»»

Kitabları təsdiq edir: Fatimənin (ə) göylərdə baş tutmuş nikahı və mələklərin sevinci

Kitab: Zəxairul-Uqba, səh. 32
Müəllif: Təbəri

Ənəs nəql edir ki, Peyğəmbər (s) məsciddə idi. Üzünü Əliyə (ə) tutub dedi: "Cəbrail mənə xəbər verdi ki, Allah Təala Fatiməni Sənə təzvic etdi və 40000 mələyi buna şahid etdi. Tuba ağacına da, vəhy etdi ki, həmin mələklərə dürr və yaqut ələsin. Ağac dürr və yaqutu mələklərin üzərinə tökdü. Hürilər cəvahirat tabaqlarına daraştılar və onların qiyamət gününə qədər bir-birinə hədiyyə edəcəklər".

Əbdullahdan nəql olunur ki, Peyğəmbər (s) Fatiməni (ə) Əliyə (ə) ərə verdiyi zaman Fatiməyə dedi: "Allah Təala mənə səni Əliyə təzvic etməyi əmr etdi, Cənnətdəki mələklərə əmr etdi ki, səflərə düzülsünlər. Cənnətin ağaclarına da zinətlərlə dolmağı əmr etdi. Cəbrail Allahın əmri ilə bir minbər qurub həmin minbərə çıxaraq mələklərə xitab etdi. Xitabı bitəndən sonra həmin zinətlərdən onlara payladı. Hansı mələk o birindən daha gözəl və ya çox zinət götürübsə bununla qiyamət gününə qədər fəxr edəcəkdir. Qızım! Bu şərafət sənə yetər!"

Рейтинг

В этом разделе