
Sələfi (vəhhabi) etiqadının təbliğçiləri öz batil tövhid inanclarını insanlara təbliğ etdikləri bəs deyilmiş kimi, hələ Alahın bu cür cismləşdirilməsinin şiə etiqadında da olduğunu iddia etmək istəyirlər. İslamda tövhid inancı barədə az-çox məlumatı olanlar şiə etiqadında əsla belə bir inancın yeri olmadığını bilirlər. Bəzi milli vəhhabi saytlarında yer verilmiş bir hədis haqqındakı şübhəyə səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin məqaləsi ilə cavab veririk.



























