»»

İbn Quteybənin “Kitab əl Ma’arif” və İmam Əlinin Ənəs bin Maliki lənətləməsi məsələsi

Xülasə:

İbn Quteybənin "Kitab Əl Ma'arif"-inin sonuna yaxın "əl Baras" adlı bölmə var ki, müəllif orada ömrü ərzində leykoderma və ya cüzamdan əziyyət çəkən görkəmli şəxslərin siyahısını yazıb. Birinci yerdə Peyğəmbərin (s) səhabəsi Ənəs b. Malik yer alıb və müəllif qeyd edir ki, onun bu xəstəliyə tutulmasına səbəb - İmam Əli (ə) tərəfindən lənətlənməsi olub.
Misir çapının sonunda bir cümlədə İbn Quteybə hədisin səhihliyini şübhə altına alır. Kitabın Britaniya Kitabxanasında saxlanılan və 700 yaşı olan qədim əlyazmasında isə belə bir cümləyə rast gəlmirik.
(Əl Qədir fi əl Kitab və əl Sünnə və əl Ədəb, Əllamə Amini, Beyrut nəşri, cild 1, s 235)

Araşdırma və Dəlillər

İbn Quteybə əl Dinavari  Hicri 213-276-cı illər arasında yaşamışdır və ilk sünni alimləri arasında Quran və hədis elminə aid bir çox önəmli kitabları ilə tanınıb. Onun "Kitab əl Maarif"-i keçən əsrlərin müxtəlif müsəlmanları haqqında bioqrafik məlumat və hadisələrin siyahısını əhatə edir.
Misir nəşrində göstərilən hadisəyə aşağıdakı parçada rast gələ bilərik:

Kitab əl-Ma'arif, Ibn Quteybə əl Dinavari (Hicri 276-cı ildə vəfat etmişdir), s. 251
Misir: Mətbəət əl İslamiyyə, Hicri 1353 / Miladi 1935

Al-Baras (cüzam yaxud leykoderma)

Ənəs bin Malikin üzündə əl baras var idi. Bəziləri deyirdi ki, Əli (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salamı olsun ona) bu sözləri haqqında soruşdu: "Allahım, onun rəhbərliyini qəbul edənə Hami ol, ona düşmən olana düşmən  ol." O, (Ənəs) dedi: "Mən yaşlanmışam və unutmuşam!" Beləliklə, Əli ona dedi: "Əgər yalan deyirsənsə, qoy Allah səni elə bir ağlıqla vursun ki, türbanla gizlətmək mümkün olmasın."
Əbu Muhamməd dedi: Buna heç bir əsas yoxdur.

Qeyd edək ki, "Əbu Muhamməd" İbn Quteybənin öz künyəsidir. Bu səbəbdən, belə görünə bilər ki, İbn Quteybə hadisəni əlavə edib, lakin sonra burada həqiqətin olduğunu düşünmədiyinə dair şərh verib.

Beləliklə, bu fikirdə problem nədir?

Üç problem var:

Birincisi:  Əllamə əl 'Əmini, "əl Qadir"də, cild 1, səh. 236, göstərir ki, "Kitab Əl Maarif"-in əvvəlindən sonuna kimi bundan başqa heç bir yerdə İbn Quteybə nəyisə qeyd edib sonra onu şübhə altına almır.

İkincisi: Məşhur Mötəzilə sünni alimi İbn Əbil Hədid  (Hicri 656-cı ildə vəfat etmişdir) yazmışdır:

"Şərhi Nəhcül Bəlağə", İbn Əbil Hədid əl Mötəzilə (Hicri 656-da vəfat etmişdir), cild 3, s. 388

...İbn Quteybə cüzam/leukoderma hədisini (hədis əl-baras)  və Möminlərin Əmiri Əlinin (ə) Ənəs bin Maliki lənətlədiyini "Kitab əl Maarif"də, "bab əl baras min əyan əl rical" bölməsində qeyd emişdir. Və İbn Quteybə  Əliyə (ə) qarşı ədalətsiz olmaqla ittiham oluna bilməz, həqiqətən o, ondan uzaq olmağa meylliliyi ilə məşhur idi.

Belə görünə bilər ki, İbn Əbil Hədidin gördüyü "Kitab əl Maarif"də yuxarıda göstərdiyimiz Misir nəşrində olan axırıncı cümlə yox imiş.

Nəhayət: Kitab Əl Maarifin elə bir əlyazması da mövcuddur ki,  tarixi 700 il bundan əvvələ gedib çıxır və bizim şübhələrimizi təsdiq edir.

Kitab al-Ma'arif, Ibn Qutaybah al-Dinawari (d. 276 AH), folio 118r
Manuscript: British Library catalogue reference Or. 1491
Dated last day of Sha'ban, 710 AH (1310 CE)
[Foll. 136; 9.75 in. by 7.25; 25 lines, 5.5 in. long]

Əl Baras (Cüzam və ya Leykoderma)

Ənəs bin Malikin üzündə əl baras var idi. Bəziləri deyirdi ki, Əli Allah rəsulunun(Allahın salamı onun üzərinə olsun) sözlərinə əsaslanaraq ondan soruşdu: "Allahım, onun rəhbərliyini qəbul edənə Hami ol, ona düşmən olana düşmən  ol." O, (Ənəs) dedi: "Mən yaşlanmışam və unutmuşam!" Beləliklə, Əli (salavatu Allah aleyh) ona dedi: "Əgər yalan deyirsənsə, qoy Allah səni elə bir ağlıqla vursun ki, türbanla gizlətmək mümkün olmasın."

Bu mətni yuxarıdakı Misir parçası ilə diqqətlə müqayisə edin.

Baxmayaraq ki, əlyazmanın bu səhifəsində İmam Əlinin (ə) Ənəs bin Malikə və onun xəstəliyinə dair bədduası hadisəsi yazılıb, iddia edilən şərhdən heç bir əlamət yoxdur: "Abu Muhammad dedi: Bunan üçün heç bir əsas yoxdur!"
Həmçinin, İmam Əliyə hörmət ifadə edən salavatu Allah aleyh sözünə də diqqət yetirin, bu sözə kitabın Misir nəşrində rast gəlinmir.

Amma ravi zənciri göstərilmədən (isnad) siz bu xəbərə necə inana bilərsiz?

"Kitab əl-Maarif" ravilər zənciri qeyd edilən bir kitab deyil. Fakt budur ki, İbn Quteybə İmam Əlini sevməməsi ilə tanınırdı və onun bu hekayəni sitat gətirməsi göstərir ki, o, burada həqiqətin olduğunu hiss etmişdi.

Bu hadisəyə dair başqa mənbələr varmı?

İmam Əlinin bəddua etməsi ilə bağlı hadisəni biz bir neçə mənbədən tam ravi zənciri ilə tapa bilərik. Əllamə Əmini təfsilatıyla bu məsələni araşdırıb və "Əl Qadir" kitabında buna rast gələ bilərik (Beyrut nəşri) cild 1, s 207-238

Peyğəmbər (s) Əli haqqında "Allahım, ona dost olana dost ol..." sözünü nə zaman demişdir?

Bu Qədir Xum hadisəsinin bir hissəsi idi ki, bu zaman İmam Əli (ə) Peyğəmbərin (s) müsəlmanlar üzərində açıq-aydın varisi təyin edilmişdir.

Nəticə

Göstərildi ki,  İbn Quteybənin  kitabında yazılmış  uydurma bəyanatları gətirməklə kimsə hardasa həqiqətlə toqquşmağa necə cəhd edib.

Рейтинг

В этом разделе