»»

Ölülər eşidir və cavab verə bilirlərmi?

  1. Müqəddimə
  2. Bu təfəkkürün tarixi kökü
  3. Vəhhabilərin dəlilləri və onların tənqidi analizi
  4. Ölülər eşitmək qüdrətinə malik olmaqdan əlavə, həm də dirilərə cavab verə bilərlər
  5. Dirilərin əhvalından ölülərin xəbərdar olması, maddi aləmi eşitmək və görməklə bağlı dəlillər
  6. Ölümdən sonra həyatın dəlilləri
  7. Ölülərin eşitməsi barədə əhli-sünnə alimlərinin nəzəri

GİRİŞ

Vəhhabi firqəsi bu fikirdədir ki, insan öldükdən sonra bu aləmlə əlaqə yaratmaq dərkinə və qüdrətinə malik deyildir. Buna görə də heç kəsin səsini eşidə bilməz. O ki qaldı cavab verməsinə, bu haqda heç danışmağa dəyməz.

Heç kəsə gizli deyildir ki, bu cür söz və əqidə ilə vəhhabilərin hədəfi Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm), pak imamların (əleyhimussəlam) və digər övliya və saleh bəndələrinin qəbir ziyarəti ilə əlaqədar bütün müsəlmanların davranış və əməllərini sual atına salmaqdır. Dəlilləri də budur ki, onlar bizim səsimizi eşitmirlər və cavab vermək qüdrətinə malik deyillər.

Daha ətraflı açıqlama üçün bu barədə verilən suala Ərəbistanın fətva qrupunun verdiyi cavaba diqqət yetirməyimiz lazımdır:

سألت اللجنة الدائمة للإفتاء:

قرأت في كتاب الحاوي للفتاوي للإمام السيوطي أن الميت يسمع كلام الناس، وثنائهم عليه، وقولهم فيه، وكذلك يعرف من يزوره من الأحياء، وإنّ الموتى يتزاورون، فهل هذا حسن؟ فقد اعتمد على بعض الأحاديث وبعض الآثار، وذلك في ج 2 / 169 ، 170 ، 171 .

Fətva vermə üzrə daimi komitəyə sual verilib:

İmam əs-Süyutinin “Əl-Havi lil-fətava” kitabında oxumuşam ki, ölü şəxs camaatın danışığını, onun üçün söylədikləri tərifləri, həmçinin onun barəsində dedikləri sözlərini eşidir; dirilərdən onu ziyarət edəni tanıyır, həmçinin, ölülər bir-birilərini ziyarət edirlər. Bu, düzgündürmü? Süyuti bəzi hədislərə və rəvayətlərə etimad etmişdir. Bu mətləb “əl-Havi” kitabında, c.2, səh.169, 170 və 171-də mövcuddur.

أجابت اللجنة الدائمة:
ت كلام الأحياء، إلاّ ما ورد فيه النص؛ لقول الله سبحانه يخاطب نبي (ص): «فَإِنَّكَ لا تُسْمِعُ الْمَوتى (روم/ 52) الآية، وقوله سبحانه: « وَما أَنْتَ بِمُسْمِع مَنْ فِي القُبُور». (فاطر/22) وبالله التوفيق وصلى الله على نبينا محمد وآله وصحبه وسلم .

Daimi komitə cavab vermişdir:

Ölülərin eşidib-eşitməməsi məsələsində təməl prinsip, barəsində nəss* gələn yerlər istisna olmaqla, ölülərin dirilərin sözlərini eşitməməsidir. Çünki Allah-taala öz Peyğəmbərinə müraciət edərək deyir ki, “Şübhəsiz ki, sən ölülərə eşitdirə bilməzsən” (Rum surəsi, 52-ci ayə), həmçinin buyurur ki: “Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən”. (Fatir surəsi, 22-ci ayə)

Müvəffəqiyyət Allahladır; Allahın xeyir-bərəkəti və salamı olsun peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və səhabələrinə!

_________________________________

* Açıq-aşkar dəlil, işarə. Məsələn, Quran ayəsi, yaxud hədis, ya da hansısa bir şəxsin açıq-aşkar sözü (işarəsi) nəss sayılır. [Tərc.]

"Fətava əl-Ləcnətid-daiməti lil-buhusil-elmiyyəti vəl-ifta", c.9, s.78, fətva 9216. (toplayan: Əhməd ibn Əbdürrəzzaq əd-Düveyş)

Yuxarıdakı sual və cavabın mətni aşağıdakı saytlarda gəlmişdir:

http://www.alifta.net/fatawa/fatawaDetails.aspx?BookID=3

http://www.startimes.com/f.aspx?t=25133285

Bu məqalədə vəhhabi alimlərinin fətvaları əsasında onların nəzər və dəlillərini bir neçə fəslin tərkib hissəsində araşdıracaq, onları tənqidi nöqteyi-nəzərdən dəyərləndirəcəyik. Dəlilləri və onların tənqidini qeyd etməzdən əvvəl bu təfəkkürün tarixi köklərinə müxtəsər şəkildə işarə edirik.

Страница 1 из 712345»
Рейтинг

В этом разделе