»»

Hidayət olanlar 51 - Səkinə Villumsen

Adı: Səkinə Villumsen

Ölkə: Danimarka

Keçmiş dini (Məzhəbi): Xristian

 

Mənim adım Səkinə Villumsendir. Əsl adım Mişel olub. 24 yaşım var. Danimarkada yaşayıram. Burda qeyri müsəlman ailəsində doğulub boya başa çatmışam. Hardasa 12-13 yaşım olanda İslamla maraqlanmağa başladım. Əslində əvvəlcə mən maraqlandığım həqiqi İslam deyildi. Amma mənim İslama olan marağım məktəbdə biz yay düşərgəsində olan zaman ciddiləşdi. Orda gecəni bayırda oynayırdıq. Ertəsi gün mən otağa girəndə orada iki oğlan səcdədə dayanmışdılar, namaz qılırdılar.

Bu iki balaca oğlan məni son dərəcə heyrətləndirdi. Təxminən 12 yaşları olardı. Onları o cür itaətkar, əslində alınlarını yerə qoyaraq ibadət elədiklərini görmək olduqca heyrətamiz idi. Mən bilirdim ki, onlar Allaha ibadət edirlər, amma heç vaxt buna bənzər bir şey görməmişdim. Həqiqətən Allaha ibadət etmək üçün sən bütün varlığınla əyilirsən, bax belə bir şey görməmişdim. Buna çox heyran olmuşdum. Onlar namaz qılandan sonra xahiş elədim və bir neçə saat əyləşdik. Bunu nə üçün etdiklərini müzakirə etməyə başladıq. Uşaqlar da həqiqətən bunu izah edə bilirdilər. Mən bu haqda heç nə bilmirdim, çünki İslam haqqında heç vaxt eşitməmişdim, nə də danışmamışdım. Onlar müsəlman olsalar ki, sinifdəki başqa uşaqlar kimi idilər. Bu, məni çox heyrətləndirirdi. Onlar o gündən mənə çox kömək elədilər.

Amma mənim müsəlman olmağımda bu, dönüş nöqtəsi deyildi, daha çox inkişaf idi. Artıq bilirdim ki, Allah var. Və mən bütün peyğəmbərlərə inanırdım. Mən inanmağa başlayandan sonra irəli tez atıldım, din haqqında bütün kitabları oxudum. Çünki İslam nəsə çox dəhşətli bir şey kimi başa düşülürdü. O, ancaq 11 sentyabr hadisəsinin arxasında duran teroristlər, fundamentalistlər kimi qəbul olunurdu. Mən belə olmaq istəmirdim. Beləliklə bütün kitabxanalara gedirdim. Ordakı İslam haqqında buddizm, xristianlıq və bütün dinlər haqqında kitabları oxuyurdum. Gördüm ki, xristianlıqda mənim razılaşmadığım çox şey var.  Burda müqəddəs üçlük prinsipləri kimi ata, oğul və müqəddəs ruh – 3 nəfərdən olan bir Allah kimi bir çox suallar var idi. Mən doğrudan da onlarla razılaşmırdım. Onlarda heç bir məntiq görmürdüm.

Namaz qılmaq mənə bir neçə ilə başa gəldi. 3-4 il demək olar ki, müsəlmanlar kimi idim. Donuz əti yemirdim və bu tip şeylərdən kənar idim, amma hicab da geyinmirdim. Hardasa 15-16 yaş ərəfələrimdə ailəm başqa yerə köçmüşdü və bura elə bir şəhər idi ki, burda heç bir müsəlman yox idi. Mənim müsəlmanlarla yeganə əlaqəm vaxtilə mənimlə bir sinifdən oxumuş Bəhreyndən olan bir oğlan idi. O, mənimlə İslam haqqında danışan yeganə insan idi. Həyatımdakı ruhani, mənəvi məsələlərdə müraciət etdiyim yeganə mənbə o adam idi. Kitabxanada oxumaq istədiyim bütün kitabları oxumuşdum. Bilmirdim ki, daha çox bilik əldə etmək üçün nə edim. Bunları ondan öyrənirdim. Valideynlərimə bildirdim ki, dərslərimin yeni mərhələsini müsəlmanlar çox olan yerdə keçmək istəyirəm. Onlara dedim bu kollecə getmək istəyirəm.Mən elə bir kollecə qəbul oldum ki, evimizdən kifayət qədər uzaqda idi. Ora getdiyim birinci gün indi də ən yaxın rəfiqəm olan mənə çox şey öyrədən bir qızla tanış oldum. Bir neçə ay sonra qərarə gəldim ki, artıq hicab geyinmək vaxtıdır.

Başlanğıcda tam da əmin deyildim ki, hicab vacibdir. Hər şeydən əvvəl bunun mədəni bir əlamət olduğunu düşünürdüm. Yavaş-yavaş yaşadığım təcrübələrdən əmin oldum ki, bu, daha çox qadının əsarəti üçün deyil, qadını qorumaq üçündür. Hicab qadınların bir yüksək varlıq kimi statusudur ki, onsuz onlar aza bilərlər. Və mən hicab geyinməyə qərara aldım. Valideynlərimin qarşısına əyləşdim. Bunu onlara dediyim gün çərşənbə axşamı idi, Ramazan ayının ilk günü. Dedim ki, mən hicab geyinmək istəyirəm. Onda 16 yaşım var idi.

Atam dedi yox hicab geyinməyəcəksən, bunu etməyəcəksən. Bu evdə o cür geyinə bilməzsən. Ona dedim ki, yox mən hicabı evdə geyinmək istəmirəm. Atam düşünürdü ki, hicabla duş qəbul edəcəm, hicabla da yatacam. Dedim ancaq evdən kənara çıxanda geyinəcəm. Onlar yenə də israr etmək də davam edirdilər. Sən bunu 18 yaşın olanda edə bilərsən, amma indi edə bilməzsən. Həmçinin mən bilirdim ki, Allah istəyir valideynlərini razı salasan, onları xoşbəxt edəsən və qiymətləndirəsən, amma o dərəcəyə qədər ki, xüsusi bir insan kimi. Yəni bu, Allah dəyərlərinin əleyhinə olmamalıdır. Beləliklə mən hicab geyinməyə başladım.



Рейтинг

В этом разделе