Bu məqaləmizdə şiə əqidəsinin ən əsas etiqadi məsələlərindən biri hesab olunan ədl haqqında bəhs açacağıq. Ədl mövzusu o qədər mühüm məsələdir ki, məzhəbin beş prinsipindən biri hesab edilir. Hətta şiə kəlam alimləri Allahın ədalət prinsipini müdafiə etdiklərinə görə “ədlilər” adı ilə tanınırdılar. Şiə aləminin böyük alimlərindən hesab olunan mərhum Seyyid Abdullah Şübbər (r.ə) ədl mövzusunun əhəmiyyəti haqqında belə yazır: “Ədl o şeydir ki, tovhid onunla tamamlanır və üsulid-dindən olan nübüvvət, imamət və məad ona bağlıdır... Adil sözünün mənası budur ki, O (Allah), Həkimdir və zalım deyil. Nəticədə bu sifət ya (Həkim olsa) kamal sifətlərindən, ya da (zalım deyil olsa) cəlal sifətlərindən hesab olunacaq”[1]