»»

İmam Hüseynin (əleyhis-səlam) inqilabı barədə şübhələr (6-cı veriliş)

Mövzular:

1. İmam Hüseynin (ə.s) mübarək başının tağut Yəzidə (l.ə) aparılması

2. Əhli-Beyt (ə.s) xanımlarının əsir edilib tağut Yəzidin (l.ə) yanına aparılması

3. Övliyaların kəramətlərinin həqiqəti

4. İmam Hüseynin (ə) kəramətləri

Verilişin azərbaycan dilində videosu: 1-ci hissə, 2-ci hissə, 3-cü hissə, 4-cü hissə

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. Allahın salavatı olsun Muhəmmədə və onun pak və təmiz ailəsinə. Əziz izləyicilər, sizləri “Həqiqətlər və sənədlər” adlı proqramın yeni bölümündə salamlayırıq. Biz bu proqramda insanlığın şəhidinin, zülm və haqsızlıq qarşısında haqqın inqilabçısı Əba Əbdillah Hüseynin (əleyhis-səlam) inqilabı ilə bağlı həqiqətləri aşkara çıxarırıq. Hansı ki, öz ailəsi, (yaxınları) və canı ilə cihad etmişdir ki, Allahın sözünü ucaldıb onu ən üstün etsin və beləcə İslamın uca bayrağı izzət səmasında dalğalansın və nəhayət Allah yer üzünü düzlük və ədalətlə dolduracaq şəxsi ortaya çıxarsın.

Bu bölümə başlamazdan öncə qonağımız ustad, yazıçı və tədqiqatçı Muhəmməd əz-Zəkəriyyanı salamlayırıq. Xoş gördük sizləri.

Ustad əz-Zəkəriyya: Xoş gördük sizi və hörmətli izləyiciləri.

Aparıcı: Hörməti izləyicilərdən xahişimiz budur ki, mövzu barədə tam və aydın şəkildə təsəvvür formalaşsın deyə keçən bəhslərə müraciət etsinlər. İnşəAllah izləyicilər bu bəhsləri “youtube”da “Həqiqətlər və sənədlər” adı altında (azərbaycanca “İmam Hüseynin (ə) inqilabı barədə şübhələr” adı altında) tapa bilərlər.

Hörmətli ustad Muhəmməd əz-Zəkəriyya, İmam Hüseynin (salavatullahi-əleyh) inqilabı ilə bağlı məsələlər barədə danışdıq. Bu bəhsin davamı olaraq deyirik ki, burada izləyicilərin zehinlərinə bir neçə sual və şübhə gələ bilər.

Bunlardan birincisi belədir: “İmam Hüseynin (salavatullahi-əleyh) mübarək başı tağut Yəzid (l.ə) üçün aparılıbmı?”

Çünki bəziləri bu hadisəni inkar edir və deyirlər ki, şiələr belə şeyləri məhz ona görə danışırlar ki, insanların hisslərini, duyğularını ələ ala bilsinlər. Bu mövzuda sizin fikriniz nədir?

Ustad əz-Zəkəriyya: Salam və salavat olsun peyğəmbərlərin və elçilərin ən üstününə, Muhəmmədə və onun pak və təmiz ailəsinə. Əvvəla sizi və hörmətli izləyiciləri salamlayırıq.

Bu suala gəlincə, daim bunu demək və təkrarlamaq istəyirik ki, biz və bizim əhli-sünnə qardaşlarımız olduqca çoxlu məsələdə ittifaq etmişik. İmam Hüseynin (əleyhis-səlam) qəziyyəsində də həmçinin, bir çox məqamlarda və bu hadisənin ayrıntılarında ittifaq etmişik.

Zalımların o mübarək başı Yəzidə (l.ə) aparıb-aparmamaları məsələsinə gəldikdə, müsəlman alimləri arasında məşhur olan budur ki, mübarək baş (salam olsun onun sahibinə) Yəzid (l.ə) üçün aparılmışdır. Kimsə deməsin ki, bu yalnızca şiənin sözüdür. Xeyr, əksinə, şiələrlə onların müsəlman qardaşları bu mövzuda ittifaq etmişlər.

Bu suala cavab verəcək şəxs böyük əllamə və böyük hafiz İbn Kəsirdir. “əl-Bidayə vən-Nihayə” kitabı. 8-ci cild, səhifə 285-də (Şeyx əz-Zəkəriyyanın videoda göstərdiyi nəşrdə 8-ci cild, səhifə 142-də) deyir:

وأما رأس الحسين رضي الله عنه. فالمشهور عند أهل التاريخ وأهل السير أنه بعث به ابن زياد إلى يزيد بن معاوية، ومن الناس من أنكر ذلك. وعندي: أن الأول أشهر فالله أعلم.

Hüseynin (radiallahu anh) başına gəlincə, tarixçilər və siyər alimləri yanında məşhur olan budur ki, İbn Ziyad onu Yəzid ibn Müaviyəyə göndərmişdir. Bəziləri bunu inkar etmişlər. Mənim nəzərimcə birinci daha məşhurdur. Allah daha yaxşı bilər.

 

Deməli, İbn Kəsir açıqca bildirir ki, tarixçilər və siyər alimləri yanında məşhur rəy budur ki, İbn Ziyad (lənətullahi-əleyh) həzrətin mübarək başını məlun Yəzidə göndərmişdir.

Aparıcı: Mübarək başın məlun Yəzidə göndərilməsi fikrini qəbul edir.

Ustad əz-Zəkəriyya: Məşhur olan budur. Deməli, hər kim bunu inkar etsə, məşhura zidd fikir söyləmişdir. Şazz (məşhurun ziddinə olan nadir) sözün də heç bir mötəbərliyi yoxdur. Daha əvvəllər də dəfələrlə dediyimiz kimi, şiələrin və sünnilərin ittifaqına görə həmd olsun Allaha.

Həmçinin, imam və böyük əllamə İbn əl-Cəuzi “Ər-radd əla əl-mutaasib əl-anid əl-mani min zəmmi Yəzid” kitabında 63-64-cü səhifələrdədeyir:

قلت :ليس العجب من فعل عمر بن سعد وعبيداللّه بن زياد، وانما العجب من خذلان يزيد، وضربه بالقضيب على ثنيه الحسين، واعادته الى المدينه وقد تغيرت ريحه لبلوغ الغرض الفاسد ! افيجوز ان يفعل هذا بالخوارج؟ اوليس فى الشرع انهم يصلى عليهم ويدفنون؟

Deyirəm: Ömər ibn Səd və Ubeydullah ibn Ziyadın əməlləri təəccüblü deyil. Təəccüblü olan Yəzidin (bu qədər) alçalması və çubuqla Hüseynin dişinə vurmasıdır. Öz fasid hədəfinə çatmaqdan ötrü qoxusu dəyişdikdən sonra onu (mübarək başı) Mədinəyə qaytarmasıdır. Məgər “xaricilərlə” (hakimə qarşı qiyam edənlərlə) belə davranmaq olarmı? Məgər şəriətdə yoxdurmu ki, onların ölülərinə də namaz qılınar və dəfn edilərlər?

 

Deməli, həmçinin İbn əl-Cəuzi də qeyd edir ki, mübarək baş Yəzidin (l.ə) yanına aparılmışdır. Və göstərir ki, Yəzid (l.ə) çubuqla İmam Hüseynin (əleyhis-səlam) dişinə vurur və onun başını teştin içinə qoyur. İmam Hüseynin (əleyhis-səlam) dişinə vururdu. Mustafanın (sallallahu əleyhi və alihi və səlləm) reyhanəsi (gülü) ilə belə davranılır. Görəsən bundan sonra kimsə bu sözü inkar edəcək? İmamların, alimlərin, hədis tənqidçilərinin sözüdür bu. İbn Kəsirin, İbn əl-Cəuzinin sözləridir bunlar və indi də İbn Hibbanın sözünü göstərəcəyik.

Böyük imamdır, “Səhih” adlı kitabın, “əl-Məcruhin” adlı kitabın, “əs-Suqat” kitabının müəllifidir. Nə deyir? İbn Hibban “əs-Suqat” kitabında, 2-ci cilddə, səhifə 313-də deyir:

ثم أركب الأسارى من أهل بيت رَسُول اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ من النساء والصبيان أقتابا يابسة مكشفات الشعور ، وأدخلوا دمشق كذلك ، فلما وضع الرأس بين يدي يزيد بْن معاوية جعل ينقر ثنيته بقضيب كان في يده ويقول : ما أحسن ثناياه!.

Sonra Allah Rəsulunun (sallallahu aleyhi [və alihi] və səlləm) Əhli-Beytindən olan əsir xanımlar və uşaqlar saçları açıq vəziyyətdə yəhərsiz dəvələrə mindirildilər və bu şəkildə Dəməşqə gətirildilər. Elə ki, başı Yəzid ibn Müaviyənin qarşısına qoydular, belə deyə-deyə əlindəki çubuqla (həzrətin) dişini eşməyə başladı: “Nə yaxşı dişləri var!”

 

Bu məlun şəxs Mustafanın (sallallahu əleyhi və alihi və səlləm) gülü ilə bax bu cür davrandı.

Aparıcı: Diqqət etmək lazımdır ki, Allah Rəsulu (salavatullahi əleyhi və alihi) də çox vaxt Hüseyni (salavatullahi-əleyh) məhz bu yerdən öpürdü. Sanki bu hadisəyə işarə edirdi...

Ustad əz-Zəkəriyya: Əhsən, bu məsələ barəsində də həmçinin şiələrlə sünnilər ittifaq etmişlər. Diqqət edin, biz camaata üzərində ittifaq olunan şeyləri göstəririk. Hər kəs ki, bu sözə etiraz edir, onun sözü şazzdır. Kim inkar etsə, sözü rədd edilər. Müsəlmanların - şiə və sünnilərin nəzərində məşhur olan budur.

Aparıcı: Burada bu mövzu ilə bağlı ikinci bir sual da var. Bəzi şəxslər Allah Rəsulunun (salavatullahi əleyhi və alihi) övladlarının və ailəsinin - Xanım Zeynəb (s.ə) və digərlərinin əsir edilib Şama aparılması hadisəsini inkar edirlər. Və həmçinin bu söz barəsində də deyirlər ki, guya bu söz hissləri cəlb etməkdən ötrü deyilib. Bu hadisənin həqiqi olmasını, onun baş verməsini və Yəzidin bu işdən xəbərdar olmasını inkar edən şəxs barədə nə deyə bilərsiniz?

Ustad əz-Zəkəriyya: Bu söz də həmçinin rədd edilmiş və məşhura müxalif olan bir sözdür. Bircə dənə də olsun “Haşimi”nin əsir edilməməsini deyən şəxs, görəsən bu sözünü nəyə əsaslandırır? Alimlər bu hadisənin baş verdiyini sübut etmişlər. Tarix bunu sübut etmişdir, rəvayətlər sübut etmişdir. Bu məsələ ilə bağlı əhli-sünnə qardaşlarımızın alimləri nə demişlər?

Böyük imamlardan biri əl-Qurtubidir. Bu əl-Qurtubi “Təfsir” kitabının müəllifi olan əl-Qurtubi deyil, əksinə bu həmin əl-Qurtubinin imamı və şeyxidir.Əbul-Abbas Əhməd əl-Qurtubi “Əl-Mufhim” kitabı, 6-cı cild, səhifə 304-də deyir:

ومع ذلك فقابل بنو أمية عظيم هذه الحقوق بالمخالفة والعقوق، فسفكوا من أهل البيت دماءهم، وسبوا نساءهم، وأسروا صغارهم، وخرّبوا ديارهم، وجحدوا شرفهم، وفضلهم واستباحوا سبّهم، ولعنهم، فخالفوا رسول الله صلى الله عليه وسلّم في وصيته، وقابلوه بنقيض مقصوده وأمنيته، فواخجلهم إذا وقفوا بين يديه! ويا فضيحتهم يوم يعرضون عليه!

Buna baxmayaraq, Bəni-Üməyyə bu haqqların böyük hissəsinə müxalifət etmək və üzlərinə olmaqla əvəz verdi. Əhli-Beytin (üzvlərinin) qanlarını tökdülər, qadınlarını əsir etdilər, uşaqlarını əsir etdilər, evlərini xaraba qoydular, şərafətlərini və fəzilətlərini inkar etdilər, onları söyməyi mübah etdilər və onlara lənət etdilər. Beləcə Allah Rəsulunun (sallallahu əleyhi və [alihi və] səlləm) vəsiyyətinə xilaf çıxdılar. Ona onun istədiyi və dilədiyi şeyə zidd davranmaqla əvəz verdilər. Nə pis xəcalət çəkəcəklər onun hüzurunda dayandıqları zaman! Nə pis rüsvay olacaqlar (əməlləri) ona təqdim edildiyi gün!

 

Necə sözdür bu?! Sanki şiə alimlərindən biri danışır! Yəni, bu onu göstərir ki, Allaha həmd olsun ki, şiələr və sünnilər bu məsələ üzərində ittifaq etmişlər. Elə isə bu məsələni inkar edən şəxs nə üçün inkar edir? Nə üçün göyün ortasındakı günəşi inkar edir?

Aparıcı: Görünür, bu inkarın ardında gizli məqsədlər vardır. Çünki məsələ aydındır və alimlər yanında ittifaq edilmişdir..

Ustad əz-Zəkəriyya: İstəyirlər ki, həqiqətləri gizlətsinlər. İstəyirlər camaatı azdırsınlar. Qısa şəkildə bax belədir cavab. Şiə və sünnilərin ittifaq etdiyi bir məsələdir bu. Nə üçün inkar edilir? İnkar nəyədir? Görəsən, sadəcə bu böyük sünni imam deyib bu sözü? Və sadəcə o şiə ilə eyni fikir söyləyib? Xeyr. Ondan başqaları da demişlər.

Hafiz, böyük imam İbn İmad əl-Hənbəli “Şəzərat əz-Zəhəb” kitabında, 1-ci cild, səhifə 275-də (Şeyx əz-Zəkəriyyanın videoda göstədiyi nəşrdə 1-ci cild, səhifə 122-də) deyir:

ولما تم قتله حمل رأسه، وحرم بيته، وزين العابدين معهم إلى دمشق كالسبايا، قاتل الله فاعل ذلك وأخزاه، ومن أمر به، أو رضيه.

Elə ki, (Hüseyn) qətlə yetirildi, başı və ailə üzvləri – ki, Zeynəl-Abidin də onlarla idi – əsir kimi Dəməşqə aparıldı. Allah bunu edəni, buna əmr edəni və ya bundan razı olanı öldürsün və rüsvay etsin!

 

Amin. Diqqət edin onun sözünə: “...əsir kimi Dəməşqə aparıldılar.”

Aparıcı: Aydındır yəni.. Açıq-aşkardır cümlədir.

Ustad əz-Zəkəriyya: Açıq-aşkar cümlədir... Yəni, bundan artıq nə istəyirlər?

Aparıcı: Bilinən budur ki, əsirlər qeyri-müsəlman və İslamdan xaric olan düşmənlərdən götürülər. Əgər onlar müsəlman ümmətindəndirlərsə, necə əsir edilirlər?

Ustad əz-Zəkəriyya: Yəni, həqiqətən də bu İslam üçün bir müsibətdir. Bu həqiqətləri inkar edən şəxs nə üçün edir? Nədir məqsədi? Bu ört-basdır nə üçündür?

Aparıcı: Mən şəxsən belə düşünürəm ki, bu bir təhrif etmə cəhdidir ki, insanlar həqiqətə tərəf yönəlməsinlər və şiənin haqq olduğunu bilməsinlər.

Ustad əz-Zəkəriyya: Bəli, lakin, tam aydınlığı ilə deyirik ki, Allaha həmd olsun şiənin və sünnilərin ittifaqı bu inkarçını başıaşağı və rüsvay edir.

Həmçinin, başqa bir böyük alim və hafiz İbn əl-Əsir “Usd əl-Ğabə” kitabında, 7-ci cilddə, səhifə 134-də, təqvalı və pak xanım Zeynəb bint Əli ibn Əbi Talibin (salamullahi-əleyha) tərcümeyi-halında deyir:

زينب بنت علي بن أبي طالب، واسمه عَبْد مناف بْن عَبْد المطلب بْن هاشم القرشية الهاشمية. وأمها فاطمة بِنْت رَسُول اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وسلم.

Zeynəb bint Əli ibn Əbi Talib; Əbd-Mənaf ibn Əbdül-Müttəlib ibn Haşim, əl-Haşimiyyə, əl-Qurəşiyyə. Anası Allah Rəsulunun (s .ə.a) qızı Fatimədir.

Sonra xanımın tərcümeyi-halının içində deyir:

كانت مع أخيها الحسين رضي الله عنه لما قتل، وحملت إلى دمشق، وحضرت عند يزيد بن معاوية، وكلامها ليزيد حين طلب الشامي أختها فاطمة بنت علي من يزيد، مشهور مذكور في التواريخ، وهو يدل على عقل وقوة جنان.

Qətlə yetirildiyi zaman qardaşı Hüseynin (radiallahu anh) yanında (Kərbəlada) idi. Dəməşqə aparıldı, Yəzid ibn Müaviyənin yanına gətirildi. Şamlı şəxs onun bacısı Fatimə bint Əlini Yəziddən istədiyi zaman onun Yəzidə dediyi söz məşhurdur və tarix kitablarında qeyd olunmuşdur. Bu söz (onun) ağıllı və möhkəm ürəkli olmasına dəlalət edir.

 

Aparıcı: Allahu əkbər.

Ustad əz-Zəkəriyya: Deməli, məşhur hadisədir bu. Əhli-Beytin əsir olaraq Yəzidin yanına gətirilməsi məşhur və tarixçilərin yanında tanınmış bir hadisədir. Elə isə nə üçün inkar edilir?

Məsələ bununla bitdi? Xeyr. Görəsən, bunu təsdiq edən başqa əhli-sünnə alimləri də varmıdır? Bəli. Həmçinin, İbn Hibban “əs-Suqat” kitabında 2-ci cilddə bunu təsdiq etmişdir. Səhifə 312-də bu böyük alim deyir:

ثمَّ أنفذ عبيد اللَّه بْن زِيَاد رَأس الْحُسَيْن بْن عَليّ إِلَى الشَّام مَعَ أُسَارَى النِّسَاء وَالصبيان من أهل بَيت رَسُول اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ على أقتاب مكشفات الْوُجُوه والشعور

Sonra Ubeydullah ibn Ziyad Hüseyn ibn Əlinin başını Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) Əhli-Beytindən olan əsir qadınlar və uşaqlarla birgə Şama göndərdi. O zaman qadınlar və uşaqlar üzləri və saçları açıq vəziyyətdə kəcavəsiz dəvələrə (mindirilmişdilər).

 

Budur əhli-sünnə qardaşlarımızın alimlərindən olan bu böyük alimin öz kitabında Əhli-Beyt barədə və onların hansı vəziyyətdə Yəzidin (əleyhi əl-lə`nə) yanına aparıldıqları barədə dediyi söz. Görəsən bundan sonra kimsə bu məsələni inkar edəcəkmi? Müsəlman alimlərinin nəzərində məşhur olan bir işin müqabilində bu hansı inkardır? Nə üçün inkar edən bu açıq-aşkar və səhih sözləri nəzərə almır?

Məsələ bitdimi? Xeyr. Əhli-sünnə qardaşlarımızın böyük alimləri şiə ilə eyni fikri bölüşürlər. Nə üçün bu ittifaqı nəzərə almırıq?

Hafiz və böyük imam İbn Əsakir “Tarixu Diməşq” kitabında, 69-cu cilddə, səhifə 174-də Xanım Zeynəbin (salamullahi-aleyha) tərcümeyi-halında deyir:

زينب الكبرى بنت علي بن أبي طالب ابن عبد المطلب بن هاشم بن عبد مناف. امرأة جزلة كانت مع أخيها الحسين بن علي حين قتل وقدم بها على يزيد بن معاوية مع أهلها.

Zeynəb əl-Kubra bint Əli ibn Əbi Talib ibn Əbd əl-Müttəlib ibn Haşim ibn Əbd Mənaf: Fəsahət (və natiqlik) bacarığı olan bir xanımdır. Qətlə yetirildiyi zaman qardaşı Hüseyn ibn Əli ilə birgə (Kərbəlada) idi. Onu ailə üzvləri ilə birgə Yəzid ibn Müaviyənin yanına gətirmişlər.

 

Açıq-aşkar sözdür. Mən düşünürəm ki, bu sözdən sonra əqli zəif olanlardan başqa heç kim bu məsələni inkar etməz.

Aparıcı: Yəni, gərək izləyicilər hər hansısa bir kəsin tarixdə sabit olan bu hadisələri inkar etdiyini eşitdikləri zaman bilsinlər ki, bu şəxs iki haldan xaric deyil: ya cahildir, ya da yalançı və saxtakar. Əgər cahil olsa, o zaman sözü qəbul edilməz. Yox, əgər yalançı və saxtakar olsa, o zaman da yenə sözü qəbul edilməz.

Ustad əz-Zəkəriyya: Əhsən, bunlar açıq-aşkar olan həqiqətlər və hadisələrdirlər. Mən inşəAllah sonuncu olaraq Xeyruddin əz-Ziriklinin sözünü qeyd edəcəyəm ki, məsələ əhli-sünnə qardaşlarımızın yanında tam şəkildə aydın oslun.

Xeyruddin əz-Ziriklinin “əl-Əlam” kitabı, 3-cü cild, səhifə 66-67. Xanım Zeynəbin (əleyhas-səlam) tərcümeyi-halında deyir:

زينب بنت الإمام علي بن أبي طالب: شقيقة الحسن والحسين. تزوجها ابن عمها عبد الله بن جعفر بن أبي طالب.

Zeynəb bintu əl-İmam Əli ibn Əbi Talib: Həsən və Hüseynin bacısı. Onunla əmisi oğlu Abdullah ibn Cəfər ibn Əbi Talib ailə qurmuşdur...

Sonra ardını qeyd edir və gəlib buraya çatır:

وحملت مع السبايا إلى الكوفة، ثم إلى الشام. وكانت ثابتة الجنان، رفيعة القدر، خطيبة، فصيحة، لها أخبار.

...Əsirlərlə birgə Kufəyə, sonra da Şama aparılmışdır. Möhkəm ürəkli, uca məqamlı, xətibə və fəsahət sahibi bir qadın idi. Bir sıra hədislər rəvayət etmişdir.

 

Diqqət edin nə deyir: “...Əsirlərlə birgə Kufəyə, sonra da Şama aparılmışdır.”

Aparıcı: Allahu əkbər...

Ustad əz-Zəkəriyya: Məsələ artıq hörmətli izləyici üçün aydın və aşkar oldu. Hər kəs bundan sonra bu həqiqətləri inkar edərsə, deməli ağlı aradan getmişdir, fikri alt-üst olmuşdur.

Aparıcı: Qəribə işdir... Allah Rəsulunun (salavatullahi əleyhi və alihi) gözəl işlərinə nə ilə əvəz verirlər? Bununla?...

Ustad əz-Zəkəriyya: Budur onun xidmətlərinin əvəzi?

Aparıcı: Peyğəmbərin ailəsi də əsir edilər? Yəni, Allah Rəsulu gəlmişdi ki, onları zülmətlərdən nura, zəlalətdən hidayətə çıxarsın, amma əvəzini bununla verirlər... Budur Allah Rəsulunun (salavatullahi əleyi və alihi) mükafatı... Əlbəttə, bu dəlillər aşkar və qətidirlər.

Bəziləri deyirlər ki, Yəzid (l.ə) İmam Hüseynə (salavatullahi-əleyhi) aman vermək istəmişdi və s. Bu dəlillər bu iddiaları tamamilə batil edir. Məlun Yəzid mübarək başı qoyub onu (çubuqla) vururdu, necə ki, sübut etdik... Bu işə etiraz etmədi, bu çirkin işi görənləri cəzalandırmadı. Elə isə haradan Hüseynə (salavatullahi-əleyhi) aman vermək istəyirdi? O özü Hüseynin (salavatullahi-əleyhi) qətlə yetirilməsinə əmr vermişdi.

Başqa bir sual. Bəzi şəxslər şiələri ifrata varmaqda ittiham edirlər. Çünki onlar ümumən İmamlar (salavatullahi-əleyhim) barəsində, xüsusən də Hüseyn (salavatullahi-əleyhi) barəsində bir sıra kəramətlər nəql edirlər. Bəziləri şəhadətə yetməsindən sonra həzrət Hüseyndən (salavatullahi-əleyhi) görünən kəramətləri inkar edirlər. Baxmayaraq ki, İmam Hüseynin (salavatullahi-əleyhi) Allah Rəsulunun (salavatullahi əleyi və alihi) sağ olduğu dönəmdə, elə öz həyatı boyunca, Əmir əl-mömininin (salavatullahi-əleyhi) zamanında çoxlu kəramətləri olmuşdur, lakin biz həzrət Hüseynin (salavatullahi-əleyhi) şəhadətindən sonrakı dövr barədə danışırıq. Bəziləri bunu inkar edir və camaatı çaşqınlığa salmağa çalışırlar... və bizlərə ğüluv (şişirtmə, ifrat) və ağılsızlıq nisbət verirlər. Belə şəxslərə cavabımız nədir?

Ustad əz-Zəkəriyya: Kəramətləri inkar etmək müsəlmanın xüsusiyyətlərindən deyil (müsəlmana yaraşmaz). Allah dostlarından kəramətlər baş verməsi müsəlmanlar yanında sabit bir məsələdir. Şiələr və sünnilər bu məsələdə də ittifaq etmişlər. Və inşəAllah onların olduqca çoxlu məsələlərdə də ittifaq edəcəklərini görəcəksiniz. Biz bunları izləyicilərə göstərəcəyik.

Allah vəlilərinin kəramətləri sübuta yetmiş bir məsələdir. Bir çox müsəlmanlar barəsində kəramətlər sahibi olmaları sabit olmuşdur. Elə isə Əhli-beyt (əleyhimus-səlam) barəsində niyə olmur?

Əvvəla, kəramətin mənası nədir? Və əhli-sünnə qardaşlarımızın kəramətlə bağlı mövqeyi nədir? Mühəqqiq, əllamə Abdullah ibn Muhəmməd əl-Ğuneyman “Əs-səbaik əz-zəhəbiyyə” kitabında, səhifə 477-də deyir:

موقف أهل النسة و الجماعة في كرامات الأولياء:
ومن أصول أهل السنة التصديق بكرامات الأولياء وما يجري الله على أيديهم من خوارق العادات.
الكرامة تسمية من المتأخرين, أما المتقدمون من التابعين و من بعدهم فيسمونها آية, ويجعلونها من آيات الأنبياء, و فرق المتأخرون بأن خارق العادة الذي يقع على يد النبي يكون معجزة و إذا كان خارقا للعادة وقع على يد غيره فإن كان تقيا متبعا للسنة متقيدا بآثار النبي فإنها تكون كرامة, و إن كان غير ذلك مخالفا للاتباع فإنها تكون حالا شيطانية فيها من الغرور و الفتنة ما يفتتن به, هذا هو الفرق بين ما يقع من خوارق العادات التي تكون على يد المؤمن أو تكون على يد مخرف منحرف.

Əhli-sünnə vəl-cəmaə məzhəbinin övliyaların kəramətlərinə olan mövqeyi:

Əhli-sünnənin (etiqad) əsaslarından biri də övliyaların kəramətlərinin və Allahın onların əli ilə həyata keçirdiyi xariquladə işlərin təsdiq edilməsidir.

“Kəramət” son dövrün alimlərinin işlətdiyi sözdür. Tabeinlərdən və onlardan sonra gələnlərdən ibarət olan keçmiş alimlər isə (onun yerinə) “ayət” (nişanə) sözünü işlədirdilər və onu Peyğəmbərlərin ayətlərindən (nişanələrindən) hesab edirdilər. Son dövrün alimləri belə bir bölgü apararaq demişlər ki, peyğəmbərin vasitəsilə həyata keçən xariquladə iş “möcüzə” sayılır. Əgər xariquladə iş qeyri-peyğəmbərin vasitəsilə baş verərsə və həmin şəxs də təqvalı, sünnəyə tabe və Peyğəmbər hədislərinə bağlı birisi olarsa, o zaman bu “kəramət” sayılır. Lakin o şəxs belə olmasa və (sünnəyə) tabe olan birisi olmasa, o zaman bu (xariquladə iş) insanları fitnəyə salmaq üçün edilən şeytani bir halət sayılır. Möminin sadir olan xariquladə işlərlə yalançı və azğın adamdan sadir olan xariquladə işlər arasında fərq budur.

 

Deməli, əhli-sünnə qardaşlarımızın kəramətlərə olan mövqeyi budur.

Aparıcı: Yəni, onun sözündən belə nəticə çıxır ki, kəramət hətta azğın, həva-həvəsə, şeytana tabe olan şəxsdən belə sadir ola bilər...

Ustad əz-Zəkəriyya: O, buna “şeytani halət” deyir... Yəni, mümkündür ki, xariquladə işlər vəlidən də sadir olsun, qeyri-vəlidən də. Qeyri-vəlidən sadir olduğu zaman “şeytani halət” sayılır. Allah övliyalarından birindən sadir olduğu zaman isə “kəramət” sayılır.

Aparıcı: Amma Əhli-Beytdə sadir olanda iş biraz qəziləşir...

Ustad əz-Zəkəriyya: Bəziləri inkar edirlər... Biz dəlillərlə bu inkarçılara cavab verəcəyik ki, kimsə elə-belə dəlilsiz danışdığımızı deməsin.

İbn Həcər əl-Əsqəlani. Əhli-sünnə qardaşlarımızın ən böyük alimlərindən biridir. Ləqəbi “hafiz”dir. Onun bu məsələ ilə bağlı nəzəri vardır. Nə deyir?“Fəth əl-Bari” kitabında, 7-ci cilddə, səhifə 443-də (Şeyx əz-Zəkəriyyanın videoda göstərdiyi nəşrdə 8-ci cilddə, səhifə 389-da) deyir:

والمشهور عن أهل السنة إثبات الكرامات مطلقا ، لكن استثنى بعض المحققين منهم كأبي القاسم القشيري ما وقع به التحدي لبعض الأنبياء فقال : ولا يصلون إلى مثل إيجاد ولد من غير أب ونحو ذلك ، وهذا أعدل المذاهب في ذلك ، فإن إجابة الدعوة في الحال وتكثير الطعام والماء والمكاشفة بما يغيب عن العين والإخبار بما سيأتي ونحو ذلك قد كثر جدا حتى صار وقوع ذلك ممن ينسب إلى الصلاح كالعادة

Əhli-sünnə yanında məşhur olan budur ki, mütləq şəkildə (istənilən növ) kəramətlər mövcuddur. Lakin onlardan Əbul-Qasim əl-Quşeyri kimi bəzi tədqiqatçılar, peyğəmbərlərdən birinə meydan oxuma sayılan şeyləri istisna etmiş (bu növ kəramətlərin mövcud olmadığını söyləmiş) və demişdir: “(Övliyalar) ata olmadan uşaq icad etmək və s. bu kimi işləri bacara bilməzlər.” Bu, bu məsələdəki ən orta yoldur. Duanın dərhal qəbul olunması, yeməyi, suyu çoxaltmaq, gözdən gizli olan şeylərin mükaşifəsi (görünməsi), gələcəkdə olacaqlardan xəbər vermək və s. bu kimi işlər olduqca çox baş vermişdir. Hətta o həddə ki, saleh şəxslərdən bu kimi işlərin görülməsi adətə (adi bir işə) çevrilmişdir.

 

Açıq və aşkar bir sözdür. Və əhli-sünnə qardaşlarımızın yanında məşhur olan budur. Yaxşı, indi kiminsə bu sözə iradı var? Öz işidir... Allaha həmd olsun ki, şiələr və sünnilər ittifaq ediblər.

Baş verən kəramətlərdən biri də səhabələrin birinin başına gəlib. Bir kəramət ki, əhli-sünnə alimlərimizdən heç bir onu inkar etmir. Dinləyin, “əs-Səhih” kitabının müəllifi böyük imam əl-Buxari “ət-Tarix əl-kəbir” kitabında, cild 3, səhifə 383-də səhabə Zeyd ibn Xaricənin tərcümeyi-halında deyir:

زَيْدُ بْنُ خَارِجَةَ بْنِ أَبِي زُهَيْرٍ الْخَزْرَجِيُّ الأَنْصَارِيُّ، شَهِدَ بَدْرًا، تُوُفِّي زَمَانَ عُثْمَانَ، هُوَ الَّذِي تَكَلَّمَ بَعْدَ الْمَوْتِ

Zeyd ibn Xaricə ibn Əbi Zuheyr əl-Xəzrəci əl-Ənsari: Bədr döyüşündə iştirak edib, Osmanın zamanında vəfat edib. O həmin şəxsdir ki, ölümündən sonra danışmışdır!

 

Allahu Əkbər... “O, həmin şəxsdir ki, ölümündən sonra danışmışdır.” Nə kəramətdir bu?

Aparıcı: Bu həzrət Hüseynin (salavatullahi-əleyh) (başının) nizə üstündə danışmasını və Quran oxumasını yadımıza salır.

Ustad əz-Zəkəriyya: Əhsən. Rəvayətdə də gəldiyi kimi, mübarək baş nizənin üstündə idi və bu zaman Kəhf surəsindən ayələr oxuyurdu...

Aparıcı: Elə isə nə üçün bunun İmam Hüseyndən (salavatullahi-əleyh) sadir olmasını inkar edirsən, amma ondan qeyrisi üçün sabit edirsən?!

Ustad əz-Zəkəriyya: Yəni, bu şəxs (səhabə) öldükdən sonra danışıb. Nə üçün bunu inkar etmirsən, amma İmam Hüseyni (salamullahi-əleyh) inkar edirsən?!

Aparıcı: Əgər (sizin fikrinizcə) Hüseyn (salavatullahi-əleyh) səhabə deyilsə, onda Əhli-Beytdəndir. Əgər Əhli-Beytdən deyilsə, ən azından Allah dostudur...

Ustad əz-Zəkəriyya: Cənnət cavanlarının ağasıdır! Onun Cənnət əhlinin cavanları üzərində ağalığı vardır. Elə isə inkar nəyədir?

Aparıcı: Qəribə işdir...

Ustad əz-Zəkəriyya: Yəni bu üzərində ittifaq olunan bir məsələdir. Əhli-sünnə qardaşlarımızın alimləri, o cümlədən də İbn Kəsir “əl-Bidayə vən-nihayə” kitabında Allah dostlarından biri barədə bir kəramət nəql etmişlər. Və bu qəribə bir kəramətdir. İbn Kəsir övliyadan olan bir şəxsin tərcümeyi-halında nə deyib, əziz izləyici mənimlə birgə baxsın...

“əl-Bidayə vən-nihayə” kitabında, cild 15, səhifə 115-116-da (Şeyx əz-Zəkəriyyanın videoda göstərdiyi nəşrdə cild 13, səhifə 72-də), Şeyx Abdullah əl-Yunininin tərcümeyi-halında deyir:

وكانت له زاوية يقصد فيها للزيارة ، وكان من الصالحين الكبار المشهورين بالعبادة والرياضة والأمر بالمعروف والنهي عن المنكر .

İbadətlə, (nəfsi) riyazətlə, yaxşılığa dəvət və pislikdən çəkindirmə ilə məşhur olan böyük saleh şəxslərdən idi.

Əlbəttə, tərcümeyi-hal uzundur. İbn Kəsir onun tərcmüeyi-halın içində bunu qeyd edir:

وله أحوال وكرامات كثيرة جدا

Onun olduqca çoxlu halətləri və kəramətləri vardır.

Sonra ardını qeyd edib deyir:

وذكروا أنه كان يحج في بعض السنين في الهواء ، وقد وقع هذا لطائفة كبيرة من الزهاد وصالحي العباد ، ولم يبلغنا هذا عن أحد من أكابر العلماء ، وأول من يذكر عنه هذا حبيب العجمي ، وكان من أصحاب الحسن البصري

...Qeyd edirlər ki, o illərin birində Həcc ziyarətini havada yerinə yetirirmiş. Bu iş bir çox zahidlər və saleh bəndələr üçün də baş vermişdir. Böyük alimlər barəsində isə bizlərə belə bir şey gəlib çatmamışdır. Barəsində bu hadisə nəql edilən ilk şəxs Həbib əl-Əcmidir.

 

Aparıcı: Bu kəraməti qeyd edir və onu inkar etmir.

Ustad əz-Zəkəriyya: İnkar etmir. Əksinə, deyir bu şəxsin çoxlu kəramətləri vardır. Onların içində də bu kəraməti qeyd edir və deyir ki, o Allahın evini (Kəbəni) havada ziyarət edirmiş.

Aparıcı: Orada bir şey də diqqətimi cəlb etdi. Deyir ki, bu iş zahidlər üçün baş verib, lakin bu işin alimlər üçün də baş verdiyi bizə yetişməyib. Deməli alimləri daha aşağı təbəqədə qeyd edir.

Ustad əz-Zəkəriyya: Bəli. Diqqət edin. Övliyalardan biri barədə deyilən olduqca aydın bir sözdür bu... Və bu kəramət hörmətli izləyicilər üçün də tam şəkildə aydındır... Xariquladə işlər... Və ya əhli-sünnə qardaşlarımızın alimlərinin dediyi kimi “kövni təsir” (aləmdə təsir qoyma bacarığı)...

Görəsən həqiqətən də elə bir adam ola bilərmi ki, aləmdə təsir qoya bilsin, aləm üzərində təsiri olsun, ya yox? Görəsən bu sözü yalnızca şiələr demişlər, yoxsa əhli-sünnə qardaşlarımızın alimləri də onlarla razılaşmışlar?

Aparıcı: Bu bacarığa İmamiyyə məktəbində termin olaraq nə deyirlər?

Ustad əz-Zəkəriyya: Təkvini vilayət. Şiələr bunu “təkvini vilayət” adlandırırlar. Əhli-sünnə qardaşlarımız isə “kövni təsir” deyirlər.

Aparıcı: Aləmin işlərində təsərrüf etmə bacarığı (bir ağacı hərəkətə gətirmək, torpağı qızıla çevirmək, yeməyi çoxaltmaq və s. kimi işlər – red.)...

Ustad əz-Zəkəriyya: Əhsən. Görəsən bu mövzuda da sünnilərin və şiələrin sözləri birdirmi? Cavab: bəli.

Əziz izləyicilər, böyük alimlərdən biri olan İbn Teymiyyənin “Kövni təsir” barədə sözünə baxın. İbn Teymiyyə “Məcmu əl-fətava” kitabında, 11-ci cild, səhifə 324-325-də (Şeyx əz-Zəkəriyyanın videoda göstərdiyi nəşrdə 6-cı cild, səhifə 178-də ) deyir:

وأما الثالث : فمن يجتمع له الأمران ؛ بأن يؤتى من الكشف والتأثير الكوني ما يؤيد به الكشف والتأثير الشرعي ، وهو علم الدين والعمل به ، والأمر به ، ويؤتى من علم الدين والعمل به ، ما يستعمل به الكشف والتأثير الكوني ، بحيث تقع الخوارق الكونية تابعة للأوامر الدينية ، أو أن تخرق له العادة في الأمور الدينية ، بحيث ينال من العلوم الدينية ، ومن العمل بها ، ومن الأمر بها ، ومن طاعة الخلق فيها ، ما لم ينله غيره في مطرد العادة ، فهذه أعظم الكرامات والمعجزات وهو حال نبينا محمد صلى الله تعالى عليه وسلم وأبي بكر الصديق وعمر وكل المسلمين .

...Üçüncü (növ şəxsə) gəlincə, onda hər iki iş cəm olur: bu mənada ki, kəşf və kövni-təsirdən elə şeylər ortaya gətirir ki, onunla kəşf və şəri-təsir dəstəklənir. Şəri-təsir din elmi, ona əməl etmək və ona əmr etməkdir. Həmçinin də, din elmi və ona əməldən elə şeylər ortaya gətirir ki, onundan kəşf və kövni-təsirin yararlanır. Bu mənada ki, kövni xariquladə işlər dini göstərişlərə tabe (uyğun) şəkildə baş verir və ya dini işlərdə onun üçün xariquladə şeylər baş verir; dini elmlərdən, ona əməl etməkdən, ona əmr etməkdən elə şeylər əldə edir ki, heç kəs onları əldə etməmişdir. Bu, kəramətlərin və möcüzələrin ən üstünüdür. Və bu Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi [və alihi] və səlləm), Əbu Bəkrin, Ömərin və bütün müsəlmanların vəziyyətidir.

 

Sözü aydındır və o, bu sözü ilə şiə alimləri ilə eyni fikri söyləmişdir.

Aparıcı: Görəsən biz bu sözü desəydik neçə nəfər bizi ğüluvda (həddi aşmaqda) günahlandırardı? “Youtube” bu barədə danışan şəxslərlə doludur... Onlar deyirlər ki, imamiyyə şiələri – rafizilər bu mövzuda İmamları barədə ğüluv edirlər...

Ustad əz-Zəkəriyya: Hər kim Əhli-Beyt şiələrini “təkvini-vilayət” mövzusunda inkar edir və onlara tənə vurursa, belə bir şəxs bilmir ki, bu məsələ şiə və sünnilər arasında ittifaq olunan bir məsələdir... Ya cəhalətinə görə, ya da inadına görə belə edir... Əziz izləyicilər, görəsən İbn Teymiyyənin özünün kəramətləri olub? Bəli.

Bunu onun tələbəsi olmuş Ömər ibn Əli əl-Bəzzar “əl-Əlam əl-əliyyə fi mənaqib İbn Teymiyyə” kitabında, səhifə 56-57-də deyir:

وحَدثني الشَّيْخ الصَّالح الْوَرع عُثْمَان بن احْمَد بن عِيسَى النساج أَن الشَّيْخ رَضِي الله عَنهُ : كَانَ يعود المرضى بالبيمارستان بِدِمَشْق، فِي كل اسبوع. فجَاء على عَادَته فعادهم. فوصل الى شَاب مِنْهُم فَدَعَا لَهُ، فشفي سَرِيعا، وَجَاء الى الشَّيْخ يقْصد السَّلَام عَلَيْهِ. فَلَمَّا رَآهُ هش لَهُ وَأَدْنَاهُ، ثمَّ دفع اليه نَفَقَة وَقَالَ: قد شفاك الله، فعاهد الله أَن تعجل الرُّجُوع الى بلدك. أَيجوزُ أَن تتْرك زَوجتك، وبناتيك أَرْبعا، ضَيْعَة وتقيم هَا هُنَا. فَقبل يَده، وَقَالَ; يَا سَيِّدي أَنا تائب الى الله على يدك. وَقَالَ الْفَتى وَعَجِبت مِمَّا كاشفني بِهِ. وَكنت قد تَركتهم بِلَا نَفَقَة، وَلم يكن قد عرف بحالي أحد من أهل دمشق.

Mənə saleh və təqvalı şeyx Osman ibn Əhməd ibn İsa ən-Nəssac nəql etdi ki, Şeyx (İbn Teymiyyə) hər həftə Dəməşqdə “bimarıstanda” (xəstəxanada) xəstələrə baş çəkirdi. (Bir gün də) adəti üzrə gəlib xəstələrə baş çəkdi. Xəstələrdən olan bir cavan oğlanın yanına gəldi və onun üçün dua etdi. Cavan tez bir vaxtda şəfa tapdı. (Sağaldıqdan sonra) salam verməkdən ötrü Şeyxin yanına gəldi. Şeyx onu görüncə ona nəvazişlə davrandı və yanına yaxınlaşdırdı. Sonra ona bir qədər xərclik verdi və dedi: “Allah sənə şəfa verib. Allahla əhd bağla ki, öz ölkənə (şəhərinə) tez qayıdacaqsan. Məgər rəvadırmı ki, xanımını və dörd qızını sıxıntı içərisində (çətin vəziyyətdə) tərk edib burada qalasan?!” Bundan sonra cavan onun əlini öpdü və dedi: “Ey ağam! Mən sənin əlinlə Allah dərgahında tövbə edirəm.” Həmin cavan dedi ki, onun mənim üçün açıqladığı şeydən təəccüb etdim. Mən onları xərclikləri olmayan bir vəziyyətdə tərk etmişdim. Və Dəməşq camaatı içərisində mənim halımdan xəbərdar olan bir kimsə yox idi.

 

Aparıcı: Təkcə İbn Teymiyyədən başqa.

Ustad əz-Zəkəriyya: Yalnız İbn Teymiyyədən başqa... İbn Teymiyyə necə bildi bunu?

Aparıcı: Qeyb aləmindən...

Ustad əz-Zəkəriyya: Yəni, İbn Teymiyyə bu qeybi məsələni necə bildi?? Kəramət... Lakin əgər bunu Əhli-Beytdən biri barədə desək, azmışıq... Həmçinin, səhifə 58-də deyir:

قلت: وكرامات الشَّيْخ، رَضِي الله عَنهُ، كَثِيرَة جدا، لَا يَلِيق بِهَذَا الْمُخْتَصر اكثر من ذكر هَذَا الْقدر مِنْهَا. وَمن اظهر كراماته; أَنه مَا سمع بِأحد عَادَاهُ اَوْ غض مِنْهُ إِلَّا وابتلي بعدة بلايا غالبها فِي دينه، وَهَذَا ظَاهر مَشْهُور لَا يحْتَاج فِيهِ الى شرح صفته.

Deyirəm: Şeyxin kəramətləri olduqca çoxdur. (O kəramətlərdən) bu qədərindən çoxunu qeyd etmək bu müxtəsər kitaba uyğun deyil. Onun ən aşkar kəramətlərindən biri də budur ki, onunla düşmənçilik edən və ya onun təhqir edən elə bir şəxs olmayıb ki, cürbəcür bəlalara (hansılar ki, əksəriyyəti həmin şəxsin dininə aid olub) düçar olmasın. Bu, aşkar və məşhur bir məsələdir və əlavə şərh etməyə ehtiyac yoxdur.

 

Onun kəramətləri olduqca çoxdur... Bu kəramətlərdən biri də budur ki, o qeybi işləri bilirmiş... Lakin bəzi inkarçıların nəzərində bu işi Əhli-Beyt barəsində demək ğüluvdur. Əgər bu sözü Əhli-Beytdən (əleyhimus-səlam) biri barədə desə, ğüluv etmiş olur...

Aparıcı: Burada belə bir sual da vardır ki, ola bilsin izləyicilərin zehinlərinə gələ bilər. “Ğüluv edən” (muğali) sözü fiqhi termin olaraq nə mənaya gəlir? Əgər bir şəxsi ğüluvda ittiham edirsənsə, nə anlama gəlir bu?

Ustad əz-Zəkəriyya: Ğüluv iki qisim olur. Birinci qismi budur ki, hər hansısa bir şəxsi lazım olduğundan daha artıq şəkildə, haqqı olduğundan daha artıq şəkildə vəsf edəsən. Bu birinci qisimdir. Və indicə deyilən buna aiddir. İkinci qisim isə budur ki, hər hansısa bir şəxsi elə bir şeylə vəsf edəsən ki, bu səni dindən çıxarsın. Bəzilərinin Əhli-Beyt (ə) şiələrinə tənə vurduqları məsələlərdən biri də budur ki, şiələr deyirlər ki, Əhli-Beyt (ə) ölüləri dirildə bilər. Bu mövzuda bir çox quruplar şiələri ğüluv etməkdə ittiham edirlər ki, onlar Əhli-Beytin (ə) əli ilə ölülərin dirildilə bilməsinin mümkünlüyünə etiqad edirlər.

Aparıcı: Və buna görə onları şirkdə də günahlandırırlar.

Ustad əz-Zəkəriyya: Bu şirkdir... ğüluvdur... Bununla şiələri İslam millətindən (ümmətindən) xaric etmək istəyirlər... Görəsən bu iş doğrudur? Əhli-Sünnə qardaşlarımızın kitablarında mövcuddur, yoxsa yox? Və bu məsələ ilə bağlı Əhli-sünnə qardaşlarımızın alimlərinin rəyi nədir? Qoy əziz izləyicilər şiə və sünnilərin ittifaq etdikləri məsələlərdən agah olsunlar...

İbn Teymiyyə... Əhli-sünnə qardaşlarımızın nəzərində məşhur imam olan bu şəxs, bu məsələ barəsində nə demişdir? O “ən-Nubuvvat” kitabında, cild 2, səhifə 807-808-də (Şeyx əz-Zəkəriyyanın videoda göstərdiyi nəşrdə səhifə 292-də) deyir:

والآيات التي يبعث الله بها أنبياء، قد يكون مثلها لأنبياء أُخَر؛ مثل إحياء الموتى؛ فقد كان لغير واحد من الأنبياء. وقد يكون إحياء الموتى على يد اتباع الأنبياء؛ كما قد وقع لطائفة من هذه الأمة1، ومن اتباع عيسى؛ فإن هؤلاء يقولون: نحن إنّما أحيى الله الموتى على أيدينا؛ [لاتّباع محمد، أو المسيح، فبإيماننا بهم، وتصديقنا لهم أحيى الله الموتى على أيدينا] ، فكان إحياء الموتى مستلزماً [لصدق] عيسى، و [محمّدٍ] ، لم يكن قطّ مع تكذيبهما، فصار آية لنبوّتهم، وهو أيضاً آية لنبوّة موسى، وغيره من أنبياء بني [إسرائيل] الذين أحيي الله الموتى على أيديهم.

O ayətlər (qeyri-adi işlər) ki, Allah bəzi peyğəmbərləri onlarla məbus edir, mümkündür ki, onların eynisi başqa peyğəmbərlər üçün də baş versin. Məsələn: ölüləri diriltmək kimi. Ölüləri diriltmək bir neçə peyğəmbərdə baş vermişdir. (Həmçinin) ölüləri diriltmək peyğəmbərlərin ardıcılları üçün də baş verə bilər. Necə ki, bu ümmətdən olan bir dəstə şəxs və eləcə də İsanın ardıcıllarından olan bir dəstə şəxs bunu edə bilmişdir. Bu şəxslər deyirlər: “Allah bizim əlimizlə ölüləri məhz ona görə diriltmişdir ki, biz Muhəmmədə və ya Məsihə (aleyhimus-salətu vəs-səlam) tabe olmuşuq. Biz onlara iman gətirdiyimizə və onları təsdiq etdiyimizə görə Allah bizim əlimizlə ölüləri diriltmişdir.” (Onların) ölüləri diriltməsi onların İsanı və Muhəmmədi (aleyhiməs-salətu vəs-səlam) təsdiq etmələrinə bağlı idi, o ikisini təkzib etməklə bərabər deyildi (onları inkar etdikləri halda ölü diriltməmişlər, əksinə onları təsdiq etdiklərinə görə bunu bacarmışlar – red.) Beləcə bu işlər onların nübuvvətləri(nin doğruluğuna dəlalət edən) bir əlamət olmuşdur. Bu, həmçinin Musa və sair Bəni-İsrail peyğəmbərlərinin nübuvvətləri üçün də bir əlamətdir. Hansılar ki, Allah onların vasitəsilə ölüləri diriltmişdir.

 

Aparıcı: Daha ölü diriltməkdən böyük nə kəramət var...

Ustad əz-Zəkəriyya: Buna əsasən, hər kəs ki, şiəni ğüluv və şirkdə ittiham etmək istəyir, belə bir şəxs həqiqətdə əhli-sünnə qardaşlarımızın böyük alimlərini ittiham edir. İnkarçı şəxs hər iki məzhəb yanında məşhur olan şeyə müxalifət edir. Görəsən burada başqa məsələlər də vardırmı? Bəli. Bəziləri şiə kitabların birində gələn bir rəvayətə irad tuturlar. Rəvayətdə deyilir ki, Cəbrail (əleyhis-səlam) həzrət Fatimə (salamullahi-aleyha) ilə danışırmış. “Bunlara baxın... necə olur ki, Cəbrail səmadan enib Fatimə ilə danışır?!” Lakin bu tənə vuran bilmir ki, Cəbrail (əleyhis-səlam) nazil olub səhabələrdən biri ilə danışıb! İnkar edəcək? Bilmirəm... Haradadır bu hədis?

“Silsilət əl-əhadis əs-sahihə” kitabında, 7-ci cild, səhifə 373-də:

عن ابن عباس قال: عاد رسول الله - صلى الله عليه وسلم - رجلاً من الأنصار، فلما دنا من منزله سمعه يتكلم في الداخل، فلما أستأذن عليه دخل عليه فلم ير أحداً، فقال له رسول الله - صلى الله عليه وسلم - :سمعتك تكلم غيرك؟ قال: يا رسول الله! لقد دخلت الداخل اغتماماً بكلام الناس مما بي من الحمى، فدخل علي داخل ما رأيت رجلاً قط بعدك أكرم مجلساً ولا أحسن حديثاً منه، قال ذاك جبريلُ عليه السلامُ، وإنَّ منكم لرِجَالاً لو أنَّ أحدَهم يقسمُ على الله لأبرَّه.

İbn Abbasdan nəql edilir ki, deyir: Allah Rəsulu (sallallahu aleyhi [və alihi] və səlləm) ənsardan olan bir nəfərin ziyarət(inə getdi). Mənzilinə yaxınlaşdıqda həmin şəxsin içəridə (kiminləsə) danışdığını eşitdi. Ondan izin istəyib içəri daxil olduqda heç kəsi görmədi. Allah Rəsulu (sallallahu aleyhi [və alihi] və səlləm) ona dedi: “Sənin başqa bir nəfərlə danışdığını eşitdim.” Dedi: “Ey Allahın Rəsulu, məndə olan qızdırma səbəbindən camaatın mənim barəmdə dedikləri sözlərdən kədərlənib evimə çəkildim. Bu vaxt içəri bir nəfər daxil oldu ki, səndən başqa onun kimi xoş ünsiyyət və xoş sözlü birisini görməmişəm!” Peyğəmbər dedi: “O Cəbraildir (əleyhis-səlam). Sizin içərinizdə bir sıra şəxslər vardır ki, əgər onlardan biri Allaha and içərsə onu yaxşılıqla (tamamlayar).”

 

Cəbrail nazil olub səhabələrdən biri ilə danışır. Haradadır inkarçı indi? Nə üçün Xanım Fatimə (salamullahi-əleyha) barədə bunun baş verməsini inkar edirsən, amma bu sözü inkar etmirsiniz? Aydın məsələdir... Nə üçün məşhuru tərk edirik, nə üçün səhih olanı tərk edirik və əvəzində şazz və nadir olana üz tuturuq? Olduqca çoxlu kəramətlər və hadisələr baş vermişdir...

Mən hörmətli izləyicilərə deyirəm: biz ancaq bu kəramətləri seçdik. Əks halda olduqca çoxlu kəramətlər vardır və onlarla bağlı çoxlu kitablar yazılmışdır...

Həmçinin, başqa bir kəramət... Səhabələrdən biri zəhər içir. Zəhər içir, amma ona heç bir şey olmur. Kimdir bu səhabə? Və görəsən bu əsər (rəvayət) səhihdir?

Bunu Əbul-Qasim əl-Laləkai “Kəramat əl-əuliya” kitabında nəql etmişdir. 127-ci səhifə 101-ci “əsər” (rəvayət):

أخبرنا عِيسَى بْنُ عَلِيٍّ، أنا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ الْبَغَوِيُّ، قَالَ: ثنا مُحَمَّدُ بْنُ حَسَّانَ السَّمْتِيُّ، قَالَ: ثنا سُفْيَانُ بْنُ عُيَيْنَةَ، قَالَ: ثنا بَيَانٌ، وَإِسْمَاعِيلُ بْنُ أَبِي خَالِدٍ، عَنْ قَيْسِ بْنِ أَبِي حَازِمٍ، قَالَ: شَهِدْتُ خَالِدَ بْنَ الْوَلِيدِ رَضِيَ اللَّهُ عَنْهُ بِالْحِيرَةِ أُتِيَ بِسُمٍّ، فَقَالَ: مَا هَذَا؟ قَالُوا: سُمُّ سَاعَةٍ، قَالَ: " بِسْمِ اللَّهِ ثُمَّ ازْدَرَدَهُ

Qeys ibn Əbi Hazimdən belə dediyi nəql olunur: “Hirədə Xalid ibn Vəlidə zəhər gətirildiyinə şahid oldum. Xalid dedi: “Bu nədir?” Dedilər: “İndicə hazırlanan zəhərdir.” Dedi: “Bismillah.” Bundan sonra onu udumlayıb (içdi).”

Kitabın mühəqqiqi Əbu Yaqub Nəşhəd ibn Kamal əl-Mısri deyir: “Səhih rəvayətdir.”

 

Qeyd: Şeyx əz-Zəkəriyyanın videoda göstərdiyi Əbu Yəqub əl-Misrinin təhqiqi ilə olan nəşri tapa bilmədiyimiz üçün məcburən videodan "screenshot" etməli olduq, ona görə keyfiyyəti yaxşı alınmayıb.

313news.net olaraq, bizim əlimizdəki həmin kitabın mühəqqiqi Şeyx əl-Misri yox, Şeyx Əhməd ibn Məsud ibn Həmdandır və kitab 1992-ci ildə Səudiyyə Ərəbistanında “Dar ət-Teybə” mətbəəsində nəşr edilib.

Şeyx Əhməd ibn Məsud ibn Həmdan bu rəvayətin sənədinin “həsən” dərəcəsində olduğunu deyir.

 

Ustad əz-Zəkəriyya: Deməli...

Aparıcı: Zəhəri içir, amma ölmür...

Ustad əz-Zəkəriyya: Zəhər içir... Nə adlanır bu iş? “Təkvini-vilayət.” “Kövni-təsir.” Belə ki, o zəhəri içir, amma ona heç nə olmur.

Həmçinin, başqa bir kəramət. Övliyalardan biri suyun üstündə gəzir... Necə baş verib bu? Yenə də bu barədə bizə əl-Laləkai məlumat verir. “Kəramat əl-əvliya” kitabında, səhifə 188-də, 149-cu əsərdə (rəvayətdə) deyir:

أَخْبَرَنَا عَلِيٌّ، أنا الْحُسَيْنُ، ثنا عَبْدُ اللَّهِ، قَالَ: ثنا أَبُو مُوسَى هَارُونُ بْنُ عَبْدِ اللَّهِ، قَالَ: ثنا أَبُو النَّضْرِ، عَنْ سُلَيْمَانَ بْنِ الْمُغِيرَةِ قَالَ: انْتَهَى أَبُو مُسْلِمٍ الْخَوْلَانِيُّ إِلَى دِجْلَةَ وَهِيَ تَرْمِي بِالْخَشَبِ مِنْ مَدِّهَا فَمَشَى عَلَى الْمَاءِ ثُمَّ الْتَفَتَ إِلَى أَصْحَابِهِ، فَقَالَ: هَلْ تَفْقِدُونَ شَيْئًا فَنَدْعُو اللَّهَ تَعَالَى؟

Süleyman ibn Muğeyrədən belə dediyi nəql olunur: Əbu Müslim (əl-Xulani) Dəclə çayına çatdı. (O vaxt) Dəclə dərin olduğuna görə ağacla keçilirdi. Əbu Müslim isə suyun üstü ilə yeriyib (çayı keçdi). Sonra adamlarına tərəf dönüb dedi: “Bir şey itirmisiniz ki, Allah-təalaya dua edək (qayıtsın)?”

Kitabın mühəqqiqi Əbu Yaqub Nəşhəd ibn Kamal əl-Mısri deyir: “Səhih rəvayətdir.”

 

Qeyd: Şeyx əz-Zəkəriyyanın videoda göstərdiyi Əbu Yəqub əl-Misrinin təhqiqi ilə olan nəşri tapa bilmədiyimiz üçün məcburən videodan "screenshot" etməli olduq, ona görə keyfiyyəti yaxşı alınmayıb.

313news.net olaraq, bizim əlimizdəki həmin kitabın mühəqqiqi Şeyx əl-Misri yox, Şeyx Əhməd ibn Məsud ibn Həmdandır və az öncə bu barədə ətraflı məlumat vermişdik.

Kitabın mühəqqiqi Şeyx Əhməd ibn Məsud ibn Həmdan bu rəvayət barədə deyir:

Raviləri siqədir. Lakin Süleyman ibn Muğeyrənin Əbu Müslimdən eşitməsində şəkk vardır. Belə ki, Əbu Müslimin vəfatı Müaviyənin, yaxud oğlunun xilafəti zamanında olmuşdur, Süleymanın vəfatı isə 165-ci hicri ilində olmuşdur.

Bəlkə də Əbu Nəimdən nəql edilən növbəti rəvayət bunu açıqlayır. Bax: ət-Təhzib: 4/220.

Bu hadisəni İbn Əbid-Dünya – rəvayətdəki Abdullah adlı şəxs – öz kitabında (“Mucabud-Də`va”-da, səh 113) nəql edir. Həmçinin, Beyhəqi onu başqa təriqlə Harun ibn Abdullahdan və Fəzl ibn Suheyldən nəql etmişdir və demişdir: “Bu, səhih isnaddır”. (Dəlailun-Nubuvvə: 6/54).

Onu Əbu Nəim başqa bir sənədlə Haşim ibn Qasimdən, o Süleyman ibn Müğeyrədən, o da Həmid ibn Hilaldan və ya başqa birisindən nəql etmişdir.. (Hilyə: 5/120) O göstərmişdir ki, Süleyman rəvayəti bir vasitə ilə nəql etmişdir. Bəlkə də səhih olan budur. Allah daha yaxşı bilər.

 

Deməli, övliyalar zəhər içirlər, suyun üzərində gəzirlər, havada Həcc yerinə yetirirlər, öldükdən sonra danışırlar.. .

Aparıcı: Cəbraillə danışırlar...

Ustad əz-Zəkəriyya: Bəli, Cəbrail səhabələrdən biri ilə danışır. Bütün bu işlər təbii işlərdir. Lakin nə üçün Əhli-Beytə (əleyhimus-səlam) gəlib çatanda inkarçı şəxs dayanır..?!

Halbuki, Əhli-Beyt (əleyhimus-səlam) övliyaların ağalarıdırlar! Nə üçün onlara da bu haqqı vermirsən? Nə üçün bu kəraməti Əhli-Beytdən alırsan, əvəzində onlardan daha aşağı olanlara verirsən?

Deyilənlərə bu kəraməti də əlavə edin... Hansı ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi) zamanında iki səhabə üçün baş vermişdir. Nə olub, nə baş verib, qulaq asaq.

Bu rəvayəti əl-Hakim “əl-Müstədrək”də, 3-cü cilddə, səhifə 288-də nəql edib. Hakim Sabitdən, o da Ənəsdən belə nəql edir:

حدثني علي بن حمشاذ العدل ، ثنا هشام بن علي ، وإسحاق بن الحسن ، قالا : ثنا عفان بن مسلم ، ثنا حماد بن سلمة ، عن ثابت ، عن أنس قال : كان أسيد بن حضير ، وعباد بن بشر عند النبي صلى الله عليه وآله وسلم في ليلة ظلماء حندس فلما انصرفا أضاءت عصا أحدهما ، فمشيا في ضوءها فلما افترقا أضاءت عصا الآخر

Dedi: Useyd ibn Hudeyr və Abbad ibn Bişr zülmət qaranlıq bir gecədə Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) yanında idilər. Elə ki, həzrətin yanından ayrıldılar, onlardan birinin əsası işıqlandı və onlar əsanın işığında yol getdilər. Elə ki, bir-birlərindən ayrıldılar, digərinin əsası da işıqlandı.

Əl-Hakim deyir:

صحيح على شرط مسلم ، ولم يخرجاه .

Müslimin şərtinə əsasən səhihdir, lakin (Müslim və Buxari) onu nəql etməmişlər.

Şəmsuddin əz-Zəhəbi də “ət-Təlxis”də onunla razılaşmışdır.

 

Bu nə adlanır? Bu təkvini vilayətdir. Bu mənada ki, elə edir ki, əsası qarşısındakı yolu işıqlandırır. Yəni, əgər siz bu işi Əhli-Beytə nisbət versəniz, ğüluvdur..! Və bundan sonra ümid edirəm ki, bu həqiqətləri inkar edənlər Allahdan qorxacaqlar.

Bu, Əhli-Beytin və Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) əvəzi və mükafatı deyil ki, bu kəramətləri onlardan alasan, əvəzində onu başqa bir şəxsə verəsən... Və la haulə və la quvvətə illa billah.

Məsələn, qeyb elmi məsələsi. Şiələr belə etiqad edirlər ki, Əhli-Beytin (ə) qeybi işlərə elmləri vardır. Biz deyirik: bəli, onların qeybə elmləri vardır, lakin mütləq mənada deyil.

Bu məsələ, yəni qeybi işlərdən agahlıq, görəsən əhli-sünnə qardaşlarımızın (əqidəsində) də vardır, yoxsa yox..? Özümdən söz demək istəmirəm, xeyr.

Bu böyük hafiz, İbn Kəsir “əl-Bidayə vən-nihayə” kitabının 6-cı cildində, səhifə 301-də (Şeyx əz-Zəkəriyyanın videoda göstədiyi nəşrdə cild 6, səhifə 147-də) nə deyir?

ومن كتاب دلائل النبوة في باب إخباره صلى الله عليه وسلم عن الغيوب المستقبلة

Peyğəmbərliyin dəlilləri bölməsi. O Həzrətin gələcəkdə baş verəcək qeybi işlərdən xəbər verməsi babı

İbn Kəsir deyir:

وقد ذكرنا في سيرة عمر بن الخطاب رضي الله عنه أشياء كثيرة من مكاشفاته وما كان يخبر به من المغيبات كقصة سارية بن زنيم وما شاكلها ولله الحمد والمنة.

Biz Ömər ibn Xəttabın tərcümeyi-halında onun mükaşifələrindən, həmçinin xəbər verdiyi qeybi-işlərdən – Sariyə ibn Zəinmin hadisəsi və başqa hadisələr kimi – çoxlu şeylər nəql etdik. Həmd və minnət Allaha məxsusdur.

 

Diqqət et onun cümləsinə: “xəbər verdiyi qeybi-işlərdən...”

Aparıcı: Yəni, qeybi bilirdi...

Ustad əz-Zəkəriyya: Deməli, bunun harasında problem var? Tənə vuran və inkar edən şəxs Əhli-Beyt (ə) şiələrinə tənə vurmaq və onları inkar etmək istəsə, öz alimlərinə tənə vurmuş olacaq... Bu, məşhur bir işdir.

Görəsən, İbn Kəsirin barəsində nə deyəcək? O da ğüluv edir? Şiəyə dediyi kimi ona da “müşrik” deyəcək? Biz inkarçıdan bunun cavabını gözləyirik.

İndi isə mövzu bizi İmam Hüseynin (əleyhis-səlam) kəramətlərinə doğru aparır... Bu kəramətləri qeyd etdikdən sonra kimsə İmam Hüseyndən (əleyhis-səlam) sadir olan hansısa bir kəraməti inkar edəcəkmi? İnanmıram... Ağlına hörmət qoyan və diri qəlbi olan kəs bunu inkar etməz.

Aparıcı: Yalnız, “həva-həvəsini özünə ilah seçən şəxs”dən başqa...

Ustad əz-Zəkəriyya: İmam Hüseynin (salamullahi-əleyh) kəramətlərindən biri... Biz bunu şiə kitabından nəql etmirik ki, deməsinlər bu şiə kitabıdır... Xeyr. Əhli-sünnə qardaşlarımızın bir kitabında nəql edəcəyik ki, hörmətli izləyiciyə bu məsələnin üzərində ittifaq edilən bir iş olmasını göstərək. Müsəlmanlar arasında məşhur olan bir işdir.

Hafiz əl-Heysəmi “Məcmə əz-zəvaid” kitabında İmam Hüseynin (ə) kəramətləri barədə nə deyir? 9-cu cild, səhifə 230-da (Şeyx əz-Zəkəriyyanın videoda göstədiyi nəşrdə 9-cu cild, səhifə 197) deyir:

عن أبي قبيل قال : لما قتل الحسين بن علي انكسَفَت الشمس كسفة حتى بدت الكواكب نصف النهار ، حتى ظننَّا أنها هي

Əbu Qubeylin belə dediyi nəql olunur: Hüseyn ibn Əli qətlə yetirildikdə elə bir şəkildə günəş tutuldu ki, hətta günün günorta çağı ulduzlar göründü. Elə zənn etdik ki, odur...

Sonra əl-Heysəmi deyir:

رواه الطبراني وإسناده حسن

Bunu ət-Təbərani nəql etmişdir. İsnadı həsəndir (yaxşıdır).

 

“Elə zənn etdik ki, odur....” sözünün mənası nədir? Qiyamət! (yəni, elə zənn etdik ki, qiyamətdir - red.)

Aparıcı: Məhşər günü..

Ustad əz-Zəkəriyya: Yəni, İmam Hüseyn (əleyhis-səlam) şəhid olan vaxt elə bir şey baş verir ki, camaat elə zənn edir qiyamət günüdür...

Aparıcı: Bu həmçinin, İmam Hüseyn (s.ə) üçün keçirilən mərasimlərə, ağlamağa, Aşuraya irad tutanlara da bir xatırlatmadır ki, görün İmam Hüseynə (salavatullahi-əleyh) görə səmada nələr baş vermişdir... Halbuki səmanın nə ağlı var, nə də hissləri... İndi o şəxsin ki, ağlı da, hissləri də var, görəsən bu ağrılı müsibət qarşısında onun əməli (tutumu, davranışı) necə olmalıdır?!

Ustad əz-Zəkəriyya: Yəni, məxluqat (bütün yaradılmışlar) İmam Hüseynə (ə) ağlamışdır. Günəşdə nə baş verdiyini gördünüz... Kainatın Ağası İmam Hüseynə (ə) ağlamışdır. Necə ki, keçən bəhslərdə isbat etmişik.

Həmçinin, başqa nə baş vermişdir... İmam Hüseynin (salamullahi-əleyh) şəhadətindən sonra. “Təhzib əl-kəmal fi əsma ər-rical” kitabının müəllifi, böyük hafiz Cəmaluddin əl-Mizzi kitabının 6-cı cildində, səhifə 434-435-də (Şeyx əz-Zəkəriyyanın videoda göstərdiyi nəşrdə cild 3, səhifə 678-də) deyir:

وَقَال عَبَّاس بْن مُحَمَّد الدوري، عَنْ يحيى بْن مَعِين: حَدَّثَنَا جرير، عن يزيد بْن أَبي زياد، قال: قتل الحسين ولي أربع عشرةسنة، وصار الورس الذي كَانَ في عسكرهم رمادا واحمرت آفاق السماء ونحروا ناقة في عسكرهم فكانوا يرون في لحمها النيران.

Abbas ibn Muhəmməd əd-Duri, Yəhya ibn Məindən rəvayət edərək dedi: Cərir bizə Yəzid ibn Əbi Ziyaddan nəql edərək dedi: “Hüseyn qətlə yetirildiyi zaman mənim on dörd yaşım var idi. (O qətlə yetirildiyi zaman) onların (qatillərin) düşərgələrində olan “virs” gülü külə döndü, göy üzü qırmızı oldu. Onlar (qatillər) öz düşərgələrində bir dəvə kəsdilər. Lakin dəvənin ətindən od çıxdığını görürdülər.”

 

Yəni, səma qırmızı olur, dəvə... bitkilər... Nə baş verir? Bütün bu işlər İmam Hüseynin (salamullahi-əleyh) şəhadət günündə baş verir..! Nə üçün inkarçı şəxs bu sabit işləri inkar edir?

Əziz izləyicilər, övliyaların kəramətlərini inkar edə bilmərik. Bunlar sübuta yetmiş işlərdir. Bunları inkar edən şəxslərə qulaq asmayın! Bu işlər sabitdirlər və müsəlmanlar arasında onlar barədə ittifaq edilmişdir.

Aparıcı: Burada bir nöqtə var ki, istəyirəm qeyd edim. Necə ki, Peyğəmbəri-Əkrəm (salavatullahi əleyhi və alihi) dünyaya gəldiyi zaman aləmdə sevinc əlamətləri görünmüşdü, eləcə də İmam Hüseyn (salavatullahi-əleyh) şəhadətə yetəndə aləmdə hüzn əlamətləri aşkar oldu...

Heç kəs Peyğəmbərin dünyaya gəlməsi zamanı baş verən hadisələri inkar edə bilməz (buna əsasən, belə hadisələrin İmam Hüseyn (ə) üçün də baş verə bilməsini inkar etməməlidir – red.) Və həmçinin, bu hadisə ona dəlalət edir ki, həmin vaxt Rəhman olan Allahın qəzəbi bu işlərdə təcəlla edib...

Ustad əz-Zəkəriyya: Əhsən! Aləmdə baş verən bu işlər olduqca vahiməlidir... Nə üçün inkar edilir? Yəni, onlardan (Əhli-Beytdən) qeyriləri üçün baş verməsi mümkündür, elə isə nə üçün bu işin Əhli-Beyt barəsində də baş verə bilməsini demirsən?

Bəzilərinin Əhli-Beyt şiələrinə irad tutduqları kəramətlərdən başqa biri... Onlar deyirlər ki, siz İmam Hüseynin (ə) yanına gedirsiniz, ondan şəfa istəyirsiniz... Və deyirsiniz ki, onun türbətində şəfa vardır... Necə ki, şiə rəvayətləri bunu qeyd edir... Görəsən bu doğrudur? Deyirik: bəli, doğrudur. Bu da həmçinin, Əhli-sünnə qardaşlarımızın kitablarında gəlmişdir...

Böyük imamlardan və alimlərdən biri - “Siyər əlam ən-nubəla” kitabının müəllifi əz-Zəhəbi... Bir nəfərin tərcümeyi-halını qeyd edir. Bu şəxs İmam Hüseynin (əleyhis-səlam) qəbrinin ziyarətinə gedir. Və o zaman xəstə olur. Nə baş verir? İndi eşidəcəyik. Lakin əvvəlcə deyək ki, kimdir bu şəxs. İmamın (əleyhis-səlam) qəbrinin yanına gedən bu şəxs kimdir? Və vəziyyəti necə olub?

“Siyər əlam ən-nubəla”, 15-ci cild, səhifə 558-559. Tərcümeyi-halın rəqəmi: 333. əl-Xuldi. Kimdir bu əl-Xuldi? Zəhəbi bizə açıqlayır. Deyir:

الشَّيْخُ، الإِمَام، القُدْوَة، المُحَدِّث، شَيْخ الصُّوْفِيَّة، أَبُو مُحَمَّدٍ جَعْفَرُ بنُ مُحَمَّدِ بنِ نُصَيْر بنِ قَاسم البَغْدَادِيُّ، كَانَ يَسْكُنُ مَحلَّةَ الخُلْدِ....وَقَالَ الخَطِيْبُ: ثِقَةٌ.

Şeyx, imam, öndər, mühəddis, sufilərin şeyxi, Əbu Muhəmməd Cəfər ibn Muhəmməd ibn Nuseyr ibn Qasim, əl-Bağdadi. Xuld məntəqəsində yaşayarmış. ...əl-Xətib demişdir: “Siqədir (güvənilən şəxsdir).”

 

Yaxşı. Bu imam, öndər, mühəddis və siqənin başına nə gəlir? Hara gedir, başına nə gəlir – bunu bizə “ət-Tuyuriyyat” kitabının müəllifi xəbər verir.

Əbu Tahir Əhməd əl-İsfahani. Bu böyük imam bu hadisəni 3-cü cild, səhifə 912-də (Şeyx əz-Zəkəriyyanın videoda göstərdiyi nəşrdə səhifə 467-də) nəql edir.

سمعت أحمد يقول: سمعت أبا بكر يقول: سمعت الخلدي يقول: كَانَ فِيَّ جَرَبٌ عَظِيمٌ كَثِيرٌ، قَالَ: فَمَسَحْتُ بِتُرَابِ قَبْرِ الْحُسَيْنِ، قَالَ: فَغَفَوْتُ فَانْتَبَهْتُ، وَلَيْسَ عَلَيَّ مِنْهُ شَيْءٌ.

Əhmədin belə dediyini eşitdim: Əbu Bəkrin belə dediyini eşitdim: Xuldinin belə dediyini eşitdim: Məndə (bədənimdə) böyük və çoxlu sayda yaralar (qoturluq xəstəliyi) var idi. Mən özümü Hüseynin qəbrinin torpağına sürtüm. Sonra mürgülədim. Ayıldıqda gördüm ki, üzərimdə yaradan heç bir əsər əlamət yoxdur!

 

Aparıcı: Allahummə salli alə Muhəmməd və ali Muhəmməd.

Ustad əz-Zəkəriyya: Allahu əkbər. Bu şəxs şiə deyil. Bu dərəcədə xəstə imiş. Özünü İmam Hüseynin (əleyhis-səlam) qəbrinin torpağına sürtür və şəfa tapır! Ola bilər kimsə sual versin (irad tutsun) ki, bu sufidir... Ola bilər kimsə inkar edib desin ki, bu sufidir... Nə üçün ondan dəlil gətiririk?

Cavab: Sufilər iki qisimdirlər. Bir qismi mədh edilir, digəri isə məzəmmət edilir. Bu sufi imamı əz-Zəhəbi və başqaları mədh etmişlər. O siqədir, yalan deməz. Zəhəbi onu “öndər (nümunə)” adlandırıb. Görəsən azğın, münhərif, yalan danışan bir şəxs əz-Zəhəbinin nəzərində imam və öndər ola bilərmi?

Aparıcı: Xeyr, əlbəttə.

Ustad əz-Zəkəriyya: Deməli, bu şəxs etimadlı şəxsdir və İmam Hüseynin (əleyhis-səlam) qəbri ilə bağlı baş verən bu hadisə həqiqətən də onun başına gəlmişdir... Və Kərbəla türbətində şəfa vardır. Necə ki, Əhli-Beyt imamları və əhli-sünnə qardaşlarımızın imamları belə demişlər.

Əziz izləyicilər, şiənin və sünnilərin ittifaqına zidd gedən bəzi şəxslərin inkar etdikləri bu kəramətlər (sabitdirlər). Və deyirik: Allaha həmd olsun şiələrin və sünnilərin ittfaqına görə!

SON

Sual, irad və təklifləriniz üçün yazın: shiaofahlulbait@yandex.com

Рейтинг

В этом разделе