»»

İmamlar nə zaman öləcəklərini bilirlərmi?

Şiənin bəzi müxalifləri deyirlər:

Şeyx əl-Kuleyni “əl-Kafi” də belə bir hədis nəql etmişdir:

أن الأئمة يعلمون متى يموتون، وأنهم لا يموتون إلا باختيار منهم

“Həqiqətən imamlar nə zaman öləcəklərini öncədən bilirlər və yalnız öz ixtiyarları ilə ölərlər.” (Şeyx əl-Kuleyni, “əl-Kafi”, 1/258; Hürr əl-Amili, “Əl-fusulul-muhimmə”, səh.155)

Әllamə Məclisi isə “Biharul-ənvar” da nəql etmişdir:

لم يكن إمام إلا مات مقتولاً أو مسموماً.

“İmamların hamısı ya qətl olunaraq, ya da zəhərlənərək ölmüşdür.” (“Biharul-ənvar”, 43/364)

İndi əgər həqiqətən, Şeyx əl-Kuleyni və Hürr əl-Amilinin dediyi kimi, imam qeybdən xəbərdardısa, ona veriləcək yemək və içməklərdən də xəbərdar olmalıdır. Əgər zəhərlənərək öldürülübsə, ona veriən zəhərdən xəbərdar olmalı və ondan çəkinməlidir. Əgər çəkinməyibsə, deməli, canına qəsd etmişdir. Çünki yeməyin zəhərli olduğunu bilirdi. Onda özünə qəsd etmişdir və qatidir. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) isə özünü öldürən kəsin cəhənnəmlik olduğunu xəbər vermişdir. Görəsən şiələr öz imamları üçün belə bir sonluğa razıdırlarmı?

Qeyd: Bu irad sələfi şeyxi Suleyman ibn Salih əl-Xəraşi tərəfindən irəli sürülüb.

Onlayn mənbə: http://www.saaid.net/Warathah/Alkharashy/40.htm

İradla əlaqədar cavabımız aşağıdakılardır:

1. Şiələrin etiqadı budur ki, imamlar öləcəkləri zamanı öncədən bilirdilər. Çünki Allah istər birbaşa, istərəsə də Peyğəmbərin vasitəsiylə onları bundan agah etmişdir. Əhli-sünnə kitablarında qeyd etdiyimiz mətləbi təsdiqləyəcək belə bir hədis nəql olunmuşdur. Hakim “əl-Müstədrək” kitabında Zeyd ibn Әsləmdən rəvayət etmişdir ki, Әbu Sinan əd-Duəli ona belə demişdr:

أنه عاد عليًّا «رضي الله عنه» في شكوى له أشكاها، قال: فقلت له: لقد تخوَّفنا عليك يا أمير المؤمنين في شكواك هذه. فقال: لكني والله ما تخوّفت على نفسي منه؛ لأني سمعت رسول الله صلى الله عليه وسلم الصادق المصدوق، يقول: «إنك ستُضرب ضربة ها هنا وضربة ها هنا - وأشار إلى صدغيه -، فيسيل دمها حتى تختضب لحيتك، ويكون صاحبها أشقاها، كما كان عاقر الناقة أشقى ثمود».

“Bir xəstəliyi zamanında Əlinin ziyarətinə getdim.1 Ona dedim: "Ey möminlərin əmiri, biz sənin bu xəstəliyinə görə qorxuya düşdük (bu xəstəlik səbəbindən dünyanı dəyişə biləcəyindən qorxduq)". O isə dedi: "Lakin, Allaha and olsun ki, mən buna görə qorxuya düşmədim. Çünki mən doğru danışan və təsdiq edilən Allah Rəsulunun (s) belə buyurduğunu eşitmişəm ki: “Sənə buradan bir zərbə və buradan bir zərbə vuracaqlar – yanaqlarına işarə edərək – və (həmin zərbənin) qanı saqqalını öz rənginə boyayacaqdır.Bunu edən ən bədbəxt kəsdir, necəki (bir zaman Saleh peyğəmbərin) dəvə(si)ni öldürən kəs Səmud qövmünün ən bədbəxt şəxsi olmuşdur”. (Hakim, “əl-Müstədrək”, 3/122)

______________________________
1 Bu xəstəlik Əmirəlmömininin (ə) zərbətləndiyi zaman düşdüyü xəstəlik deyildir. Bu xəstəlik ayrı xəstəlikdir və onun barəsində Əbu Füzalə əl-Ənsaridən belə nəql edilmişdir:
“Atamla birgə Yənbu məntəqəsinə, Əli ibn Əbu Talibə baş çəkməyə getdik. Əli Yənbuda xəstə yatırdı. Onu Mədinədən Yənbuya gətirmişdilər. Atam ona dedi: “Bu yerdə niyə qalırsan? Əgər burada ölsən, səni Cuheynənin çöl ərəblərindən başqa heç kəs dəfn etməyəcək”. Əli isə dedi: “Mən bu xəstəliyimdən ölməyəcəyəm. Çünki Allah Rəsulu (s) mənə bildirmişdir ki, mən yalnız sui-qəsdə uğrayıb başım saqqalımın qanına bulaşdığı zaman öləcəyəm...” (Əbul-Həsən əl-Mavərdi əş-Şafei, “Əlamun-nubuvvə”, səh.106).

Hakim bu hədis haqqında belə demişdir:

هذا حديث صحيح على شرط البخاري، ولم يخرجاه.

“Bu hədis əl-Buxarinin şərtlərinə əsasən səhihdir, lakin onu (öz kitabında) qeyd etməmişdir”.

Bu hədis vasitəsilə aydın olur ki, imamların öz ölüm vaxtlarından xəbərdar olmaları barədə heç bir problem yoxdur və bu, onların qeybi bilmələrinə xələl yetirməz. Habelə, Allahın hansısa bir əməlisaleh mömin bəndəsini belə, onun ölüm vaxtından xəbərdar etməsində də problemli heç nə yoxdur. Necə ki bir çox olmuş hadisələrin göstərdiyi kimi, belə hallar bir çoxları üçün baş vermişdir.

Bu inanc Quranın dediyi "Heç bir nəfs harada öləcəyini bilməz" ayəsi ilə ziddiyyət təşkil etmir. Çünki ayə, ölümün baş verəcəyi zamanı deyil, məkanı bilməyi inkar edir. Bundan əlavə, qeyd edilmiş ayədə kiminsə vasitəsilə xəbərdar edilmək deyil, buna dair müstəqil şəkildə elm əldə etmək inkar olunmuşdur,. Ona görə də bir mömin bəndənin ölüm zamanı və ya məkanından peyğəmbərin, imamın, ya da doğru hesab edilən yuxu kimi başqa vasitələrin köməyi ilə xəbərdar olmasında heç bir problem yoxdur.

Dediklərimizdən sonra artıq məlum olur ki, Şeyx əl-Kuleyninin ünvan olaraq qeyd etdiyi ifadədə nəzərdə tutduğu, imamların öz ölüm zamanlarından Peyğəmbər vasitəsilə xəbərdar olmuşlar. Necə ki İmam Әlini (əleyhissalam) və İmam Hüseyni (əleyhissalam) ölüm vaxtlarından və başlarına gələcəklərdən xəbərdar etmişdi. Həmçinin, hər bir imam öncəki imamdan öz ölüm vaxtını Peyğəmbərdən nəql etdiyi səhih hədis vasitəsilə öyrənir. Deməli, bütün bunlarda heç bir problem yoxdur.

Həmçinin, Şeyx əl-Kuleyninin qeyd etdiyi "onlar öz ixtiyarları ilə ölərlər" ünvanında nəzərdə tutduğu, ola bilsin ki, imamların Allahın qəza- qədərinə olan təslim olmaları olmuşdur. Onların bu təslim olmaları başlarına gələcək hadisələrdən razılıq duyduqları və qəbul etdiklərinin nişanəsidir. Beləliklə, sanki onlar öz ixtiyarları ilə ölmüş sayılırlar və bunda da heç bir problem yoxdur.

2. Canı təhkükəyə atmaq, heç də hər zaman haram sayılmır. Çünki Allahın əmri ilə olmuş olduqda, vacib olur. Ona görə də hər bir müsəlmana canını təhlükəyə atmaq bahasına olsa belə, Peyğəmbəri qorumaq vacib sayılır. Necə ki cihad etmək hər bir müsəlmana vacib (kifayi) olduğu halda, döyüş meydanında öldürüləcəyini bilsə belə, cihaddan boyun qaçıra bilməz. Elə isə, hər kim öz canını peyğəmbərin yolunda fəda etsə, qorusa və ya Allah yolunda cihad edərkən öldürülsə, həmin şəxs haqqında “öz ixtiyarı ilə ölmüşdür” – demək olar.

Əhli-beyt imamları Allahın möhtərəm bəndələridir. Onlar Allahın əmrlərinə qarşı çıxmazlar və yalnz əmr olunanı yerinə yətirərlər. İmamın öldürüləcəyini bildiyi halda öləcəyi yerə getməsi vacibdir. Eynilə İmam Әli və İmam Hüseyndə olduğu kimi. Çünki biz xəbərdar olmasaq belə, dinin məsləhəti bunu lazımlı edir.

3. Şiənin inancına görə, "bəda" yalnız Allaha aiddir. İmamlar öz ölüm vaxtlarını bilsələr belə, Allahın onu dəyişdirməsi və ölümü onlardan dəf etməsi mümkündür. Sədəqə bəlanı aradan apardığı kimi, bəzən də dua qəzanı dəyişdirə bilir. Mümkündür ki, imamın öz ölüm vaxtına dair elmi mütləq (hətmi-حتمي) deyil. Bəda səbəbilə buna dair zənni ola bilər. İmamın öz ölümünə olan zənni – döyüşçünün Allah yolunda ölümünə dair zənni kimidir. Belə ki o, kafir ordusunun qüvvətli, müsəlmnaların isə zəif olduğunu bilməsinə rəğmən, döyüşə davam etməsi öz canını təhlükəyə atmış olması demək deyil.

4. Allah-taala imamlara – onların ölüm vaxtlarına dair elm verməsi itaətlərini yoxlamaq, dərəcələrini qaldırmaq, savablarını artırmaq, insanlara onların üstünlüklərini və Allahdan nə qədər qorxduqlarını, din və Allah yolunda özlərini fəda etməklərini, imamət məqamına layiq olduqlarını və digərlərinin bu məqama layiq olmadığını, heç kəsin fəzilət və üstünlükdə onlara tay olamayacağını başa salmaq üçündür.

5. Sünni kitablarında Kəb əl-Əhbarın və Osman ibn Əffanın Ömərin ölüm vaxtını bildikləri qeyd olunmuşdur. İbn Sədin "ət-Təbaqat" adlı kitabının 3-cü cild, 332-ci səhifəsində nəql etdiyi bir hədisdə Kəb əl-Əhbarın Ömərə belə dediyi qeyd olunmuşdur:

والذي نفسي بيده لا ينسلخ ذو الحجة حتى تدخل الجنة.

"And olsun canım əlində olana (Allaha), Zil-hiccə ayı bitməmiş sən cənnətə daxil olacaqsan."

Hətta Öməri ölümündən 3 gün öncə xəbərdar etmişdir. Təbərinin “Tarix”i (3/265) və İbn əl-Əsirin "əl-Kamil fit-tarix" əsərində (3/51) nəql olunduğuna görə, Əbu Lulu Öməri öldürməklə təhdid etmişdir.

ثم انصرف عمر إلى منزله، فلما كان الغد جاءه كعب الأحبار، فقال له: يا أمير المؤمنين اعهد، فإنك ميت في ثلاث ليال. قال: وما يدريك؟ قال: أجده في كتاب التوراة. قال عمر: آلله إنك لتجد عمر بن الخطاب في التوراة؟ قال: اللهم لا، ولكني أجد حليتك وصفتك، وأنك قد فني أجلك. قال: وعمر لا يحس وجعاً، فلما كان الغد جاءه كعب فقال: بقي يومان. فلما كان الغد جاءه كعب فقال: مضى يومان، وبقي يوم. فلما أصبح خرج عمر إلى الصلاة، وكان يوكل بالصفوف رجالاً، فإذا استوت كبَّر، ودخل أبو لؤلؤة في الناس وبيده خنجر له رأسان، نصابه في وسطه، فضرب عمر ست ضربات، إحداهن تحت سرَّته وهي التي قتلتْه...

Sonra Ömər evinə gedir, sabah olduqda Kəb əl-Əhbar gəlib Ömərə deyir: “Ey möminlərin əmiri, bil ki, üç gecədən sonra ölmüş olacaqsan”.

Ömər dedi: “Hardan bilirsən?”

Kəb əl-Əhbar dedi: “Tövratda görmüşəm”.

Ömər dedi: “Ömər ibn əl-Xəttab barədə Tövratda oxumusan?”

Kəb əl-Əhbar dedi: “Xeyr, lakin sənin xüsusiyyələrini görürəm, artıq ölüm vaxtın yetişibdir.”

Növbəti gün Kəb əl-Əhbar yenidən gəlib dedi: “Ölümünə iki gün qaldı.” Növbəti gün gəlib dedi: “İki gün keçdi və ölümüna bir gün qaldı.” Həmin gün çatdıqda Ömər namaza getdi. O, sıraları düzəltmək üçün bəzi kəsləri təyin etmişdi. Sıra düzəldikdən sonra “Allahu əkbər” – dedi. Əbu Lulu əlində iki tirəli xəncərlə insanların arasına daxil oldu və Ömərə 6 zərbə vurdu. Zərbələrdən biri göbəyinə dəydi və həmin zərbə onu öldürdü. Ömər zərbətləndiyi zaman Kəb əl-Əhbar digər insanlarla Ömərin yanına gəldilər. Ömər Kəbi gördükdə aşağıdakı şeiri oxudu:

توعدني كعب ثلاثا اعدها *** و لا شك ان القول ما قال لي كعب

“Kəb mənə üç gün ərzində öləcəyimi söylədi və mən günləri saydım.

Heç şübhəsiz Kəbin dediyi düz çıxdı”.

Kəb əl-Əhbarın öncədən xəbər verdiyi başqa bir hadisə isə İbn Həcərin "Fəthul-bari" kitabında (1/432) "əs-Siyər" kitabına istinadən Haris ibn Miskinin İbn Vəhəbdən nəql etmiş olduğu hadisədir. İbn Vəhəb deyir:

أخبرني مالك أن كعب الأحبار كان يقول عند بنيان عثمان المسجد : لوددت أن هذا المسجد لا ينجز فإنه إذا فرغ من بنيانه قتل عثمان . قال مالك : فكان كذلك .

“Malik mənə dedi: “Osman məscidi tikdirən zaman Kəb əl-Əhbar belə deyirdi: “İstəyirəm ki, bu məscidin inşası heç tamamlanmasın!” Məscidin tikintisi bitdikdə Osman öldürüldü”.

Əgər Kəb əl-Əhbar Ömər və Osmanın ölüm vaxtlarını, həmçinin, başqa işlərin olacağı zamanları öncədən bilirdisə, o zaman imamların da Peyğəmbər tərəfindən öz ölüm xəbərlərini öyrənmələrində təəccüblü nə var ki?

6. Qarşı tərəfin, canı təhlükəyə atmağa dair irəli sürdüyü irada, elə öz kitablarından öz əleylərinə irad bildirmək olar. Əhli-sünnənin səhih sənədlə nəql etdikləri hədislərdə İmam Hüseynin – öldürüləcəyini bilə-bilə Kərbəlaya getdiyi bildirilmişdir. Buna baxmayaraq, İmam Hüseyn Kərbəlaya getdi, halbuki orada öldürüləcəyini öncədən bilirdi.

İbn Kəsir "əl-Bidayə vən-Nihayə" (8/165), Zəhəbi "Siyəru-əlamin-nübəla", Mizzi "Təhzibul-kəmal" (6/418) və digərləri öz kitablarında belə nəql etmişlər ki:

أن عبد الله بن جعفر بن أبي طالب كتب إلى الإمام الحسين كتاباً يحذّره أهل الكوفة، ويناشده الله أن يشخص إليهم، فكتب إليه الحسين: إني رأيت رؤيا، ورأيت فيها رسول الله صلى الله عليه وسلم، وأمرني بأمر أنا ماضٍ له، ولستُ بمخبر بها أحداً حتى ألاقي عملي.

“Abdullah ibn Cəfər ibn Әbu Talib İmam Hüseynə məktub yazaraq, onu Kufə camaatından çəkindirərək geri dönməsini istədi. Hüseyn isə Abdullaha yazdığı cavabda belə dedi: “Yuxuda Peyğəmbəri gördüm və mənə əmr etdiyi istiqamətdə hərəkət edirəm. İşimi sona yetirənə qədər də heç kəsi bundan xəbərdar etməyəcəm”.

Görəsən, qarşı tərəf İmam Hüseynin Kərbəlaya getməsi ilə canına qəsd etdiyinə (intihar etdiyinə) inanır? Görəsən, müxalif tərəf əhli-sünnənin yanında mütəvarir hədislərlə cənnət cavanlarının ağası olması sabit olmuş İmam Hüseynin intihar etdiyini və cəhənnəm əhlindən olduğuna inanır?

Şeyx Əli Ali-Muhsin

313news.net

Рейтинг

В этом разделе