»»

Bəhailik - məzlumiyyət donu!

1848-ci ildə Mirzə Hüseyin Əli Nuri (Bəhaullah) və Tahirə Qəzvininin təşkilatçılığı ilə babilər, məclis təşkil edib İslam dininin qüvvədən düşdüyünü deyərək, babilərin də arasında ixtilafa səbəb olmaqla Bəhailik adlanan yeni bir cərəyan yaratdılar.

Bəhailik, yarandığı zamandan bəri daima özünü məzlum rolunda göstərərək, ictimaiyyət önündə üstünlük qazanmaq istəyiblər. Eyni zaman da bu məzlum rolundan istifadə edərək, bir sıra dövlətlərin dəstəyinə ehtiyac duymuşlar.

Bəhailər günümüzdə bir bəhainin hər hansı bir dövlətin qanunları qarşısında etdiyi bir cinayətin cəzasını belə, məzlumiyyət donuna salaraq özlərini bütün dünyaya “zülmə məruz qalmış” kimi göstərirlər. Məsələn: 2009-cu ildə Özbəkistanda valideynlərinin icazəsi olmadan az yaşlı uşaqlara təbliğ edərək dindən döndürdükləri üçün bəhailərin hökümət tərəfindən həbs olunmasını göstərmək olar.

Ancaq tarixə nəzər salsaq görərik ki, bəhailər özləri müxtəlif ixtişaşlara səbəb olmuşlar. Bəhailər bu gün dövlətlərin daxili işlərinə qarışmadıqlarını, siyasətə qoşulmadıqlarını desələr də, zamanın hökümətinə qarşı usyanlar və sui qəsdlər törədiblər, minlərlə müsəlmanın qanının tökülməsində iştirak ediblər. Zamanın çətin vaxtlarında da, müharibələr zamanında da, həmişə işğalçı rejimlərin tərəfində olublar.

Onu da qeyd edək ki, o zamandan bu günə kimi bəhailər nəinki “zülmə məruz qalmışlar”, əksinə işğalçı rejimlərin himayəsi altında heç bir cərəyana, inanc sahiblərinə göstərilməyən üstünlük, xidmət bəhailərə göstərilmişdir. Bəhailər hələ ilk vaxtlardan Çar Rusiyasının himayəsi altında, daha sonralar isə İngiltərə krallığına sığınmışdır. Bu günümüzdə də Bəhailik İsrail və ABŞ tərəfindən ən yüksək səviyyədə himayə olunur. Məlumdur ki, Bəhailiyin mərkəzi Hayfa şəhərində yerləşir. Hətta şəhər Bəhailiyin simvoluna çevrimişdir desək yalnış olmaz.

Beləliklə Bəhailik həm keçmişdə həm də bu gün iddia etdikləri kimi “zülmə məruz qalmış” yox, himayədarları sayəsində bir çox ölkələrdə, ən yaxşı şəraitdə fəaliyyət göstərməkdədirlər. Hətta bəhailər siyasi baxımından bəzi ölkələr tərəfindən İrana qarşı istifadə olunmasına baxmayaraq, yüzlərlə bəhai bu gün də İranda yaşamaqdadırlar.

313news.net
Рейтинг

В этом разделе