»»

Etiraf: Heç bir səhabə barəsində Əli (ə) barəsində gələn hədis sayı qədər hədis gəlməmişdir

Müəllif: İbn Həcər Heytəmi
Mənbə: Səvaiqul-muhriqə, bab 9, səh.120.

İkinci fəsil "Əlinin(ə) fəzilətləri"

Bu fəzilətlər say etibarıyla çox, həm də məşhurdurlar. Hətta  Əhməd ibn Hənbəl söyləmişdir ki, heç bir səhabə barəsində Əli (ə) barəsində gələn fəzilətlər qədər fəzilət nəql olunmamışdır. Ismail, Qazi, Nisai və Əbu Əli Nişaburi söyləmişlər ki, Əli (ə) barəsində varid olan səhih hədislərin sayı heç bir səhabə barsində varid olmamışdır. Məsələn:

1. Bir çox səhabə nəql edirlər ki, Peyğəmbər (s) Təbuk döyüşündə Əli ibn Əbu Talibi öz yerində saxladı. Əli dedi:
    - Ey Allahın elçisi, məni qadın-uşaqların arasındamı saxlayırsan?
   - Sən istəməzmisən Harun Musa üçün kim idisə, sən də mənim üçün həmin şəxs olasan? bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur-deyə Peyğəmbər(s) cavab verdi.

2. İbn Abbas nəql dir ki, Peyğəmbər(s) Xeybər günü dedi: "Sabah bayrağı elə bir kişiyə verəcəyəm ki, Allah onun əliylə qələbə nəsib edəcək. O, Allahı və Peyğəmbəri sevir, Allah və Peyğəmbər də onu sevirlər."
İnsanlar gecəni yatdılar. Fikirləşdilər ki, görəsən sabah Peyğəmbər (s) bayrağı kimə verəcək. Hamı arzulayırdı ki, bu məhz ona qismət olsun – bu arzuyla səhər Peyğəmbərin (s) yanına gəldilər. Həzrət (s) soruşdu: Əli ibn Əbu Talib hardadır?
Xəbər çatdırdılar ki, onun gözləri ağrayır. Əlinin (ə) ardıyca adam göndərdilər. O  gəldi. Peyğəmbər (s) öz ağız suyunu onun gözlərinə sürtdü və dua etdi. Əlinin (ə) gözləri sanki heç ağrımırmış kimi sağaldı və Peyğəmbər (s) bayrağı ona verdi.

3. Tirmizi Aişədən nəql edir: "Fatimə (ə) Peyğəmbərin (s) ən sevimlisi idi, onun əri Əli (ə) də kişilər arasından Peyğəmbərin (s) ən çox xətrini istədiyi şəxs idi".

Əhli-sünnə iddia edirlər ki, Əli (ə) barəsində gələn hədislərin çoxu zəifdir, amma etiraf edirlər ki, Əli (ə), barəsində ən çox səhih hədis nəql edilən səhabədir.
İbn Həcərin bu etirafına "Müstədrəkus-səhiheyn" (c.3, səh.107), "İstiab" (c.2, səh. 466), "Fəthul-bari" (c.8, səh. 71), "Nurul-əbsar" (səh.73), "İmamət vəs-siyasət" (səh. 93) əsərlərinin müəllifləri də qoşulub.

 

Рейтинг

В этом разделе