»»Babilik və Bəhailik

Babilik nədir?

Tarix boyunca özlərini Məhdi və ya Məhdinin xas naibləri olaraq tanıdan bir çox saxta iddiaçılar meydana çıxmışdır. Bunlara misal olaraq Qadiyani, Sudanlı Məhdi və Şirazlı Əli Muhəmmədi (Bab) göstərə bilərik.

Bəhailik nədir? Bəhailiyin yaranması (tarixi baxış)

Bəhailik, Babiliyin davamı, ya da Babilik Bəhailiyin hazırlayıcısıdır. Mirzə Əli Məhəmməd Şirazi (Bab) özünü İmam Məhdinin “qapısı” (babı) olduğunu iddia edib, xalq tərəfindən etirazla qarşılandıqdan sonra hökümət tərəfindən həbs edildi. Mirzə Əli Məhəmməd Şirazi (Bab) 1848-ci ildə Çehrek həbsxanasında olarkən, bəzi babilər Mirzə Hüseyin Əli Nuri (Bəhaullah) və Tahirə Qəzvinin rəhbərliyi ilə, Babın məqamı və onun qarşısında vəzifələrinin nə olacağı haqqında, Şəhrud şəhərinin yaxınlığında olan Bədəşt ovalığında toplandılar.

Tahirənin cinayəti...

Qəzvinli Molla Məhəmməd Təqinin özündən kiçik iki qardaşı var idi. Bunlardan biri Qəzvinli Molla Saleh, digəri isə Molla Məhəmməd Əli Bərəqani idi. Molla Saleh şeyxilər qarşısında tərəfsiz idi və onlara qarşı heç bir fikir bildirməzdi. Ancaq Molla Məhəmməd Əli Bərəqani şeyxilərin tərəfdarı idi və böyük qardaşına qarşı çıxaraq şeyxilərdən himayə edərdi.

Bəhailik - məzlumiyyət donu!

1848-ci ildə Mirzə Hüseyin Əli Nuri (Bəhaullah) və Tahirə Qəzvininin təşkilatçılığı ilə babilər, məclis təşkil edib İslam dininin qüvvədən düşdüyünü deyərək, babilərin də arasında ixtilafa səbəb olmaqla Bəhailik adlanan yeni bir cərəyan yaratdılar.

Saxta Məhdilik iddiaları

Həzrəti Məhdi mövzusu həmişə demək olar ki, bütün zamanlarda aktual mövzu olmuşdur. Və insanlar həmişə bir şəxsin gəlib yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracağına inanır. Bu mövzu yəhudilik zamanında da xristianlıq zamanında da önəmli mövzu olmuş və zühur, əqidə məsələsinə çevrilmişdir.

Bəhailiyin həqiqətləri: firqələr, siyasi baxışları

Bəhailkdə ixtilaf, parçalanma, firqəçilik varmı?

Bəhailər, Bəhailikdə parçalanmanın və firqəçilyin, uca səslə, olmadığını desələr də, tarixə nəzər etdikdə bunun tam əksini görürük. Bəhailik elə beşikdən, həm babilik zamanında, həm də Bəhailiyin yaranması ərəfəsində çox sayda ixtilaf və parçalanmalara şahid olmuşdur. Babilik zamanında, Bab olmaq uğrunda Mirzə Əli Məhəmməd Şirazi ilə digər babilər arasında çəkişmələr olmuşdur. Bunlardan Kərimxan Kermani, Mirzə Şəfi Təbrizini göstərmək olar. Bəhaullahın zamanında isə Mirzə Əsədullah Dəyyaninin tərəfdarları özlərini Dəyyanilər, Molla Məhəmməd Əli Barfruşun tərəfdarları özlərini Quddusilər, Bəyan kitabını özlərinə rəhbər götürənlər Bəyanilər, Bəhaullahın tərəfdarları isə özlərini Bəhai adlandıraraq firqələrə parçalandılar.

Bəhailiyin həqiqətləri: missionerlik, uğursuz rəhbərlik, 1000 illik peyğəmbər.

Bəhailik missioner təşkilatıdırmı?

Bütün missioner təşkilatlar kimi Bəhailik də missionerlik fəaliyyətini şübhəsiz inkar edir. Çünki xarici ölkələrin din adı altında öz missiyalarını yerinə yetirməsi qəbul edilməzdir. Amma Bəhailiyin həm tarixinə, həm də indiki zamanına nəzər etsək, onların missionerlik fəaliyyəti ilə məşğul olduğlarını görərik. Xüsusilə missionerlik fəaliyyətini daha çox qərb ölkələri tərəfindən təşviq edildiyinə diqqət etsək, Bəhailiyin də məhz bu ölkələrlə olan ciddi və isti münasibəti missionerlik fəaliyyətlərini danılmaz edir.

Bəhailərə cavab (1-ci hissə)

“19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?”

Bəşəriyyət tarixi 124 000 peygəmbərin gəlişinin və təbliginin şahidi olub ki onlardan birincisi Adəm (ə.s.) olub, sonuncusu isə Xatəməl-Nəbiyyin Muhəmməddir (s.a.a.s.). Amma tarix bu sayda peygəmbərlərin varlığı ilə paralel, maddi mənfəət əldə etmək üçün, isanları haqq yolundan azdıraraq özlərini ilahi höccət elan edən yalançı xilaskar və məsihlərin şahidi olmuşdur.

Bəhailərə cavab (2-ci hissə)

“ 19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?”

II HİSSƏ

Məlum mövzu ilə bağlı qeyd olunan məqalənin müəyyən bəndlərinə cavab vermişdik. İndi isə digər nüanslar və təqdim olunan rəddiyələri diqqətinizə çatdırırıq.

Bəhailərə cavab (3-cü hissə)

“19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?”

III HİSSƏ

Bundan əvvəl də mövzü ilə əlaqədar dəyərli oxuculara məlumat təqdim olunmuşdur. Məlum məqalə sahibinin iddialarına rəddiələr silsiləsinin ardını diqqətinizə catdırmaq istəyirik.

Bəhaullah kimdir? (Şeytanın oyunu)

Bəhaullah adı ilə tanınan Mirzə Hüseyin Əli Tehranda anadan olmuşdur. Atası, Qacar şahı Muhəmmədin sarayında vergi işlərinə baxırdı. Atası, vəzifədə işlədiyinə görə istəyirdi ki, uşaqları da oxumuş olsunlar. Buna görə də çalışırdı ki, uşaqlarına yaxşı təhsil versin və bunun üçün evə müəllimlər gətirirdi. Bəhaullahın böyük qardaşı Mirzə Həsən bu təhsilin nəticəsində Rus səfirliyində işə düzəldi. Bəhaullahın isə dərs oxumağa marağı yox idi və buna görə də o heç bir sənət sahibi deyildi. Əvəzində isə vaxtını gəzməyə, əyləncəyə, şer deməyə ayırırdı. Buna görə də Bəhaullah qarışıq fikirlərə düşmüşdür.

Bəhailərin və Yəmanilərin oxşar cəhətləri (Hakimiyyətə gəlmək)

1. Hər iki sekta da Məhdəviyyat inancına qarşı yönəlmişdir və yaranma metodları eynidir: əvvəlcə özünü insanlarla İmam Məhdi (ə.f.) arasında naib elan etmək, daha sonra isə Məhdi olduğunu iddia etməkdir. Necə ki, Bab insanlarla İmamın (ə.f.) arasında bir qapı olduğunu iddia edirdi, Əhməd əl Həsən də heç bir kriteriyaya uyğun gəlmədiyi halda özünü Yəmani elan etdi və daha sonra da özünün də Məhdi olmasını yaydı.

Saxta İddiaçılar - Mirzə Əli Məhəmməd Şirazi (Bab)

Mirzə Əli Məhəmməd Şirazi 20 Oktyabr 1819-cu ildə İranın Şiraz şəhərində doğulmuşdur. Atası Mirzə Rıza Bəzzaz bazarda parça satan bir satıcıdır, anası isə Fatimə Bequmdur. Atası öldükdən sonra onu internat məktəbinə göndərdilər. Onun müəllimi, Şeyxiyyənin tələbələrindən idi və özü də uşaqlığdan etibarən bu inancın təsiri altında böyümüşdü. Bunun nəticəsində Mirzə Əli Məhəmməd Şirazi, Seyyid Kazim Rəştini görmək və dərslərində iştirak etmək üçün İraqa getdi və orada bir neçə ay  qaldı.

Saxta İddiaçılar - Mirzə Hüseyn Əli Nuri (Bəhaullah)

Mirzə Hüseyin Əli Nurinin atası Mirzə Abbas, Qacar ailəsinin hakimiyyəti zamanında İran sarayında katib idi. Bəzən qohumlar, bəzən də xüsusi müəllimlərdən ilə ilk təhsilini alırdı. Gəncliyində xüsusi bir sənəti yox idi. Bunun üçün də gəncliyini əyləncə ilə keçirirdi. Bəhailərin, necə ki Babın ümmi olduğu haqqında iddiaları var idisə, eyni şəkildə Mirzə Hüseyin Əli Nurinin də ümmi olduğunu iddia edərək, onun ilahi elmə sahib olduğunu bildirirdilər. Ancaq çox açıq dəlillər, bu iddiaların yalan olmasını göstərir.

Bəhailik (Babilik) 2

Şeyxiyyə firqəsindən olan Mirzə Əli Məhəmməd Şirazi (Bab) 1844-cü ildə özünü Həzrəti Məhdinin (ə.f.) qapısı (bab) elan edərək Babilik cərəyanını yaratdı. Bu iddiasından və bir sıra müsəlmanların İmam Zamana (ə.f.) olan inancından istifadə edərək 1849-1851-ci illərdə xüsusən Zəncanda üsyanlar başladıldı. Bu üsyanlar çox sayda müsəlmanların həlak olmasına səbəb oldu. Bu üsyanlara qədər isə Bab bir neçə dəfə həbs olunmuş, iddiasından dönmüş və tövbə etmişdir. Ancaq sonradan İsfahan valisi olan erməni və gürcü əsilli Manuçerhanın himayəsindən ruhlanaraq yenidən rəislik iddiası qabardı.