Əhli-Sünnənin hədis alimlərindən Təbərani rəvayət edir:
حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ الْعَزِيزِ، ثنا أَبُو نُعَيْمٍ، ثنا سُفْيَانُ، عَنْ يُونُسَ بْنِ عُبَيْدٍ، عَنِ الْحَسَنِ، قَالَ: كَانَ زِيَادٌ يَتَتَبَّعُ شِيعَةَ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ فَيَقْتَلُهُمْ، فَبَلَغَ ذَلِكَ الْحَسَنَ بْنَ عَلِيٍّ رَضِيَ اللهُ عَنْهُ، فَقَالَ: اللهُمَّ تَفَرَّدْ بِمَوْتِهِ؛ فَإِنَّ الْقَتْلَ كَفَّارَةٌ
Yunus ibn Ubeyddən, o da Həsəndən danışdı, dedi ki: “Ziyad, Əlinin (ə) şiələrini təqib edir, onları tutması vəziyyətində qılıncdan keçirirdi. Bu xəbər Həsən ibn Əliyə (ə) çatanda buyurdu: “Allahım, onun ölümünü təkcə özünə xas qıl və bu öldürülüş kəffarə olsun”.
Əhli-Sünnə mənbəsi:
Təbərani, “Mucəmul-Kəbir”, cild 3, səhifə 68, hədis 2690.
Hədisin səhihliyi haqqında nasibi hədis alimlərindən Heysəmi deyir ki:
رواه الطبراني ورجاله رجال الصحيح
Təbərani rəvayət etmişdir və ricalları “Səhih”-in ricallarıdır.
Heysəmi, “Məcməuz-Zəvaid”, cild 6, səhifə 266, hədis 10604.
Məşhur Əhli-Sünnə alimi Şəmsuddin Zəhəbi yazır:
قال أبو الشعثاء: كان زياد أفتك من الحجاج لمن يخالف هواه. وقال: قال الحسن البصري : بلغ الحسن بن علي أن زياداً يتتبَّع شيعة علي بالبصرة فيقتلهم، فدعا عليه .وقيل: إنه جمع أهل الكوفة ليعرضهم على البراءة من أبي الحسن، فأصابه حينئذ طاعون في سنة ثلاث وخمسين
Əbuş-Şəsa deyir: “Ziyad öz istəklərinə qarşı çıxanları məhv etməkdə Həccacdan daha qəddar idi”. Əbul-Həsən əl-Bəsri deyir: “Ziyadın Bəsrədə Əlinin (ə) şiələrini təqib edib, öldürdüyü xəbəri Həsən ibn Əliyə (ə) yetişdi. O, İbn Ziyada bəddua etdi. Deyilib ki, İbn Ziyad Əbul-Həsəndən (İmam Əlidən (ə)) bezarlıqlarını ifadə etmələri üçün Kufə əhalisini bir yerə toplayırdı. Həmin vaxtlarda – hicri təqvimilə 53-cü ildə onu taun xəstəliyi tutdu”.
Əhli-Sünnə mənbəsi:
Şəmsuddin əz-Zəhəbi, “Siyər Ələmin-Nubələ”, cild 3, səhifə 496. Təhqiq: Şueyb əl-Arnəut, Çap: Musəssətur-Risələ.
İbn Əsir “əl-Kamil” kitabında yazır:
وكان زياد أول من شدد أمر السلطان، وأكّد الملك لمعاوية، وجرَّد سيفه، وأخذ بالظنة، وعاقب على الشبهة، وخافه الناس خوفاً شديداً حتى أمن بعضهم بعضا
“Ziyad hakimiyyətdə qəddarlıq edən ilk şəxs oldu, Muaviyənin hakimiyyətini gücləndirdi, qılıncını qınından sıyırdı, öz gümanlarına görə hərəkət etdi və şübhələrinə əsaslanıb cəza verdi. Camaat ondan elə qorxurdu ki, hətta özlərini bir-birilərindən də amanda saymırdılar”.
Əhli-Sünnə mənbəsi:
İbn Əsir, “Əl-Kamilu fit-Tarix”, cild 3, səhifə 307. Çap: Darul-Kutub əl-İlmiyyə.
Mötəzilə məzhəbinin alimlərindən ibn Əbil-Hədid bu məsələ haqqında deyir ki:
روى أبو الحسن علي بن محمد بن أبي سيف المدائني في كتاب الأحداث، قال: كتب معاوية نسخة واحدة إلى عُمَّاله بعد عام الجماعة: (أن برئت الذمّة ممن روى شيئاً من فضل أبي تراب وأهل بيته). فقامت الخطباء في كل كُورة وعلى كل منبر يلعنون عليًّا ويبرؤون منه، ويقعون فيه وفي أهل بيته، وكان أشد الناس بلاءاً حينئذ أهل الكوفة لكثرة ما بها من شيعة علي عليه السلام، فاستعمل عليهم زياد بن سُميّة، وضم إليه البصرة، فكان يتتبّع الشيعة وهو بهم عارف، لأنه كان منهم أيام علي عليه السلام، فقتلهم تحت كل حجر ومدر وأخافهم، وقطع الأيدي والأرجل، وسَمَل العيون وصلبهم على جذوع النخل، وطردهم وشرّدهم عن العراق، فلم يبق بها معروف منهم
Əbul Həsən Əli ibn Muhəmməd ibn Əbu Seyf əl-Mədaini “Hadisələr” kitabında belə rəvayət etmişdir: “Muaviyə camaat ilindən sonra məmurlarına belə bir məktub yazdı: “Əbu Turabın (yəni Əlinin ə.s) və onun Əhli-Beytindən bir kəsin fəzilətindən bir şey rəvayət edən kimsədən zimmə uzaqdır”. Bu səbəblə xətiblər tapdıqları hər minbərdə Əliyə lənət etməyə, Ondan təbərri edərək Ona və Əhli-Beytinə söyməyə başladılar. Və o zaman ən çətin vəziyyətdə olan insanlar Kufə xalqı idi, çünki aralarında Əlinin şiələrindən çox adam vardı. Muaviyə, Ziyad ibn Sumeyyəni Kufə valisi qıldı və eyni zamanda Bəsrə şəhərini də onun ixtiyarına buraxdı. O da Şiələrin ardına düşüb, Əlinin xilafəti dövründə Onun tərəfdarlarından olduğundan hamısını tanıyırdı. Bu səbəblə onları deşiklərdə belə olsalar tapıb qətlə yetirir və ya ölümlə təhdid edir, əl və ayaqlarını kəsir, gözlərini kor edir və xurma budaqlarında asırdı. Və ya onları İraqdan sürgün edirdi, bütün bunların sonunda İraqda Şiə kimi tanınan kimsə qalmadı”.
Əhli-Sünnə mənbəsi:
İbn Əbil Hədid, “Şərhi Nəhcül-Bəlağə”, cild 11, səhifə 44.