»»

Əşyanın üzərinə bir şey qoyulanda səs etdiyi kimi, ərş də üstündəki Rəbbə görə səs edir (cırıldayır)

Mənbə: Ər-rədd ələl-cəhmiyyə (cəhmilərə rəddiyyə), Kuveyt, İbn Əsir nəşriyyaı, səh.49, h.71
Müəllif: imam Əbu Səid Osman ibn Səid Darəmi

" ... Cubeyr ibn Mutəəm öz atasından, atası da öz atasından nəql edir ki, çöl ərəbi olan bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi:
- Ya Muhəmməd! Heyvanlarımız qırıldı, var-dövlətimiz məhv oldu... Biz səni Allaha, Allahı da sənə vasitə qərar veririk  Allahdan istə ki, bizim üçün yağış yağdırsın!
Peyğəmbər(s) cavab verdi:
- Vay olsun sənə ay ərəb! Sən nə danışdığının fərqindəsənmi? Allah Öz məxluqlarının hansındansa mədəd umub Ondan yardım və şəfaət istəməsindən çox-çox əzəmətlidir! Allah Öz ərşinin, göylərinin üzərindədir. Onun göyləri isə qübbə kimi yerlərin üzərindədir, -bunu deyərkən Peyğəmbər (s) əliylə qübbə formasını göstərdi-, ərş Onun altında səs salır (cırıldayır), necə ki, əşya, onun üzərindəki cismdən cırıldayır".

Bu hədisi Əbu Davud (h.4726) və İbn Xuzeymə də (c.1, səh. 239-240) nəql etmişlər.

 

Рейтинг

В этом разделе