»»

Bəhailərin və Yəmanilərin oxşar cəhətləri (Hakimiyyətə gəlmək)

1. Hər iki sekta da Məhdəviyyat inancına qarşı yönəlmişdir və yaranma metodları eynidir: əvvəlcə özünü insanlarla İmam Məhdi (ə.f.) arasında naib elan etmək, daha sonra isə Məhdi olduğunu iddia etməkdir. Necə ki, Bab insanlarla İmamın (ə.f.) arasında bir qapı olduğunu iddia edirdi, Əhməd əl Həsən də heç bir kriteriyaya uyğun gəlmədiyi halda özünü Yəmani elan etdi və daha sonra da özünün də Məhdi olmasını yaydı.

2. Bəhailər də, "Yəmanilər" də İslam düşmənləri olan ölkələrin maddi və təşkilati  dəstəyi və himayəsi altında fəaliyyət göstərirlər. Hər iki sektanın fəaliyyətində "Qərb iyini" duymaq olur.

3. Bəhailərin də, "Yəmanilərin" də son hədəfi lazımi kütlə yığdıqdan sonra hakimiyyətə gəlməkdir. Bəhailər illərdir çalışırlar ki, müəyyən bir rəqəmə çatsınlar və öz dövlətlərini qursunlar. "Yəmanilər" də müəyyən bir rəqəmə çatdıqdan sonra qiyam etmək istəyirlər.

4. Bəhailər də, "Yəmanilər" də dini savadlı şəxslərlə bəhsdən qaçırlar.

5. Bəhailər də, "Yəmanilər" də öz çıxışlarında Axırzaman dövründəki alimləri pisləməklə başladılar və əsas məqsədləri zəif şiələri təkləmək idi.

6. Hər iki sekta bu hədisə istinad edərək mənasını təhrif etdilər: "Qaim yeni kitab və yeni dinlə gələcək." Halbuki, şiə əqidəsinə əsasən, Qaim (ə.f.) Qədir Xum günündə kamil olmuş dini dirçəldəcək və Quranın həqiqi təfsirini bəyan edəcəkdir. Nəinki hər əsrdə bir sekta ortaya çıxar və hərəsi də bir dinlə özünün haqq olduğunu deyər.

7. Hər iki sekta da saxta, təhrif olunmuş, zəif hədislərdən bol-bol istifadə edir və bu hədislərin bəziləri elə özlərindən əvvəlki azmış sektalar tərəfindən uydurulmuşdur.

8. Hər iki sekta da əlimizdə olan Quranı inkar edər. Bəhailər deyirdilər ki, yeni kitaba ehtiyac var və Quranın hicab və s. hökmlərini ayaq altına alırdılar. "Yəmanilər" də bu yolu gedirlər və Quranın təhrifinə inanırlar.

9. Bəhailər deyirlər ki, Həzrəti Muhəmməd Xatəmul-Ənbiya- Nəbilərin Sonuncusu deyil, ondan sonra peyğəmbər gəlməlidir. "Yəmanilər" deyirlər ki, İmam Məhdi (ə.f.) Xatəmul-Əvsiya  - Vəsilərin Xətmi deyil, ondan sonra vəsi, Məhdi gələ bilər.

10. Hər iki sekta da öz "zühurlarının" Tövrat, İncil və Qurandan dəlillərlə isbat etməyə çalışırlar və bir çox halda əlaqəsi olmayan dəlillər gətirirlər.

11. Hər iki sekta bütün inanclardan nəsə götürüb və hibrid bir sekta formalaşdırıb, hədəf isə odur ki, bütün dünyanı razı salacaq və inandıra biləcək bir sistem olsun.

12. Hər iki sekta, iddia etməyin özünü haqq olmaqlarına kifayət bilirlər. Çünki onlara görə, batil iddia edən şəxsin iddiası bu qədər yayılmaz və yaşamaz. "Kitabul Fəraid", səhifə 66-da Əbulfəzl Gülpayiqani, Təqrir dəlilində yazır: "İddia edən nəfs, şəriət gətirsə və onu Allaha nisbət versə, o şəriət nüfuz tapsa və aləmdə qalsa, bu nüfuz və bəqa onun haqq olmasına dəlildir."

13. Hər iki sekta da bu ayəyə istinad edirlər: "Əgər o, Bizim adımıza bəzi sözlər uydurmuş olsaydı, Biz onun gücünü və qüdrətini əlindən alardıq. Sonra onun şah damarını qopardardıq." (Haqqə surəsi, 44-46)  (Bəhailər buna "Kitabul-Fəraid", səh. 47-də istinad edir. "Yəmanilər" də həm bu ayəyə, həm də İmam Sadiq əleyhissalamdan olan hədisə-yəni iddia edən batil olsaydı, Allah ona imkan verməzdi. Halbuki o qədər yalançı iddiaçılar olub ki, batil iddiaları hələ də davam edir.

14. "Allahın Zühuru" - Bab öncədən demişdi ki, Bəhaullah - "Mən yuzhirullah"-dır, Allah onunla zahir olmuşdur. "Yəmanilər" də Həzrəti Muhəmməd barədə deyirlər ki, Allahın zühurudur və əslində onlara görə Həzrəti Muhəmməd reinkarnasiya edib və İmam Məhdi (ə.f.) şəklində yer üzünə qayıdıb, buna görə də məqsədləri elə odur. Həmçinin bu barədə sufilərin "Allahda qərq olmaq" və s. kimi fikirlərindən də istifadə ediblər ki, Əhli-Beyt (ə) məktəbi ilə ziddiyyət təşkil edir.

15. Hər iki sektanın başlanğıcında İslamda olmayan əqidə əsasları ilə başlamışdır. Bəhailiyin əsasını qoymuş Şeyxiyyə təriqəti "rüknü rabe" - "dördüncü rükn" anlayışı gətirdi və onlardan öncə bu iddianı edən yox idi. Onlara görə bu dördüncü rükn İmam Məhdi (ə.f.) ilə insanlar arasında olan vasitədir və ona inanmaq dinin əslindəndir. "Yəmanilərə" görə də Yəmaniyə iman gətirmək dinin əslindəndir, halbuki əqidə əsaslarımızda belə bir şey yoxdur.

16. Bəhailər qibləni Kəbədən İsrailin Hayfa şəhərinə dəyişdilər, "Yəmanilər" də İordaniyanın Petra şəhərinə. Bu iddiaları belə orijinal deyil və Den Gibsondan götürüblər.

17. Yuxu. Elə bir batil firqə olmayıb ki, öz həqqaniyyətinə yuxudan istifadə etməsin. Sufilər, nurçular, xristianlar, şeyxiyyə, babilər, bəhailər və onlardan heç də fərqlənməyən "yəmanilər". Gəlin bir neçə misalla göstərək:


Seyid Kazim Rəşti yazır:

 “Şeyxiyyə adı ki, indi bu firqəni adlandırırlar, Cəlil Şeyx və alim Şeyx Əhməd ibni Zeynuddin ibni İbrahim ... Əl-Əhsayiyə mənsub edilir, Əsrin vəhidi və dövrünün yeganəsidir ki, elmini öz mədənindən götürüb və mənbəsi də pak İmamlardır (ə) ki, doğru röyalar və sadiq yuxular vasitəsilə ona çatmışdır və şübhə yoxdur ki, Şeytan onların surətində gələ bilməz. O, yuxuda İmam Həsəni (ə) görmüşdür və o Həzrət mübarək dilini onun ağzına salmışdır və o Həzrətin ağzından feyz və yardım almışdır ki, baldan şirin və müşkdən ətirli idi. Oyanandan sonra ilahi feyzlərdən faydalanmağa başlayır.”  (Dəlailul-mutəhəyyirin, səh. 20)

 
 Əli Muhəmməd Şirazi Bab:

 “Əmrin izharından bir il əvvəl, yuxuda gördüm ki, İmam Hüseyn (ə)-ın mübarək cəsədi bir ağacdan asılıb. Ondan qan damlaları tökülür. Mən ağaca yaxınlaşdım və çox sevincli idim ki, belə bir feyz mənə nəsib oldu və iki əlimi qabağa uzadıb o Həzrətin hulqumunun altına tutdum ki, qan oradan damlayırdı, baxdım iki ovcum qanla doldu və onu içdim. Elə ki, oyandım, özümü başqa bir aləmdə gördüm. İlahi ruh cismimdə təcəlla etdi və məni başdan-ayağa ilahi feyzə qərq etdi. İlahi sevinci özümdə hiss etdim və vəhyin sirləri əzəmət və cəlal ilə gözümün önündə aşkar oldu.”  (Təlxis Tarixi Nəbil, səh. 230)

 

18. Bəhailərin simvolu 9 guşəli ulduzdur, "Yəmanilərin" simvolu isə 6 guşəli ulduzdur ki, yəhudiliyin rəmzidir. Bəhailərin İsrailə rəğbəti və "yəmanilərin" yəhudi simvollarından istifadəsi təsadüfi deyildir. Həmçinin "yəmanilər" Quranın arami dilində olmasını iddia edirlər ki, arami dili indiki ivrit dilinə çevrilmişdir və bir zamanlar yəhudilərin danışdığı dil olub.

19. Qara bayraqlarla qiyam. Babın dövründə 18 nəfər yığışıb Molla Həsən Buşreyi ilə birlikdə, qara bayraqlarla qiyam etdilər. "Yəmanilərin" də "Qara bayraqlar" adında ayrıca sektaları vardır və onlar da hədislərdə gələn "qara bayraqlıların" özləri olmasını iddia edirlər.

20.  Bəhailər kimi "Yəmanilər" də bir neçə firqəyə bölündülər və biri digərini batil olmaqda ittiham edir. Maraqlıdır ki, özlərinin əsaslandığı "batili Allah öldürər" fikri niyəsə bu batil firqələrə aid deyil. Hətta mübahilə də edirlər amma heç birinə heç nə olmur, indi hansı düzdür?

21. Bəhailər xumsu qəbul etmirlər amma özləri təbərruat və hüququllah adı altında üzvlərindən pul yığırlar. "Yəmanilər" də xumsu qəbul etmirlər və məlumdur ki, əsas hədəf şiənin maliyyə resurslarını zəiflətməkdir.

22. Mirzə Əli Muhəmməd Bab deyirdi: "Qum şəhərində şərr nəfslər və xəbislik vardır və mən oraya girmərəm!"  Hədəfi də orada olan alimlər idi. "Yəmanilər" də şiə alimlərinə böhtanlar atır və hətta onlara dəccal deyirlər.

 

(c) vedolunmus.com

Рейтинг

В этом разделе