»»

İmam Hüseynin (əleyhis-səlam) inqilabı barədə şübhələr (1-ci veriliş)

Mövzular

1. Ümmətlərin keçmişindən bəhs edən tarixin əhəmiyyəti;

2. İmam Hüseynə (ə) yas saxlamaqda Peyğəmbər (s.ə.a) sünnəsi

3. Tarix necə nəql edilməlidir?

4. Əməvilərin Haşimilərə qarşı kin-küdurəti.

Verilişin azərbaycan dilində videosu: 1-ci hissə, 2-ci hissə, 3-cü hissə

Aparıcı: Əs-səlamu aleykum, əziz izləyicilər, Allahın rəhməti və bərəkəti olsun üzərinizə. “Həqiqətlər və sənədlər” adlı proqramımızda xoş gördük sizləri. Allah bu İslam ümmətinə nemətlər bəxş etmişdir. Belə ki, bu ümmət bir sıra xüsusiyyətlərə sahib olmuşdur ki, bunlar onu ən üstün ümmətə çevirmişdir: Onun dini dinlərin sonuncusu, Peyğəmbəri peyğəmbərlərin sonuncusu, kitabı da kitabların sonuncusudur; batil nə önündən, nə də arxasından o kitaba yol tapa bilməz.

Allah öz Peyğəmbərindən sonra öz kitabını ən şərafətli evə və ən uca ailəyə tapşırmış və demişdir: “Onlardan önə keçməyin ki, həlak olarsınız, onlarda geri də qalmayın ki, həlak olarsınız.” Lakin bütün bunlara rəğmən, bu ümmətin tarixi özündə ehtiva etdiyi bir sıra hadisələrlə oxucunu dəhşətə salır. Elə hadisələrə ki, əsli və əsası dəyişmişdir. Pak və mütəhhər inqilabçı Əba Əbdillah Hüseynin (əleyhis-səlam) hadisəsi buna ən gözəl nümunədir. Bu hadisə bizim demək və isbat etmək istədiyimiz bütün şeyləri bizlər üçün xülasələşdirir. Bu söhbətlərimizdə biz bu nöqtədən başlayacaq və gəlib Əba Əbdillahın (əleyhis-səlam) hərəkatına yetişəcəyik. İslam ümməti tarixindəki ən ağır cinayətə işıq salacaq və Şəhidin bu ümmət üçün həyata keçirdiyi ən böyük nəticəyə aydınlıq gətirəcəyik.

Biz bu mövzu barədə tədqiqatçı yazar və ustad Muhəmməd Zəkəriyya ilə birgə söhbət aparacağıq. Xoş gördük sizi proqramımızda.

Ustad əz-Zəkəriyya: Xoş gördük sizləri.

Aparıcı: Ustad, sizin nəzərinizdə ümmətlərin keçmişindən bəhs edən tarixin əhəmiyyəti nədir? Nə üçün bu tarixi toplamaq üçün bu qədər zəhmət sərf edilmişdir?

Ustad əz-Zəkəriyya: Bağışlayan və Mehriban Allahın adı ilə. Salam və salavat olsun peyğəmbərlərin və elçilərin ən üstününə, bütün məxluqatın zinətinə, aləmlərin İlahının sevgilisinə, ən şanlı seçilmiş kəsə, (doğru yola) yönləndirilmiş və (xətalardan) uzaq edilmiş Peyğəmbərə; Əbul-Qasim Muhəmmədə və onun pak və mütəhhər Əhli-Beytinə.

Allahın iznilə biz bu proqramda qəti və möhkəm dəlillərlə hörmətli izləyici üçün həqiqətləri sübut edəcəyik, ağıl və insaf əhli olan kəslər isə bunları qəbul edəcəklər. Hərçənd cəhl, inad və yalan əhli olan şəxslər inkar etsələr belə. Həqiqətən də yerin və göyün Yaradanı istədiyi kəsi öz yoluna yönəldər. Əvvəl də, sonra da iş Allaha məxsusdur.

Suala gəlincə, biz görürük ki, tarix təkcə müsəlmanların nəzərində əhəmiyyətli deyildir, əksinə, sair ümmətlərin və toplumların da nəzərində tarixin əhəmiyyəti vardır. Görürük ki, Allah - sübhanəhu və təala - keçmiş ümmətlər barədə, Peyğəmbərlər və elçilər barədə, (həmçinin) o dövrlərdə baş verən hadisələr barədə bizlərə xəbər verir. Allah-təala öz müqəddəs kitabında buyurur ki: “Onların əhvalatlarında ağıl sahibləri üçün bir ibrət vardır.” Həmçinin, Allahu-təala öz kitabında buyurur: “(Onlar üçün) əhvalatları nəql et ki, bəlkə təfəkkür etdilər.” Buna görədir ki, görürük ki, Allah - sübhanəhu və təala - öz müqəddəs kitabında təfəkkür edən ağıl sahiblərinə müraciət edir. Həmçinin biz bu mənanı başqa bir ayədə daha aydın şəkildə görürük. Belə ki, Allah - sübhanəhu və təala - buyurur: “Elçilər(imiz)in xəbərlərindən sənin qəlbini möhkəmləndirdiyimiz hər bir şeyi (hadisə və əhvalatı) sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir.” Allah-təala bu hadisələrin əhəmiyyətini, tarixin əhəmiyyətini öz müqəddəs kitabında bizlər üçün qeyd edib.

Bu proqramda Allahın iznilə barəsində danışacağımız hadisələrdən biri də İmam Hüseynin (əleyhis-səlam) hadisəsidir. İmam Hüseynin (əleyhis-səlam) şəxsiyyətin müəyyən bir məzhəbə və ya dəstəyə məxsus deyildir. Əksinə, İmam Hüseynin (əleyhis-səlam) şəxsiyyəti bütün müsəlmanlarındır. O həzrətin həyata keçirdiyi inqilabın əsası Mustafanın (sallallahu əleyhi və alihi və səlləm) şəriətini hifz etmək idi. Hörmətli izləyici Allahın iznilə daha sonra təqdim edəcəyimiz sənədlər və dəlillər vasitəsilə həqiqəti görəcək.

Aparıcı: O zaman insanların ağıllarına gələn belə bir sual vermək istərdim. Nə üçün Aşura hadisəsi və ya Hüseynin (əleyhis-səlam) inqilabı ağlama və s. mərasimlər olmadan və yalnızca hadisənin özünü qeyd etməklə yad edilmir?

Ustad əz-Zəkəriyya: Ona görə ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) neçə dəfələrlə öz nəvəsinə ağlamışdır. Bu iş Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) qalan bir sünnədir. Ümumiyyətlə sünnə nədir? Sünnə o həzrətin sözü, əməli və təqriridir. Əgər bir şey etsə, yaxud bir şeyi təsdiq etsə, yaxud bir söz desə, həmin iş və ya söz sünnədir və höccət sayılır. O Həzrət (sallallahu əleyhi və alihi və səlləm) bir neçə dəfə öz nəvəsinə ağlamışdır. Bu elə bir işdir ki, bütün müsəlmanlar bu barədə ittifaq etmişlər. Nəinki təkcə Əhli-Beyt şiələri, hətta onların Əhli-Sünnə qardaşları da bu rəvayətləri nəql etmişlər və onların alimləri bu rəvayətləri səhih hesab etmişlər. Buna misal olaraq Əhli-Sünnənin böyük, hafiz olan və tanınmış imamlarından birini göstərə bilərik. Onun adı İbrahim ibn Tahmandır. Kimdir bu İbrahim ibn Tahman və onun barəsində nə demişlər?

Hafiz və imam əz-Zəhəbi özünün “Siyər əlam ən-nubəla” kitabında, 7-ci cild, 378-ci səhifədə İbrahim ibn Tahmanın tərcümeyi-halında demişdir:

ابْنُ شُعْبَةَ الإِمَامُ، عَالِمُ خُرَاسَانَ، أَبُو سَعِيْدٍ الهَرَوِيُّ، نَزِيْلُ نَيْسَابُوْرَ، ثُمَّ حَرَمِ اللهِ -تَعَالَى-.

“İbn Şubə, imam, Xorasanın alimi, Əbu Səid əl-Hərəvi, Nisapurda (Nişapurda) yaşayıb, sonra isə Allahu-təalanın Hərəmində (Məkkədə) yaşayıb.”

Sonra ardını qeyd edir və deyir:

وَثَّقَهُ: ابْنُ المُبَارَكِ، وَأَحْمَدُ، وَأَبُو حَاتِمٍ، وَغَيْرُهُم. وَقَالَ عَبْدُ اللهِ بنُ أَحْمَدَ: عَنْ يَحْيَى بنِ مَعِيْنٍ: لاَ بَأْسَ بِهِ.
وَقَالَ أَبُو حَاتِمٍ أَيْضاً: حَسَنُ الحَدِيْثِ، صَدُوْقٌ
. وَقَالَ عُثْمَانُ بنُ سَعِيْدٍ: لَمْ يَزلِ الأَئِمَّةُ يَشتَهُوْنَ حَدِيْثَهُ، وَيَرغَبُوْنَ فِيْهِ، وَيُوَثِّقُونَهُ.

İbn Mubarək, Əhməd, Əbu Hatəm və başqaları onu siqə (güvənilir) hesab etmişlər. Abdullah ibn Əhməd Yəhya ibn Məindən nəqlən belə demişdir: “Onda problem (nöqsan) yoxdur.”

Həmçinin, Əbu Hatəm demişdir: “Hədis nəql etməkdə yaxşıdır (həsənul-hədis), doğru danışandır.” Osman ibn Səid demişdir: “İmamlar daim onun hədislərinə can atmış (meyl etmiş), maraq göstərmiş və onu siqə hesab etmişlər.”

 

Bu, böyük və tanınmış hafizin tərcümeyi-halı idi. Görəsən bu hafiz Peyğəmbərin (sallallahu əleyhi və alihi) öz nəvəsi ağamız İmam Hüseynə (əleyhis-səlam) ağlaması barədə nə nəql edib?

O, “Məşyəxətu İbn Tahman” adlı kitabında, səhifə 55-də deyir:

عَنْ عَبَّادِ بْنِ إِسْحَاقَ، عَنْ هَاشِمِ بْنِ هَاشِمٍ، عَنْ عَبْدِ اللَّهِ بْنِ وَهْبٍ، عَنْ أُمِّ سَلَمَةَ، قَالَتْ: دَخَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْتِيَ فَقَالَ: «لَا يَدْخُلُ عَلَيَّ أَحَدٌ فَسَمِعْتُ صَوْتًا، فَدَخَلْتُ، فَإِذَا عِنْدَهُ حُسَيْنُ بْنُ عَلِيٍّ وَإِذَا هُوَ حَزِينٌ، أَوْ قَالَتْ: يَبْكِي، فَقُلْتُ: مَا لَكَ تَبْكِي يَا رَسُولَ اللَّهِ؟ قَالَ: أَخْبَرَنِي جِبْرِيلُ أَنَّ أُمَّتِي تَقْتُلُ هَذَا بَعْدِي فَقُلْتُ وَمَنْ يَقْتُلُهُ؟ فَتَنَاوَلَ مَدَرَةً، فَقَالَ: أَهْلُ هَذِهِ الْمَدَرَةِ تَقْتُلُهُ»

Abbad ibn İshaq, Haşim ibn Haşimdən, o Abdullah ibn Vəhəbdən, o da Ümmü Sələmədən nəql edir ki, deyir: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm ) mənim evimə daxil olub dedi: “Heç kəs yanıma daxil olmasın.” (Lakin) mən səs eşitdim və (içəri) daxil oldum. Bu zaman gördüm ki, Hüseyn ibn Əli onun yanındadır və Allah Rəsulu hüzünlüdür – yaxud dedi: ağlayır –. Dedim: “Nə olub ki, ağlayırsınız, ey Allahın Rəsulu?” Buyurdu: “Cəbrail mənə xəbər verdi ki, ümmətim məndən sonra bunu öldürəcəklər.” Dedim: “Kim öldürəcək onu?” Bu zaman bir ovuc torpağı əlinə alıb dedi: “Bu torpağın camaatı onu öldürəcəklər.”

Kitabın mühəqqiqi Dr. Muhəmməd Tahir Malik deyir:

قلت : إسناده حسن، رجاله ثقات، وهاشم بن هاشم هو ابن عتبة الزهري المدني ثقة ...

İsnadı həsəndir. Raviləri siqə şəxslərdirlər. Haşim ibn Haşim, İbn Ütbə əz-Zuhri əl-Mədənidir ki, siqədir...”

Sonra ardını qeyd edir və deyir:

والحديث صحيح لشواهده وطرقه الكثيرة، التي بعضها صحيح لغيره مثل رواية أحمد (294/6) وقد أورده أستاذنا الألباني في السلسلة الصحيحة 821 -822 وأشار إلى طرقه وشواهده وصححه. هذا والحديث من دلائل نبوته (ص) الكثيرة التي تشهد بصدقه، وانه لا ينطق عن الهوى. إن هو إلا وحي يوحى.

Hədis, şahidlərinə (dəlillərinə) və çoxlu təriqlərinə görə səhihdir. Hansı ki, bu təriqlərin bəziləri - Əhmədin rəvayətində (2/294) olduğu kimi - “səhih li-ğeyrih”dir. Bu hədisi ustadımız əl-Əlbani “Silsilət əs-səhihə” kitabında 821-822-ci səhifələrdə gətirmişdir. O, bu hədisin təriqlərinə və şahidlərinə işarə etmiş və onun səhih hesab etmişdir. Bu hədis o Həzrətin - sallallahu əleyhi və alihi və səlləm - peyğəmbərliyinin çoxlu dəlillərindən biridir və o Həzrətin doğruluğuna və onun “öz nəfsindən bir söz demədiyinə, dediyinin yalnız və yalnız nazil olan vəhy olduğuna” şəhadət verir.”

 

Əlbəttə, İbn Təhman və Albani bu hədisi səhih hesab edən yeganə şəxslər deyillər. Görürük ki, məşhur alim və hafizlərdən olan “Məcmə əz-Zəvaid” kitabının müəllifi əl-Heysəmi də (hədisi səhih hesab etmişdir). O, 9-cu cild, 217 və 218-ci səhifələrdə (digər nəşrdə c.9, s.300-301) deyir:

وَعَنْ نُجَيٍّ الْحَضْرَمِيِّ أَنَّهُ سَارَ مَعَ عَلِيٍّ - رَضِيَ اللَّهُ عَنْهُ - وَكَانَ صَاحِبَ مُطْهَرَتِهِ، فَلَمَّا حَاذَى نِينَوَى وَهُوَ مُنْطَلِقٌ إِلَى صِفِّينَ، فَنَادَى عَلِيٌّ: اصْبِرْ أَبَا عَبْدِ اللَّهِ، اصْبِرْ أَبَا عَبْدِ اللَّهِ بِشَطِّ الْفُرَاتِ. قُلْتُ: وَمَا ذَاكَ؟ قَالَ: دَخَلْتُ عَلَى النَّبِيِّ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - ذَاتَ يَوْمٍ، وَإِذَا عَيْنَاهُ تَذْرِفَانِ، قُلْتُ: يَا نَبِيَّ اللَّهِ، أَغْضَبَكَ أَحَدٌ؟ مَا شَأْنُ عَيْنَيْكَ تَفِيضَانِ؟ قَالَ: " بَلْ قَامَ مِنْ عِنْدِي جِبْرِيلُ - عَلَيْهِ السَّلَامُ - قَبْلُ، فَحَدَّثَنِي أَنَّ الْحُسَيْنَ يُقْتَلُ بِشَطِّ الْفُرَاتِ ". قَالَ: فَقَالَ: " هَلْ لَكَ أَنْ أُشِمَّكَ مِنْ تُرْبَتِهِ؟ ". قُلْتُ: نَعَمْ. قَالَ: فَمَدَّ يَدَهُ، فَقَبَضَ قَبْضَةً مِنْ تُرَابٍ، فَأَعْطَانِيهَا، فَلَمْ أَمْلِكْ عَيْنَيَّ أَنْ فَاضَتَا.

Nucey əl-Hadramidən belə nəql olunur ki, Əli ilə (radiyallahu anh) birgə yola çıxır. O, Əlinin su qabını daşıyan idi. (Deyir:) elə ki, Əli Neynəva adlı yerə çatdı, ki bu zaman o Siffeynə gedirdi, səslənib dedi: “Səbr et, ey Əba Əbdillah! Səbr et ey Əba Əbdillah, Fəratın kənarında.” Dedim: “Nə üçün belə dediniz?” Dedi: “Bir gün Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanına getdim. Bu zaman gördüm ki, həzrətin gözlərindən yaş axır.” Dedim: “Ey Allahın peyğəmbəri, sizi kimsə qəzəbləndirib?Nə üçün gözlərinizdən yaş axır?” Buyurdu: “Cəbrail (əleyhis-səlam) (indicə) yanımda getdi, mənə dedi ki, Hüseyn Fəratın kənarında qətlə yetiriləcək.” (Sonra) dedi: “İstəyirsən onun türbətindən sənə qoxladım?” Dedim: “Bəli.” Bundan sonra əlinin uzadıb bir ovuc torpaq götürdü və onu mənə verdi. Mən də gözümün yaşını saxlaya bilmədim.”

Hafiz əl-Heysəmi deyir:

رَوَاهُ أَحْمَدُ، وَأَبُو يَعْلَى، وَالْبَزَّارُ، وَالطَّبَرَانِيُّ، وَرِجَالُهُ ثِقَاتٌ، وَلَمْ يَنْفَرِدْ نُجَيٌّ بِهَذَا.

Bunu Əhməd, Əbu Yəla, Bəzzar və Təbərani nəql etmişdir. Raviləri siqədilər. Bunu təkcə Nucey nəql etməmişdir.

 

Nucey rəvayəti nəql edən şəxsdir. Əl-Heysəminin “bunu təkcə Nucey nəql etməmişdir” sözündən məqsədi budur ki, rəvayətin başqa şahidləri də vardır. Deməli, alimlərin sözlərindən belə başa düşürük ki, İmam Hüseynə (əleyhis-səlam) ağlamaq sünnə imiş. Ümmü-Sələmənin və həmçinin, İmam Əlinin (əleyhis-səlam) yanında baş vermişdir. Bu səbəbdən də görürük ki, Əhli-Beyt (əleyhimus-səlam) şiələri bu sünnəni Allah Rəsulundan əxz etmiş və İmam Hüseynin (əleyhimus-səlam) bütün şəhadət mərasimlərində o həzrətə ağlamağa başlamışlar. Hətta biz ağlamaqdan daha artığını görürük. Görürük ki, İbn Abbas, o böyük səhabə (ridvanullahi əleyh), İmam Hüseynin (əleyhis-səlam) şəhadatindən az əvvəl baş verən bir şeyi, yuxusunda nə gördüyünü bizə xəbər verir. Həmin vaxt Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) halının necə olduğunu nəql edir. Onu da qeyd edək ki, hər kəs Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) yuxusunda görmüşsə, deməli həqiqətən görmüşdür. Necə ki, səhih hədisdə gəlmişdir və bütün müsəlmanların yanında məşhurdur.

Aparıcı: Şeytan onun görünümünə girə bilməz.

Ustad əz-Zəkəriyya: Bəli, əhsən, şeytan Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) görünümünə girə bilməz. Əl-Hakim özünün “Müstədrək əla əs-sahiheyn” kitabının 4-cü cildində 398-ci səhifədə belə nəql edir:

حَمَّادُ بْنُ سَلَمَةَ، عَنْ عَمَّارِ بْنِ عَمَّارٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: " رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرَى النَّائِمُ نِصْفَ النَّهَارِ، أَشْعَثَ أَغْبَرَ مَعَهُ قَارُورَةٌ فِيهَا دَمٌ، فَقُلْتُ: يَا نَبِيَّ اللَّهِ مَا هَذَا؟ قَالَ: هَذَا دَمُ الْحُسَيْنِ وَأَصْحَابِهِ، لَمْ أَزَلْ أَلْتَقِطُهُ مُنْذُ الْيَوْمَ "، قَالَ: «فَأُحْصِيَ ذَلِكَ الْيَوْمُ فَوَجَدُوهُ قُتِلَ قَبْلَ ذَلِكَ بِيَوْمٍ»

Həmmad ibn Sələmə Əmmar ibn Əmmardan, o da İbn Abbasdan belə nəql edir (İbn Abbas deyir): “Günorta vaxtı yuxuda Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) saçı pırtlaşıq və toz-torpaqlı halda gördüm. Bu zaman onun əlində içində qan olan şüşə bir qab var idi.” Dedim: “Ey Allahın Rəsulu, bu nədir?” Buyurdu: “Bu Hüseynin və əshabının qanıdır. Bu gündən bəri onu toplayıram.” Ravi deyir: “Həmin günü yadda saxladıq. Sonradan gördülər ki, Hüseyn həmin gün qətlə yetirilib.”

Hakim bu hədisə şərh verərək deyir:

هَذَا حَدِيثٌ صَحِيحٌ عَلَى شَرْطِ مُسْلِمٍ، وَلَمْ يُخْرِجَاهُ

Bu Müslimin şərtinə əsasən səhih hədisdir, lakin onlar (Müslim və Buxari) bunu nəql etməmişlər.

Zəhəbi də “əl-Müstədrək”də onun bu sözüylə razılaşmışdır və demişdir: على شرط مسلم - "bu hədis Səhih Müslimin şərtinə əsasəndir."

 

Həmçinin, görürük ki, nəinki təkcə Hakim və ya Zəhəbi hədisi səhih bilmişdir. Xeyr. Hədisi bir çox alimlər səhih bilmişlər. Lakin mən ixtisar etdim.

Üç sözü nəql etdim: Hakimin sözünü, Zəhəbinin sözünü və indidə Əba Əbdillah Əhməd ibn Hənbəlin “Fadail əs-sahabə” kitabında gələn sözü (nəql edirəm). Təhqiq: Vəsiyyullah ibn Muhəmməd Abbas. 2-ci cild, 977-ci səhifədə deyilir:

حَمَّادُ بْنُ سَلَمَةَ، عَنْ عَمَّارٍ هُوَ ابْنُ أَبِي عَمَّارٍ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: " رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْمَنَامِ بِنِصْفِ النَّهَارِ أَشْعَثَ أَغْبَرَ، مَعَهُ قَارُورَةٌ فِيهَا دَمٌ يَلْتَقِطُهُ، أَوْ يَتَتَبَّعُ فِيهَا شَيْئًا قُلْتُ: يَا رَسُولَ اللَّهِ، مَا هَذَا؟ قَالَ: دَمُ الْحُسَيْنِ وَأَصْحَابِهِ لَمْ أَزَلْ أَتَتَبَّعُهُ مُنْذُ الْيَوْمَ قَالَ عَمَّارٌ: فَحَفِظْنَا ذَلِكَ فَوَجَدْنَاهُ قُتِلَ ذَلِكَ الْيَوْمَ عَلَيْهِ السَّلَامُ ".

Həmmad ibn Sələmə Əmmar ibn Əmmardan, o da İbn Abbasdan belə nəql edir (İbn Abbas deyir): “Günorta vaxtı yuxuda Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) saçı pırtlaşıq və toz-torpaqlı halda gördüm. Bu zaman onun əlində içində qan olan şüşə bir qab var idi və o bu qanı toplayırdı və ya orada bir şey axtarırdı.” Dedim: “Ey Allahın Rəsulu, bu nədir?” Buyurdu: “Bu, Hüseynin və əshabının qanıdır. Bu gündən bəri onu toplayıram.” Əmmar deyir: “Həmin günü yadda saxladıq. Sonradan gördük ki, Hüseyn (əleyhis-səlam) həmin gün qətlə yetirilib.”

Mühəqqiq Dr.Vəsiyullah isnada şərh verərək deyir: إسناده صحيح - “Sənədi səhihdir.”

 

Deməli məsələ ağlamaqdan da o tərəfə keçdi. Görürük ki, İbn Abbas Peyğəmbəri saçları pırtlaşıq, toz-torpaqlı halda görür. “Əğbar” o şəxsə deyirlər ki, saçı toz-torpağa batmış olur.

Aparıcı: Mümükündür ki, bunu “Hüseynə görə iztirab və narahatlıq keçirmək” haləti adlandıraq?

Ustad əz-Zəkəriyya: Bəli. Şübhəsiz ki, bu, İmam Hüseynə (əleyhis-səlam) görə qüssə və iztirab keçirməkdir.

Aparıcı: Ola bilərmi ki, belə səhih hədisləri oxuyan şəxs hədisləri bu yönə yozsun ki, Allah Rəsulundan görünən bu halət atifi bir halət olmuşdur?

Ustad əz-Zəkəriyya: Bunun yalnızca bir atifi halət olmadığına dəlalət edən şey budur ki, görürük ki, bu türbətə Allah tərəfindən diqqət yetirilmişdi. Necə? Görürük ki, qeyd edildiyi kimi Allah-təala Cəbraili (əleyhis-səlam) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanına göndərir ki, Kərbəla türbətini ona göstərsin. Görəsən bütün bunlar sadəcə olaraq bir atifə idi? Halbuki Allah-təala atifə ilə bir iş görməz. Allah-təala İmam Hüseynin (əleyhis-səlam) əzəmətini bəyan etmək istəmişdir. Buna görə də Cəbraili Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) göndərir ki, ona bu türbəti göstərsin, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) də onu öpsün və qoxlasın. Bütün bunlar sadəcə olaraq atifə idi?

Aparıcı: Görəsən bu məsələdə Allah-təalanın bu sözünü əsas götürə bilərikmi: “O həva-həvəsindən danışmır...”?

Ustad əz-Zəkəriyya: Əlbəttə, mümkündür. Biz dedik ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sözü, əməli və təqriri höccətdir. Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) etdiyi iş sünnətdir. Buna görə də görürük ki, şiələr bu sünnədən yapışmışlar. Hərçənd ki, qeyriləri şiələrə irad tutub deyirlər ki, nə üçün İmam Hüseynin (əleyhis-səlam) türbətinə bu qədər diqqət yetirirsiniz, nə üçün İmam Hüseynə ağlayırsınız?

Deyirik ki, bu Allah Rəsulunun sünnəsidir. Əgər Əhli-Beyt şiələrinə tənə etmək istəsəniz, həqiqətdə Allah Rəsuluna tənə etmiş olarsınız. Kərbəla türbətinə və İmam Hüseyn (əleyhis-səlam) məsələsinə diqqət yetirən kəs Allah sübhanəhu və təaladır. Əks halda nə üçün bu məsələ ilə bağlı Cəbraili (əleyhis-səlam) Peyğəmbəri-Əkrəmə (sallallahu əleyhi və alihi) göndərirdi?

Aparıcı: Bu ayədən belə bir nəticə çıxara bilərikmi ki, Allah Rəsulu (sallallahu aleyhi və alihi və səlləm) “həva-həvəsindən danışmır”, yəni razılıq haləti və ya qəzəb halətindən danışmır?

Ustad Zəkəriyya: Bəli, o yalnız Allahın əmri ilə danışar.

Aparıcı: Yəni, Allah Rəsulu yalnız haqq danışar.

Ustad əz-Zəkəriyya: Bəli, istər qəzəbində olsun, istər kədərində, istərsə də sevincində (yalnız Allahın əmri ilə hərəkət edər, haqqı danışar). Bütün bunlar hamısı Allahın rizasına bağlıdır (Allahın rizası ilə qəzəblənər, sevinər və s).

Aparıcı: O zaman bu dəlillərdən belə bir nəticə çıxara bilərik ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ümmətə bir sünnət bəyan etmək istəyib. Ki bu da Hüseynə (əleyhis-səlam) ağlamaq və onu yad etməkdir.

Ustad əz-Zəkəriyya: Əlbəttə, doğrudur.

Aparıcı: Həmçinin, biz bilirik ki, hər hansısa bir kəsin yeni körpəsi dünyaya gəldiyi zaman sevinir, lakin görürük ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) həzrət Hüseyn dünyaya gəldiyi gün ağlayır. Ona görə ki, bu sünnəni gələcək nəsillər üçün sabit etsin.

Ustad əz-Zəkəriyya: Əhsən. Bu onu sübut edir ki, İmam Hüseyn (əleyhis-səlam)-ın məsələsi olduqca mühüm bir məsələdir.

Aparıcı: Növbəti sual budur ki, tarix rəvayətlərlə doludur. Bunların bəziləri qiymətli (mötəbər), bəziləri də isə dəyərsizdir (zəifdir). Sizin fikirinizcə, tarixi necə oxuya bilərik?

Ustad əz-Zəkəriyya: Həqiqətdə, tarixi oxumaqdan ötrü müəyyən vasitələrə ehtiyac duyulur. Burada bir çox məsələlər vardır. Tarixi bütünlüklə rədd etmək olmaz, həmçinin də onu bütünlüklə qəbul etmək olmaz. Burada müsəlmanlar arasında bir sıra müştərək məsələlər vardır ki, onları ortalığa çıxarmaq, aşkar etmək lazımdır. Şiələr və sünnilər bir çox məsələlərdə ittifaq etmişlər. Nə üçün ittifaq etdiyimiz işləri ortalığa çıxarıb ixtilaf etdiyiklərimizi bir kənara qoymuruq? Əgər üzərində ittifaq olunan şeyləri ortalığa çıxarsaq, o zaman şazz olan da aşkar olacaq.

Oxuduğum zaman təəccüb etdiyim məsələlərdən biri də budur ki, böyük alimlərdən və imamlardan biri elə bir şey demişdir ki, nə özündən qabaq nə də özündən sonra heç kəs onu deməmişdir. Qiblə əhlinin icması ilə müxalifət etmişdir. Hansı mövzuda? Heç kəs ixtilaf etmir ki, həzrət İmam Hüseyn (əleyhis-səlam) Allah Rəsulunun yanında olub və həzrətin sözlərini eşidib. Lakin görürük ki, bu alim İmam Hüseynin (əleyhis-səlam) şəxsiyyəti barədə ziddiyyətli fikirlər söyləyib. Bir dəfə qeyd edib ki, onun Allah Rəsulu ilə səhabəliyi olub, başqa yerdə isə onun səhabəliyini rədd edərək adını “mərasil” kitabında qeyd edib.

Aparıcı: “Mərasil” sözü nə anlama gəlir?

Ustad əz-Zəkəriyya: Mərasil “mürsəl” sözünün cəmidir. “Mürsəl” hədis terminologiyasında nə mənaya gəlir? Bu, tabeinin hədisdə “Allah Rəsulu dedi” söyləməsidir. Yəni, tabein özü ilə Peyğəmbər arasındakı səhabəni saqit edir (isnaddan çıxarır). Elə ki, səhabə isnaddan çıxarıldı, tabein ilə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) arasındakı təbəqə itmiş olur. Bu isə İmam Hüseynin (əleyhis-səlam) Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql etdiyi hədisi zəif etmiş olur, təsəvvür edin.

Aparıcı: Yəni, qısa şəkildə desək, tabei o şəxsdir ki, səhabə ilə görüşmüş, lakin Allah Rəsulunu (sallallalhu əleyhi və alihi və səlləm) görüşməmişdir.

Ustad Zəkəriyyə: Bu imam, İmam Hüseyni (əleyhis-səlam) tabein etmişdir.

Aparıcı: Sanki Allah Rəsulu (sallallalhu əleyhi və alihi və səlləm) ilə görüşməmişdir.

Ustad əz-Zəkəriyya: Əhsən. Kimsə, “bu şəxs bu sözü necə gəldi və heç bir dəlilə əsaslanmadan deyir” deməsin deyə deyirəm: Əbu Hatim Muhəmməd ibn İdris ər-Razinin “əl-Mərasil” kitabı. Kitabı yazan onun oğlu Əbu Muhəmməd Əbdür-Rəhmandır, atasından nəql edir. İmam Hüseynin (əleyhis-səlam) tərcümeyi-halında, “ha” babında səhifə 27-də (rəqəm №43) deyir:

الْحُسَينُ بْنُ عَلِيٍّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُمَا
سَمِعْتُ أَبِي يَقُولُ حُسَيْنُ بْنُ عَلِيٍّ بْنِ أَبِي طَالِبٍ رِضْوَانُ اللَّهِ عَلَيْهِمَا لَيْسَتْ لَهُ صُحْبَةٌ

Hüseyn ibn Əli ibn Əbi Talib radiyallahu anhuma. Atamın (yəni, Əbu Hatimin) belə dediyini eşitdim: Hüseyn ibn Əli ibn Əbi Talibin (ridvanullahi aleyhima) səhabəliyi olmamışdır!

 

Mən həqiqətən bilmirəm, bu alimə hələ də təəccüb edirəm.

Aparıcı: İcmanın, İslam ümmətinin icmasının ziddinə gedib.

Ustad əz-Zəkəriyya: Qiblə əhlinin icmasının ziddinə gedib. Hətta siz məsələn xristiandan belə soruşsanız ki, Peyğəmbərin (sallallallahu əleyhi və alihi və səlləm) nəvəsi Hüseyn ibn Əli səhabə olub? Dərhal sizə cavab verər ki bəli. Heç kəs bu barədə şübhə etmir. Lakin İmam Hüseynin şəxsiyyəti barədə təzadlı fikirlər söyləyən bu alimin bu işi çox əcaib və qəribədir. Bunu ona görə qeyd etdim ki, əziz izləyiciyə göstərim ki, biz şiə və sünnilər ortaq fikirə sahib ola bilərik, lakin ola da bilər ki, ortada bu ortaq düşüncələrdən xaric olan bəzi nadir fikirlər olsun. Mənbəni yenidən qeyd edirəm.

Aparıcı: Siz bu məqamda insanlara bunu çatdırmaq istəyirsiniz ki, tarixi nəlq etdiyimiz zaman müsəlmanlar arasında ittifaq olunan şeylərə əsaslanmaq lazımdır və icmanın xilafına olan və istisna sayılan faktları bir kənara qoymaq lazımdır.

Ustad əz-Zəkəriyya: Mənim camaata çatdırmaq istədiyim şey budur. Biz bir çox məsələlər üzərində ittifaq etmişik, nə üçün onları camaata nəql etmirik? Şazz (ittifaqın və icmanın xilafına olan) şeyləri bir kənara qoyaq. Qarşıdakı bəhslərdə bəzi alimlərin şazz fikirləri ilə qarşılaşcağıq, hansı ki onlar bu fikirlərlə icmanın ziddinə getmişlər.

Aparıcı: Allah Rəsulunun (sallallallahu əleyhi və alihi və səlləm) evinin, bu nübuvvət evinin, hansı ki, Peyğəmbər bir çox hədislərdə, səqəleyn, səfinə və s. hədislərdə onların fəzilətlərini təkrar etmişdir, o zamanda onu başqalarından fərqləndirəcək üstünlük və xüsusiyyətləri nələr idi? Bu evi (başqalarından) necə fərqləndirə bilərik? Bu evin (başqalarından) fərqləndirilmiş olmasına dəlil nədir?

Ustad əz-Zəkəriyya: Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) evini başqalarından fərqləndirən təkcə Peyğəmbər özü deyil. Əksinə, görürük ki, bu evi seçən məhz Allah sübhanəhu və təaladır. Yəni, məsələ zövq məsələsi deyil. Məsələ Allah tərəfindəndir. Odur (bu evi) seçən, Odur bu pak evi öz istədiyi yerdə, məkanda qərar verən. Görürük ki, Peyğəmbər (sallallallahu əleyhi və alihi və səlləm) özü bu işi müsəlmanlara açıqlamışdır. (Və demişdir) ki, Allah özü Bəni-Haşimi seçmişdir, Bəni-Haşimin içindən də onu seçmişdir. Buna dəlil, Müslimin öz “Səhih”ində nəql etdiyi hədisdir. “Əl-Cami əs-sahih”, Müslim Nisapuri, 4-cü cild, Kitab əl-Fəzail (1 cildlik nəşrdə səhifə 1080, hədis 1 - 2276 -):

عَنْ أَبِي عَمَّارٍ شَدَّادٍ، أَنَّهُ سَمِعَ وَاثِلَةَ بْنَ الْأَسْقَعِ، يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «إِنَّ اللهَ اصْطَفَى كِنَانَةَ مِنْ وَلَدِ إِسْمَاعِيلَ، وَاصْطَفَى قُرَيْشًا مِنْ كِنَانَةَ، وَاصْطَفَى مِنْ قُرَيْشٍ بَنِي هَاشِمٍ، وَاصْطَفَانِي مِنْ بَنِي هَاشِمٍ»

Əbu Əmmar Şəddaddan nəql edilir ki, o Vailə ibn Əsqənin belə dediyini eşidib: Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) belə dediyini eşitdim: “Allah İsmayılın nəslindən Kinanəni seçdi. Kinanədən də Qüreyşi seçdi. Qüreyşdən də Bəni-Haşimi seçdi. Bəni-Haşimdən də məni seçdi.”

 

Diqqət edin, seçim Allah tərəfindəndir. Deməli, bu şərafətli evi seçən şəxs Peyğəmbər deyil, xeyr, xeyr, bu evi seçən şəxs Allah özüdür.

Aparıcı: Yəni, hədisin “Qüreyşdən də Bəni-Haşimi seçdi” hissəsi bu evin Qüreyşin bütün (evlərindən) üstün olduğunu göstərir.

Ustad əz-Zəkəriyya: Doğrudur. Bu onu göstərir ki, üstünlük nəinki təkcə Qüreyş üzrəindədir, əksinə özlərindən başqa bütün hər kəsdən üzərindədir.

Aparıcı: Ustad Muhəmməd Zəkəriyya, görəsən qövmün, yəni Qureyşin Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) olan kin və nifrətinin səbəbi və sonradan da Əhli-Beytə olan kin və nifrətin səbəbi aləmlərin Rəbbi tərəfindən olan bu seçim idimi? Yəni, səbəb bu seçim idimi?

Ustad əz-Zəkəriyya: Əlbəttə, səbəb sırf Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) özü ilə bağlı deyildi.

Peyğəmbəri-Əzəm (sallallahu əleyhi və alihi və səlləm) bu böyük risaləti gətirdiyi zaman, Qüreyş kafirləri öz siyasi və ictimai mənfəətlərinin təhlükə altına düşdüyünü hiss etdilər. Buna görə də var gücləri ilə çalışıb istədilər ki, Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) bu dəvəti tərk etməyə məcbur etsinlər. Lakin bunu bacarmadılar. Çoxlu müharibələr baş verdi. Buna görədir ki, görürük ki, Qüreyş iki hissəyə bölündü - Bəni-Haşim və qarşısında Bəni-Üməyyə. Əlbəttə bu məsələdə həsəd və intiqam amillərini də unutmamalıyıq. Burada bir Haşimilərin xətti var idi, bir də qarşı tərəf Əməvilərin xətti. Məsələn, görürük ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) müqabilində Əbu Süfyan var idi. Əmir əl-mömininin (ə) müqabilində Müaviyə dururdu. İmam Həsənin (ə) müqabilində yenə həmçinin Müaviyə dururdu. İmam Hüseynin (ə) müqabilində də Yəzid dururdu. Görürük ki, burada bir Haşimi xətti var, bir də Əməvi. Və əlbəttə bu, Bəni-Üməyyənin Bəni-Haşimə olan düşmənçilik və nifrətinin tarixini oxuyan şəxslərə gizli deyildir.

Aparıcı: Əlbəttə bu, baş verən döyüşlərdə öz əksini tapmışdır. Məsələn, Peyğəmbərin (salavatullahi əleyhi və alihi və səlləm) Əbu Süfyanın başçılığı altında Qüreyşə qarşı apardığı döyüşlərdə, həmçinin, Əli ibn Əbu Talibin (ə) Müaviyə əleyhinə apardığı Siffeyn döyüşündə, Həsən (ə) Müaviyə ilə döyüşmüş, daha sonra sülh edilmişdir. Ondan sonra da Hüseyn (ə) Kərbələda Yəzidlə döyüşmüşdür.

Ustad əz-Zəkəriyya: Buradan görürük ki, düşmənçilik Bəni-Üməyyənin daxilində kök salmış formada idi. Dediyimiz kimi, Haşimi xətti var idi, bir də Əməvi.

Aparıcı: Deməli bütün bunlar sırf təsadüf olmamışdır.

Ustad əz-Zəkəriyya: Heç vaxt. Ortada həsəd, düşmənçilik, niftət, intiqam var idi. Əlbəttə, Yəzidin sözləri məşhurdur. Şiə və sünni tarixçilər onları qeyd etmişlər: “Kaş ki, Bədrdəki şeyxlərim görəydilər...”. O, babalarının intiqamını İmam Hüseyndən (ə) almağa çalışırdı. Bu düşmənçilik mövcud idi yəni, heç kəs bunu inkar etmir.

Aparıcı: Tarixdə bu nəzəriyyələrə dəlalət edən faktlar varmıdır?

Ustad əz-Zəkəriyya: Allah-təala nə deyir: “Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar?” Allah-təala Əhli-Beytə (əleyhim əs-səlam) nə bəxş etmişdir? Onlara elm, fəsahət, şücaət bəxş etmişdir, nübuvvəti onlar arasında qərar vermişdir. Allah onları Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) xəlifə olaraq seçmişdir. Məsələn, Musa (ə) və Harun (ə) kimi. Biz görürük ki, Bəni-İsrail Harunu özü ilə birgə qərar verdiyinə görə Musaya (ə) irad tuturdu. Onun üçün deyirdilər ki, Musa yer üzündə təkəbbürlük etmək istəyir. Necə ki, Qurani-Kərimdə gəlmişdir. Buna görə də Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Əmir əl-möminin (ə) üçün deyir ki, “sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.” Hadisələr çox oxşardır. Əhli-Beytlə, xüsusən də İmam Əli ilə Harun arasında oxşarlıq çoxdur.

Aparıcı: Həzrət Musanın vəsisi arasında... Onu da öldürməyə çalışmış, məqamına çatmağına mane olmuşdular.

Ustad əz-Zəkəriyya: Əhsən, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu məsələni insanlara çatdırmaq istəyərkən olduqca dəqiq sözlər seçmişdir. Bəni-İsraildə Harun və Musanın (əleyhim əs-səlam) başına gələnlər bu ümmətin içərisində də baş vermişdir. Və bu hamının bildiyi bir şeydir. Allahu-təala Qurani-Kərimdə buyurur: “Onlar (Musaya və Haruna) dedilər: “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!”

Aparıcı: Ustad Muhəmməd Zəkəriyya, bu dəyərli məlumatlara görə sizə təşəkkür edirik.

Əziz izləyicilər, sizlərə də bizi izlədiyinizə görə təşəkkürümüzü bildiririk, inşəallah növbəti buraxılışda görüşənədək.

Davam edəcək...

Sual, irad və təklifləriniz üçün yazın: shiaofahlulbait@yandex.com

Рейтинг

В этом разделе