»»

Bəhaullah kimdir? (Şeytanın oyunu)

Bəhaullah adı ilə tanınan Mirzə Hüseyin Əli Tehranda anadan olmuşdur. Atası, Qacar şahı Muhəmmədin sarayında vergi işlərinə baxırdı. Atası, vəzifədə işlədiyinə görə istəyirdi ki, uşaqları da oxumuş olsunlar. Buna görə də çalışırdı ki, uşaqlarına yaxşı təhsil versin və bunun üçün evə müəllimlər gətirirdi. Bəhaullahın böyük qardaşı Mirzə Həsən bu təhsilin nəticəsində Rus səfirliyində işə düzəldi. Bəhaullahın isə dərs oxumağa marağı yox idi və buna görə də o heç bir sənət sahibi deyildi. Əvəzində isə vaxtını gəzməyə, əyləncəyə, şer deməyə ayırırdı. Buna görə də Bəhaullah qarışıq fikirlərə düşmüşdür.

Onun yaşadığı ərəfədə babilik cərəyanı yaranmış və yalançı məhdilik iddiaları ortaya çıxmışdı. Bəhaullah da gələcək planlarının həvəsiylə-yeni din və peyğəmbərlik arzusuna çatmaq üçün babiliyi qəbul etməklə, özünə zəminə hazırlamışdır. Babilik cərəyanı Bəhaullah üçün əla fürsət idi. Bəhaullah da bu fürsəti əldən verməyərək, Babın həbs olunmasından yararlanaraq, onun müridlərinə, artıq Babdan sonra İslam dininin aradan gedəcəyini və yeni dinin gəlməsinin zəruriliyini vurğulayaraq, gələcək planlarının həyata keçməsi üçün qaranlıq bir səhifə açdı. Müsəlmanların etirazlarına baxmayaraq, dalğalı günlərdən sonra Çar Rusiyasının dəstəyi və himayəsi ilə bu iddiasını qismən həyata keçirtdi. Daha sonra isə bu iddianı İngiltərənin dəstəyi ilə oğlu Əbdül Bəha və sonra İsrailin dəstəyi ilə Şövqünün (Əbdül Bəhanın qız nəvəsi, Əbdül Bəhadan sonra bəhailərin başçısı) həyat yoldaşı Ruhiyyə Maksvel inkişaf etdirdi.

Bəhailərin, dildə qulağa xoş gələn ifadələri olsa da öz rəhbərləri olan Bəhaullah belə bu prinsiplərdən uzaq idi. Belə ki, Bəhaullahın iki həyat yoldaşının olması, qardaşı ilə söyüşmələr və əxlaqsız davranışları, işğalçıların himayəsinə keçməsi, millətlər və xalqlara nifrətçilik, yalnız bəhailərin insan hesab edilməsi, yaltaqlıq və savadsızlıq kimi nümunələri göstərmək olar.

Deyilənlərə sübut üçün bir neçə fakt göstərək......

Bəhaullahın qeyri-etik davranışları

Bəhaullah bu iddianı edərkən başqa qardaşı Yəhya ilə ixtilafları oldu. Bu ixtilaflar nəticəsində, biri-birlərini təhqir etdilər və gizlin sifətlərini açmağa başladılar.

Bəhaullah, Yəhyanı Babın arvadı ilə gəzdiyini və gizli əlaqədə olduğunu demişdir. Yəhya da bunun cavabında Bəhaullahın sonsuzluq xəstəliyinə tutulduğun qeyd etmişdir. Və bu qarşılıqlı söz atmalar daha sonra daha ağır təhqirlərlə əvəz olunmuş, biri-birlərinə öküz, eşşək kimi ifadələr işlətmişlər. (Bəhaullah, Bədii kitabı, səh. 21 və 183)

Bu təhqirlər və biabırçılıq o qədər böyüdü ki, Osmanlı dövləti bu iki qardaşı biri-birindən ayırıb ayrı-ayrı yerlərə sürgün etdi.

Bəhaullahın, bəhailərin prinsiplərinin əksinə olaraq iki həyat yoldaşı olmuşdur.

Abbas Əfəndi (Əbdül Bəha) və Muhəmməd Əli Əfəndi ögey qardaş idilər. Ataları və əmiləri arasında (Bəhaullahla Yəhya Nuri) olan davalar bu iki ögey qardaş arasında da davam etmişdir.

Muhəmməd Əli Əfəndi , Əbdül Bəhaya (Abbas Əfəndi) İblisi-ləin (lənətli şeytan) və iki ayaqlı eşşək adını verdi. (Rəhiqi Məxtum kitabı c.2, səh.51); Abbas Əfəndi də əvəzində qardaşına, Bəhaullahın bəzi hökmlərini oğurlayıb saxladığını elan etdi. İddialarına görə o hökmlərdən biri, iki rəkətli namazdır. Buna görə bəhailər, bu namazdan məhrum qalmışlar! (Gəncineyi hudud və əhkam kitabı səh. 21)

Qeyd: Bəhaullah öz ailəsinin içində bərabərliyi, birliyi, əxlaqı təmin edə bilmədiyi halda, dünyada bunu necə edəcəkdir ki...? Yəni bəhailər deyirlər ki, “dünya bir ailədir”. Bəs bu ailə Bəhaullahın ailəsini nümunə götürəcək?

Bəhaullahın işğalçı rejimlərlə iş birliyi

Bəhaullah Nəsirəddin şaha sui qəsdən sonra Rus səfirliyinə sığında və qorunması halında ona minnətdar olacağını bildirdi.

Rus səfirliyi, Sədri Əzəmə məktub yazdı və öz istəyini belə elan etdi: “Bəhaullaha mənim tərəfimdən yaxşı baxıb, onu bir əmanət olaraq mühafizə edəcəksən və əgər Bəhaullaha bir zərər gələrsə, Rus səfirliyinə qarşı məsuliyyət daşıyırsan.” (farsca, Nəbil tarixi, kitabı səh.648)

“Rus səfirliyi, Bəhaullahdan Rusiyaya getməsini xahiş etdi. O (səfir) Çar dövlətinin Bəhaullaha yaxşı baxacağına söz verdi.” (Nəbil tarixi kitabı, səh.674)

Bəhaullah isə əvəzində Çar Rusiyasına xitabən belə demişdir:

“Uca Rus dövlətinin İmperator həzrətləri-Allah Taalanın hörməti ona olsun! Öz himayələrini Allah yolunda mənim üçün əsirgəməmişdir.” (Bədii kitabı c.2, səh.87)

Qeyd: Niyə? Burda Bəhaullah ancaq özü üçün himayə istəyir, ancaq bəhailəri yaddan çıxardır?

Bəhaullahın savadsızlığı və düçüncə problemi

Bəhaullahın boş vaxtlarında tanrılıq iddiası etməsi, ya savadsızlığına,  ya onun şeytanın uşağı ya da ruhi xəstə olmasına sübutdur.

İşraq Xavəri: “Əyyami-tisaa (doqquz günlər)” kitabı səh.50-də Bəhaullahın, doğum gecəsinə aid lövhündən (Bəhaullahın əl yazısından) “...bəh bəh bu sabahın gözəlliyindən.... (niyə?). Çünki ləm yəlid və ləm yuləd (doğmayan və doğulmayan) dünyaya gəlmişdir!” Bəhaullah, İxlas surəsindəki sifəti özü üçün istifadə edir.

Bəhaullahın digər insanlara olan nifrəti

“Mənə inanan dostlarım mücəvhər kimidirlər. Amma digərləri çöldəki çınqıllar və qum dənəcikləri kimidir. Və bəhailərin hər biri digər insanlardan milyon dəfə üstün və şərəflidir.” (Maidəyi-Asumani kitabı, c.3, səh.353, Bəhaullah)

Bəhaullah niyə bu fikirlərə düşdü, niyə fəsad mənbəyi oldu, niyə İslam dininin zamanının keçdiyini elan etdi? Bir cavabı var. Şeytanın oyunu....

Məlumdur ki, şeytan həmişə müəyyən zamanlarda Allahın yolunun üstündə durmuş, peyğəmbərlik kimi ülvi məqamlara sataşmaq üçün müxtəlif hiylələrə əl atmışdır. Nə çox yalançı məhdilik iddiaları olmuş və nə çox yalançı peyğəmbərlik iddiaları olmuşdur.

Şeytan, daima oyunlarını həyata keçirtmək üçün müridlər axtarmışdır. Bu müridlərdən biri də Bəhaullahdır. Bu gün Bəhailiyin ideologiyası və Bəhaullahın düşüncələri Şeytanın istəklərini göstərir. Şeytan bu planı ilə Allah dini qarşında, yeni bir cərəyan yaratmaqla durur. Sanki şeytan Bəhailiklə, Allaha mən də din yaradaram iddiası ilə çıxış etmişdir. Şeytan, bu oyunları dəfələrlə oynamasına baxmayaraq, bir yerə qədər gələ bilsə də həmişə süquta uğramışdır. Sözsüz ki, bu oyun da pozulacaqdır.

313news.net

Рейтинг

В этом разделе