»»

Ayıb olsun sənə ey ibn Usəymin! Qaçmağı öz rəhbərlərindən birinə nisbət verə bilmədiyin halda, onu Allaha necə nisbət verirsən?!

Mənbə: Fətaval-əqidə, səh. 111-112

Bismillahir-rəhmanir-rəhim

Muhəmməd Saleh Usəymindən qardaşı möhtərəm Şeyxə!
Əs-Səlamu əleykum və rəhmətullahi və bərakatuh.

Bu günlərdə sizin bir yazınız (kitabınız) mənə yetişdi. Həmin yazıda mənim bir hədis haqqında söylədiyim fikirlərə toxunmusunuz. Hədis, Peyğəmbərin (s) Allah Təaladan rəvayət etdiyi bir hədisi-qudsi idi: "Kim mənə bir qarış yaxınlaşarsa, mən ona bir zira1 yaxınlaşaram; kim mənə tərəf yeriyə-yeriyə gələrsə, mən ona sarı qaça-qaça gedərəm". Siz Allahın qaçması məsələsini isbatı müşkül bir məsələ hesab edirsiniz, amma, əziz dost, siz də bilirsiniz ki, bu hədisdə özü barəsində məlumat verən məhz Allah-Təala, hədisi nəql edən Allah vəhyinin etibarlı qoruyucusu, bəndələrinə göndərdiyi elçi və risaləti kamil surətdə ümmətə çatdıran Peyğəmbərimizdir (s). Peyğəmbərdən (s) hədisi nəql edənlər isə ümmətin etibarlı şəxsləri olan səhabələr, tabeinlər və hədis-fiqh elminin öndərləri olan alimlərdir. Ümmət də bu hədisi qəbul etmişdir (deməli hədisin heç bir qüsuru yoxdur və qəbul edilməlidir).

Əziz dost! Sən bilirsən ki, Allah Özünü və başqalarını ən yaxşı tanıyandır.

"Allah bilir, amma siz bilmirsiniz!"2
"De: Siz daha yaxşı bilirsiniz,  ya Allah?!3

Ey dost! Allah-Təala Özünün gözəl adlarından, sifətlərindən, işlərindən və hökmlərindən yaratdıqlarını ona görə xəbərdar etmişdir ki, onlar haqqı bilib yollarını azmasınlar.

"Allah (bunları) bəyan edir ki, (siz yolunuzu) azmayasınız. Allah hər şeyi biləndir!"4

Əziz dost! Sən bilirsən ki, Allah, sözü ən gözəl bəyan edən və ən doğrunu danışandır. Onun kəlamı fəsahət və bəlağətin ən yüksək zirvəsindədir. Allah Özü barəsində "Kim mənə tərəf yeriyərək gələrsə, Mən ona tərəf qaça-qaça gedərəm" deyirsə, yuxarıda bəyan etdikləmizdən sonra sən, Allahın Özü barəsində buyurduqlarından (qaça-qaça gəlmək məsələsindən) təəccüblənib hürkməməlisən. Bunu inkar edirsənsə, deməli Onun qaça-qaça gəlməməyi sənin nəzərində doğrudur, bu isə, gördüyün kimi hədisə ziddir.
Məlum məsələdir ki, sələfilər Allah-Təalanın Qiyamət günü həqiqi şəkildə və Özünə layiq formada gəlib bəndələrin arasında hakimlik edəcəyinə etiqad bəsləyirlər – Allahın kitabı da bunu təsdiq edir. Bu hədisdə  də Ona tərəf yeriyərək gələnlərə nisbətdə Allahın gəlişinin qaçış formasında olacağı göstərilir. Deməli, Allahın gələcəyinə etiqad edənlər üçün Onun gəlişinin bir hissəsinin qaçış formasında və Ona laiq formada olacağına inanmaq çətin bir iş deyil. Əgər Allah özü bu barədə xəbər verirsə, bizim Allahın qaça-qaça gələcəyinə inanmağımıza nə mane olur axı?! Allah istədiyini edəndir; Onun heç bir bənzəri yoxdur; O, eşidən və görəndir!


1. Barmaqların ucundan dirsəyə qədər olan məsafəni bildirən ölçü vahidi
2. Bəqərə surəsi, 216
3. Bəqərə surəsi, 140
4. Nisa surəsi, 176

 



Рейтинг

В этом разделе