»»

Şiələr Aişəni zinada ittiham edirlərmi? (əhli-sünnə alimi cavab verir)

Tez-tez eşitmiş olarsınız ki, guya şiələr Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) həyat yoldaşı olan Aişəni zinakarlıqda ittiham edirlər. Gəlin bu ittihamın cavabını şiələrə qarşı sərt mövqeyi ilə seçilən əhli-sünnə aliminin dilindən eşidək. Mahmud əl-Alusi yazır:

ونسب للشيعه قذف عائشه بمابرأها الله تعالى منه وهم ينكرون ذلك اشد الانكار وليس بكتبهم المعول عليها عندهم عين منه ولااثر اصلا وكذلك ينكرون مانسب اليهم من القول بوقوع ذلك منها بعد وفاته وليس له ايضا في كتبهم عين ولااثر


Şiələrə Aişəni – Allahın onu təmizə çıxardığı şey ilə – (zina ilə) ittiham etmələri nisbət verilmişdir. Halbuki onlar bunu şiddətli şəkildə inkar edilər. Onların mötəbər kitablarında bunun qətiyyən heç bir əsər-əlaməti yoxdur. Habelə onlar özlərinə nisbət verilən – Aişənin Peyğəmbərin vəfatından sonra bu işə bulaşmış olması iddiasını da inkar edirlər. Onların kitablarında həmçinin bundan da heç bir əsər-əlamət yoxdur!

 

Fotoşəkil: Mahmud əl-Alusi əl-Bağdadi, Ruh əl-Məani fi təfsir Quran əl-Əzim, c.18, səh.122

Hətta, Alusi kimi təəssübkeş alim belə şiələrə nisbət verilən bu məsələnin qeyri-səhih olduğunu bildirir. Görəsən bundan sonra bəziləri nə əsasla şiələrə ittiham etmək istəyirlər?

313news.net

Рейтинг

В этом разделе