»»

Hz.Əlinin (ə) Əməvilər tərəfindən lənət olunması barədə rəvayətin "Səhih Buxari"də təhrif olunması

Bu kiçik məqalədə Əməvilər tərəfindən Əmirəlmömininə (ə) lənət olunması barədə rəvayətin "Səhih-Buxari"də necə təhrif olunmasını və saxtalaşdırılmasını müşahidə edəcəyik.

Gəlin təhrifdən və saxtakarlıqdan uzaq olan hədisin orjinalını "Səhih Müslim"dən oxuyaq.

حدثنا قتيبة بن سعيد، حدثنا عبد العزيز يعني ابن أبي حازم، عن أبي حازم، عن سهل بن سعد، قال: استعمل على المدينة رجل من آل مروان قال: فدعا سهل بن سعد، فأمره أن يشتم علياً قال: فأبى سهل فقال له: أما إذ أبيت فقل: لعن الله أبا التراب. فقال سهل: ما كان لعلي اسم أحب إليه من أبي التراب، وإن كان ليفرح إذا دعي بها، فقال له: أخبرنا عن قصته، لم سمي أبا تراب؟ قال: جاء رسول الله صلى الله عليه وسلم بيت فاطمة، فلم يجد علياً في البيت، فقال «أين ابن عمك؟» فقالت: كان بيني وبينه شيء، فغاضبني فخرج، فلم يقل عندي، فقال رسول الله صلى الله عليه وسلم لإنسان «انظر، أين هو؟» فجاء فقال: يا رسول الله هو في المسجد راقد، فجاءه رسول الله صلى الله عليه وسلم وهو مضطجع، قد سقط رداؤه عن شقه، فأصابه تراب، فجعل رسول الله صلى الله عليه وسلم يمسحه عنه ويقول «قم أبا التراب، قم أبا التراب»

Quteybə bin Səid, Əbdüləzizdən, yəni İbn Əbu Hazimdən, o da Əbu Hazimdən, o da Səhl bin Sədin belə dediyini nəql edir: “Mərvan ailəsindən bir nəfər Mədinəyə vali təyin edildi. (Əbu Hazim) deyir: “Səhl bin Sədi çağırıb ona Əlini söyməyi əmr etdi. Səhl bundan imtina etdi”. (Vali) ona dedi: “Əgər qəbul etmirsənsə, onda belə de: “Allah Əbu Turaba lənət etsin”. Səhl dedi: “Əli üçün Əbu Turab adından daha sevimli ad yox idi. O, bu adla çağırıldıqda sevinərdi”. (Vali) dedi: “Bu adın əhvalatını bizə danış! Nə üçün Əbu Turab adlanmışdır?” (Səhl) dedi: “Rəsulullah (s) Fatimənin evinə gəldi və Əlini evdə görmədi. (Rəsulullah) dedi: “Əmin oğlu haradadır?” (Fatimə) dedi: “Onunla mənim aramda bir şey baş verdi. Məni qəzəbləndirdi. Çıxıb getdi və mənə bir şey demədi”. Rəsulullah (s) bir nəfərə dedi: “Gedin baxın, görün o, hardadır?” Həmin adam qayıdıb dedi: “Ya Rəsulullah, (Əli) məsciddə yatıb”. Rəsulullah (s) onun yanına gəldi. O, uzanmışdı. Əbası üstündən yerə düşmüş və torpağa bulaşmışdı. Rəsulullah (s) onun üstünü silərrək belə deməyə başladı: “Dur ayağa, ey Əbu Turab! Dur ayağa, ey Əbu Turab!”

 

Fotoşəkil: Səhih Müslim, c.1, s.257, h.2488; Dar-Tasil, 1435/2014

İndi isə gəlin bu hədisi eyni sənədlə "Səhih Buxari"də oxuyaq.

حدثنا قتيبة بن سعيد، قال: حدثنا عبد العزيز بن أبي حازم، عن أبي حازم، عن سهل بن سعد، قال: جاء رسول الله صلى الله عليه وسلم بيت فاطمة فلم يجد علياً في البيت، فقال: «أين ابن عمك؟» قالت: كان بيني وبينه شيء، فغاضبني، فخرج، فلم يقل عندي فقال رسول الله صلى الله عليه وسلم لإنسان: «انظر أين هو؟» فجاء فقال: يا رسول الله، هو في المسجد راقد، فجاء رسول الله صلى الله عليه وسلم وهو مضطجع، قد سقط رداؤه عن شقه، وأصابه تراب، فجعل رسول الله صلى الله عليه وسلم يمسحه عنه، ويقول: «قم أبا تراب، قم أبا تراب»

Quteybə bin Səid, Əbdüləziz bin Əbu Hazimdən, o da Əbu Hazimdən, o da Səhl bin Sədin belə dediyini nəql edir: “Rəsulullah (s) Fatimənin evinə gəldi və Əlini evdə görmədi. (Rəsulullah) dedi: “Əmin oğlu haradadır?” (Fatimə) dedi: “Onunla mənim aramda bir şey baş verdi. Məni qəzəbləndirdi. Çıxıb getdi və mənə bir şey demədi”. Rəsulullah (s) bir nəfərə dedi: “Gedin baxın, görün o, hardadır?” Həmin adam qayıdıb dedi: “Ya Rəsulullah, (Əli) məsciddə yatıb”. Rəsulullah (s) onun yanına gəldi. O, uzanmışdı. Əbası üstündən yürə düşmüş və torpağa bulaşmışdı. Rəsulullah (s) onun üstünü silərrək belə deməyə başladı: “Dur ayağa, ey Əbu Turab! Dur ayağa, ey Əbu Turab!”

 

Fotoşəkil: Səhih Buxari, c.1, s.191, hədis 441; Müəssisətur-Risalə, təhqiq: Şueyb əl-Ərnaut

Təhrif olunmuş hissəyə fikir verək. Məhz bu hissə "Səhih-Buxari" də yoxdur. Baxmayaraq ki, hədisin rəvayətçiləri tamamilə eyni adamlardır.

“Mərvan ailəsindən bir nəfər Mədinəyə vali təyin edildi. (Əbu Hazim) deyir: “Səhl bin Sədi çağırıb ona Əlini söyməyi əmr etdi. Səhl bundan imtina etdi. (Vali) ona dedi: “Əgər qəbul etmirsənsə, onda belə de: “Allah Əbu Turaba lənət etsin”. Səhl dedi: “Əli üçün Əbu Turab adından daha sevimli ad yox idi. O, bu adla çağırıldıqda sevinərdi”. (Vali) dedi: “Bu adın əhvalatını bizə danış! Nə üçün Əbu Turab adlanmışdır?” (Səhl) dedi:

Əhli-sünnə və sələfilərdən insafla hökm verməyi xahiş edirik!

Рейтинг

В этом разделе