»»

Əhməd bin Hənbəl Fəcr surəsinin 22-ci ayəsini təvil edir, lakin vəhabilər təhrif edir!

Rəhman və Rəhim olan Allahın adı ilə

Əziz oxucular, bu qısa məqalədə əhli-sünnənin 4 məzhəb imamından biri olan Əhməd bin Hənbəlin Fəcr surəsinin 22-ci ayəsini necə təvil etdiyinin şahidi olacaqsınız. Bu isə sələfi/vəhabilər üçün qəbul edilməzdir.

İbn Kəsir əd-Diməşqi «əl-Bidayə vən-nihayə» kitabında yazır:

وَرَوَى الْبَيْهَقِيُّ، عَنِ الْحَاكِمِ، عَنْ أَبِي عَمْرِو بْنِ السَّمَّاكِ، عَنْ حَنْبَلٍ، أَنَّ أَحْمَدَ بْنَ حَنْبَلٍ تَأَوَّلَ قَوْلَ اللَّهِ تَعَالَى {وَجَاءَ رَبُّكَ} [الفجر: 22] أَنَّهُ جَاءَ ثَوَابُهُ. ثُمَّ قَالَ الْبَيْهَقِيُّ: وَهَذَا إِسْنَادٌ لَا غُبَارَ عَلَيْهِ.

əl-Beyhəqi Hakimdən, o da Əbu Amr bin əs-Səmmakdan, o da Hənbəldən (İbn İshaq əş-Şeybani), o da Əhməd bin Hənbəldən Allah-Təalanın «Rəbbin gəldiyi zaman...» ayəsini təvil etdiyini nəql edərək demişdir: yəni, «Allahın savabı gəldiyi zaman.»

Daha sonra əl-Beyhəqi demişdir: «Bu sənədin üzərinə toz qondurulmaz.»

İbn Kəsir, əl-Bidayə vən-nihayə, c.14, s.386, Dar Hucr, 1417/1998; təhqiq: Abdullah bin Abdul-Muhsin ət-Turki

 

Kitabı yükləmək üçün: ÜNVAN

Əziz oxucular, adətən vaxt imkan verdikcə çalışırıq bir kitabın bir neçə müxtəlif nüsxələrini sizlərlə paylaşaq ki, arada heç bir şübhə qalmasın. Amma təəssüf hissi ilə bildiririk ki, bəzən kitabların təhrif olunması ilə qarşılaşırıq və İslamın bu cür ucuz tutulması, bəzilərinin öz batil əqidələrini müdafiə etmək, haqqı gələcək nəsildən gizlətmək xatirinə kitabları təhrif etməsi qəlbimizi ağrıdır.

İbn Kəsirin həmin kitabının Dar İbn Kəsir nəşriyyatı tərəfindən 2010-cu ildə buraxılmış nəşrində məhz bu hissə təmamilə çıxarılmışdır. Görünür Əhməd bin Hənbəlin Qurani-Kərim ayəsini təvil etməsi kimlərisə narahat etmişdir.

İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c.11, s.163-164; Dar İbn Kəsir, Dəməşq/Beyrut, 1431/2010; təhqiq: Abdul-Qadir əl-Arnaut və Bəşşar Avad Maruf

 

Kitabı yükləmək üçün: ÜNVAN

Təhrifə uğramamış onlayn mənbələr: 1, 2, 3

Рейтинг

В этом разделе