»»

Gün başlayan kimi Rəbbləri Öz ağırlığını ərşin daşıyıcılarına yükləyir (və ya onlara ağırlıq edir)

Mənbə: Əs-sünnə (Livan-Beyrut, Dar əl-kutub əl-elmiyyə nəşriyyatı (Muhəmməd Əli Bəyaxun), səh. 161
Müəllif: İmam Əbdullah ibn Əhməd ibn Muhəmməd ibn Hənbəl (hədisləri atası Əhməddən nəql edir)

Hədis 861: Atam mənə İsrail adlı bir kişidən, o Sədydən, o da Əbu Malikdən "Onun Kürsüsü göyləri və yeri əhatə etmişdir" (Bəqərə sur.255) ayəsinin şərhində belə rəvayət edib: "Yeddinci yerin altı və yaradılış aləminin son nöqtəsi olan böyük daş parçasının ətrafında dörd mələk dayanmışdır. Həmin mələklərin hər birinin dörd üzü var: kişi üzü, şir üzü, kərkəs (quş adıdır)üzü və inək üzü. Bu mələklər həmin daşın üzərində dayanıb, yeri və göyləri əhatə edirlər. Başları Kürsinin altındadır, Kürsi isə Ərşin yanındadır. Dedi: O (Allah) ayaqlarını Kürsinin üstünə qoymuşdur".

Рейтинг

В этом разделе