»»

Niyə Quranda imamların (ə) adı yoxdur?

Bu sual tez-tez ortaya atılan şübhələrdəndir. Bəzən sualı başqa formada verirlər; Əgər imamət dinin sütunlarından və etiqad əsaslarındandırsa, bəs nə üçün Allah-təala bunu Quranda qeyd etməmişdir? Nə üçün onların adları aşkarcasına Quran mətnində qeyd olunmamışdır?

Cavab:

Namaz dinin sütunlarındandır. Allah-təala Quranda namazın özü barədə danışmış, lakin təfsilatı ilə bəyan etməmişdir. Allah-təala buyurur: “Namaz qılın…” (Bəqərə surəsi, ayə 43).

İmamət də dinin sütunlarındandır. Allah-təala imamətin özü, təyin olunma yolu, ilahi əhd olması barəsində danışmış, lakin təfsilatını qeyd etməmişdir.

Allah-təala buyurur: “… Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim”.   (İbrahim) dedi: “Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz”. (Bəqərə surəsi, ayə 124).

“Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər”. (Ənbiya surəsi, ayə 73).

“Səbr etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik”. (Səcdə surəsi, ayə 24).

Orucluq da dinin sütunlarındandır. Qurani-kərimdə orucluq barəsində buyurulmuşdur, lakin hökmlərinin təfsilatı sünnəyə həvalə edilmişdir. Həmçinin namazın hökmlərinin təfsilatı sünnəyə həvalə edilmişdir.

Allah-təala buyurur: “… sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkədüşündülər”. (Nəhl surəsi, ayə 44).

Buna əsasən də işa namazı dörd rəkətdir, lakin Quranda qeyd edilməmişdir deyərək irad tutmağımız düzgün deyil. Bu, irad səhvdir.
- Məlumdur ki, Fatimə (ə) Məryəmdən daha üstündür. Lakin onun adı Quranda qeyd edilməmişdir. Məryəmin isə 34 dəfə adı qeyd edilmişdir. İndi biz “Fatimə aləmlərin qadınlarının xanımı olduğu və Məryəmdən daha üstün olduğu halda nə üçün Allah onun adını qeyd etməmişdir?” deyərək etiraz edə bilmərik.

- Əgər imamların adları Quranda qeyd edilsəydi bu, Peyğəmbərin (s) zamanında dindən çıxmalarına səbəb olardı. Peyğəmbər (s) ondan sonra azmamaları üçün bir yazı yazmaq istədikdə, onlar Allahın kitabı bizə yetər dedilər. Müsəlmanların hədis qaynaqları bəzi münafiqlərin Peyğəmbəri (s) qətlə yetirməyi və ondan xilas olmağı planlaşdırması barədə yekdildir. Əgər Peyğəmbərin (s) xəlifəsinin adı Quranda olsaydı necə olardı? O zaman onu qətlə yetirməkdən çəkinməzdilər. Sünnədə adın qeyd olunmasına gəlincə, mətnin yozulması, yazılmasının qadağan edilməsi, yandırılması və nəql edənin cəzalandırılması yolu ilə bundan xilas olmaq mümkün idi. Bəlkə də onların (ə) adlarının aşkar qeyd olunmamasının səbəblərindən biri də budur ki, Quran nazil olduqda onunla yanaşı təvili (yozumu, izahı) də nazil olurdu. İmamların adları təvildə qeyd edilmişdir. Bəzi səhabələr Quranı yazdıqda hər bir ayənin kənarında onun təvilini də yazırdılar. Məsələn, Əli (ə)-ın toplayıb yazdığı Quran. Lakin səhabələr onu qəbul etmədilər və ona əsəslanmadılar.

İbn Həcər ət-Təhsil, c. 1, səh. 6-da belə deyir: “Rəsulullahın (s) dövründə Quran parça-parça səhifələrdə və insanların qəlblərində mövcud idi. Rəsulullah vəfat etdikdən sonra Əli bin Əbu Talib (r.a) evində oturub nazil olma tərtibinə əsasən cəm etmişdir. Əgər onun cəm etdiyi Quran mövcud olsaydı, orda çoxlu elm olardı. Lakin həmin Quran yoxdur”.

Əhli-beyt hədislərində Hz Əlinin (ə) topladığı Quranda təvil bölümündə qeyd olunması bildirilir. Quranın təhrifi bu müstəvidədir, Quranın qəbul olunmuş mətni barəsində deyi.

Rəvayətlərin mətnlərində Peyğəmbərin (s) onlar barəsində müjdə verməsi və adlarını qeyd etməsi nəql olunur. Bu cür xüsusi rəvayətlər Salman, Əbu Tufeyl bin Vailə, Suleym bin Qeys kimi əhli-beyt ardıcılları arasında nəql edilmişdir. Bu kimi hədislər imamların xüsusi ardıcılları arasında yayılmış, imamların həyatını qorumaq məqsədilə başqalarına bildirməmişlər.

- Əgər imamların adları Quranda qeyd olunsaydı, onların həyatı üçün təhlükə olardı. Hakimiyyətdə olan zalımalar onları təyin edər, onları və züriyətlərini qətlə yetirərdilər. Nəhcül-bəlağədə Əli (ə)-ın belə buyurduğu nəql olunur: “İlahi, Qureyşə düşmən kəsilməni istəyirəm. Həqiqətən də onlar Sənin peyğəmbərinə (s) müxtəlif şər və pisliklər hazırlamış, lakin aciz olmuşlar. Sən onların bu işi görməlırinə mane olmusan. İndi isə mənə qarşı çıxıb mənə düşmənçilik edirlər. İlahi, Sən özün Həsən və Hüseyni qoru! Mən diri olduqca Qureyşin onlara zərər verməsinə imakn vermə. Məni bu dünyadan apardıqdan sonra isə Sən özün onların üzərində nəzarətçisən. Sən hər şeyə şahidsən!” Bir nəfər dedi: “Ya əmirəlmöminin, əgər Peyğəmbər (s) oğlan övladı qoyub getsəydi və həmin oğlan böyüyüb ərsəyə çatsaydı səncə ərəblər bu işi (imamət vəzifəsini) ona təhvil verərdilərmi?” (İmam) buyurdu:  “Yox verməzdilər. Əksinə mən etdiyimi etməsə belə, onu qətlə yetirərdilər. Ərəblər Muhəmmədin (s) əməlini sevmirdilər. Allahın Öz lütfündən ona bəxş etdiyinə həsəd aparırdılar. Günlər keçdi, onun zövcəsinə böhtan atdılar, dəvəsini sıldırımdan aşırmaq istədilər. Baxmayarak ki, onlara çox böyük yaxşılıq etmiş və böyük minnət qoymuşdur. O diri olduğu dövrdən ərəblər birləşib vəfat etdikdən sonra bu işi əhli-beytindən almaq arzusunda idilər. Əgər (Qureyş) onun adını rəyasət üçün vasitə, izzət və hakimiyyət üçün pilləkən ertməsəydi, onun vəfatından sonra bir gün belə Allaha ibadət etməzdi”. (Şərhi-Nəhcül-bəlağə, c. 20, səh. 298).

İmamların həyatına nəzər salan hər kəs bu həqiqətə şahid olar. Əməvilər İmam Hüseyni, İmam Əli bin Hüseyni və İmam Baqiri (ə) qətlə yetirmişlər. Abbasilər İmam Cəfər Sadiqi (ə) təqib edirdilər ki, özündən sonra kimi təyin edəcəyi şəxsi qətlə yetirsinlər. Buna görə də o həzrət beş nəfərə vəsiyyət etmişdi ki, onun davamçısını tanımasınlar. Onlardan biri də abbasi xəlifəsi Əbu Cəfər Mənsur idi.
Harun zəkat və xüms mallarının İmam Musa bin Cəfərə (ə) gətirildiyini bildikdə onu 15 il həbs elədi. Sonra onu həbsxanada qətlə yetirdi. Baxmayaraq ki, imamların adları Quranda qeyd edilməmişdi, bütün imamlar xəlifələr tərəfindən qətlə yetirilmişdi. Əgər onların adları Quranda qeyd edilsəydi, bu onların qətllərinin qarşısını alacaqdımı?

-  Əgər imamların adları Quranda qeyd edilsəydi, hakimiyyət tamahında olan zalımlar saxtakarlıq edərək özünü  və ya övadlarını həmin adlarla adlandırardılar. Hədəfinə çatmaq üçün insanları aldadaraq haqq yoldan uzaqlaşdırardı. Buna əsasən də imamların xüsusiyyətlərinin qeyd edilməsi adlarının qeyd edilməsindən daha yaxşıdır.

- Allah-təala səhabələrdən birinin  adını Quranda qeyd etmişdi. Həmin səhabə Zeyd idi. Allah-təala buyurur: “… Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsinikəsib ona təlaq verdi)…” (Əhzab surəsi, ayə 37).

Peyğəmbərin səhabələri arasında onlarla adam bu adı daşıyırdı. Onlardan Zeyd bin Ərqəm, Zeyd bin İsaf, Zeyd bin Harisə, Zeyd bin Xaricə və başqalarını qeyd etmək olar. İbn Həcərin əl-İsabə əsərində adı Zeyd olan səhabələrin sayı 113 nəfərə çatır.
Bax; əl-İsabə, c. 2, səh. 487-518.

Adların qeyd olunması həmin addan məqsədin nə olduğunu bilmək üçün yetərli deyil. Həqiqəti başa düşmək üçün mütləq sünnəyə müraciət etmək lazımdır. Sünnə Qədir-xum günü Peyğəmbərdən (s) sonra İmam Əlinin (ə) xəlifəliyinə aşkarcasına dəlalət edir.

- Bu məsələnin aşkar olması üçün Quranda adların qeyd olunması yetərli deyil. Bu, bəzən ixtilafa, mətnin yozulmasına və təhrif olunmasına gətirib çıxara bilər. İbn Həzm deyir: “İnsanlar dini mətnlərdə aşkar deyilənlərdən başqa bir şey barəsində ixtilaf salıblarmı? Böyük Allaha and olsun ki, iki və daha çox adamın ixtilaf saldığı elə bir şey yoxdur ki, Quran və sünnədə aşkar deyilməsin. Eləsi var deyir ki, buna əməl olunmaz. Eləsi var deyir ki, zahirinin əksi nəzərdə tutulmuşdur. Eləsi var ki, deyir bu, xüsusi mənadadır. Eləsi var deyir ki, bu, mənsuxdur. Eləsi də vardır ki, deyir bu, təvil olunmalıdır (yozulmalıdır)”. (əl-Əhkam, c. 7, səh. 987, 988).

- Məlumdur ki, Muhəmməd peyğəmbərin (s) adı Tövrat və İncildə qeyd olunmuşdu. Bu gün bu kitabları oxuyan Peyğəmbərin adına rast gəlmir. Ola bilsin ki, kimsə həmin kitabların təhrif olunduğunu desin. Mən də deyirəm: “Həmçinin, Allah-təala Əlinin (ə) və imamların adlarını qeyd etməmişdir ki, imamların adları təhrif olunmaqla Allahın təbii səbəblərlə qorunmasını istədiyi Quran təhrif olunmasın. Ola bilsin ki belə deyilsin: “Məgər Allah-təala Quranını qoruya bilmir ki, adlar da aşkar qalsın?” Cavabında deyirik: “Məgər Allah-təala Tövrat və İncili təhrifə məruz qalmaqdan qoruya bilmirdi ki, kitab əhlinə dəlil olması və onların iman gətirməsi üçün Peyğəmbərin adı aşkar qalsın?

- Qeyd olunan iradın puç olması və cavabının verilməsi üçün belə deyə bilərik. Bəziləri imaməti dinin ən əsas vaciblərindən, prinsiplərindən və sütunlarından hesab etmişlər. Əgər imamət onların dediyi kimi dinin prinsiplərindən və sütunlarındandırsa bəs nə üçün Allah-təala Peyğəmbərdən (s) sonra imam təyin etməmişdir?!

İbn Teymiyyə belə deyir: “Bilmək lazımdır ki, insanlara rəhbərlik dinin ən böyük vacib əməllərindəndir. Hətta din və dünya yalnız onunla öz varlığını tapır”. (Məcmuətul-fətəva, c. 28, səh. 390).

- İbn Həyyan Əndəlusi belə deyir: “Bəzi təfsirçilər bu məqamda böyük imamətin hökmlərini qeyd etmişlər. Baxmayaraq ki, onun mövzusu usuluddindir”. (Təfsirul-bəhril-muhit, c. 1, səh. 55).

Qurtubi böyük imamət barəsində belə deyir: “Bu, onun (imamətin) vacibliyinə, müsəlmanların varlığının təminatçısı olan dinin sütunlarından olmasına dəlalət edir”. (əl-Camiu li əhkamil-Quran, c. 1, səh. 265).

Qazi və təfsirçi Beyzavinin nəzərində imamət usuluddinin ən əsas məsələlərindən hesab olunur. Ona qarşı çıxmaq küfr və bidətə gətirib çıxarır. (Onun sözlərini Seyid Mərəşi “İhqaqul-haqq” kitabı, c. 2, səh. 307-də qeyd etmişdir).

Hətta bəziləri Əbu Bəkrin xəlifəliyini qəbul etməyənləri təkfir etmişdir.

İbn Həcər belə deyir: “Əbu Hənifənin (r.a) rəyinə əsasən kim siddiqin (Əbu Bəkrin) və ya Ömərin xəlifəliyini inkar edərsə, o, bəzilərinin dediyinin əksinə olaraq kafirdir”. Doğrusu budur ki, o, kafirdir. Bu məsələ onların kitablarında aşkarcasına qeyd olunmuşdur. Sərucinin əl-Ğayə, əl-Fətava əz-zəhiriyyə, Muhəmməd bin Həsənin əl-Əsla və əl-Fətəval-bədiiyyə kitablarında qeyd edilmişdir. O, rafiziləri kafir və qeyri kafirlərə bölmüşdür. Onların bəzi tayfaları arasındakı ixtilafları qeyd etmişdir. Əbu Bəkrin imamətini inkar edən barəsində ən doğru olan rəyin onun küfr etməsi olduğunu demişdir. əl-Muhit kitabında deyilir: “Rafizilərin arxasında namaz qılmaq icazəli deyil. Çünki onlar Əbu Bəkrin imamətini inkar edirlər. Halbuki səhabələr onun xəlifəliində icma etmişlər. Onların kitablarındakı sözün xülasəsi budur: “Siddiqin xəlifəliyini inkar edən kafirdir”. (əs-Səvaiqul-muhriqə, c. 1, səh. 138).

Məhəmməd Ənvər Şah belə deyir: “Əksəriyyət iki  şeyxin (Əbu Bəkr və Ömərin) xəlifəliyini inkar edənin təkfir olunması rəyindədir”. (İkfarul-mulhidin fi zəruriyatud-din, səh. 51, 52).

Belə olan halda nə üçün Quranda onun xəlifəliyi qeyd edilməmişdir? Əgər onların iddia etdikləri kimi bu məsələ şura ilə baş verirsə, bəs nə üçün Quran bu şuranın əsaslarını və sərhədlərini bəyan etməmişdir? Nə üçün şuranın əsaslarını izah edən bir hədis belə yoxdur?!

Рейтинг

В этом разделе