Müəllif iddia edir: “Osman barədə Əli ibn Yunus əl-Bəyazidən nəql olunur: “Osman oynadılan (məzələnilən) və xünsa (qadın xüsusiyyətlərinə malik) şəxs idi” (“əs-Siratul-müstəqim”, 2/30)”.
Cavab: əl-Bəyazi əl-Amuli (r.ə) bu sözləri Kəlbinin “əl-Məsalib” (“əs-Siratul-müstəqim”, 2/334) kitabından nəql edib. Həmin kitabda Qüreyşin qüsurlu şəxsləri qeyd edilir ki, onların arasında da Osman ibn Əffanın adı çəkilir.
Mümkündür ki, “oynadılan” sözündə məqsəd Mərvan ibn Həkəm və digərlərinin Osmanı istədikləri kimi yönləndirdikləri və öz iradələrini ona diktə etmələridir. O, zəif və ya zəif düşürülmüş şəxsdir. Məqsəd heç də onunla cinsi baxımdan oynaşmaq deyildir.
Təbəri öz “Tarix” əsərində hicri 35-ci ilin hadisələrində yazır: “Əli dedi: “Müsəlmanlar barədə Allaha pənah aparıram! Əgər evimdə otursam, Osman mənə “Məni, qohumluğumu və haqqımı tərk etdin!” deyir. Əgər mən onunla danışsam (məsləhət versəm), o zaman da Mərvan gəlib onun yaşının çoxluğuna və Peyğəmbər (s) səhabəsi olmasına məhəl qoymadan istədiyi kimi oynadır və dilədiyi səmtə
yönəldib idarə edir”. (“Tarix”, Təbəri, 3/398)
Yaxuda da məqsəd onun sözünə əhəmiyyət verilməməsi və əmrlərinin icra edilməməsidir. Necə ki, İbn Məsudun rəvayətində belə dediyini nəql olunur: “Allahın elçisi (s) buyurdu: “Üç şəxsə rəhm edin: fəqirləşmiş varlıya, zillətə düçar olmuş izzətliyə, axmaq və cahillərin məzələndikləri alimə”. (“Müsnəd”, Şəhhab, 1/427)
Əbu Hüreyrədən Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Yeddi göy və yeddi yer, onlarda və onların üzərində olanlar bu şəxslər üçün ağlayarlar: zillətə düçar olmuş izzət sahibi, fəqirləşmiş varlı və cahillərin məzələndikləri alim üçün”. (“əl-Fordovs biməsuril-xitab”, 2/14)
Xünsaya gəldikdə, bu, qadınlarda olan cinsi xüsusiyyətlərə sahib olmaqdır. Bu, bəzi avamların təsəvvür etdikləri kimi, əsla livat olunan mənasını vermir.
İbn Əbdülbərr “ət-Təmhid”də yazır: “Müxənnəs fahişə və fahişəliyin nisbət verildiyi şəxs deyildir. Xünsa qadınlıq xüsusiyyətlərinin aşkar zahir olmasıdır ki, hərəkət, danışıq, baxış, avaz, ağıl və rəftarlarında qadına bənzəməkdir...”. (“ət-Təmhid”, 13/269)
İbn Kəlbinin qeyd etdiyi sözlər Osmanın özünü xünsa kimi apardığı barədədir, yəni davranış və danışıq incəliyində qadına bənzəməsidir, heç də müəllifin onun xünsa olmasını iddia etdiyi deyildir.