»»

İmam Huseynə (ə) məktub yazıb dəvət edənlər Şiə idilər?

Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!

Son zamanlarda vəhhabilər tərəfindən Kərbəla hadisəsinə dair irəli sürülən şübhələrdən biri də, İmam Huseynə (ə) məktub yazan, lakin sonradan onu köməksiz qoyaraq hətta Əməvi ordusuna qoşulub ona qarşı vuruşan kufəlilərin guya Şiə olduqları iddiasıdır. Halbuki Kərbəla hadisəsinin, başvermə səbəbləri və İmam Huseyni (ə) şəhid edənlərin kimliyi tarixi mənbələrdə aydın və qəti şəkildə bəyan edilmişdir. Lakin, nasibi vəhhabilərin həyasızlıqda sərhəd tanımayan bir tayfa olduqlarından belə iddia onlardan sadir ola bilir.

 

KUFƏ XALQI ŞİƏ İDİ?

Ortaya atılan şübhənin əslini Kufə xalqının Şiə olması iddiası təşkil edir. Ona görə də mənbələrdə “İraq xalqı məktub yazdı”, “Kufəlilər məktub yazdı” – deyə keçən hər bir rəvayət Şiələrin məktub yazdığına dəlil kimi göstərilir. Halbuki həqiqətdə Kufə xalqı məlum olduğu kimi bilinənin əksinə, Şiə deyildi. Kufədə həm Əbu Bəkr və Ömərin tərəfdarları, həm xəvariclər və həm də az sayda Şiə yaşayırdı. Amma Şiələr azlıqda idilər. Çünki İraq, Suriya, İran və bu kimi ərazilər Ömər ibn Xəttabın dövründə ələ keçirilmişdi və təbii olaraq hökumətin ələ keçirdiyi ərazilərdə yaydığı, təbliğ etdiyi din, həqiqi İslam inanclarını əks etdirmirdi.

Məhz buna görə, Kufə də daxil olmaq üzrə bir çox yerin xalqı Allah Rəsulunun (s) gətirdiyi dinə deyil, Ömər ibn Xəttabın dininə tabe olurdular. İstər Kufə və istərsə də digər bölgələrdə vəziyyət belə idi. Yəni xalqın əksəriyyəti Şiə deyil, Əbu Bəkr və Ömərin tərəfdarları idi. Belə ki, bu həm Şiə mənbələrində və həm də Əhli-Sünnə mənbələrində sabitdir.

“Siqatul-İslam” (İslamın etibarı) Şeyx Kuleyni (r.a) “əl-Kafi” kitabında yazır:

علي بن إبراهيم، عن أبيه، عن حماد بن عيسى، عن إبراهيم بن عثمان، عن سليم بن قيس الهلالي قال: خطب أمير المؤمنين (ع) فحمد الله وأثنى عليه ثم صلى على النبي (صلى الله عليه وآله)، … ثم قال: قد عملت الولاة قبلي أعمالا خالفوا فيها رسول الله (صلى الله عليه وآله) متعمدين لخلافه، ناقضين لعهده مغيرين لسنته ولو حملت الناس على تركها وحولتها إلى مواضعها وإلى ما كانت في عهد رسول الله (صلى الله عليه وآله) لتفرق عني جندي حتى أبقى وحدي أو قليل من شيعتي الذين عرفوا فضلي وفرض إمامتي من كتاب الله عزوجل وسنة رسول الله (صلى الله عليه وآله) … والله لقد أمرت الناس أن لا يجتمعوا في شهر رمضان إلا في فريضة وأعلمتهم أن اجتماعهم في النوافل بدعة فتنادى بعض أهل عسكري ممن يقاتل معي: يا أهل الاسلام غيرت سنة عمر ينهانا عن الصلاة في شهر رمضان تطوعا ولقد خفت أن يثوروا في ناحية جانب عسكري ما لقيت من هذه الامة من الفرقة وطاعة أئمة الضلالة والدعاة إلى النار

Əli ibn İbrahim mənə atasından, o Həmmad ibn İsadan, o İbrahim ibn Osmandan, o da Suləym ibn Qeys əl-Hilalidən rəvayət etdi, dedi ki: Möminlərin Əmiri (ə) xütbə irad edib, Allaha həmd-səna etdi, sonra Peyğəmbərə (s) salavat gətirdi, daha sonra isə buyurdu: “Məndən əvvəlki rəhbərlər qəsdən və bilərəkdən Allah Rəsuluna (s) tərs düşən işlər gördülər, əhdini pozdular, sünnəsini dəyişdilər. Belə ki, bu gün insanları onları tərk etməyə dəvət edib vəziyyəti Allah Rəsulunun (s) dövrünə qaytarmaq istəsəm ordum ətrafımdan dağılar, məni tək başıma və ya Allahın Kitabından və Allah Rəsulunun (s) sünnəsidən mənim fəzilət və üstünlüyümü və imamətimin özlərinə fərz olduğunu bilən Şiələrimdən az bir qrupla tək qoyarlar. Çünki Allaha and olsun ki, mən xalqa Ramazan ayında fərz namazı əda etmək xaricində camaat etməmələrini əmr etdim və sünnə namazını camaatla qılmağın bidət olduğunu dedim. Amma mənimlə birlikdə döyüşən ordumdan bəziləri, “ey Müsəlmanlar! Əfsus! Ömərin sünnəsi dəyişdirildi. Ramazan ayında bizi camaatla sünnə namazı qılmaqdan saxlayırlar” deyə çığırdılar. Ordumun bir küncündə fitnə və üsyan çıxmasından narahat oldum! Mən, bu ümmətdən bölünmə, azğın rəhbərlərə itaət və insanları oda çağıranlara uymaqdan başqa nə çəkdim ki?!”

Şeyx Kuleyni, “əl-Kafi”, cild 8, səhifə 36-37, hədis 21.

 

Bu hədisin sənədindəki bütün ravilər siqa (etibarlı) və hədisin sənədi də müttəsildir (kəsintisizdir). Belə ki, Şeyx Hadi ən-Nəcəfi bu hədis barədə deyir ki:

الرواية صحيحة الإسناد

Rəvayətin sənədi səhihdir.

Şeyx Hadi ən-Nəcəfi (r.ə), “Məvsuat əhadisi Əhli-Beyt (ə)”, cild 4, səhifə 286, hədis 4649.

 

İmam Əlinin (ə) Təravih namazını qadağan etməsi və xalqın eynilə indiki muxaliflər kimi bu bidətə bağlı olduğunu göstərən bir başqa hədisi Şeyx Tusi (r.a) belə rəvayət etmişdir:

علي بن الحسن بن فضال عن احمد بن الحسن عن عمر وبن سعيد المدائني عن مصدق بن صدقة عن عمار عن ابي عبدالله عليه السلام قال: سألته عن الصلاة في رمضان في المساجد قال: لما قدم أمير المؤمنين عليه السلام الكوفة أمر الحسن بن علي عليه السلام أن ينادي في الناس لاصلاة في شهر رمضان في المساجد جماعة، فنادى في الناس الحسن بن علي عليه السلام بما أمره به أمير المؤمنين عليه السلام فلما سمع الناس مقالة الحسن بن علي صاحوا: واعمراه واعمراه فلما رجع الحسن إلى أمير المؤمنين عليه السلام قال له: ما هذا الصوت؟ فقال: يا أمير المؤمنين الناس يصيحون: واعمراه واعمراه، فقال أمير المؤمنين عليه السلام: قل لهم صلوا.

Əli ibn Həsən ibn Fəddal, o Əhməd ibn Həsəndən, o Amr ibn Səid əl-Mədainidən, o Musəddiq ibn Sədəqədən, o da Əmmardan danışdı, dedi ki: “İmam Sadiqə (ə) Ramazan ayında məsciddə namaz qılmaq haqqında soruşdum. İmam (ə) buyurdu: “Möminlərin Əmiri (ə) Kufəyə daxil olduğu zaman Həsən ibn Əliyə (ə) əmr verdi ki, insanlara Ramazan ayında məsciddə (müstəhəb) namazı camaat ilə qılmamalarını xəbər versin. Həsən ibn Əli (ə) Möminlərin Əmirinin (ə) özünə əmr verdiyi kimi, insanlara xəbər verdi. İnsanlar Həsən ibn Əlinin (ə) dediklərini eşidəndə “vay Ömər! Vay Ömər!” – deyə qışqırdılar. Həsən ibn Əli (ə) geri qayıtdığı zaman Möminlərin Əmiri (ə) buyurdu: “Bu qışqırmalar da nədir?” İmam Həsən (ə) dedi: “Ey Möminlərin Əmiri! İnsanlar “vay Ömər! Vay Ömər” – deyə qışqırırlar”. Möminlərin Əmiri (ə) buyurdu: “Onlara namazlarını qılmalarını söyləyin”.

Şeyx Tusi, “Təhzibul-Əhkam”, cild 3, səhifə 69, bab 4, hədis 30 (227). (Şəkil 3)

Bu hədisin də bütün raviləri siqa (etibarlı) və sənədi müttəsildir. Şeyx Hadi ən-Nəcəfi öz kitabında bu hədisə yer verdikdən sonra deyir ki:

الرواية معتبرة الإسناد

“Rəvayətin sənədi mötəbərdir”.

Şeyx Hadi ən-Nəcəfi, “Məvsuat əhadisi Əhli-Beyt (ə)”, cild 4, səhifə 287, hədis 4651.

 

“əl-Kafi” və “Təhzibul-Əhkam” kitablarından verdiyimiz bu 2 hədisin mətnindən gördüyümüz kimi, İmam Əli (ə) özü xəlifə olduğu halda belə, Əbu Bəkr və Ömərin bidətlərini dəyişmədiyini, çünki xalqın və hətta İmam (ə) ordusunda müharibə edənlərdən bəzilərinin Əbu Bəkr və Ömər ibn Xəttaba bağlı olduqlarını, onları sevdiklərini, onların sünnəsini dəyişdirilməz olaraq gördüklərini bildirir. Yəni bu xalq, İmam Əlini (ə) Allah Rəsulunun (s) varisi kimi bildikləri üçün deyil, eynən sünnilər kimi Əbu Bəkr, Ömər, Osman və başqaları kimi sadəcə bir xəlifə kimi gördükləri üçün ona itaət edirdilər. Məhz buna görə də Ömər ibn Xəttabın çıxardığı bir bidət olan Təravih namazının qadağan olunmasına “vay! getdi Ömərin sünnəsi” deyərək etiraz edirdilər. İmam Əlinin (ə) Allah Rəsulunun (s) varisi olduğunu bilən müsəlmanlar (şiələr) isə azlıqda idilər.

Şiə mənbələrindən gətirdiyimiz bu 2 hədis bizə Kufə xalqının Şiə olmadığını, əksinə, xalqın əksəriyyətinin əhli-sünnə inancında olduğunu göstərir. Amma bu məqam təkcə Şiə mənbələri ilə məhdud deyil. Əhli-sünnə mənbələrində mövcud olan məlumatlar da o dövrdə Kufə xalqının əksəriyyətinin sünni olduğunu göstərir.

Əhli-Sünnənin böyük təfsir, hədis və tarix imamı Təbərinin “Tarixi-Təbəri” adı ilə məşhur olan kitabından:

وكتب إليه معه: أما بعد، فإنه كتب إلي شيعتي من أهل الكوفة يخبرونني أن ابن عقيل بالكوفة يجمع الجموع لشق عصا المسلمين؛ فسر حين تقرأ كتابي هذا حتى تأتي أهل الكوفة فتطلب ابن عقيل كطلب الخرزة حتى تثقفه فتوثقه أو تقتله أو تنفيه؛ والسلام

Yezid də ibn Ziyada bir məktub göndərərək belə yazdı: “Mənim Kufə əhlindən olan şiələrim (tərəfdarlarım) mənə; Muslim ibn Əqilin, Kufədə camaat topladığını, Müsəlmanların vahid səltənət əsasını ikiyə parçaladığını, ayırdığını xəbər verdilər. Bu yazımı oxuyan kimi, Kufəyə get. Muslim ibn Əqili ələ keçirənə qədər, dəfinə axtarırmış kimi, tələsik axtar, tap. Öldür, yaxud sürgün et! Vəssəlam”.

Əhli-Sünnə mənbəsi:

Təbəri, “Tarixi-Təbəri”, cild 5, səhifə 357.

 

 

 

Təbərinin dediyi bu rəvayətdən də gördüyümüz kimi Kufədə Əməvilərin də tərəfdarları var idi və bunlar Muslim ibn Əqil (ə) Kufədəki işləri ilə bağlı olaraq Yezidə (l.ə) məktub yazmışdılar.

O dövrdə Kufə xalqının əksəriyyətinin əhli-sünnə olduğunu hədis imamlarından olan Əbu İshaq əs-Səbii də təsdiqləmişdir və bunu Əbu İshaqdan ibn Bəttə rəvayət etmişdir.

Vəhhabilərin Şeyxul-İslam dedikləri İbn Teymiyyənin “Minhacus-Sunnə” kitabından:

وروى ابن بطة عن شيخه المعروف بابي العباس بن مسروق حدثنا محمد بن حميد حدثنا جرير عن سفيان عن عبد الله بن زياد بن جدير قال: قدم ابو اسحاق السبيعي الكوفة قال لنا شمر بن عطية: قوموا اليه فجلسنا اليه فتحدثوا فقال ابو اسحاق: خرجت من الكوفة وليس احد يشك في فضل ابي بكر وعمر وتقديمهما وقدمت الان وهم يقولون ويقولون ولا والله ما ادري ما يقولون

İbn Bəttə, Əbul Abbas ibn Məsruk deyə tanınan müəlliminin belə dediyini nəql edir: “Mənə Muhəmməd ibn Humeyd danışdı, dedi ki: “Cərir mənə Sufyandan, o da Abdullah ibn Ziyad ibn Hudeyrdən belə danışdı: “Əbu İshaq əs-Səbii Kufəyə gəldi. Şemr ibn Ətiyyə, birlikdə yanına getməyimizi istədi. Yanına getdik və söhbət etdik. Əbu İshaq belə dedi: “Mən Kufədə ikən istisnasız olaraq bütün Kufə əhli Əbu Bəkr və Ömərin fəzilətlərinə inanır və onları sair əshabdan üstün tuturdular. İndi isə danışdıqları qədər danışırlar. Vallah nə dediklərini başa düşə bilmirəm”.

İbn Teymiyyə, “Minhacus-Sunnə”, cild 6, səhifə 135-136.

 

 

Əbu İshaq əs-Səbii əhli-sünnənin məşhur hədis imamlarındandır və tabeindir. İmam Əli (ə) və digər bəzi səhabələri görüb. Yəni Əbu İshaq əs-Səbii İmam Əli (ə) İmam Həsən (ə) və İmam Huseyn (ə) dövrlərini görüb, onlara şahid olmuş biridir. Məhz bu şəxs o dövrdə Kufə xalqının Əbu Bəkr və Ömərin fəzilətinə inandıqlarını və bu ikisini hər kəsdən üstün bildiklərini yəni Kufəlilərin sünni olduğunu bildirir.

Yuxarıda “əl-Kafi” kitabından dediyimiz hədisdə İmam Əli (ə), öz ordusunda olanlardan bəzilərinin belə “vay! Ömərin sünnəsi dəyişdirildi” deyə fəryad etdiklərini deyirdi. Eyni şeyi nasibilərdən olan ibn Teymiyyə də etiraf edir.

Vəhhabilərin Şeyxul-İslam dedikləri İbn Teymiyyənin “Minhacus-Sunnə” adlı kitabından:

وليس كل من قاتل مع على كان يفضله على عثمان بل كان كثير منهم يفضل عثمان عليه كما هو قول سائر أهل السنة

“Əli ilə birlikdə döyüşənlərin hamısı Əlini Osmandan üstün bilmirdilər. Əksinə, onların əksəriyyəti əhli-sünnə kimi Osmanı Əlidən üstün bilirdilər”.

İbn Teymiyyə, “Minhacus-Sunnə”, cild 4, səhifə 132.

 

Kufədə azlığı təşkil edən və “əl-Kafi” kitabından dediyimiz hədisdə İmam Əlinin (ə) “Allahın Kitabından və Allah Rəsulunun (s) sünnəsindən mənim fəzilət və üstünlüyümü və imamətimin özlərinə fərz olduğunu bilən Şiələrimdən az bir qrup” dediyi Şiələr isə Muaviyə (l.ə) dövründə ya öldürülmüş, ya zindana atılmış yaxudda İraqdan digər bölgələrə qaçmışdırlar.

Mötəzilə məzhəbinin alimlərindən ibn Əbil-Hədid bu məsələ haqqında deyir ki:

روى أبو الحسن علي بن محمد بن أبي سيف المدائني في كتاب الأحداث، قال: كتب معاوية نسخة واحدة إلى عُمَّاله بعد عام الجماعة: (أن برئت الذمّة ممن روى شيئاً من فضل أبي تراب وأهل بيته). فقامت الخطباء في كل كُورة وعلى كل منبر يلعنون عليًّا ويبرؤون منه، ويقعون فيه وفي أهل بيته، وكان أشد الناس بلاءاً حينئذ أهل الكوفة لكثرة ما بها من شيعة علي عليه السلام، فاستعمل عليهم زياد بن سُميّة، وضم إليه البصرة، فكان يتتبّع الشيعة وهو بهم عارف، لأنه كان منهم أيام علي عليه السلام، فقتلهم تحت كل حجر ومدر وأخافهم، وقطع الأيدي والأرجل، وسَمَل العيون وصلبهم على جذوع النخل، وطردهم وشرّدهم عن العراق، فلم يبق بها معروف منهم

Əbul Həsən Əli ibn Muhəmməd ibn Əbu Seyf əl-Mədaini “Hadisələr” kitabında belə rəvayət etmişdir: “Muaviyə camaat ilindən sonra məmurlarına belə bir məktub yazdı: “Əbu Turabın (yəni Əlinin ə.s) və onun Əhli-Beytindən bir kəsin fəzilətindən bir şey rəvayət edən kimsədən zimmə uzaqdır”. Bu səbəblə xətiblər tapdıqları hər minbərdə Əliyə lənət etməyə, Ondan təbərri edərək Ona və Əhli-Beytinə söyməyə başladılar. Və o zaman ən çətin vəziyyətdə olan insanlar Kufə xalqı idi, çünki aralarında Əlinin şiələrindən çox adam vardı. Muaviyə, Ziyad ibn Sumeyyəni Kufə valisi qıldı və eyni zamanda Bəsrə şəhərini də onun ixtiyarına buraxdı. O da Şiələrin ardına düşüb, Əlinin xilafəti dövründə Onun tərəfdarlarından olduğundan hamısını tanıyırdı. Bu səbəblə onları deşiklərdə belə olsalar tapıb qətlə yetirir və ya ölümlə təhdid edir, əl və ayaqlarını kəsir, gözlərini kor edir və xurma budaqlarında asırdı. Və ya onları İraqdan sürgün edirdi, bütün bunların sonunda İraqda Şiə kimi tanınan kimsə qalmadı”.

Əhli-Sünnə mənbəsi:

İbn Əbil Hədid, “Şərhi Nəhcül-Bəlağə”, cild 11, səhifə 44.

 

 

Əgər vəhhabilər “ibn Əbil Hədid sünni deyil” – deyə etiraz edəcək olsalar cavabımız belə olar ki, bu hadisəni təkcə ibn Əbil Hədid rəvayət etmiş deyil. Əhli-Sünnənin hədis alimlərindən Təbərani də bunu rəvayət etmişdir.

حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ الْعَزِيزِ، ثنا أَبُو نُعَيْمٍ، ثنا سُفْيَانُ، عَنْ يُونُسَ بْنِ عُبَيْدٍ، عَنِ الْحَسَنِ، قَالَ: كَانَ زِيَادٌ يَتَتَبَّعُ شِيعَةَ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ فَيَقْتَلُهُمْ، فَبَلَغَ ذَلِكَ الْحَسَنَ بْنَ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ، فَقَالَ: اللهُمَّ تَفَرَّدْ بِمَوْتِهِ؛ فَإِنَّ الْقَتْلَ كَفَّارَةٌ

Yunus ibn Ubeyddən, o da Həsəndən danışdı, dedi ki: “Ziyad, Əlinin (ə) şiələrini təqib edir, onları tutması vəziyyətində qılıncdan keçirirdi. Bu xəbər Həsən ibn Əliyə (ə) çatanda buyurdu: “Allahım, onun ölümünü təkcə özünə xas qıl və bu öldürülüş kəffarə olsun”.

Əhli-Sünnə mənbəsi:

Təbərani, “Mucəmul-Kəbir”, cild 3, səhifə 68, hədis 2690.

 

 

 

Hədisin səhihliyi haqqında nasibi hədis alimlərindən Heysəmi deyir ki:

رواه الطبراني ورجاله رجال الصحيح

Təbərani rəvayət etmişdir və ricalları “Səhih”-in ricallarıdır.

Heysəmi, “Məcməuz-Zəvaid”, cild 6, səhifə 266, hədis 10604.

 

 

 

Məşhur Əhli-Sünnə alimi Şəmsuddin Zəhəbi yazır:

قال أبو الشعثاء: كان زياد أفتك من الحجاج لمن يخالف هواه. وقال: قال الحسن البصري : بلغ الحسن بن علي أن زياداً يتتبَّع شيعة علي بالبصرة فيقتلهم، فدعا عليه .وقيل: إنه جمع أهل الكوفة ليعرضهم على البراءة من أبي الحسن، فأصابه حينئذ طاعون في سنة ثلاث وخمسين

Əbuş-Şəsa deyir: “Ziyad öz istəklərinə qarşı çıxanları məhv etməkdə Həccacdan daha qəddar idi”. Əbul-Həsən əl-Bəsri deyir: “Ziyadın Bəsrədə Əlinin (ə) şiələrini təqib edib, öldürdüyü xəbəri Həsən ibn Əliyə (ə) yetişdi. O, İbn Ziyada bəddua etdi. Deyilib ki, İbn Ziyad Əbul-Həsəndən (İmam Əlidən (ə)) bezarlıqlarını ifadə etmələri üçün Kufə əhalisini bir yerə toplayırdı. Həmin vaxtlarda – hicri təqvimilə 53-cü ildə onu taun xəstəliyi tutdu”.

Əhli-Sünnə mənbəsi:

Şəmsuddin əz-Zəhəbi, “Siyər Ələmin-Nubələ”, cild 3, səhifə 496. Təhqiq: Şueyb əl-Arnəut, Çap: Musəssətur-Risələ.

 

 

İbn Əsir “əl-Kamil” kitabında yazır:

وكان زياد أول من شدد أمر السلطان، وأكّد الملك لمعاوية، وجرَّد سيفه، وأخذ بالظنة، وعاقب على الشبهة، وخافه الناس خوفاً شديداً حتى أمن بعضهم بعضا

“Ziyad hakimiyyətdə qəddarlıq edən ilk şəxs oldu, Muaviyənin hakimiyyətini gücləndirdi, qılıncını qınından sıyırdı, öz gümanlarına görə hərəkət etdi və şübhələrinə əsaslanıb cəza verdi. Camaat ondan elə qorxurdu ki, hətta özlərini bir-birilərindən də amanda saymırdılar”.

Əhli-Sünnə mənbəsi:

İbn Əsir, “Əl-Kamilu fit-Tarix”, cild 3, səhifə 307. Çap: Darul-Kutub əl-İlmiyyə.

 

 

Suləym ibn Qeys Hilalinin (r.ə) “Alı̇-Muhəmmədı̇n sı̇rləri” kitabından:

ثم اشتد البلاء بالأمصار كلها على شيعة علي وأهل بيته عليهم السلام، وكان أشد الناس بلية أهل الكوفة لكثرة من بها من الشيعة. واستعمل عليهم زيادا أخاه وضم إليه البصرة والكوفة وجميع العراقين. وكان يتتبع الشيعة وهو بهم عالم لأنه كان منهم فقد عرفهم وسمع كلامهم أول شئ. فقتلهم تحت كل كوكب وحجر ومدر، وأجلاهم وأخافهم وقطع الأيدي والأرجل منهم وصلبهم على جذوع النخل وسمل أعينهم وطردهم وشردهم حتى انتزعوا عن العراق. فلم يبق بالعراقين أحد مشهور إلا مقتول أو مصلوب أو طريد أو هارب. وكتب معاوية إلى قضاته وولاته في جميع الأرضين والأمصار: أن لا تجيزوا لأحد من شيعة علي بن أبي طالب ولا من أهل بيته ولا من أهل ولايته الذين يرون فضله ويتحدثون بمناقبه شهادة

“Sonra İmam Əlinin (ə) Əhli-Beytinin (ə) və şiələrinin başına gələn bəlalar daha da çoxaldı. Ən şiddətli bəlalar kufəlilərin başına gəlirdi. Çünki onların əksəriyyəti Əli (ə) şiəsi idilər. Muaviyə qardaşı Ziyadı onlara vali təyin edib Bəsrəni, Kufəni və bütün iraqlıların rəhbərliyini ona tapşırdı. Ziyad Əli (ə) şiələrini təqib edirdi. Onlar haqqında məlumatı çox idi. Belə ki, əvvəllər onlardan biri idi, onları tanıyırdı, söhbətlərini eşitmişdi. Onları hansı ulduzun, daşın və təpənin altında tapırdısa, öldürürdü. Onlarla məzələnir, qorxudur, əl və ayaqlarını kəsir, xurma liflərində dara çəkir, gözlərini çıxarır, sürgün edir və qovurdu. Ta ki, onlar İraqı tərk edirdilər. İraqda öldürülməyən, asılmayan, sürgün edilməyən və ya qaçmayan bir məşhur Əli (ə) şiəsi qalmadı. Muaviyə bütün şəhər və bölgələrdəki vali və hakimlərinə yazdı: “Əli ibn Əbu Talibin Əhli-Beytinin, şiələrinin və vilayətini qəbul edib, onun fəzilətlərini danışan şəxslərin şahidliklərini qəbul etməyin!”

Şiə mənbəsi:

“Kitəbu Suləym ibn Qeys əl-Hilali”, səhifə 316 və 317.

 

KUFƏ ƏHLİ NƏ ÜÇÜN İMAM HUSEYNƏ (Ə) MƏKTUB YAZDI?

Mövzu haqqında ortaya atılan şübhələrdən biri də Kufəlilərin İmam Huseyn (ə) məktub yazmaları məsələsidir. Vəhhabilər “bir halda ki, Kufəlilər şiə deyildi o zaman niyə İmam Huseynə (ə) məktub yazdı”? Deyə etiraz edirlər. Bizim yuxarıda, həm Şiə və həm də əhli-sünnə mənbələrindən çatdırdığımız sənədlər işığında Kufədə azlığı Şiələrin buna qarşılıq əksəriyyəti isə sünnilərin təşkil etdiyini gördük. Məhz İmam Huseynə (ə) məktub yazan Kufə xalqı bu azlıq olan Şiələr; Əksəriyyəti təşkil edən sünnilər və xəvariclər idi. Yəni, İmam Huseynə (ə) məktub yazan Kufə xalqı 3 qrupdan ibarət idi:

 

1) Suleyman ibn Surad əl-Huzai (səhabə), Həbib ibn Məzahir və bu kimi azlıqda olan Şiələr.

2) Şəbəs ibn Rəbi (l.ə), Şimr ibn Zilcövşən (l.ə) və bu kimi xəvariclər.

3) Həccar ibn Əbcər (səhabə) kimi əksəriyyəti təşkil edən sünnilər.

Bu dediklərimiz həm Şiə və həm də əhli-sünnə mənbələrində sabit olan məqamlardır. İndi əvvəlcə bu dediyimizə dair dəlilləri çatdıracağıq.

قال أبو مخنف: فحدثني الحجاج بن علي، عن محمد بن بشر الهمداني، قال: اجتمعت الشيعة في منزل سليمان بن صرد، فذكرنا هلاك معاوية، فحمدنا الله عليه، فقال لنا سليمان بن صرد: إن معاوية قد هلك، وإن حسيناً قد تقبض على القوم ببيعته، وقد خرج إلى مكة، وأنتم شيعته وشيعة أبيه، فإن كنتم تعلمون أنكم ناصروه ومجاهدو عدوه فاكتبوا إليه، وإن خفتم الوهل والفشل فلا تغروا الرجل من نفسه، قالوا: لا، بل نقاتل عدوه ونقتل أنفسنا دونه؛ قال: فاكتبوا إليه، فكتبوا إليه: بسم الله الرحمن الرحيم. لحسين بن علي من سليمان بن صرد والمسيب ابن نجبة ورفاعة بن شداد وحبيب بن مظاهر وشيعته من المؤمنين والمسلمين من أهل الكوفة. سلامٌ عليك، فإنا نحمد إليك الله الذي لا إله إلا هو، أما بعد، فالحمد لله الذي قصم عدوك الجبار العنيد الذي انتزى على هذه الأمة فابتزها أمرها، وغصبها فيئها، وتأمر عليها بغير رضاً منها، ثم قتل خيارها، واستبقى شرارها، وجعل مال الله دولةً بين جبابرتها وأغنيائها، فبعداً له كما بعدت ثمود! إنه ليس علينا إمام، فأقبل لعل الله أن يجمعنا بك على الحق. والنعمان ابن بشير في قصر الإمارة لسنا نجتمع معه في جمعة، ولا نخرج معه إلى عيد، ولو قد بلغنا أنك قد أقبلت إلينا أخرجناه حتى نلحقه بالشأم إن شاء الله؛ والسلام ورحمة الله عليك.

Şiələr Kufədə Suleyman ibn Suradın evində toplandılar və Muaviyənin ölümünü danışdılar, Allaha həmd etdilər. Daha sonra Suleyman ibn Surad dedi ki: “Muaviyə ölmüşdür və Huseyn (ə) beyət etməkdən çəkinərək Məkkəyə getmişdir. Sizlər də onun və atasının (İmam Əlinin ə.s) şiələrisiniz. Əgər siz onun havadarları, düşməninə qarşı döyüşçüləri olduğunuzdan, onun üçün canınızı ortaya qoyacağınızdan əminsinizsə ona yazın. Yox əgər fəsada məruz qalmaqdan və zəiflik göstərməyinizdən qorxursunuzsa adamı aldatmayın”. Dedilər ki: “Biz onun düşməni ilə döyüşəcək və özü üçün ölümə gedəcəyik”. Suleyman ibn Surad dedi: “Elə isə yazın”. Bundan sonra belə bir məktub yazdılar: “Bismilləhir Rahmənir Rahim. 

Suleyman ibn Surad, Museyyib ibn Nəcəbə, Rufaə ibn Şəddad, Həbib ibn Məzahir və Kufə xalqından olan mömin və müsəlman şiələrdən Huseyn ibn Əliyə (ə), Sənə salam olsun, biz Özündən başqa ilah olmayan Allaha həmd edirik. Bundan sonra. Bu ümmətə hakim olub rəhbərliyini ələ keçirən, fey olan mallarını qəsb edən, ümmətin yaxşılarını öldürüb pislərini qoyan əzazil və inadkar düşməni yox edən Allaha həmd olsun. Allah Səmud qövmünə etdiyi kimi onu da rəzil rüsvay etsin! Bizim başımızda bir imamımız yoxdur, sən bizim imamımız ol. Bəlkə Allah səninlə bizi haqq üzrə bir araya gətirər. Numan ibn Bəşir hökumət sarayında dayanır, nə cümədə onunla bir araya gəlirik, nə də bayramda onunla namaza çıxırıq. İnşallah, sənin bizə doğru gəldiyini xəbər tutan kimi onu Kufədən çıxarar, Şama göndərərik. Allahın rəhmət və salamı üzərinə olsun”.

وكتب شبث بن ربعي وحجار بن أبجر ويزيد بن الحارث بن يزيد بن رويم وعزرة بن قيس وعمرو بن الحجاج الزبيدي ومحمد بن عمير التميمي: أما بعد، فقد اخضر الجناب، وأينعت الثمار، وطمت الجمام، فإذا شئت فاقدم على جندٍ لك مجند؛ والسلام عليك

Və Şəbəs ibn Ribi, Həccar ibn Əbcar, Yezid ibn Həris ibn Ruveym, Amr ibn Səalibi əz-Zubeydi və Məhəmməd ibn Amr ibn Yəhya ət-Təmimi də İmam Huseynə (ə) belə bir məktub yazdılar: “İndi bağçalar göyərmiş, meyvələr yetişmiş və ölçüləri ağızlarına qədər dolmuşdur. İstəsən sənin üçün hazırlanmış olan ordunun başına keçməyə gəl. Sənə salam olsun”.

Əhli-Sünnə mənbəsi:

Təbəri, “Tarixi-Təbəri”, cild 5, səhifə 352-353.

 

Göründüyü kimi, məktub yazanlar Kufədən olan ayrı-ayrı qruplar idi. Şiələr Suleyman ibn Surad liderliyində toplanmış və məktub yazmışdırlar. Belə ki, həm onlar öz yazdıqları məktubda özlərinin şiə olduğunu bildirirlər, həm də şiə-sünnə bütün rical kitabları onların bioqrafiyasını verərkən şiə olduqlarını bildirirlər. Lakin məktub yazan digər qrupların nə özləri məktublarında şiə olduqlarını demirlər və nə də onların bioqrafiyasını verən rical kitabları onların şiə olduqlarını söyləmir. Məhz İmam Huseynə (ə) məktub yazmalarına baxmayaraq, onu köməksiz buraxan və Əməvi ordusuna qoşularaq İmama (ə) qarşı vuruşan kimsələr bu xəvaric və nasibilərdir. 

Müxtəlif qrupların məktub yazmaqda səbəblərinə gəlincə, Şiələr öz məktublarında da bildirdikləri kimi, İmam Huseynə (ə) imam olduğuna və hakimiyyətin Əhli-Beytə (ə) aid olduğuna inandıqları üçün ona məktub yazmışdılar. Xəvariclər isə guya Əməvilərə düşmən idilər və Əməvilərin həm özlərinin, həm də İmam Huseynin (ə) ortaq düşməni olduğunu bildiklərinə görə ona məktub yazmışdılar. Eynilə İmam Həsənin (ə) dövründə xəvariclərin Muaviyəni (l.ə) ortaq düşmən olaraq bildiklərinə görə İmam Həsənin (ə) odurusuna qoşulmaları kimi. Lakin ibn Ziyadın (l.ə) Kufəyə gəlib qətliamlara başlamasından və Əməvi əsgərlərinin Kufədə nəzarəti ələ keçirməsindən sonra xəvariclər Əməvilərin tərəfinə keçdilər və Kərbəlada Əməvi ordusuna qoşularaq İmam Huseynə (ə) qarşı vuruşdular. Xalqın əksəriyyətini təşkil edən sünnilərə gəldikdə, onların məktub yazma səbəbi haqqında öz alimlərindən olan ibn Kəsir belə deyir:

ولما أخذت البيعة ليزيد في حياة معاوية كان الحسين ممن امتنع من مبايعته، هو وابن الزبير، وعبد الرحمن بن أبي بكر، وابن عمر، وابن عباس، ثم مات ابن أبي بكر وهو مصمم على ذلك‏.‏ فلما مات معاوية سنة ستين وبويع ليزيد، بايع ابن عمر وابن عباس، وصمم على المخالفة الحسين وابن الزبير، وخرجا من المدينة فارين إلى مكة فأقاما بها، فعكف الناس على الحسين يفدون إليه ويقدمون عليه ويجلسون حواليه، ويستمعون كلامه، حين سمعوا بموت معاوية وخلافة يزيد‏. وأما ابن الزبير فإنه لزم مصلاه عند الكعبة، وجعل يتردد في غبون ذلك إلى الحسين في جملة الناس، ولا يمكنه أن يتحرك بشيء مما في نفسه مع وجود الحسين، لما يعلم من تعظيم الناس له وتقديمهم إياه عليه‏. …. بل الناس إنما ميلهم إلى الحسين لأنه السيد الكبير، وابن بنت رسول الله صلى الله عليه وسلم، فليس على وجه الأرض يومئذٍ أحد يساميه ولا يساويه، ولكن الدولة اليزيدية كانت كلها تناوئه‏.‏ وقد كثر ورود الكتب عليه من بلاد العراق يدعونه إليهم – وذلك حين بلغهم موت معاوية وولاية يزيد

“Muaviyə sağlığında Yezidin vəliəhdliyi üçün beyət alındığında Huseyn (ə) ona beyətə yanaşmayanlardandı. Bu barədə Abdullah ibn Zubeyr, Əbdur-Rəhman ibn Əbu Bəkir, Abdullah ibn Ömər və Abdullah ibn Abbasla birlikdə hərəkət etdi. Sonra Əbdur-Rəhman ibn Əbu Bəkir, bu fikirdə ikən vəfat etdi. Hicrətin altmışıncı ilində Muaviyə vəfat edib Yezidə xəlifəlik üçün beyət edildikdə Abdullah ibn Ömər ilə Abdullah ibn Abbas beyət etdilər, ancaq Huseyn (ə) ilə Abdullah ibn Zubeyr müxalifətə davam etdilər. Mədinədən qaçıb Məkkəyə getdilər və orada yaşadılar. İnsanlar gəlib Huseynin (ə) ətrafında toplaşdılar. Onun məclisinə davam etdilər. Sözlərini dinlədilər. Bütün bunlara baxmayaraq, insanlar nəzdində (ibni Zubeyrin) etibarı Huseyn (ə) ki qədər olmadı. Şanı çox böyük bir şəkildə artmadı, əksinə, insanlar Huseynə (ə) meyl edirdilər. Çünki o böyük seyyid idi, Allah Rəsulunun (s) qızı Fatimənin (ə) oğlu idi. Yer üzündə ona bərabər və ona tay olacaq kimsə yox idi, amma Yezid dövləti, bütün gücüylə ona düşmənçilik edirdi. Muaviyə öldüyünü, yerinə Yezidin keçdiyini və Huseynin (ə) Yezidə beyət etməkdən qaçaraq Məkkəyə getdiyini eşitdikləri zaman İraqlılardan İmam Huseynə (ə) çox sayda məktub gəldi”.

Əhli-Sünnə mənbəsi:

İbni Kəsir, “əl-Bidayə vən-Nihayə”, cild 8, səhifə 219.

 

 

Yəni, Kufə xalqının əksəriyyətini təşkil edənlərin məktub yazmaqda yeganə səbəbləri ibn Kəsirin də dediyi kimi İmam Huseynin (ə) Allah Rəsulunun (s) övladı olması idi, onun imam olduğuna inanmaları deyil. Bunların məktub yazmaqda bir başqa səbəbi isə İmam Əlinin (ə) dövründə olduğu kimi Kufənin xilafətin mərkəzi olması idi. Amma Kufədə ibn Ziyad (l.ə) nəzarəti ələ keçirdikdən sonra xəvariclər kimi bunlar da yazdıqları məktublara xəyanət etdilər və Əməvilərin tərəfinə keçdilər.

 

İMAM HUSEYNƏ (Ə) MƏKTUB YAZAN ŞİƏLƏR HARADA İDİ?

Əvvəlki hissədə məktub yazanların 3 qrup olduğunu və hər birinin fərqli səbəblərlə məktub yazdıqlarını göstərdik. Bəs Kufədə azlıqda olan və İmam Huseyn (ə) məktub yazan şiələrə nə oldu? Bunlar harada idi ki, İmam Huseyn (ə) kömək etmədilər? İnşallah indi də mənbələr işığında bu suala cavab verəcəyik.

İmam Huseynə (ə) məktub yazmış olan Kufə şiələri ibn Ziyad (l.ə) və Əməvi qüvvələrinin (l.ə) Kufəni ələ keçirməsindən sonra ya öldürüldülər (məsələn, Şeyx Xani ibn Ürvə kimi), ya da zindana atıldılar (Meysəm Temmar və Muxtar əs-Səqəfi kimi).

Seyid ibni Tavus (r.ə) bu barədə belə rəvayət edir:

وكتب عبيدالله بن زياد بخبر مسلم وهاني إلى يزيد بن معاوية. فأعاد عليه الجواب يشكره فيه على فعاله وسطوته ، ويعرفه أن قد بلغه توجه الحسين عليه السلام إلى جهته ، ويأمره عند ذلك بالمؤاخذة والإنتقام والحبس على الظنون والأوهام

Ubeydullah ibn Ziyad, Muslim və Xaninin öldürülməsi xəbərini Yezid ibn Muaviyəyə məktub yazaraq bildirdi. Bir müddət sonra Yezidin cavab məktubu gəldi. Yəzid məktubunda Ubeydullaha təşəkkür edərək belə yazırdı: “Mənə çatan xəbərə görə Huseyn (ə) sənə doğru gəlir. İndi sənin şübhələndiyin hər kəsə qarşı mühakimə, intiqam və həbslərə başlamağın lazımdır”.

Şiə mənbəsi: Seyid ibni Tavus, “əl-Luhuf”, səhifə 37.

 

Kufədə onsuz da azlıqda olan şiələrin liderlərinin və öndərlərinin öldürülməsi və ya həbsə atılması nəticəsində lidersiz qalan avam camaat isə bir şey edə bilmədi. Bunlar ancaq daha sonra Muxtar (r.a) intiqam üçün qiyam edəndə onun qiyamına qoşuldular. Ancaq bəzi şiələr Kufədən qaçmağı bacarmış, Kərbəlaya gedərək İmama (ə) çatmışdılar. Bunlar Kərbəlada İmam Huseyn (ə) ilə birlikdə şəhid oldular (məsələn, Muslim ibn Ovsəcə və Həbib ibn Məzahir kimi). Bundan başqa, bəzi şiələr isə Kərbəlaya vaxtında çata bilmədilər və onlar gələndə artıq gec idi.

Seyid ibni Tavus (r.ə) bu barədə belə rəvayət edir:

فلما قرأ الحسين عليه السلام الكتاب قال: آمنك الله يوم الخوف وأعزك وأرواك يوم العطش الأكبر. فلما تجهز المشار إليه للخروج إلى الحسين عليه السلام بلغه قتله قبل أن يسير، فجزع من انقطاعه عنه

“Huseyn (ə) Yəzid ibn Məsudun məktubunu oxuduqdan sonra dedi ki: “Allah səni qorxu günündə qorusun və əziz qılsın”. Yezid ibn Məsud, Huseynə (ə) yardım etmək üçün yola qoyuldu lakin yolda İmamın (ə) artıq şəhid edildiyini xəbər alanda çox üzülüb və ağladı”.

Şiə mənbəsi: Seyid ibni Tavus, “əl-Luhuf”, səhifə 28 və 29.

 

İMAM HUSEYNİ (Ə) ÖZ ŞİƏLƏRİ ÖLDÜRÜB?

“Şiələr Hiseyni (ə) öldürdü” sözünün özündə açıq aşkar ziddiyət mövcuddur. Çünki, bir şəxsin şiələri onun köməkçiləri, ona tabe olanlar və onu sevənlərdir. Amma bir şəxsin qatili belə deyildir. Elə isə necə olur ki, onlar şiəsi olduqları şəxslə müharibə etdikləri və onu öldürdükləri halda həm sevirlər, həm də ona kömək edirlər? İmam Huseynin (ə) şiələri 72 nəfər idi ki, döyüşərək öz canlarını İmam Huseyn (ə) üçün fəda etdilər, şəhid oldular.

Əgər “Huseynin (ə) qatilləri şiələrdən idi” sözünü qəbul etsək belə, onlar ona qarşı döyüşmək üçün cəm olduqlarında şiəlikdən çıxmış oldular. Beləcə şiədən başqa bir əqidədə olduqları halda onu (ə) öldürdülər.

İmam Huseyni (ə) öldürənlər məlum şəxslər idi. Onların arasında isə şiəçiliyi ilə tanınan bir nəfər belə yox idi. Onlar Ömər ibn Səd ibn Əbu Vaqqas, Şimr ibn Zil-Cövşən, Şəbət ibn Rəbi, Sinan ibn Ənəs, Həccar ibn Əbcər, Hərmələ ibn Kahil və digərləridir. Allah onlara lənət eləsin! Bunların heç biri nə şiə kimi nə də İmam Əliyə (ə) dostluqları ilə tanınmırdı.

 

İMAM HUSEYNİN (Ə) QATİLLƏRİ ƏBU SUFYAN AİLƏSİNİN ŞİƏLƏRİDİR.

İmam Huseyn (ə) onları aşura günündə “Əbu Sufyan ailəsinin şiələri” adlandırıb.

ويلكم يا شيعة آل أبي سفيان إن لم يكن لكم دين وكنتم لا تخافون المعاد فكونوا أحرارا في دنياكم

İmam Huseyn (ə) buyurdu: “Vay olsun sizin halınıza, ey Əbu Sufyan ailəsinin şiələri! Əgər dininiz yoxdursa və qiyamət günündən qorxmursunuzsa, heç olmasa bu dünyada azad insan olun..”

Şiə mənbəsi: Seyid ibn Tavus, “Luhuf”, səhifə 71.

İmam Huseyn (ə) bu sözü ilə Kərbəlada onunla döyüşmək üçün cəm olanlara səslənmişdi. İmam Huseynin (ə) xitabından bəlli olur ki, ora cəm olanlar Əbu Sufyan ailəsinin şiələri (tərəfdarları) idilər. Və onların içində bir nəfər də belə Əhli-Beyt (ə) şiəsi yox idi.

 

İMAM HUSEYNİN (Ə) QATİLLƏRİ NASİBİ VƏ XƏVARİCLƏRDİR.

İmam Huseynin (ə) qatilləri ona deyirdilər:

فقالوا له: إنا نقتلك بغضا لأبيك

“Biz səni atana qarşı olan nifrətimizə görə öldürürük”.

Əhli-Sünnə mənbəsi:

Qunduzi Hənəfi, “Yənabəul Məvəddə”, cild 3 səhifə 80. 

 

 

Qəlblərində İmam Əli ibn Əbu Talibə (ə) qarşı bu cür nifrət bəsləyən kəslərin şiə olması necə təsəvvür edilə bilər?!

 

Bəziləri isə deyirdilər:

يا حسين، يا كذاب ابن الكذاب

“Ey Huseyn, ey yalançı oğlu yalançı!”

Əhli-Sünnə mənbəsi:

İbn Əsir, “Əl-Kamilu fit-Tarix”, cild 3, səhifə 423. Çap: Darul-Kutub əl-İlmiyyə. 

 

 

Digərləri deyirdilər:

يا حسين أبشر بالنار

“Ey Huseyn, Cəhənnəmlə müjdələn!”

Əhli-Sünnə mənbəsi:

İbn Əsir, “Əl-Kamilu fit-Tarix”, cild 3, səhifə 422. Çap: Darul-Kutub əl-İlmiyyə. 

 

 

Başqa bir dəstə isə İmam Huseynə (ə) və əshabına belə deyirdi:

إنها لا تقبل منكم

“Həqiqətən də bu (yəni namaz), sizdən əsla qəbul olunmur!”

Əhli-Sünnə mənbəsi:

İbn Kəsir, “əl-Bidayətu vən-Nihayə”, cild 8, səhifə 259. 

 

 

Onlar qəlblərində İmam Əli (ə) və İmam Huseynə (ə) və ümumən Əhli-Beytə (ə) bəslədikləri nifrət və kinlərinə görə bundan başqa sözlər də deyiblər. Bu sözləri deyən kəslər necə şiə ola bilər axı?! Məlumdur ki, onlar nasibi və xaricilər idi.

 

İMAM HUSEYNİN (Ə) DÜŞMƏNLƏRİ ONUN XEYMƏLƏRİNİ TALAN EDƏNLƏRDİR

Oradakıların İmam Huseynə (ə) qarşı şiddətli nifrət və ədavətləri vardı. Belə ki, onu və ailəsini sudan məhrum etmiş, özünü, əshabını və ailəsinin üzvlərini qətlə yetirmiş, başlarını kəsmiş, cəsədlərini ataların ayaqları altında tapdamış, qadınlarını əsir götürmüş, qadınların üzərindəki bəzək əşyalarınız zorla çıxarmışdılar...

İbn Əsir “əl-Kamil” kitabında yazır:

وسلب الحسين ما كان عليه، فأخذ سراويله بحر بن كعب وأخذ قيس بن الأشعث قطيفته، وهي من خز، فكان يسمي بعد قيس قطيفة، وأخذ نعليه الأسود الأودي، وأخذ سيفه رجل من دارم، ومال الناس على الورس والحلل والإبل فانتهبوها، ونهبوا ثقله ومتاعه وما على النساء حتى إن كانت المرأة لتنزع ثوبها من ظهرها فيؤخذ منها.

“Huseynin əynində olanları çıxarıb götürdülər. Onun şalvarını Bəhr ibn Kəb, əbasını Qeys ibn Əşəs götürdü. Sonradan “Əbalı Qeys” deyə çağırıldı. Başmaqlarını əl-Əsvəd əl-Əvdi, qılıncını darəmli bir şəxs ələ keçirdi. Sonra onlar xeymələrdəki əşyalara, qadınların üzərindəki bəzək əşyalarına tərəf hücum çəkdilər. Qadınların üzərindən örtüklərini dartıb götürür və əllərindən alırdılar”.

Əhli-Sünnə mənbəsi:

İbn Əsir, “Əl-Kamilu fit-Tarix”, cild 3, səhifə 432. Çap: Darul-Kutub əl-İlmiyyə. 

 

 

 

Digər səhifədə yazır:

ثم نادى عمر بن سعد في أصحابه من ينتدب إلى الحسين فيوطئه فرسه، فانتدب عشرة، منهم إسحاق بن حيوة الحضرمي، وهو الذي سلب قميص الحسين، فبرص بعد، فأتوا فداسوا الحسين بخيولهم حتى رضوا ظهره وصدره.

“Sonra Ömər ibn Səd üzünü əshabına tutub Huseynin cəsədini atlarının ayaqları altında kimin tapdaya biləcəyini soruşdu. On nəfər irəli çıxdı. Onların arasında İshaq ibn Heyvə əl-Həzrəmi də vardı. O, Huseynin köynəyini (qənimət olaraq) götürən şəxs idi. Sonradan cüzam xəstəliyinə tutuldu. Həmin on nəfər gedib Huseynin cəsədini atlarının ayaqları altında tapdadılar, sinəsini və kürəyini parça-parça etdilər”.

Əhli-Sünnə mənbəsi:

İbn Əsir, “Əl-Kamilu fit-Tarix”, cild 3, səhifə 433. Çap: Darul-Kutub əl-İlmiyyə. 

 

  

 

Bütün bu əməlləri yalnız güclü ədavətə və nifrətə sahib kəslər edə bilərlər. Onları sevən şiələrinin belə bir rəftara yol verə biləcəkləri ağlabatandırmı?!

 

İMAM HUSEYNİN (Ə) QƏTLİNƏ FƏRMAN VERƏN YEZİD İBN MUAVİYƏ (L.Ə) İDİ.

Əhli-Sünnə alimi Yəqubi özünün "Tarixul-Yəqubi" kitabında qeyd edir ki, məlun Yezid (l.ə) Mədinə valisi Vəlid ibn Utbəyə yazdığı məktubunda, Huseyn ibn Əli (ə) beyət etmədiyi təqdirdə onu qətlə yetir deyə əmrini vermişdi.

Məlun Yezid (l.ə) yazdığı məktubda belə qeyd edir:

إذا أتاك كتابي هذا، فأحضر الحسين بن علي، و عبد الله بن الزبير، فخذهما بالبيعة لي، فإن امتنعا فاضرب أعناقهما، و ابعث لي برءوسهما

“Bu məktub əlinə yetişən kimi Huseyn ibn Əli və Abdullah ibn Zubeyri dərhal yanına çağırıb onları mənə beyət etməyə məcbur et. Əgər (beyət etməkdən) boyun qaçırsalar, hər ikisinin boynunu vur və başlarını mənə göndər”.

Əhli-Sünnə mənbəsi:

“Tarixul-Yəqubi”, cild 2, səhifə 154. 

 

 

 

Əhli-Sünnə alimi İbn Əsir özünün “əl-Kamlilu fit-tarix” kitabında İmam Huseynin (ə) şəhid edilməsi üçün ordu təşkil edən Kufə valisi məlun Ubeydullah ibn Ziyadın (l.ə) dilindən belə nəql edir:

عن خطأ أما قتلي الحسين فإنه أشار على يزيد بقتله أو قتلي فاخترت قتله

“Amma, Huseyni (ə) qətlə yetirməyim (məsələsinə gəlincə) iş bu cür olub ki, Yezid Onu (İmam Huseyni (ə)) qətlə yetirməyimi mənə əmr etdi. Yaxud da mənim (bu işdən boyun qaçıracağım təqdirdə) ölməyimi (qərara aldı), mən də Onun (İmam Huseynin (ə)) öldürülməsini seçdim”.

Əhli-Sünnə mənbəsi:

İbn Əsir, “əl-Kamilu fit-tarix”, cild 3, səhifə 474. 

 

 

 

Əhli-Sünnə alimi İbn Əsəm özünün “əl-Futuh” kitabında məlun Yəzidin (l.ə) Mədinə valisi Vəlid ibn Utbəyə yazdığı məktubu qeyd edir.

Məlun Yezid (l.ə) məktubunda yazır:

فإذا ورد عليك كتابي هذا فخذ البيعة ثانيا على أهل المدينة بتوكيد منك عليهم، وذر عبد الله بن الزبير فإنه لن يفوتنا ولن ينجو منا أبدا ما دام حيا، وليكن مع جوابك إليّ رأس الحسين بن علي

“Sənə bu məktubum çatan kimi Mədinə əhlindən təkid edərək ikinci dəfə beyət al (yəni, mənim rəhbərliyimi qəbul etmələrini ikinci dəfə təsdiqləsinlər). Abdullah ibn Zubeyri boşla, həqiqətən də o sağ qaldığı müddətdə heç vaxt bizim əlimizdən çıxa və nicat tapa bilməyəcək. Cavabınla birlikdə Huseyn ibn Əlinin başını mənə yolla!

Əhli-Sünnə mənbəsi:

İbn Əsəm, “əl-Futuh”, cild 3, səhifə 19. 

 

 

 

Məşhur əhli-sünnə alimi Şəmsuddin Zəhəbi Yezid ibn Muaviyənin (l.ə) tərcümeyi-halında (səhifə 35) deyir:

كَانَ نَاصِبِيّاً ، فَظّاً، غَلِيْظاً، جَلْفاً، يَتَنَاوَلُ المُسْكِرَ، وَيَفْعَلُ المُنْكَرَ. افْتَتَحَ دَوْلَتَهُ بِمَقْتَلِ الشَّهِيْدِ الحُسَيْنِ، وَاخْتَتَمَهَا بِوَاقِعَةِ الحَرَّةِ، فَمَقَتَهُ النَّاسُ، وَلَمْ يُبَارَكْ فِي عُمُرِه. وَخَرَجَ عَلَيْهِ غَيْرُ وَاحِدٍ بَعْدَ الحُسَيْنِ: كَأَهْلِ المَدِيْنَةِ قَامُوا للهِ

“O nasibi, kobud, qaba və ədəbsiz idi. İçki içir, çirkin işlər görürdü. Öz dövlətinə şəhid Huseyni (ə) qətlə yetirməklə başladı və onu Hərrə faciəsi ilə bitirdi. İnsanlar ona nifrət bəslədi. Ömrü bərəkətli olmadı. Huseyndən (ə) sonra bir neçə dəstə ona qarşı çıxdı. Mədinə camaatı kimi. Onlar Allaha görə qiyam etdilər”.

Əhli-Sünnə mənbəsi:

Şəmsuddin əz-Zəhəbi, “Siyər Ələmin-Nubələ”, cild 4, səhifə 37 və 38. Təhqiq: Şueyb əl-Arnəut, Çap: Musəssətur-Risələ. 

 

   

 

Əhli-Sünnə alimi Təftəzani deyir:

والحق أن رضا يزيد بقتل الحسين، وإستبشاره بذلك، وإهانة أهل بيت النبي عليه السلام، ما تواتر معناه وإن كان تفاصيلها أحادا، فنحن لا نتوقف في شأنه، بل في إيمانه لعنة الله عليه، وأنصاره وأعوانه

Həqiqət budur ki, Yezidin Huseynin (ə) öldürülməsinə razı qalması, buna sevinməsi və Peyğəmbərin (s) Əhli-Beytini (ə) təhqir etməsi barədəki xəbərlər məna baxımından mütəvatirdir. Baxmayaraq ki, təfərrüatları əhəd (tək-tək rəvayət) formasındadır. Biz onun (Yezidin) barəsində, hətta iman sahibi olub-olmaması mövzusunda belə tərəddüd etmirik. Allahın lənəti onun özünə, yardımçılarına və tərəfdarlarına olsun!”

Əhli-Sünnə mənbəsi:

Təftəzani, “Şərhul-əqidətin-nəfəsiyyə”, səhifə 124. 

 

 

 

 

 (c) https://t.me/imamrza_xadimi

Рейтинг

В этом разделе