (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: Abdullah bin Yusuf əl-Cudəyh, Təhrir ulum əl-hədis, c.1, s.324; Muəssisə ər-Rəyyan, Beyrut, 1424/2003

Kitabı yükləmək üçün: ÜNVAN

Bəzi mühəqqiqlərin yumşaqlıq və güzəştə meyllilik ittihamları və bunun doğru olmadığı barədə təsbitləri ilə bağlı geniş bəhsləri vardır. Necə də olmasın, ər-Rəbinin «siqə» olması barədə təkcə o deyil, ondan əvvəl Yəhya bin Muin də rəy bildirib.

İbn Əbi Hatim «əl-Cərh və ət-tədil» kitabında Yəhya bin Muindən belə dediyini nəql edir:

الربيع بن ثور الثوري ثقة

ər-Rəbi bin Səvr əs-Səvri siqədir.

əl-Muəllimi bu kitabın 3 nömrəli haşiyəsində deyir:

لم أجده في تاريخ البخاري ولا الثقات وانما فيهما وفي غيرهما ترجمة الربيع بن المنذر بن يعلى الثوري يأتي في بابه وارى ان ابن معين إياه أراد

«Onu əl-Buxarinin «ət-Tarix»ində və «əs-Siqat»da tapa bilmədim. Həmin kitablarda Rəbi bin Munzir ibn Yəla əs-Səvri fəsli vardır. Düşünürəm ki, İbn Muin onu qəsd etmişdir.»

İbn Əbi Hatim, əl-Cərh və ə-tədil, c.3, s.455-456, r.2059; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut, 1371/1952 (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: İbn Əbi Hatim, əl-Cərh və ə-tədil, c.3, s.455-456, r.2059; Dairə əl-Məarif əl-Usmaniyyə, Hindistan (təsvir: Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut) 1371/1952

Kitabı yükləmək üçün: ÜNVAN

Daha əvvəl də qeyd etdiyimiz kimi, mühəqqiq Vəsiyyullah bin Muhəmməd Abbas da «Fəzail əs-sahabə»nin haşiyəsində (səh.840) bunun o şəxs olduğuna əminlik ifadə edir:

الربيع بن منذر بن يعلى الثوري ثقة وثقه ابن معين.

Rəbi bin Munzir bin Yəla əs-Səvri siqədir və onun siqə olduğunu İbn Muin təsdiq edir.

Beləliklə, Rəbi bin Munzirin «siqə» (güvənilən) olduğuna dair dəlillər bu qədər kifayət edər.

Dördüncü irad:

ər-Rəbi bin Munzir bin Yəla əs-Səvrinin atası Munzir bin Yəladır. Onun İmam Hüseyndən (ə) bir şey eşitməsi isbat olunmayıb.

Bu irada cavab olaraq deyirik ki, həqiqətdə Munzir İmamı (ə) görüb və onun müasiri olub. Dəlilimiz isə budur ki, o, ər-Rəbi bin Xuseymi görüb. İbn Xuseym hicrətin 63-cü ilində, yəni İmam Hüseynin (ə) şəhadətindən iki il sonra vəfat edib. Demək, Munzir də İmamla (ə) eyni vaxtda yaşayıb.

İbn Xuseym Peyğəmbəri (s) görüb, buna əsasən də Munzirin səhabəni görməsini inkar edə bilmərik. Onunla eyni zamanda yaşaması eşidilənin isbatlanmasına ehtiyac olmadan yanlışlıqdan xali olduğuna hökm verməyə kifayət edir ki, bu üslub da məşhurdur.

Hafiz əl-Hakim ən-Nisaburi «Mərifət ulum əl-hədis» kitabının 34-cü səhifəsində deyir:

هي متصلة بإجماع أئمة النقل، على تورع رواتها عن أنواع التدليس

Bu, (hədis) nəql imamlarının icmasına bağlıdır, belə ki, raviləri hədis uydurmaqdan uzaqdırlar.

əl-Hakim ən-Nisaburi, Mərifət ulum əl-hədis, s.34; Dar əl-Əfaq əl-Cədidə, Beyrut, 1400/1980; təhqiq: Dr. Seyid Muəzzəm Hüseyn (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, Mərifət ulum əl-hədis, s.34; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1397/1977; təhqiq: Dr. Seyid Muəzzəm Hüseyn

Kitabı yükləmək üçün: ÜNVAN

«əs-Səhih»in müəllifi Müslim bin Həccac kitabın müqəddiməsində deyir:

القول الشائع المتفق عليه بين أهل العلم بالأخبار والروايات قديماً وحديثاً: أن كل رجل ثقة، روى عن مثله حديثاً، وجائز ممكن له لقاؤه والسماع منه؛ لكونهما جميعاً كانا في عصر واحد، وإن لم يأت في خبر قط أنهما اجتمعا ولا تشافها بكلام، فالرواية ثابتة، والحجة بها لازمة، إلا أن يكون هناك دلالة بينة أن هذا الراوي لم يلق من روى عنه، أو لم يسمع منه شيئاً

Xəbər və rəvayət elminin əhli olan bütün ilk və son dövr alimlərin üzərində ittifaq etdikləri və geniş yayılmış görüş budur ki, əgər hər bir siqa kəs özü kimi birindən bir hədis rəvayət edərsə, eyni əsrdə yaşadıqlarına görə (həmin ravinin) onu görməsi və ondan (hədis) eşitməsi mümkündürsə, onların bir yerdə görüşmələrinə, şifahi danışmalarına dair hər hansı bir məlumat gəlməsə belə, həmin rəvayət sabit sayılır və onu hüccət kimi qəbul etmək qaçınılmazdır. Lakin bu ravinin hədisi rəvayət etdiyi kəsi görməməsinə və ya onu eşitməməsinə dair açıq-aydın bir dəlilin mövcud olması halı istisnadır.

Müslim bin Həccac, əs-Səhih, s.29-30; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut (onlayn mənbə 1, 2)

 

Fotoşəkil: Müslim bin Həccac, əs-Səhih, s.32; Beyt əl-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998

Kitabı yükləmək üçün: ÜNVAN

əl-Əlbani deyir:

لا يمكن التحقق من ثبوت التلاقي بين الرواة في كل الطبقات، هذا يكاد يكون مستحيلا، يعرف ذلك من مارس فن التخريج، ولم يكن من أهل الأهواء

Hər bir ravi təbəqəsində onların görüşməsinin isbat edilməsi mümkün deyil, bu az qala qeyri-mümkünsüzlükdür. Bunu tarix fənni qaydalarından da bilirik. Bura heç də məzə əhlinin məqamı deyil.

Nasir əd-Din əl-Əlbani, Silsilə əhadis əs-səhihə, c.6, s.1192; Məktəbə əl-Məarif, ər-Riyad, 1422/2002 (onlayn mənbə 1)

 

Fotoşəkil: Nasir əd-Din əl-Əlbani, Silsilə əhadis əs-səhihə, c.6, s.1192; Məktəbə əl-Məarif, ər-Riyad, 1422/2002

Kitabı yükləmək üçün: ÜNVAN

Nəticə olaraq, biz də əl-Əlbaninin dediyi kimi deyirik:

فيكفينا في هذه الحالة ثبوت المعاصرة وإمكان اللقاء " كما هو المختار عند جماهير العلماء بشرط السلامة من التدليس

Bu halda bizə eyni dövrdə yaşamasının sübutu və görüşmə ehtimalının olması kifayət edir. Necə ki, bu, cümhur alimlərin nəzərində də belədir, bir şərtlə ki, rəvayət uydurmadan salamat olsun.

Nasir əd-Din əl-Əlbani, Silsilə əhadis əs-səhihə, c.7, s.1155; Məktəbə əl-Məarif, ər-Riyad, 1422/2002 (onlayn mənbə 1)

 

Fotoşəkil: Nasir əd-Din əl-Əlbani, Silsilə əhadis əs-səhihə, c.7, s.368; Məktəbə əl-Məarif, ər-Riyad, 1422/2002

Kitabı yükləmək üçün: ÜNVAN

Munzir isə heç bir şey uydurmayıb.

Buna əsasən, ravilər «siqə»dirlər, Əhməd bin Nəccad əl-Hənbəli isə hafizdır, səduqdur. Beləliklə, rəvayətin sənədi ən pis halda «həsən»dir.

O cümlədən bu rəvayətin başqa bir sənədlə nəql edilmiş şahidi də var.

əl-Xətib əl-Bağdadi bu hədisi digər yolla nəql etmişdir:

قال: أنا الحسن بن أبي طالب ، نا أحمد بن محمد بن عمران ، نا أبو الحسن بن شقير ، نا جعفر بن محمد بن عبيد ، نا أحمد بن يحيى الأودي ، نا مخول بن إبراهيم ، نا محمد بن بكر ، نا الربيع بن منذر الثوري ، عن أبيه ، قال: سمعت الحسين بن علي، يقول: «من دمعت عينه دمعة، أو قطرت عينه فينا قطرة أثواه الله بها في الجنة حقبا، وإن دخل النار أخرجته منها.

Bizə Həsən bin Əbu Talib rəvayət etdi (və dedi): bizə Əhməd bin Muhəmməd bin İmran rəvayət etdi (və dedi): bizə Əbu əl-Həsən bin Şəqir rəvayət etdi (və dedi): bizə Cəfər bin Muhəmməd bin Ubeyd rəvayət etdi (və dedi): bizə Əhməd bin Yəhya əl-Əvdi rəvayət etdi (və dedi): bizə Muxavvəl bin İbrahim rəvayət etdi (və dedi): bizə Muhəmməd bin Bəkr rəvayət etdi (və dedi): Rəbi bin Munzir əs-Səvri bizə atasından belə dediyini nəql edir: Hüseyn ibn Əlinin belə dediyini eşitdim: «Kimin gözləri bizə görə yaşarsa və ya bir damla göz yaşı axıtsa Uca Allah onu sonrakı həyatda Cənnətdə məskunlaşdırar, əgər odda olsa, oradan çıxarar.»

əl-Xətib əl-Bağdadi, Təlxis əl-mutəşabih, c.1, s.563; Dar Talas, Dəməşq, 1405/1985; təhqiq: Səkinə Şəhabi (onlayn mənbə 1)

 

Fotoşəkil: əl-Xətib əl-Bağdadi, Təlxis əl-mutəşabih, c.1, s.563; Dar Talas, Dəməşq, 1405/1985; təhqiq: Səkinə Şəhabi

Kitabı yükləmək üçün: ÜNVAN

Həmd aləmlərin Rəbbinə məxsusdur!

Рейтинг

В этом разделе