»»

Əbu Bəkrin qeybdən xəbər verməsi və bu əməlin hökmü

Nasiruddin əl-Albani “İrva əl-Ğəlil” kitabında Aişədən nəql edilən bir hədis barədə deyir:

* صحيح.

أخرجه مالك (2/752/40) عن ابن شهاب عن عروة بن الزبير عن عائشة زوج النبى صلى الله عليه وسلم أنها قالت: " إن أبا بكر الصديق كان نحلها جاد عشرين وسقا من ماله بالغابة , فلما حضرته الوفاة , قال: والله يا بنية , ما من الناس أحد أحب إلى غنى بعدى منك , ولا أعز على فقرا بعدى منك , وإنى كنت نحلتك جاد عشرين وسقا , فلو كنت جددتيه واحتزتيه كان لك , وإنما هو اليوم مال وارث , وإنما هما أخواك , وأختاك , فاقتسموه على كتاب الله , قالت عائشة: فقلت: يا أبت والله لو كان كذا وكذا لتركته , إنما هى أسماء , فمن الأخرى؟ فقال أبو بكر: ذو بطن بنت خارجة أراها جارية ".

Səhihdir.

Bunu Malik (2/752/40) (“Muvatta”da) İbn Şihabdan, o Urvə ibn Zubeyrdən, o da Aişədən nəql etmişdir. Burada deyilir:

Əbu Bəkr əs-Siddiq Aişəyə Ğabədəki malından (hər il) iyirmi vəsq həcmində məhsul verən xurma ağacları bağışlamışdı. Elə ki, vəfat anı çatdı, dedi: “Vallahi, ey qızım, məndən sonra insanlar içərisində zəngin olmasını səninki qədər istədiyim bir kəs yoxdur, kasıb olması da səninki qədər mənə ağır olan bir kəs yoxdur. Mən sənə (ildə) iyirmi vəsq məhsul verən xurma ağacları bağışlamışdım. Əgər (bundan əvvəl) onu toplamış və saxlamışdınsa, o zaman (toplayıb saxladığın) sənindir. Lakin o (həmin ağaclar) bu gün varislərin malıdır. Həmin varisələr isə sənin iki qardaşın və iki bacındırlar. Elə isə onları Allahın kitabı əsasında bölüşdürün.”

Aişə deyir, dedim: “Atacan, vallahi, əgər belə-belə olsaydı onu tərk edərdim. Lakin bacım bircə Əsmadır. Digəri kimdir?” Əbu Bəkr dedi: “Xaricənin qızının (öz zövcəsini nəzərdə tutur - red.) bətnində olan. Mən onun qız olduğunu görürəm”.

 

Fotoşəkil: Nasiruddin əl-Albani, İrva əl-Ğalil fi təxric əhadis mənar əs-səbil, c. 6, səh.61, hədis 1619; əl-Məktəbə əl-İslamiyyə, Beyrut, 1399/1979

Deməli, Əbu Bəkr qeybi bilir və zövcəsinin bətnində olan uşağın qız olduğunu deyir.

Bəs görəsən, müxaliflərin nəzərində qeybi bilən və bətnlərdə olanlardan xəbər verən kəsin hökmü nədir? Gəlin, İbn əl-Ərəbi əl-Malikiyə müraciət edək. (Məşhur sufi İbn Ərəbidən fərqli şəxsdir. Səhv salınmasın - red.)

İbn əl-Ərəbi əl-Maliki deyir:

ومن قال:إنه يعلم ما في الرحم، فهو كافر...

Kim bətndə olanı bildiyini desə, kafirdir!

 

Fotoşəkil: Muhəmməd ibn Əbdür-Rəhman əl-Xəmis, Bəyan əş-şirk və vəsailih ində uləma əl-malikiyyə, səh.24; Dar əl-Vətən, ər-Riyad, Səudiyyə Ərəbistanı

Hökm hörmətli oxucunundur.

Рейтинг

В этом разделе