»»

Hz.Əli (ə) Əbu Bəkrə Peyğəmbər (s) vəfat edən gün beyət edib? (İbn əl-Useyminə cavab)

Sələfilərin (vəhhabilərin) ən etimad etdiyi alimlərdən biri olan İbn Useyminə Hz.Əlinin (ə) Əbu Bəkrə beyəti barədə ünvanlanmış sual və onun cavabını əziz oxuculara təqdim edirik:

السؤال
فضيلة الشيخ! ذكر بعض المؤرخين أن علياً رضي الله عنه لم يبايع أبا بكر بالخلافة إلا بعد مضي ستة أشهر من خلافته، وبعد وفاة فاطمة بنت محمد رضي الله عنها، فما مدى صحة هذا القول؟

Sual:

Hörmətli Şeyx, tarixçilərdən biri Əlinin yalnız altı ay sonra; Peyğəmbər qızı Fatimən vəfat etdikdən sonra Əbu Bəkrə beyət etdiyini nəql etmişdir. Bu fikr nə dərəcədə doğrudur?

الجواب
أولاً: إن هذا قوله لا يصح، وقد قيل: إن علي بن أبي طالب بايع أبا بكر من يومه لكنه أسرَّ ذلك عن فاطمة؛ لأن فاطمة رضي الله عنها صار في قلبها شيء على أبي بكر رضي الله عنه حين منعها من ميراث أبيها صلوات الله وسلامه عليه وقوله هو الحق، لأن النبي صلى الله عليه وسلم قال: (إننا معشر الأنبياء لا نورث) لكن تعرف النساء، وربما يكون هناك أحدٌ من الأعداء يملأ قلبها غيظاً على أبي بكر رضي الله عنه، ولا أدري إن كنت نسيت أنها رضي الله عنها بايعت في آخر الأمر، لكن علياً بايع بلا شك مع الناس، إنما غاية ما هنالك أنه أسر ذلك عن فاطمة رضي الله عنها.

Cavab:

Bu söz doğru deyildir. (Alimlər) demişlər ki, Əli ibn Əbu Talib elə həmin gün Əbu Bəkrə beyət etmiş, amma bunu Fatimədən gizlətmişdir. Çünki atasından qalan mirası ona vermədiyi üçün Fatimənin qəlbində Əbu Bəkrə qarşı bir inciklik (narazılıq) var idi (Əli də Fatimə narahat olmasın deyə Əbu Bəkrə beyət etdiyini ondan gizlətmişdi).

Amma Əbu Bəkr düz eləmişdi. Çünki Peyğəmbər buyurmuşdur ki, “biz peyğəmbərlər miras qoymuruq”.

Lakin, xanımların vəziyyətini bilirsən. Bəlkə də hansısa bir düşmən gəlib Fatimənin qəlbini Əbu Bəkrə qarşı qəzəblə doldurubmuş.

Bilmirəm, görəsən sən Fatimənin sonda Əbu Bəkrə beyət etdiyini unutmusanmı?

Əli, şübhəsiz, camaatla birgə Əbu Bəkrə beyət etmişdi, sadəcə ən uzağı bunu Fatimədən gizlətmişdi.

 

Muhəmməd ibn Salih əl-Useymin, "Liqaul-babil-məftu", 97-ci görüş, 16-cı sual

Bu sual-cavabın səs yazısına buradan qulaq asa bilərsiniz: http://binothaimeen.net/content/3929

İradlarımız:

1. Hz.Əlinin (ə) Əbu Bəkrə elə həmin gün beyət etməsinə dair dəlil təqdim edə bilərsinizmi? Belə bir sözü nəyə əsasən deyirsiniz? "Səhih əl-Buxari", "Səhih Müslim" və "Səhih ibn Hibban" kitablarında bu sözlərin tam əksi qeyd edilmişdir.

a) Fatimə Əbu Bəkrə acıqlandı və çıxıb getdi, ömrünün sonunadək də onu danışdırmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı və vəfat edəndə Əli Əbu Bəkrə xəbər vermədən gecə ikən cənazə namazı qıldı və dəfn etdi. Əlinin Fatimə həyatda ikən insanlar arasında etibarı (hörməti) var idi. Ancaq Fatimə - rizvanullahi əleyha - vəfat etdikdən sonra insanların Əliyə münasibəti dəyişdi (sanki Əlini heç tanımırlarmış kimi hərəkət edirdilər). Buna görə də o, Əbu Bəkrlə uzlaşma yolunu seçdi və ona beyət etdi. (Fatimənin həyatda olduğu) o bir neçə aylıq müddət ərzində isə beyət etməmişdi. Əli Əbu Bəkrə xəbər göndərərək: "Bizə gəl", - Ömərin iştirakını xoşlamadığı üçün də - "lakin yanında heç kəsi gətirmə." - dedi.

Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Məğazi kitabı, Xeybər ğəzvəsi babı, s.1550, h.3998; Dar ibn Kəsir - Beyrut

b) Fatimə Əbu Bəkrə acıqlandı və çıxıb getdi, ömrünün sonunadək də onu danışdırmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı və vəfat edəndə Əli Əbu Bəkrə xəbər vermədən gecə ikən cənazə namazı qıldı və dəfn etdi. Əlinin Fatimə həyatda ikən insanlar arasında etibarı (hörməti) var idi. Ancaq Fatimə vəfat etdikdən sonra insanların Əliyə münasibəti dəyişdi (sanki Əlini heç tanımırlarmış kimi hərəkət edirdilər). Buna görə də o, Əbu Bəkrlə uzlaşma yolunu seçdi və ona beyət etdi. (Fatimənin həyatda olduğu) o bir neçə aylıq müddət ərzində isə beyət etməmişdi. Əli Əbu Bəkrə xəbər göndərərək: "Bizə gəl", - Ömər b. əl-Xəttabın iştirakını xoşlamadığı üçün də - "lakin yanında heç kəsi gətirmə." - dedi.

Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.489-490, №705; Dar İhya əl-Kutub əl-Ərəbiyyə

c) Fatimə Əbu Bəkrə acıqlandı və çıxıb getdi, ömrünün sonunadək də onu danışdırmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı və vəfat edəndə Əli Əbu Bəkrə xəbər vermədən gecə ikən cənazə namazı qıldı və dəfn etdi. Əlinin Fatimə həyatda ikən insanlar arasında etibarı (hörməti) var idi. Ancaq Fatimə - rizvanullahi əleyha - vəfat etdikdən sonra insanların Əliyə münasibəti dəyişdi (sanki Əlini heç tanımırlarmış kimi hərəkət edirdilər). Buna görə də o, Əbu Bəkrlə uzlaşma yolunu seçdi və ona beyət etdi. (Fatimənin həyatda olduğu) o bir neçə aylıq müddət ərzində isə beyət etməmişdi. Əli Əbu Bəkrə xəbər göndərərək: "Bizə gəl", - dedi. Ömərin onlara qarşı şiddətli davranışı ilə əlaqədar onun iştirakını xoşlamadığı üçün də - "lakin yanında heç kəsi gətirmə." - deyərək əlavə etdi.

İbn Hibban əs-Sicistani, əs-Səhih, c.11, s.152-154, h.4823; Muəssisə ər-Risalə - Beyrut, 1414/1993; təhqiq: Şueyb əl-Arnaut

2. Xanımların vəziyyəti nədir ki? Bəlkə Xanım Fatimənin (ə.s) fonunda bütün qadınların ağılsız, məntiqsiz olduğunu demək istəyirsiniz? ( İbn Useyminin bu barədə sözləri bu linkdə )

3. Xanım Fatimənin (ə) sonda Əbu Bəkrə beyət etməsinin dəlili hanı? Bu barədə hansı səhih mənbələri təqdim edə bilərsiniz ki, "Səhih əl-Buxari"dən üstün olsun? Belə ki, "Səhih əl-Buxari"də Xanım Fatimənin (ə.s) incik halda dünyadan köçdüyü deyilir.

Sələfi (vəhhabi) alimlərinin hadisələri heç olmasa öz kitabları əsasında düzgün çatdırmaqdan çəkinmələrini başa düşmək çox çətindir.

313news.net

 

Рейтинг

В этом разделе