»»

Əbül-Fəth əl-Əzdinin "Rəddüş-şəms" hədisi barədə sözləri və Buxarini təhqir etməsi

İbn Həcər əl-Əsqəlani “Lisanul-mizan” kitabında əhli-sünnənin “cərh və tədil” alimi olmuş Əbül-Fəth əl-Əzdi barədə belə deyir:

قال ابن العديم في "تاريخ حلب": قدم على سيف الدولة ابن حمدان فأهدى له كتاباً في مناقب علي رضي الله عنه، وقد وقفت عليه بخطه، وفيه أحاديث منكرة تتضمن تنقيص عائشة وغيرها، وكذا رد الشمس على علي؛ وقال ابن النجار: وسمى أهل السنة نواصب، وقال: إنهم يثبتون رد الشمس على يوشع ولا يثبتونه لعلي ويوشع وصي موسى وعلي وصي محمد ومحمد أفضل من موسى فوصيه أفضل من وصيه؛ قال: وأتى في هذا الكتاب بالطامات .

“İbn əl-Ədim demişdir: Əbül-Fəth əl-Əzdi Seyfüd-Dövlə ibn Həmdanın yanına gəlib ona Əlinin fəzilətlərinə dair bir kitab hədiyyə etdi. Mən o kitabı Əbül-Fəthin öz əl xətti ilə görmüşəm. Orada Aişə və başqaları barədə xoşagəlməz şeylər özündə ehtiva edən münkər hədislər var idi. Əbdülfəth bu kitabda Əli ilə bağlı olan “rəddüş-şəms” hadisəsini səhih hesab edir. O, Buxarini təhqir edib, əhli-sünnəni nasibi adlandırır və deyir: “Əhli-sünnə Yuşənin günəşi geri qaytardığını qəbul edir, amma Əlinin belə bir şey edəcəyini qəbul etmir. Yuşə Musanın canişini idi, Əli isə Məhəmmədin. Məhəmməd Musadan üstündür, deməli onun canişini də Musanın canişinindən üstündür”.” O, bu kitabda müsibətli şeylər qeyd etmişdir”.

 

İbn Həcər əl-Əsqəlani, “Lisanul-mizan”, c.7, s.91; "Məktəbul-mətbuatul-İslamiyyə" - Livan, 1423/2002; təhqiq: Əbdül-Fəttah Əbu Ğuddə

Əbül-Fəth əl-Əzdi kimdir?

أَبُو الْفَتْحِ الْأَزْدِيُّ . الْحَافِظُ الْبَارِعُ أَبُو الْفَتْحِ ، مُحَمَّدُ بْنُ الْحُسَيْنِ بْنِ أَحْمَدَ بْنِ عَبْدِ اللَّهِ بْنِ بُرَيْدَةَ الْأَزْدِيُّ الْمَوْصِلِيُّ ، صَاحِبُ كِتَابِ " الضُّعَفَاءِ " وَهُوَ مُجَلَّدٌ كَبِيرٌ ... قَالَ أَبُو بَكْرٍ الْخَطِيبُ : كَانَ حَافِظًا .

“Əbül-Fəth əl-Əzdi: istedadlı hafiz, Əbül-Fəth Məhəmməd ibn Hüseyn ibn Əhməd ibn Abdullah ib Bureydə əl-Əzdi əl-Mosuli. İrihəcimli “Əd-Duəfa” kitabının müəllifidir... Əbu-Bəkr əl-Xətib demişdir: “O, hafiz olmuşdur”.”

Şəmsuddin əz-Zəhəbi, “Siyəru-əlamin-nubəla”, c.16, s. 347-348

محمد بن الحسین بن أحمد، أبو الفتح الأزدی الموصلی: من حفاظ الحدیث.

“Məhəmməd ibn Hüseyn ibn Əhməd Əbül-Fəth əl-Əzdi əl-Mosuli: hədis hafizlərindən olmuşdur”.

Xeyruddin əz-Zirikli, “Əl-Əlam”, c.6, s.98

محمد بن الحسین بن أحمد أبو الفتح الأزدی (المتوفى سنه : ۳۷۴) : أحد العلماء المذکورین بالحفظ …..

“Məhəmməd ibn Hüseyn ibn Əhməd Əbülfəth əl-Əzdi (vəf.: 374 h.): hafiz alimlərdən biridir”.

Abdullah ibn Yusuf əl-Cudeyh, “Təhriru-ulumil-hədis”, c.1, s.212

Рейтинг

В этом разделе