»»

Onların bığ yeri tərləmiş Rəbbi Öz kürsisində əyləşib mübarək ayaqlarını onun üzərinə qoyacaq; kürsiyə əyləşdikdə isə ondan (kürsidən ağırlıq nəticəsində) səs çıxacaq!

Mənbə: Əs-sünnə (Livan-Beyrut, Dar əl-kutub əl-elmiyyə nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 79-80
Müəllif: İmam Əbdullah ibn Əhməd ibn Muhəmməd ibn Hənbəl (hədisləri atası Əhməddən nəql edir)

Kürsi

h.400 Ondan kürsi və Rəbbin onun üzərinə oturacağı barəsində nəql olunan hədislər barəsində soruşdular.

h.401 Atam, Rəbbin Qiyamətdə görünəcəyi barədə nəql olunan hədisləri səhih (doğru) hədislər hesab edərək buna etiqad bəsləyir. O, bu hədisləri əlahiddə bir kitabda cəmləmiş və onları bizə də nəql edirdi.

h.402 Atam mənə danışdı ki, Vəki -  İsraildən,    o, Əbu İshaqdan, Əbu İshaq - Əbdullah ibn Xəlifədən, o da Ömərdən nəql etmişdir ki, Ömər "Elə ki Rəbb kürsidə əyləşdi..."  dediyi zaman onun bu sözündən bir şəxs çox heyrətləndi. Atam həmin şəxsin adınıVəkinin yanında çəkəndə Vəki qəzəbləndi və dedi: "Biz Əməş və Süfyanı görmüşük. Onlar bu hadisələri nəql edirdilər və inkar etmirdilər".

h.403 Atam mənə danışdı ki, Əbdürrəhman ibn Süfyan Əbu İshaqdan, o da Əbdullah ibn Xəlifədən, o da Ömərdən nəql etmişdir ki, (Rəbb) kürsi üstündə oturanda dəvənin üzərinə qoyulmuş yeni palandan səs çıxan kimi ondan (kürsidən) səs çıxdı (cırıldadı).

h.404 Atam mənə nəql etdi ki, Vəki     -  Süfyandan, o, Əmmar Döhnidən, o da Müslim Bətindən nəql etmişdir ki: "Onlar (çox güman ki, mələklər nəzərdə tutulur) Yeri və göyləri əhatə etmişlər; başları kürsinin altındadır, kürsi isə ərşin altında yerləşir. O (Rəbb) Öz ayaqlarını kürsinin üzərinə qoymuşdur".

h.407 Əbbas ibn Əbduləzim Ənbəri mənə məktub yazmışdı: "Öz xəttimlə yazıb bildirirəm ki, İshaq ibn Mənsur  -  Əbu Osman İbrahim ibn Yusif ibn Əbu İshaqdan, o da öz atası vasitəsilə Əmmar Döhnidən, o da Muslim Bətindən, o da Səid ibn Cəbirdən və Səid də ibn Abbasdan nəql edir ki: "Göyləri və Yeri əhatə edən kürsi Onun (Rəbbin) ayaqlarının yeridir. Ərş isə Onun yaratdıqlarının məcmusudur. Göylər Rəhmanın yaratdıqlarının içərisində səhradakı bir qubbə kimidir."

h.409 Əbbas ibn Əbduləzim mənə yazdı: "Əbu Əhməd Zubeyri   -   İsraildən, İsrail  -  Əbu İshaqdan, o da Əbdullah ibn Xəlifədən nəql edir ki, bir qadın Peyğəmbərin (s.) yanına gəlib dedi: - (Ya Rəsuləllah!) Dua edin ki, Allah məni cənnətə daxil etsin!
Peyğəmbər (s) Allahı əzəmətlə öyəndən sonra buyurdu: "Onun kürsisi göyləri və Yeri əhatə edir. O, kürsinin üzərinə əyləşdikdə (oturacaq hissəsi) kürsidən dörd birləşik barmaq miqdarında artıq olub kənara çıxır. Rəbb kürsiyə əyləşdikdə dəvənin belinə minilən zaman palanından çıxan səs kimi kürsi səs çıxardır."

 



Рейтинг

В этом разделе