»»

Rəsulullahın (ə.s) qılıncı özündən sonra kimlərə keçdi?

Hədis №1

محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن الحسين بن سعيد، عن النضر ابن سويد، عن يحيى الحلبي، عن ابن مسكان، عن أبي بصير، عن أبي عبد الله عليه السلام قال: قال: ترك رسول الله صلى الله عليه وآله في المتاع سيفا ودرعا وعنزة ورحلا وبغلته الشهباء فورث ذلك كله علي بن أبي طالب عليه السلام.

Muhəmməd ibn Yəhya, Əhməd ibn Muhəmməd ibn İsadan, o da əl-Hüseyn ibn Səiddən, o da ən-Nəzr ibn Suveyddən, o da Yəhya əl-Hələbidən, o da İbn Muskandan, o da Əbu Bəsirdən, o da Əbu Abdullahdan (İmam Sadiq ə.s) belə rəvayət etmişdir: «Rəsulullah (s.ə.a) əşyaları arasında bir qılınc, bir zireh, bir mizraq, bir yəhər və bir boz qatır tərk etmişdi. Bunların hamısı Əli ibn Əbi Talibə (ə.s) miras qalmışdır.»

Muhəmməd b. Yaqub əl-Kuleyni, Üsul min əl-kafi, c.1, s.234, h.3 (onlayn link)

Əllamə Məclisi bu hədisin səhih olduğunu bildirib. (Mirat əl-Uqul, c.3, s.45)

Muhibuddin əl-Musəvi əl-Hilli bu hədisi mötəbər hesab edərək özünün «əl-Mötəbər min əhədis əl-Kafi» kitabına daxil etmişdir. (əl-Mötəbər min əhədis əl-Kafi)

Hədis №2

محمد بن يحيى، عن محمد بن الحسين، عن صفوان بن يحيى، عن ابن مسكان عن حجر، عن حمران، عن أبي جعفر عليه السلام قال: سألته عما يتحدث الناس أنه دفعت إلى أم سلمة صحيفة مختومة فقال: إن رسول الله صلى الله عليه وآله لما قبض ورث علي عليه السلام علمه وسلاحه وما هناك ثم صار إلى الحسن ثم صار إلى الحسين عليهما السلام فلما خشينا أن نغشى استودعها ام سلمة ثم قبضها بعد ذلك علي بن الحسين عليه السلام، قال: فقلت: نعم ثم صار إلى أبيك ثم انتهى إليك وصار بعد ذلك إليك، قال: نعم.

Muhəmməd ibn Yəhya, Muhəmməd ibn əl-Hüseyndən, o da Səfvan ibn Yəhyadan, o da İbn Muskandan, o da Həcədən, o da Humrandan, o da Əbi Cəfərdən (İmam Baqir ə.s) belə rəvayət etmişdir:

(Humran deyir:) «İmamdan xalq arasında Ümmü Sələməyə möhürlü məktubun verildiyi ilə əlaqədar söhbətlər gəzdiyini və bunların doğru olub-olmadığını soruşdum.» İmam (ə.s) buyurdu: «Rəsulullah (s.ə.a) vəfat etdikdən sonra elmi, silahı və orada olan bütün əşyaları Əliyə (ə.s) miras qaldı. Bunlar daha sonra Həsənə (ə.s), ardınca da Hüseynə (ə.s) keçdi. Ələ keçəcəyimizdən qorxduğumuz zaman bu əmanətləri Ümmü Sələməyə etibar etdik. Sonra bunları Əli ibn Hüseyn (ə.s) geri aldı.»

Mən dedim: «Bəli. Daha sonra atana, sonra da sənə keçdi?»

İmam (ə.s) buyurdu: «Bəli.»

Muhəmməd b. Yaqub əl-Kuleyni, Üsul min əl-kafi, c.1, s.234, h.7 (onlayn link)

Əllamə Məclisi bu hədisin həsən olduğunu bildirib. (Mirat əl-Uqul, c.3, s.47)

Muhibuddin əl-Musəvi əl-Hilli bu hədisi mötəbər hesab edərək özünün «əl-Mötəbər min əhədis əl-Kafi» kitabına daxil etmişdir. (əl-Mötəbər min əhədis əl-Kafi)

Hədis №3

محمد، عن أحمد بن محمد، عن الحسين بن سعيد، عن فضالة، عن عمر بن أبان قال: سألت أبا عبد الله عليه السلام عما يتحدث الناس أنه دفع إلى أم سلمة صحيفة مختومة فقال: إن رسول الله صلى الله عليه وآله لما قبض ورث علي عليه السلام علمه وسلاحه وما هناك، ثم صار إلى الحسن ثم صار إلى الحسين عليهما السلام، قال: قلت: ثم صار إلى علي بن الحسين، ثم صار إلى ابنه، ثم انتهى إليك، فقال: نعم.

Muhəmməd (ibn Yəhya), Əhməd ibn Muhəmməddən, o da əl-Hüseyn ibn Səiddən, o da Fəzlədən, o da Ömər ibn Əbandan onun belə dediyini rəvayət etdi: «Əbu Abdullahdan (İmam Cəfər ə.s) xalq arasında Ümmü Sələməyə möhürlü məktubun verildiyi ilə əlaqədar söhbətlər gəzdiyini və bunların doğru olub-olmadığını soruşdum.»

İmam (ə.s) buyurdu: «Rəsulullah (s.ə.a) vəfat etdikdən sonra elmi, silahı və orada olan bütün əşyaları Əliyə (ə.s) miras qaldı. Bunlar daha sonra Həsənə (ə.s), ardınca da Hüseynə (ə.s) keçdi.»

Mən dedim: «Sonra Əli ibn əl-Hüseynə (ə.s), sonra onun oğluna, sonra da sənə keçdi?»

İmam (ə.s) buyurdu: «Bəli.»

Muhəmməd b. Yaqub əl-Kuleyni, Üsul min əl-kafi, c.1, s.234, h.8 (onlayn link)

Əllamə Məclisi bu hədisin səhih olduğunu bildirib. (Mirat əl-Uqul, c.3, s.48)

Muhibuddin əl-Musəvi əl-Hilli bu hədisi mötəbər hesab edərək özünün «əl-Mötəbər min əhədis əl-Kafi» kitabına daxil etmişdir. (əl-Mötəbər min əhədis əl-Kafi)

 

Fotoşəkil: Muhəmməd b. Yaqub əl-Kuleyni, Üsul min əl-kafi, c.1, s.139-140, h.3,7,8

Bəs görəsən əhli-sünnə mənbələrində buna aid mötəbər dəlil varmı?

Əhli-sünnənin məşhur alimlərindən İbn Kəsir yazır:

وروى أيضا من حديث عثمان بن سعد ، عن ابن سيرين قال : صنعت سيفي على سيف سمرة ، وزعم سمرة أنه صنع سيفه على سيف رسول الله صلى الله عليه وسلم ، وكان حنفيا .
وقد صار إلى آل علي سيف من سيوف رسول الله صلى الله عليه وسلم ، فلما قتل الحسين بن علي رضي الله عنهما ، بكربلاء عند الطف كان معه ، فأخذه علي بن الحسين زين العابدين ، فقدم معه دمشق حين دخل على يزيد بن معاوية ، ثم رجع معه إلى المدينة فثبت في " الصحيحين " عن المسور بن مخرمة ، أنه تلقاه إلى الطريق ، فقال له : هل لك إلي من حاجة تأمرني بها؟ قال : فقال : لا . فقال : هل أنت معطي سيف رسول الله صلى الله عليه وسلم؟ فإني أخشى أن يغلبك عليه القوم ، وايم الله إن أعطيتنيه لا يخلص إليه أحد حتى يبلغ نفسي
.

Osman ibn Səd rəvayət edir ki, İbn Sirin dedi: «Qılıncımı Səmurənin qılıncına bənzər düzəltdim. O, öz qılıncını Rəsulullahın (s) qılıncına bənzər şəkildə düzəltdiyini iddia edirdi. Rəsulullahın (s) qılıncı hənəfi üsulunda (bəzi alimlərin fikrincə, bu qılıncı ilk olaraq Əhnəf ibn Qeys düzəltdiyi üçün onu bu adla adlandırıblar) idi.»

Rəsulullahın (s) qılınclarından biri Əlinin övladlarına gəlib çatmışdır. Hüseyn ibn Əli Kərbəlada Tif deyilən ərazinin yanında öldürüldüyü zaman bu qılınc onda idi. Sonra bunu Əli ibn əl-Hüseyn Zeyn əl-Abidin götürdü. Dəməşqə gələrək Yezid ibn Muaviyənin yanında daxil olanda özü ilə götürmüşdü, sonra Mədinəyə qayıdanda özü ilə apardı. əl-Buxari və Müslimin «Səhih»lərində əl-Misvər ibn Məxrəmədən rəvayət edildiyinə görə, əl-Misvər Əli ibn əl-Hüseyni yolda qarşılamış və demişdir: «Mənim yerinə yetirə biləcəyim bir ehtiyacın varsa, de.» O da: «Xeyr» – deyə cavab verdi. əl-Misvər dedi: «Rəsulullahın (s) qılıncını mənə verərsənmi? Çünki mən bu millətin o qılıncı səndən almalarından qorxuram. Allaha and olsun ki, onu mənə versən, mənim vücudumu çeynəyib öldürmədikcə heç kəs onu məndən ala bilməz.»

İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c.8, s.370; Dar Alam al-Kutub, ər-Riyad, 1424/2003 (onlayn)

 

Fotoşəkil: İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c.5, s.51; Dar İbn Kəsir, Dəməşq/Beyrut, 1431/2010; təhqiq: Abdul-Qadir əl-Arnaut və Bəşşar Avad Maruf.

Рейтинг

В этом разделе