Rəhbərlərinin əqidə məsələsindəki cahilliyə fikir verin! Rəbbin (məkan baxımından) bizim üstümüzdə yerləşdiyini isbat etmək üçün hədisi zahiri mənasına görə təfsir edərək deyir: "Mələklər mənini (spermanı) ana bətnində yerləşdiyindən qırx gün sonra Rəbbin yanına qaldırırlar" Halbuki, məni ana bətnində qırxıncı günə qədər heç qalmır.
Mənbə: Ər-rədd ələl-cəhmiyyə (cəhmiyyələrə rəddiyyə), Kuveyt, İbn Əsir nəşriyyaı, səh.63
Müəllif: imam Əbu Səid Osman ibn Səid Darəmi
h. 94 "... İbn Suvadə Əbu Təmim Ceyşanidən, o da Əbuzərdən(ra) nəql edir ki, Peyğəmbər (s) buyurdu: " Məni (sperma) ana bətnində qırx gün qaldıqdan sonra insanların işinə müvəkkəl olan mələk gəlib həmin mənini Rəbbin yanına qaldırır və deyir: - Ey Rəbb, bu bəndən kişi olsun, ya qadın? Bu zaman Allah onun barəsindəki hökmünü verir.
Mələk yenə soruşur: - Ey Rəbb, yaxşı insandır, ya pis? Bu zaman onun alnına necə insan olacağı yazılır.
h. 95 Əbu Səid deyir: "Mələk mənini kimin yanına qaldırır? Sizin batil düşüncənizə görə qadının qarnında məni ola-ola Allah da qadının bətnindədir?!!" (Bu ola bilməz, ona görə də bizim əqidəmiz ondan ibarətdir ki, Allah yuxarıda yerləşir və mələklər mənini Onun yanına yuxarı qaldırırlar).