»»

Əbu Osman əs-Səbuninin «Əqidə əs-sələf və əshab əl-hədis» kitabının təhrif edilməsi

Əhli-sünnənin əşəri əqidəsinə mənsub məşhur alimi Əbu Osman İsmayıl bin Əbd ər-Rəhman əs-Səbuni əş-Şafei (vəfatı 449 h.q.) böyük hədisşünas, təfsir alimi, xətib və fəqih hesab edilir. əl-Beyhəqi onu «Müsəlmanların həqiqi imamı, əsl Şeyxul-İslam», Əbd əl-Ğafir əl-Farisi isə «Sünnənin qılıncı (müdafiəçisi), bidətlərin dəf edicisi» hesab edirdi.

O yazır:

أما بعد فإني لما وردت آمل طبرستان وبلاد جيلان متوجها إلى بيت الله الحرام وزيارة قبر نبيه محمد صلى الله عليه وعلى آله وأصحابه الكرام

«Beləliklə, Allahın evini, Peyğəmbər (s) və əshabi-kiramın qəbrlərini ziyarət etmək üçün Təbəristanın Amul şəhərinə və Gilanın şəhərlərindən birinə üz tutdum.»

Bu sözlər əs-Səbuninin orjinal, təhrif edilməmiş sözləridir. Bunu isbat etmək üçün bir neçə nəşriyyat nüsxəsinə və xüsusən onun qədim əlyazmasına baxaq.

1. Qədim əlyazma

 

2. Əqidə əs-sələf və əshab əl-hədis, s.54-55; Dar əl-Asimə, ər-Riyad, 1419/1998; təhqiq: Nasir bin Əbd ər-Rəhman bin Muhəmməd əl-Cudəyh

 

3. Əqidə əs-sələf və əshab əl-hədis, s.34; Dar əl-Minhac, Ciddə, 1423/2003; təhqiq: Əbu əl-Yəmin əl-Mənsuri

Bu nüsxədə təhrif olmasa da, sələfi mühəqqiq əs-Səbuniyə etiraz edərək haşiyədə müəyyən qeydlər edir, hədislər gətirir, İbn Teymiyyənin rəyini qeyd edir.

 

4. Əqidə əs-sələf və əshab əl-hədis, s.13; Məktəbə əl-İmam əl-Vadei, Yəmən/Dar Umar bin əl-Xəttab, Misir – 1428/2007; təhqiq: Əbd ər-Rəhman bin Əbd əl-Məcid əş-Şəmiri

 

5. Onlayn mənbə (shamela), s.9 (LİNK)

TƏHRİF HARADADIR?

Ancaq çox təəssüflər olsun ki, əqidələrində bu əməli qəbulolunmaz hesab edən sələfilər bəzi nüsxələri təhrif etmiş və «qəbr» sözünün yerinə «məscid» sözünü qoymuşlar.

أما بعد فإني لما وردت آمل طبرستان وبلاد جيلان متوجها إلى بيت الله الحرام وزيارة مسجد نبيه محمد صلى الله عليه وعلى آله وأصحابه الكرام

«Beləliklə, Allahın evini, Peyğəmbər (s) və əshabi-kiramın məscidlərini ziyarət etmək üçün Təbəristanın Amul şəhərinə və Gilanın şəhərlərindən birinə üz tutdum.»

TƏHRİF OLUNMUŞ NÜSXƏLƏR

1. Əqidə əs-sələf və əshab əl-hədis, s.11;  təhqiq:  Əbu Xalid Məcdi bin Səid

 

2. Məktəbə əl-Mişkat şəbəkəsi

 

3. Onlayn mənbə (tawhed.ws) (LİNK)

4. Onlayn mənbə (dd-sunnah.net) (LİNK)

Əziz oxucu, səni İslam mənbələrinə bu cür xəyanət edərək, öz əqidələrini təbliğ etmək istəyən sələfi/vəhabi qruplaşmasından uzaq olmağa çağırırıq.

Рейтинг

В этом разделе