»»

Kəəbul-əhbar: “Allah Tövratı Öz əli ilə yazdı” - Əhli-sünnə alimləri bu əqidəni ondan əxz etmişlər! Allah Tövratı Öz əli ilə yazandan sonra onu Musaya vermişdir

Mənbə: Əs-sünnə (Livan-Beyrut, Dar əl-kutub əl-elmiyyə nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 72
Müəllif: İmam Əbdullah ibn Əhməd ibn Muhəmməd ibn Hənbəl (hədisləri atası Əhməddən nəql edir)

h. 382 "...Atama danışdım ki, İshaq ibn Süleyman bizə, İshaqa isə Əbul-Cüneyd adlı bir şeyx Cəfər ibn əbi Muğeyrədən, o da Səid ibn Cəbirdən nəql edir ki, onlar "(Tövratın) lövhələri yaqutdandır" deyirlər,  – mən bilmirəm ki, qırmızı yaqut dedi, ya yox, - amma mən deyirəm ki, Səid ibn Cəbir deyir: "Həmin lövhələr zümrüddəndir, yazısı da qızıldandır. Rəhman onu Öz əli ilə yazmışdır. Göy əhli hətta Onun qələminin səsini də eşitmişdir".

 

Рейтинг

В этом разделе