»»

Ölülər eşidir və cavab verə bilirlərmi?

  1. Müqəddimə
  2. Bu təfəkkürün tarixi kökü
  3. Vəhhabilərin dəlilləri və onların tənqidi analizi
  4. Ölülər eşitmək qüdrətinə malik olmaqdan əlavə, həm də dirilərə cavab verə bilərlər
  5. Dirilərin əhvalından ölülərin xəbərdar olması, maddi aləmi eşitmək və görməklə bağlı dəlillər
  6. Ölümdən sonra həyatın dəlilləri
  7. Ölülərin eşitməsi barədə əhli-sünnə alimlərinin nəzəri

ÖLÜMDƏN SONRA HƏYATIN DƏLİLLƏRİ

Bu məqalənin dördüncü hissəsində ölümdən sonra həyatın mövcud olmasına dair dəlilləri qeyd edəcəyik. Bu dəlilləri araşdırmaq ona görə əhəmiyyətlidir ki, ölümdən sonra həyat sübut olunduğu təqdirdə vəhhabilərin mütəmadi olaraq üzərində dayandıqları “meyit” sözü işdən düşəcək və ölümdən sonra ölülərin eşitməsi bu istidlalla mümkün sayılacaq.

İbn Quteybə deyir:

فَإِذَا جَازَ أَنْ يَكُونَ هَؤُلَاءِ الشُّهَدَاءُ أَحْيَاءً عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ ، وَجَازَ أَنْ يَكُونُوا فَرِحِينَ وَمُسْتَبْشِرِينَ ، فَلِمَ لَا يَجُوزُ أَنْ يَكُونَ أَعْدَاؤُهُمُ الَّذِينَ حَارَبُوهُمْ وَقَتَلُوهُمْ أَحْيَاءً فِي النَّارِ يُعَذَّبُونَ ؟ وَإِذَا جَازَ أَنْ يَكُونُوا أَحْيَاءً فَلِمَ لَا يَجُوزُ أَنْ يَكُونُوا يَسْمَعُونَ ؟ وَقَدْ أَخْبَرَنَا رَسُولُ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - وَقَوْلُهُ الْحَقُّ.

“Əgər şəhidlərin Rəbləri yanında diri olub ruzilənmələri, həmçinin fərəh və sevinc içərisində olmaları mümkündürsə,onda onlarla vuruşub onları qətlə yetirən düşmənlərinin cəhənnəmdə diri olub əzaba düçar olmaları niyə mümkün olmasın? Əgər onların (kafir ölülərin) diri olmaları mümkündürsə, bəs nəyə görə eşitmələri də mümkün olmasın? Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) bizə onların eşitdiyini xəbər vermişdir. Onun sözü də haqdır.

İbn Quteybə əd-Dinəvəri (vəfatı: h. 276), “Təvilu muxtələfil-hədis”, c.1, s.151-152.

Buna görə də əgər bir kəsin ölümdən sonra diri olması sübuta yetsə, başqa birisi mütləq surətdə onun eşitməyinin mümkünsüzlüyünə hökm verə bilməyəcəkdir. İndi isə Quran və rəvayət baxımından ölümdən sonra həyatın dəlillərini araşdıraq:

a) Ölümdən sonra həyatın var olmasına dəlalət edən ayələr

Quranda bir çox ayələr ölümdən sonra həyatın mövcudluğuna dəlalət edir:

Birinci ayə: Şəhidlərin diri olması

Allah-taala Qurani-kərimdə açıq şəkildə deyir ki, şəhidlər diridir və Allahın yanında nemətə qərq olublar:

وَلا تَحْسَبَنَّ الَّذينَ قُتِلُوا في‏ سَبيلِ اللَّهِ أَمْواتاً بَلْ أَحْياءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُون * فَرِحينَ بِما آتاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلا هُمْ يَحْزَنُون * يَسْتَبْشِرُونَ بِنِعْمَة مِّنَ اللَّهِ وَفَضْل وَأَنَّ اللَّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ . (آل عمران/ 169-171)

“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir. (Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar. Onlar Allah tərəfindən olan nemət və bəxşişə görə və həmçinin Allahın möminlərin mükafatını zay etməməsindən şaddırlar” . (Ali İmran surəsi, 169–171-ci ayələr.)

Bu ayələrdə şəhidlərin ilahi nemətlərdən bəhrələnməsi və ələ gətirdiklərindən xoşhal olmaları onların yenilənmiş həyat və yaşayışına dəlildir.

Əhli-sünnə alimlərinin bu ayə haqqında dedikləri

1. Əhməd ibn Hənbəl (vəfatı: h. 241)

Əhli-sünnə imamı Əhməd ibn Hənbəl şəhidlərin diri olduğunu deyir:

الشهداء أحياء يرزقون ويقول إن الشهداء بعد القتل باقون يأكلون أرزاقهم.

“(Əhməd deyirdi ki,) şəhidlər diridir və onlara ruzi verilir..Həmçinin deyir ki, şəhidlər qətlə yetirildikdən sonra baqidirlər və ruzilərindən qidalanırlar”.

Əhməd ibn Hənbəl, “əl-Əqidətu rivayətu Əbi Bəkrin əl-Xəllal”, c.1, s.121.

Əbu Yəla Hənbəli “Təbəqatul-hənabilə” kitabında Əhməd ibn Hənbəlin inancından danışır:

ويقول إن الشهداء بعد القتل باقون يأكلون أرزاقهم
وكان يقول إن الأنبياء أحياء في قبورهم يصلون وأن الميت يعلم بزائره يوم الجمعة بعد طلوع الفجر وقبل طلوع الشمس.

“Əhməd deyir ki, şəhidlər qətldən sonra baqidirlər, ruzilərini yeyirlər.

Həmçinin deyirdi ki, peyğəmbərlər də qəbirlərində diridirlər və namaz qılırlar, ölü cümə günü fəcrin doğuşundan sonra və günəş çıxdıqdan qabaq onları ziyarət edən kəsləri tanıyırlar”.

Əbu Yəla ibn əl-Fərra əl-Bağdadi əl-Hənbəli (vəfatı: h. 521), “Zeylu təbaqatil-hənabilə”, c.1, s.303.

2. Qurtubi (vəfatı: h. 671)

Əhli-sünnə alimi Qurtubi ayənin nazil olma səbəbini nəql etdikdən sonra alimlərin çoxunun şəhidlərin diri olması inancında olduqlarını qeyd etmişdir:

فالذي عليه المعظم هو ما ذكرناه وأن حياة الشهداء محققة.

“Əksəriyyətin inancı bizim qeyd etdiyimiz şəhidlərin diri olması inancıdır.”

Şəmsuddin əl-Qurtubi, “əl-Cami li-əhkamil-Quran”, c.4, s.269.

3. Nəvəvi Şafei (vəfatı: h. 676)

Əhli-sünnə böyüklərindən olan və “Səhihu Müslim”ə şərh yazan Nəvəvi bu ayəni ölülərin yaşamasına dəlil gətirmişdir:

لقول الله تعالى فى الشهداء أحياء عند ربهم يرزقون والأحاديث السابقة أن أرواح الشهداء تأكل من ثمار الجنة.

“Allah-taalanın şəhidlər barəsində “Rəbləri yanında diridirlər və ruzilənirlər” kəlamına və daha öncə qeyd olunan hədislərə əsasən, şəhidlərin ruhu cənnət meyvələrindən qidalanır”.

Mühyiddin ən-Nəvəvi əş-Şafei (vəfatı: h. 676), “Şərhun-Nəvəvi əla Səhih Müslim”, c.13, s.61.

4. Bu babın rəvayətlərinin təvatür olmasına dair Fəxr Razinin iddiası

Əhli-sünnənin böyüklərindən olan Fəxr Razi bu ayəni qeyd etdikdən sonraşəhidlərin öldükdən sonra da diri olmalarını göstərən bir sıra rəvayətlər qeyd etmiş, ardınca rəvayətlərinaz qala mütəvatir hədd olduğunu demişdir:

وسئل ابن مسعود رضي الله عنه عن هذه الآية ، فقال : سألنا عنها فقيل لنا ان الشهداء على نهر بباب الجنة في قبة خضراء ، وفي رواية في روضة خضراء ، وعن جابر بن عبدالله قال : قال رسول الله صلى الله عليه وسلم : « ألا أبشرك أن أباك حيث أصيب باحد أحياه الله ثم قال : ما تريد يا عبدالله بن عمرو أن فعل بك فقال يا رب أحب أن تردني إلى الدنيا فأقتل فيها مرة أخرى» والروايات في هذا الباب كأنها بلغت حد التواتر ، فكيف يمكن انكارها.

“İbn Məsuddan - Allah ondan razı olsun- bu ayə haqqında soruşuldu. O dedi: "Bu haqda sual verdik və bizə deyildi ki, şəhidlər cənnət qapısında çay kənarında yaşıl bir çadırın (qübbənin) içindədirlər". Başqa bir rəvayətdə vardır ki: “Yaşıl bağçadadırlar”. Həmçinin Cabir ibn Abdullahdan belə dediyi nəql olunub: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: “Sənə müjdə verimmi? Sənin atan Ühüddə şəhid düşdükdə, Allah onu diriltdi. Sonra ona dedi: “Abdullah ibn Əmr, nə istəyirsən?”Dedi: “Ya Rəbb, istəyirəm məni dünyaya qaytarasan ki, orada ikinci dəfə öldürülüm”. Bu babda olan rəvayətlər sanki təvatür həddinə çatmışdır; elə isə, onu necə inkar etmək olar?!"

Fəxrəddin ər-Razi əş-Şafei (vəfatı: h. 604), “ət-Təfsirul-kəbir əu məfatihul-ğeyb”, c.9, s.74.

5. Alusi

Numan əl-Alusi yazır:

أما حياة الأنبياء عليهم الصلاة والسلام الحياة البرزخية التي هي فوق حياة الشهداء الذين قال الله تعالى فيهم بَل أحيَاءٌ عِندَ رَبِّهِم يُرزَقُونَ فأمر ثابت بالأحاديث الصحيحة.

“Peyğəmbərlərin - salavat və salam olsun onlara - həyatına gəlincə, onların həyatları, barələrində Allah-taalanın “Əksinə, onlar Rəbləri yanında diridirlər və ruzilənirlər” buyurduğu şəhidlərin həyatının üstündə olan bərzəx həyatıdır. Bu məsələ səhih hədislərlə sübuta yetmişdir”.

ən-Numan ibn Mahmud əl-Alusi, “Əl-Ayatul-bəyyinatu fi ədəmi simail-əmvat”, c.1, s.39

6. Əs-Subki

Subki peyğəmbər və şəhidlərin həyatının eynilə dünyadakı həyatları kimi olduğunu demişdir:

قال الحلبي المتوفى 1044
: وروى أبو يعلى عن أبي هريرة رضي الله تعالى عنه لَيَنْزِلَنَّ عيسى بن مريم عليه السلام ثم إن قام على قبري وقال يا محمد لأجبته ومن ثم قال الإمام السبكي حياة الأنبياء والشهداء كحياتهم في الدنيا ويشهد له صلاة موسى عليه السلام في قبره فإن الصلاة تستدعي جسدا حيا وكذا الصفات المذكورة في الأنبياء ليلة الإسراء كلها صفات الأجسام

“Əl-Hələbi deyib (vəfatı 1044): Əbu Yəla Əbu Hüreyrədən (o da Peyğəmbərdən) belə nəql edib ki, İsa ibn Məryəm (əleyhissəlam) mütləq enəcəkdir. Sonra mənim qəbirimin başında durub "Ya Məhəmməd!", - deyinc, mən ona cavab verəcəyəəm.

Bundan başqa, İmam əs-Subki demişdir ki: Peyğəmbərlərin və şəhidlərin (ölümdən sonrakı) həyatı onların dünyadakı həyatları kimidir. Buna Musanın (əleyhissəlam) qəbirdə namaz qılması şahidlik edir. Belə ki, namaz qılmaq diri bir cism tələb edir. Həmçinin, Merac gecəsi peyğəmbərlər barədə deyilən xüsusiyyətlər də belədir. Bu xüsusiyyətlərin hamısı cismə xas xüsusiyyətlərdir”.

Əs-Sirətul-Hələbiyyə, c.2, s.432.

7. İbn Teymiyyənin etirafı: Ölümdən sonrakı həyat şəhidlərlə məhdudlaşmayıb

İbn Teymiyyə deyir ki, ölümdən sonrakı həyat şəhidlərlə məhdudlaşmamışdır, bu xüsusiyyət digər ölənlərə də aiddir:

وأما ما أخبر الله به من حياة الشهيد ورزقه وما جاء فى الحديث الصحيح من دخول أرواحهم الجنة فذهب طوائف إلى أن ذلك مختص بهم دون الصديقين وغيرهم والصحيح الذى عليه الأئمة وجماهير أهل السنة ان الحياة والرزق ودخول الأرواح الجنة ليس مختصا بالشهيد كما دلت على ذلك النصوص الثابتة ويختص الشهيد بالذكر لكون الظان يظن أنه يموت فينكل عن الجهاد فأخبر بذلك ليزول المانع من الإقدام على الجهاد والشهادة.

“Allahın şəhidlərin diri olmasını və ruzi yeməsinibildirməsinə, həmçinin, səhih hədisdə onların ruhlarının cənnətə daxil olmasınındeyilməsinə gəlincə, bəziləri bununsiddiqlərə və s.-lərə deyil, yalnız şəhidlərə məxsus olduğunu bildirmişlər. Lakin, əhli-sünnə imamların və cümhurunun etiqad bəslədiyi səhih fikir budur ki, dirilik, ruzi yemək və ruhların cənnətə daxil olması xüsusiyyəti yalnız şəhidlərə aid deyildir. Necə ki sübuta yetmiş hədislər buna dəlalət edir.

Quranda xüsusilə şəhidin qeyd olunmasının səbəbi odur ki, kimsə döyüşdə ölüb aradan gedəcəyini zənn edərək cihaddan boyun qaçırmasın. Məhz bu səbəbdən Allah-taala cihad və şəhadət qarşısında duran bu maneənin aradan qalxması üçün xüsusi olaraq şəhidlərin ölmədiyini bildirmişdir (yoxsa ki, bütün siddiqlər və s. qəbilindən olan ölülər diridirlər)”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-İslam ibn Teymiyyə”, c.24, s.332.

Allah Rəsulunun Bədrdə öldürülənlərlə danışması rəvayətinin ardınca həyatın təkcə şəhidlərə və ya Bədrdə öldürünlərə aid olmamasına dair əhli-sünnə alimlərinin sözlərindən bir sıra sitatlar zikr etdik. Bu sözlər, həmçinin ölümdən sonra həyatın yalnız şəhidlərə aid olmaması barədə ən üstün dəlildir.

İkinci ayə: Həbib Nəccar şəhid olduqdan sonra diridir və ona ruzi verilir

Həbib Nəccar qəbilə fərdlərinin və yaxınlarının arasında səmavi şəriəti təbliğ və müdafiə edirdi. Bu yolda çoxlu əzab-əziyyətlərə qatlaşdı və işin sonunda elə həmin şəxslərin əli ilə də şəhid oldu.

Şəhid olduqdan sonra fasiləsiz olaraq ona Cənnətə daxil olması deyildi. Quran bu mətləbi aşağıdakı ayədə danışır:

قِيلَ ادْخُلِ الْجَنَّةَ.

“Ona “Cənnətə daxil ol”, - deyildi.”

Bundan sonra ayə bu mücahidin öz qövmü barədə Allahla bölüşdüyü sözləri bəyan etmişdir. O, məzarı behiştində qərar tutduqdan sonra dedi:

قَالَ يَــالَيْتَ قَوْمِى يَعْلَمُونَ بِمَا غَفَرَ لِى رَبِّى وَ جَعَلَنِى مِنَ الْمُكْرَمِينَ. (يس/26 /27)

“O dedi: “Kaş qövmüm biləydi ki,Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi.” (Yasin surəsi, 26-27-ci ayələr)

Əhli-sünnə böyükləri demişlər ki, Həbib Nəccar həm həyatda, həm də şəhidliyindən sonra öz qəbiləsinə nəsihət etmişdir.

Həyatından əvvəl nəsihətini əvvəlki ayə bu cür xəbər vermişdir:

وَ جاءَ مِنْ أَقْصَا الْمَدِينَةِ رَجُلٌ يَسْعى‏ قالَ يا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ اتَّبِعُوا مَنْ لا يَسْئَلُكُمْ أَجْراً وَ هُمْ مُهْتَدُونَ وَ ما لِيَ لا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَ إِلَيْهِ تُرْجَعُونَ أَ أَتَّخِذُ مِنْ دُونِهِ آلِهَةً إِنْ يُرِدْنِ الرَّحْمنُ بِضُرٍّ لا تُغْنِ عَنِّي شَفاعَتُهُمْ شَيْئاً وَ لا يُنْقِذُونِ إِنِّي إِذاً لَفِي ضَلالٍ مُبِينٍ إِنِّي آمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ. (يس/20- 25)

“Şəhərin ən ucqar yerindən bir kişi tələsik gəlib dedi: “Ey mənim qövmüm, bu elçilərə tabe olun. Sizdən heç bir muzd istəməyən və özləri də hidayət olmuş kəslərə tabe olun. Axı mən niyə məni yaradana ibadət etməməliyəm, halbuki hamınız Onun hüzuruna qaytarılacaqsınız?! Ondan qeyri məbudlaramı ibadət edim? Əgər Rəhman (olan Allah) mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzlər. Belə olan surətdə, şübhəsiz mən açıq – aşkar azğınlıqda olaram. (Bu zaman peyğəmbərlərə xitabən dedi:) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim, belə isə məni eşidin”. (Yasin surəsi, 20-25-ci ayələr)

Əhli-sünnə alimləri Həbib Nəccar diri olduğunu və ruziləndiyini demişlər.

İbn Cərir Təbəri

Əhli-sünnə böyüklərindən olan Təbəri Həbib Nəccarın diri olduğunu və ona ruzi verildiyini demişdir:

ذلك حدثنا بن حميد قال ثنا سلمة قال ثني بن إسحاق عن بعض أصحابه أن عبد الله بن مسعود كان يقول قال الله له ادخل الجنة فدخلها حيا يرزق فيها قد أذهب الله عنه سقم الدنيا وحزنها ونصبها فلما أفضى إلى رحمة الله وجنته وكرامته قال يا ليت قومي يعلمون بما غفر ربي وجعلني من المكرمين.

“... Abdullah ibn Məsud deyərdi: "Allah-taala ona “Cənnətə daxil ol”, - dedi və o da diri halda Cənnətə daxil olub orada ruzi yeməyə başladı. Allah ondan dünya xəstəliyini, kədərini və yorğunluğunu uzaqlaşdırdı. O, Allahın rəhmətinə, cənnətinə və hörmətinə yetişdikdə belə dedi: “Kaş qövmüm biləydi ki, Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi”.”

Muhəmməd ibn Cərir ət-Təbəri (vəfatı: h. 310), “Camiul-bəyan ən təvili ayil-Quran”, c.22, s.161.

Bu rəvayəti digər əhli-sünnə böyükləri də nəql etmişlər:

Şihabəddin əl-Alusi əl-Bağdadi əl-Hənəfi, “Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani”, c.22, s.229.

Əbus-Suud Əfəndi əl-İmadi (vəfatı: h. 982), “İrşadul-əqlis-səlim ilə məzayal-Quranil-Kərim (Təfsiri Əbi əs-Səud)”, c.7, s.164.

İbn Adil əs-Diməşqi əl-Hənbəli (vəfatı: h.880-dan sonra), “əl-Lubab fi ulumil-kitab”, c.16, s.196.

Mahmud ibn Ömər əz-Zəməxşəri əl-Xarəzmi (vəfatı: h. 538), “əl-Kəşşaf ən həqaiqit-tənzil və uyunul-əqavil fi vucuhit-təvil”, c.4, s.13.

Mənsur ibn Muhəmməd əs-Səmani (vəfatı: h. 489), “Təfsirul-Quran”, c.4, s.373.

Əbu Abdullah əl-Qurtubi

Əhli-sünnə imamı Qurtubi “əl-Cami li-əhkamil-Quran” kitabında Həbib Nəccarın diri olduğunu və ona ruzi verildiyini yazır. :

قلت : والظاهر من الآية أنه لما قتل قيل له ادخل الجنة قال قتادة : أدخله الله الجنة وهو فيها حي يرزق أراد قوله تعالى : ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا بل أحياء عند ربهم يرزقون على ما تقدم في [آل عمران] بيانه والله أعلم قوله تعالى : (قال يا ليت قومي يعلمون) مرتب على تقدير سؤال سائل عما وجد من قوله عند الفوز العظيم الذي هو (بما غفر لي ربي وجعلني من المكرمين) وقريء من المكرمين وفي معنى تمنيه قولان : أحدهما أنه تمنى أن يعلموا بحاله ليعلموا حسن مآله وحميد عاقبته الثاني تمنى ذلك ليؤمنوا مثل إيمانه فيصيروا إلى مثل حاله ..... وقال بن أبي ليلى : سباق الأمم ثلاثة لم يكفروا بالله طرفة عين : علي بن أبي طالب وهو أفضلهم ومؤمن آل فرعون وصاحب يس فهم الصديقون.

“Deyirəm: Ayədəngörünən budur ki, (Həbib) öldürüldüyü zaman ona “cənnətə daxil ol”, - deyildi. Qətadə demişdir ki: “Allah onu cənnətə saldı və o, cənnətdə diri və ruzi yeyən haldadır”. Qətadə bununla Ali-İmran surəsindəki ayəyə işarə etmişdir: "Allah yolunda öldürülənləri ölü hesab etmə, əksinə, onlar Rəblərinin yanında diridirlər və ruzilənirlər". Allah daha yaxşı bilir.

Allah-taalanın "Dedi: Kaş qövmüm biləydi" kəlamı: bu kəlam Həbib Nəccarın böyük qurtuluşa çatdığı zaman dediyi nə deməsini bilmək istəyənlərə verilən cavabdır. (Allah cavab verərək bildirir ki) Həbib o zaman “Kaş qövmüm biləydi ki, Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi” demişdi.” Bəziləri ayədəki “mukramin” sözünü “mukərramin” şəklində oxumuşlar. Onun nə məqsədlə “kaş ki, qövmüm biləydi...”, - dediyinə gəlincə, bu barədə iki fikir deyilmişdir:

Birinci: O, getdiyi yerin və aqibətinin xeyirli olduğunu görsünlər deyə bu arzunu etmişdir.

İkinci: O, özü kimi iman gətirsinlər və aqibətləri özünkü kimi olsun deyə bu arzunu etmişdir.

İbn Əbu Leyla demişdir: “Ümmətlərin öndə gedənləri üç nəfərdir.Onlar bir göz qırpımı da olsun Allaha küfr etməmişlər: 1-Əli ibn Əbu Talib, o,bu üç nəfərinən üstünüdür; 2) Ali Fironun mömini;3) Yasin surəsində qeyd olunan şəxs(Həbib Nəccar).Onlar siddiqonlardırlar”.

Əbu Abdullah əl-Qurtubi əl-Maliki, “əl-Cami li-əhkamil-Quran”, c.15, s.20.

Üçüncü ayə: Ölümdən sonra kafirlərin diri olması və onlara əzab verilməsi

Qurani-kərim ayələrinin şəhadətinə görə kafirlər ölümdən sonra diridirlər və ilahi əzabdan amanda olmayacaqlar:

وَحَاقَ بِـَالِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَ عَشِيًّا وَ يَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُواْ ءَالَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ.(غافر/4546)

“Beləliklə Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü.Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə “fironçuları ən şiddətli əzaba daxil edin” (deyiləcəkdir)”. (Ğafir surəsi, 45-46-cı ayələr)

Kafirlərdən olan bu dəstənin əzabı iki müstəqil hissəyə və zamana bölünmüşdür: Birinci hissə ölümdən sonra və Qiyamət günündən əvvəldir ki, buyurur: Səhər və axşam atəşə məruz qalarlar.

İkinci hissə isə Qiyamət günüdür ki, əzabların ən şiddətlisi onların intizarındadır; deməli, ölümdən sonra həyat vardır ki, əzab verilir.Əzaba düçar olmağı zəruriləşdirən isə həyata malik olmaqdır.

Əhli-sünnə alimlərinin etirafına görə əzab həyatla şərtləşdirilmişdir:

والتعذيب مشروط بالحياة.

“Əzab vermə həyatla şərtləşdirilmişdir".

Fəxrəddin ər-Razi əş-Şafei, “ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.9, s.73.

Əhli-sünnə alimlərinin qəbir əzabının və öldükdən sonra kafirin həyata malik olmasının sabit olması barədə sözləri

Böyük əhli-sünnə alimləri kafirlər üçün qəbir əzabının və ölümdən sonra həyatın olduğunu demişlər. Biz onlardan bəzilərinin sözlərinə işarə edirik:

1. Məhəmməd ibn İsmail əl-Buxari

Əhli-sünnə imamı Buxari öz “Səhih”ində bu ayəni qəbir əzabı babında gətirmiş və bu mətləb barədə bu ayəyə və digər ayələrə istinad etmişdir:

بَاب ما جاء في عَذَابِ الْقَبْرِ وَقَوْلُهُ تَعَالَى «إِذْ الظَّالِمُونَ في غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ باسطوا أَيْدِيهِمْ أَخْرِجُوا أَنْفُسَكُمْ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونُ» هو الْهَوَانُ وَالْهَوْنُ الرِّفْقُ وَقَوْلُهُ جَلَّ ذِكْرُهُ «سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إلى عَذَابٍ عَظِيمٍ» وَقَوْلُهُ تَعَالَى «وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ النَّارُ يُعْرَضُونَ عليها غُدُوًّا وَعَشِيًّا وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ».

"Qəbir əzabı ilə bağlı gələnlər babı.Belə ayələrə misal olaraq aşağıdakıları göstərə bilərik:

Allah-taalanın bu ayəsi: “Zalımlar ölüm dalğalarında olduqda və mələklər də əllərini uzatmış: bu gün canlarınızı çıxarın, alçaqlıq əzabı ilə cəzalanacaqsınız (dediklərində)...”. Buradakı “hun” sözü “həvan” (alçaqlıq və həqarət) mənasındadır. “Həvn” isə “yumşaqlıq” deməkdir.

Digər bir ayə budur: "Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar" .

Başqa bir ayə isə budur: "Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon ailəsini ən şiddətli əzaba salın! ".

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.461.

2. Muhəmməd əş-Şövkani

Şövkani “Fəthul-Qədir” kitabında bu ayənin bəlli və açıq şəkildə Bərzəx aləmində əzaba dəlalət etdiyini bildirmişdir.

فإن قوله «ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب» يدل دلالة واضحة على أن ذلك العرض هو فى البرزخ .

"Allahın “o Saat gələcəyi gün isə Firon ailəsini ən şiddətli əzaba salın!" kəlamı açıq-aydın şəkildə dəlalət edir ki, (daha öncəki ayədə bildirilən)oda salma bərzəxdədir”.

Muhəmməd ibn Əli əş-Şövkani, “Fəthul-qədir əl-camiu beynə fənneyir-rivayəti vəd-dirayəti min ilmit-təfsir”, c.4, s.495

3. İbn Quteybə

Əhli-sünnə böyüklərindən olan İbn Quteybə bu ayəni bərzəx aləminin varlığına və kafirlər üçün qəbir əzabının mövcudluğuna dəlil gətirmişdir:

نحن نقول إنه إذا جاز في المعقول وصح في النظر وبالكتاب والخبر أن الله تعالى يبعث من في القبور بعد أن تكون الأجساد قد بليت والعظام قد رمت جاز أيضا في المعقول وصح في النظر وبالكتاب والخبر أنهم يعذبون بعد الممات في البرزخ.
فأما الكتاب فإن الله تعالى يقول النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب فهم يعرضون بعد مماتهم على النار غدوا وعشيا قبل يوم القيامة ويوم القيامة يدخلون أشد العذاب .

“Biz deyirik ki, Allah-taalanın qəbirdə olanları cəsədləri aradan getmiş və sümükləri ovulmuş olduqdan sonra diriltməsi ağılbaxımından keçərli, nəzəri baxımdan doğru və Quran və hədis baxımından sübuta yetmişdirsə, onda onların öldükdən sonra əzaba düçar edilmələri da ağıl baxımından keçərli, nəzəri baxımdan doğru və Quran və hədis baxımından sübuta yetmiş sayılır.

Kitaba gəlincə, Allah-taala "Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; “Firon ailəsini ən şiddətli əzaba salın!" (deyilər)”, - deyə buyurur. Bu ayəyə əsasən, Firon ailəsi Qiyamətdən qabaq (bərzəx aləmində) gecə-gündüz oda salınırlar. Qiyamət günü gəlincə isə, ən şiddətli əzaba düçar ediləcəklər".

İbn Quteybə əd-Dinəvəri, “Təvilu muxtələfil-hədis”, c.1, s.150.

İbn Quteybə başqa bir yerdə belə yazır:

وقد أعلمنا الله تعالى في كتابه أنه يعذب قوما قبل يوم القيامة إذ يقول «النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب».

“Allah-taala öz kitabında bizə bildirmişdir ki, bir qövmə Qiyamətə qədər (hər gün) əzab verir. Belə ki, buyurur: “Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; “Firon nəslini ən şiddətli əzaba salın!" (deyilər)””.

İbn Quteybə əd-Dinəvəri, “Təvilu muxtələfil-hədis”, c.1, s.247.

4. İbn Teymiyyə Hərrani

Vəhabilərin Şeyxul-islamı İbn Teymiyyə bərzəx aləmini və Qiyamətdən öncə kafirlərin əzaba düçar olmasını etiraf etmişdir. O deyir:

وهذا إخبار عن فرعون وقومه أنه حاق بهم سوء العذاب في البرزخ وأنهم في القيامة يدخلون أشد العذاب وهذه الآية أحد ما استدل به العلماء على عذاب البرزخ.

“Bu ayədə Firon və onun qövmünün bərzəxdə ən pis əzablaəhatələndikləri və Qiyamət günü də ən ağır əzaba düçar ediləcəkləri bildirilir.. Bu ayə alimlərin bərzəx əzabın(ın varlığın)a gətirdikləri dəlilllərdən biridir”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Dəqaiqut-təfsir əl-Came litəfsiri İbn Teymiyyə”, c.2, s.255.

5. İbn Kəsir

İbn Kəsir də bu ayənin bərzəx aləminə və kafirlərin əzaba düçar olmasına dəlalət etdiyini yazır:

«وحاق» أي أحاط «بآل فرعون سوء العذاب النار يعرضون عليها غدوا وعشيا» أي تعرض أرواحهم في برزخهم صباحا ومساء على النار «ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب» وقد تكلمنا على دلالة هذه الآية على عذاب القبر في التفسير ولله الحمد.

“Bürümüşdür”, yəni əhatə etmişdir, “Firon ailəsini ən pis əzab – od! Onlar səhər-axşam oda salınarlar”, yəni bərzəx aləmində onların ruhları səhər-axşam oda salınar . “O saat bərpa olunacağı gün isə “Ali Fironu ən şiddətli əzaba salın!” (, - deyiləcək).Bu ayənin qəbir əzabına dəlalət etməsi barədə təfsir kitabımızda danışmışıq. Həmd olsin Allaha”.

İbn Kəsir əd-Diməşqi, “əl-Bidayətu vən-nihayə”, c.1, s.264.

İbn Kəsirin öz təfsirində dediyi söz isə budur:

وهذه الآية أصل كبير في استدلال أهل السنة على عذاب البرزخ في القبور وهي قوله تعالى ) النار يعرضون عليها غدوا وعشيا) .

“Bu ayə əhli-sünnənin qəbirlərdə bərzəx əzabının olacağının isbatına dair əsalandığı böyük bir dəlildir. Allah-taala buyurur ki: "Onları səhər-axşam oda salarlar”.

İbn Kəsir əd-Diməşqi, “Təfsirul-Quranil-əzim”, c.4, s.82.

6. Muhyiddin Nəvəvi

“Səhihu Muslim”ə şərh verənlərdən biri olan Nəvəvi əhli-sünnənin qəbir əzabının varlığına inandığını bildirmişdir. :

اعلم أن مذهب أهل السنة اثبات عذاب القبر وقد تظاهرت عليه دلائل الكتاب والسنة قال الله تعالى النار يعرضون عليها غدوا وعشيا الآية وتظاهرت به الأحاديث الصحيحة عن النبى صلى الله عليه وسلم.

“Bil ki, əhli-sünnə məzhəbi qəbir əzabının var olduğuna inanır. Kitab və sünnənin dəlilləri qəbir əzabının varlığına dəlalət edir. Allah-taala buyurmuşdur: "Səhər-axşam onlar oda salınarlar". Peyğəmbərdən (sallallahu əleyhi və səlləm)nəql olunan səhih hədislər də bu məsələyə dəlalət edir.”.

Mühyiddin ən-Nəvəvi əş-Şafei, “Şərhun-Nəvəvi əla Səhihi Muslim”, c.17, s.200.

Dördüncü ayə: münafiqlərə qəbir evində əzab verilir

Ölümdən sonrakı həyat barədə istidlal obyekti olan ayələrdən biri də aşağıdakı ayədir:

وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الْأَعْرابِ مُنافِقُونَ وَمِنْ أَهْلِ الْمَدينَةِ مَرَدُوا عَلَى النِّفاقِ لا تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلى‏ عَذابٍ عَظيمٍ. (توبه/101)

“Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik, sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər.” (Tövbə surəsi, 101-ci ayə)

Allah-taala bu ayədə münafiqlərə iki dəfə əzab verəcəyəyini buyurur. Əhli-sünnənin böyük təfsir alimləri demişlər ki, əzabın biri öldükdən sonra qəbirdə, digəri isə Qiyamətdədir; elə isə, qəbirdə həyat vardır ki, əzab olunur.

Fəxr Razi bu ayənin təfsiri ilə əlaqədar yazır ki, bu ayəyə uyğun olaraq ölülər qəbir aləmində də həyata malikdirlər və bu ayə dünya və qəbir əzabına şamil olur:

والأولى أن يقال مراتب الحياة ثلاثة: حياة الدنيا، وحياة القبر، وحياة القيامة، فقوله: «سَنُعَذّبُهُم مَّرَّتَيْنِ» المراد منه عذاب الدنيا بجميع أقسامه، وعذاب القبر. وقوله : «ثُمَّ يُرَدُّونَ إِلَى عَذَابٍ عَظِيمٍ» المراد منه العذاب في الحياة الثالثة، وهي الحياة في القيامة .

“Doğrusu, həyatın üç mərhələsinin olduğunu demək lazımdır: 1) dünya həyatı, 2) qəbir həyatı, 3) qiyamət həyatı. Allahın "onları iki dəfə əzaba düçar edəcəyik" - kəlamında məqsəd bütün qisimləri ilə birlikdə dünya əzabı və qəbir əzabıdır. "Sonra isə onlar böyük bir əzaba döndəriləcəklər" kəlamında məqsəd isə üçüncü həyatdakı əzab, yəni, Qiyamət əzabıdır”.

Fəxrəddin ər-Razi əş-Şafei, “Ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.16, s.479.

Buxari də öz “Səhih”ində (c.1, s.461) bu ayəni qəbir əzabı babında gətirmiş və onun qəbir əzabına dəlalət etdiyini ifadə etmişdir.

Hətta İbn Teymiyyə Hərrani də bu ayəyə uyğun olaraq bərzəx əzabı və həyatını etiraf etmişdir:

وقال عن المنافقين «سنعذبهم مرتين ثم يردون إلى عذاب عظيم» قال غير واحد من العلماء المرة الأولى في الدنيا والثانية في البرزخ «ثم يردون إلى عذاب عظيم» في الآخرة.

“Allah münafiqlər barədə belə buyrur:: "Tezliklə onlara iki dəfə əzab verəcəyik”. Bir sıra alimlər demişlər ki, birinci dəfəki əzab dünya həyatındadır, ikinci dəfəki əzab isə bərzəxdədir. "Sonra isə böyük bir əzaba döndəriləcəklər”, yəni axirətdə".

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.4, s.266.

وقال قتادة وغيره في قوله تعالى (وممن حولكم من الأعراب منافقون) إلى قوله (سنعذبهم مرتين) قالوا في الدنيا القتل وفي البرزخ عذاب القبر.

“Qətadə və başqaları Allah-taalanın "Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Tezliklə onları iki dəfə əzaba düçar edəcəyik" kəlamı barədə demişlər ki, bununla dünyada qətlə yetirilmək, bərzəxdə isə qəbir əzabına düçar edilmək nəzərdə tutulmuşdur”.

İbn Teymiyyə, “əs-Sarimil-məslul əla şatimir-Rəsul”, c.3, s.655.

Əzablardan birinin qəbir əzabı olduğunu hesab edən digər əhli-sünnə alimləri isə bunlardır:

Məhəmməd ibn Cərir ət-Təbəri, “Camiul-bəyan ən təvili ayil-Quran”, c.11, s.10-11.

İbn Əbu Hatim ər-Razi ət-Təmimi, (vəfatı: h. 327), “Təfsiru ibn Əbi Hatim”, c.6, s.1870.

Əbu Bəkr əl-Beyhəqi (vəfatı: h. 458), “Şuəbul-iman”, c.1, s.355; “İsbatu əzabil-qəbr”, c.1, s.56.

Əli ibn Əhməd əl-Vahidi (vəfatı: h. 468), “əl-Vəciz fi təfsiril-Kitabil-əziz” (Təfsirul-Vahidi), c.1, s.479.

İbn Kəsir əd-Diməşqi, “Təfsirul-Quranil-əzim”, c.2, s.386.

İbn Həcər əl-Əsqəlani əş-Şafei, “Fəthul-bari Şərh Səhihil-Buxari”, c.3, s.233.

Bədrəddin əl-Əyni əl-Hənəfi, “Umdətul-qari Şərh Səhihil-Buxari”, c.8, s.233.

Beşinci ayə: İnsanın başqa bir dəfə qəbirdə diri olması

Qəbir aləmində insanın yaşadığını sübut etmək üçün istinad edilən ayələrdən biri də aşağıdakı ayədir:

كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنْتُمْ أَمْواتاً فَأَحْياكُمْ ثُمَّ يُميتُكُمْ ثُمَّ يُحْييكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ. (بقره/28)

“Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz, O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız”.(Bəqərə surəsi, 28-ci ayə)

Təfsirçilərin sözlərinə əsasən, “sonra sizi dirildəcək” ifadəsindən məqsəd ikinci dəfə qəbirdə diri olmaqdır.

Süyuti Suddinin ayədə qeyd olunan birinci həyatın qəbirdə olduğunu dediyini nəql etmiş, ardınca bu ayənininsanın qəbirdə əzab çəkdiyinə dəlalət etdiyini bildirmişdir:

وذكر الحاكم: أن الموتة الأولى في الدنيا بعد الحياة والثانية في القبر قبل البعث ، والحياة الأولى في القبر والثانية في الحشر عن الحسن السدي ، وقيل : الحياة الأولى في الدنيا والثانية في القبر، والآية تدل على صحة عذاب القبر واسم الموت على النطفة مجاز فحمل الكلام على حقيقته أولى.

“Hakim demişdir: “(Ayədəki) birinci ölümdən məqsəd, insanın dünyada yaşadıqdan sonra ölməsidir. İkinci ölümdən məqsəd isə insanın məhşər üçün dirilməzdən qabaq qəbirdə ölməsidir. Həsən və Suddi (ayədə sözü gedən) birinci dirilmənin qəbirə, ikinci dirilmənin isə həşrə aid olmasını demişlər. Həmçinin, demişlər ki: Birinci dirilmə dünyaya, ikinci dirilmə isə qəbirə aiddir.

Cəlaləddin əs-Süyuti, “Əsmaul-müdəllisin”, c.2, s.100.

Bu ayə qəbir əzabının doğruluğuna dəlalət edir. Nütfəyə “ölüm” adının verilməsi məcazəndir. Ayənin həqiqi mənaya aid edilməsi daha üstündür”.

قالُوا رَبَّنا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ فَاعْتَرَفْنا بِذُنُوبِنا فَهَلْ إِلى‏ خُرُوجٍ مِنْ سَبيل. (غافر/11)

“Onlar deyərlər: “Ey Rəbbimiz! bizi iki dəfə öldürüb iki dəfə diriltdin, beləliklə biz öz günahlarımızı etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?”. (Ğafir surəsi, 11-ci ayə)

Bu ayədə qeyd olunan ikinci dəfə ölmək və dirilmək yalnız qəbirdə həyat olduğu surətdə mümkün ola bilər.

“Səhihul-Buxari”nin şərhçisi Əyni yazır ki, bu ikinci dəfə ölmək yalnız qəbirdə həyat və ölüm olduğu təqdirdə gerçəkləşmiş sayılır:

قوله تعالى: ربنا أمتنا اثنتين وأحيينا اثنتين (غافر/11).
فإن الله تعالى ذكر الموتة مرتين، وهما لا تتحققان إلاَّ أن يكون في القبر حياة وموت، حتى تكون إحدى الموتتين ما يتحصل عقيب الحياة في الدنيا والأخرى ما يتحصل عقيب الحياة التي في القبر.

“Allah-taala buyurur: "Ey Rəbbimiz! bizi iki dəfə öldürüb iki dəfə diriltdin" (Ğafir surəsi, 11-ci ayə). Burada Allah-taala ölümü iki dəfə yad etmişdir. (Deməli, ölüm iki dəfə baş tutacaq). Ölümün iki dəfə baş tutması üçün isə gərək qəbirdə də həyat və ölüm olsun və nəticədə, bir ölümdünyada olan həyatının ardınca baş tutsun, digəri isə qəbridə olan həyatın ardınca baş tutsun”.

Bədrəddin əl-Əyni əl-Hənəfi, “Umdətul-Qari Şərh Səhihil-Buxari”, c.8, s.146.

Altıncı ayə: Can verdikdən sonra insanın həyatı vardır

Ölümdən sonra diri olmağa dair altıncı dəlil aşağıdakı ayədir:

فَأَمَّا إِنْ كانَ مِنَ الْمُقَرَّبينَ فَرَوْحٌ وَرَيْحانٌ وَجَنَّةُ نَعيمٍ وَأَمَّا إِنْ كانَ مِنْ أَصْحابِ الْيَمينِ فَسَلامٌ لَكَ مِنْ أَصْحابِ الْيَمينِ وَأَمَّا إِنْ كانَ مِنَ الْمُكَذِّبينَ الضَّالِّينَ فَنُزُلٌ مِنْ حَميمٍ وَتَصْلِيَةُ جَحيمٍ. (واقعه88- 94)

“Beləliklə, əgər (can verən həmin şəxs)(Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.Amma əgər sağ tərəf əhlindən olsa, onda (ona) “sənə sağ tərəf əhlindən salam vardır” (deyiləcəkdir).Lakin əgər azmış təkzib edənlərdən olsa,onda (ona) ilk xidmət qaynar sudurvə cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!”. (Vaqiə surəsi, 88-94-cü ayələr)

Bu ayələrdə can verib ölən insanların bir neçə qrupa bölündüyü bildirilir və bu bölünmə Qiyamət gününün bölünməsi deyildir. Bu da surənin əvvəllərində qeyd edilir. Bu onu göstərir ki, insan can verdikdən sonra həyata malikdir. Əgər müqərrəblərdən olsa, onun üçün asayış, ruzi, cənnət və bol nemət vardır. Əgər azğın təkzib edənlərdən olsa, qaynar sudan dadar və Cəhənnəmə vasil olar.

Ölümdən sonra həyatın mövcud olmasına dair İbn Teymiyyənin etirafı

İbn Teymiyyə bu ayələri ölümdən sonra həyatın varlığına dəlil hesab edir:

وقال تعالى لما ذكر أحوال الموتى عند الموت «فأما إن كان من المقربين فروح وريحان وجنة نعيم وأما إن كان من أصحاب اليمين فسلام لك من أصحاب اليمين وأما إن كان من المكذبين الضالين فنزل من حميم وتصلية جحيم» وهذا غير ما ذكره في أول السورة من انقسامهم يوم القيامة الكبرى إلى سابقين وأصحاب يمين ومكذبين فانه سبحانه ذكر في أول السورة انقسامهم يوم القيامة الكبرى وذكر في آخرها انقسامهم عند الموت وهو القيامة الصغرى كما قال المغيرة بن شعبة من مات فقد قامت قيامته وكذلك قال علقمة وسعيد بن جبير عن ميت أما هذا فقد قامت قيامته أي صار إلى الجنة أو النار وإن كان بعد هذا تعاد الروح إلى البدن ويقعد بقبره ومقصودهم أن الشخص لا يستبطئ الثواب والعقاب فهو اذا مات يكون في الجنة أو في النار قال تعالى عن قوم نوح «مما خطيئاتهم أغرقوا فأدخلوا نارا» وقال عن آل فرعون «النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب» .

“Allah-taala ölülərin ölüm zamanındakı durumlarını qeyd edərkən demişdir: “Beləliklə, əgər (can verən həmin şəxs)(Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.Amma əgər sağ tərəf əhlindən olsa, onda (ona) “sənə sağ tərəf əhlindən salam vardır” (deyiləcəkdir).Lakin əgər azmış təkzib edənlərdən olsa,onda (ona) ilk xidmət qaynar sudurvə cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!” Bu, surənin əvvəlində insanların böyük qiyamət günü - öndə gedənlər, sağ (tərəf) əhli və yalançılara bölünmələri barədə dediyindən başqadır. Çünki Allah-taala surənin əvvəlində onların böyük qiyamət günü bölünmələrini yad etmiş, axırında isə onların ölüm anındakı bölünmələrini qeyd etmişdir. Ölüm kiçik qiyamətdir. Necə ki, Muğeyrə ibn Şöbə demişdir ki, “kim ölsə, onun qiyaməti baş vermişdir”. Həmçinin də Əlqəmə və Səid ibn Cübeyr bir ölü barəsində “bu adamın qiyaməti başlamışdır”, - demişlər. Yəni, bu ölü artıq cənnətə və ya cəhənnəmə getmişdir, hərçənd ki, öldükdən sonra ölünün ruhu bədəninə qayıdır və o, qəbirdə əyləşir Onların məqsədləri budur ki, şəxs savab və cəzanı gözləmir. Belə ki, öldükdə ya cənnətdə, ya da cəhənnəmdə olur. Allah-taala Nuhun qövmü haqqında demişdir: "Onlar öz günahlarına görə (suya) qərq edildilər və oda atıldılar" (Nuh, 25) Həmçinin Ali Firon barədə buyurmuşdur: "Onlar səhər-axşam oda salınarlar, o Saat yetişdikdə isə “Ali Fironu şiddətli əzaba salın!”(, - deyilər)”.

İbn Teymiyyə əl-Hərrani, “ən-Nübuvvat”, c.1, s.182-184.

Fəxr Razi: Ruh ölümdən sonra qayıdır.

Fəxr Razi bu ayələri ölümdən sonra həyat üçün dəlil bilmişdir:

قوله: فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةٍ نَعِيمٍ (الواقعة/88/) وفاء التعقيب تدل على أن هذا الروح والريحان والجنة حاصل عقيب الموت

“Allah-taala buyrur: "Amma əgər o, (Allaha) yaxın olanlardandırsa, onda (onu) rəhmət, gözəl ruzi və Nəim cənnəti gözləyir!”. Ayədəki ardıcıllıq bildirən “fə” ədatı bu rəhmət, gözəl ruzi və cənnətin ölümün ardınca baş verdiyinə dəlalət edir".

Fəxrəddin ər-Razi əş-Şafei, “ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.9, s.74.

Əllamə Alusi bu asayiş və pak ruzinin ölümdən sonra gerçəkləşdiyini yazmışdır:

وأخرج الإمام أحمد في الزهد وابن أبي شيبة وعبد بن حميد وابن المنذر عن الربيع بن خثيم قال في قوله تعالى: «فأما إن كان من المقربين فروح وريحان»: هذا له عند الموت وفي قوله تعالى: «وجنة نعيم» تخبأ له الجنة إلى يوم يبعث.

“İmam Əhməd “əl-Zühd” kitabında, İbn Əbu Şeybə, Əbd ibn Həmid və İbn əl-Münzir ər-Rəbi (də öz kitablarında) İbn Xüseymin Allah-taalanın "Amma əgər o, (Allaha) yaxın olanlardandırsa, onda (onu) rəhmət, gözəl ruzi və Nəim cənnəti gözləyir!" kəlamı barədə belə dediyini nəql etmişlər: “Bütün bunlar ölü üçün öldükdən sonrabaş verir”, həmçinin, Allah-taalanın "və Nəim cənnəti" kəlamı barədə belə dediyini nəql etmişlər:“Diriləcəyi günə qədər cənnət onun üçün qorunub saxlanılar”.”

Əl-Alusi əl-Bağdadi əl-Hənəfi, “Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani”, c.27, s.160

Deməli, məlum olur ki, insanın ölümdən sonra həyatı vardır və o, qəbirdə ya nemətlənir, ya da əzaba düçar olur. Bu ayələrdən və əhli-sünnə təfsirçiləriniin dediklərindən məlum olur ki, bu asayiş və pak ruzi ölüm zamanındadır. Əgər ölümdən sonra həyat olmasaydı, onda bunların heç bir faydası olmazdı.

Yedinci ayə: Allah möminləri möhkəm əqidələrinə görə dünya və axirətdə sabitqədəm edir

Aşağıdakı ayə ölümdən sonra həyat üçün yeddinci dəlildir:

يُثَبِّتُ اللَّهُ الَّذينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَياةِ الدُّنْيا وَفِي الْآخِرَةِ وَيُضِلُّ اللَّهُ الظَّالِمينَ وَيَفْعَلُ اللَّهُ ما يَشاءُ. (ابراهيم/27)

“Allah iman gətirmiş kəsləri möhkəm söz (tovhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir”. (İbrahim surəsi, 27-ci ayə)

Allah-taala möminləri dünya və axirətdə sabit əqidədə saxlayır. Axirət dedikdə qəbir aləmi nəzərdə tutulur. Deməli, qəbirdə həyat mövcuddur ki, əqidədə möhməklənmək mümkün olur.

Əhli-sünnə imamı Buxari öz “Səhih” kitabında Bəra ibn Azib yolu ilə Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səllə) belə nəql etmişdir:

حدثنا حَفْصُ بن عُمَرَ حدثنا شُعْبَةُ عن عَلْقَمَةَ بن مَرْثَدٍ عن سَعْدِ بن عُبَيْدَةَ عن الْبَرَاءِ بن عَازِبٍ رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال إذا أُقْعِدَ الْمُؤْمِنُ في قَبْرِهِ أتى ثُمَّ شَهِدَ أَنْ لَا إِلَهَ إلا الله وَأَنَّ مُحَمَّدًا رسول اللَّهِ فَذَلِكَ قَوْلُهُ: «يُثَبِّتُ الله الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ» حدثنا محمد بن بَشَّارٍ حدثنا غُنْدَرٌ حدثنا شُعْبَةُ بهذا وزاد «يُثَبِّتُ الله الَّذِينَ آمَنُوا» نَزَلَتْ في عَذَابِ الْقَبْرِ.

“Əl-Bəra Peyğəmbərin belə buyurduğunu nəql etmişdir: "Mömin qəbrində otuzdurulduqda, (yanına bir mələk) gələr, sonra mömin Allahdan başqa bir tanrı olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət verər. Allahın"Allah iman gətirmiş kəsləri sabit söz vasitəsilə möhkəm edir" kəlamı buna işarə edir.

...Şubə də bu hədisi nəql etmişdir. Lakin onun nəql etdiyi hədisdə belə bir əlavə var: “Allah iman gətirmiş kəsləri möhkəm edər”ayəsi qəbir əzabı haqqında nazil olmuşdur”.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.461. h.1303 və c.4, s.1735.

Müslim Nişaburi də öz “Səhih”ində bu rəvayəti Bəra ibn Azibdən nəql etmişdir:

2871 حدثنا محمد بن بَشَّارِ بن عُثْمَانَ الْعَبْدِيُّ حدثنا محمد بن جَعْفَرٍ حدثنا شُعْبَةُ عن عَلْقَمَةَ بن مَرْثَدٍ عن سَعْدِ بن عُبَيْدَةَ عن الْبَرَاءِ بن عَازِبٍ عن النبي صلى الله عليه وسلم قال «يُثَبِّتُ الله الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ» قال نَزَلَتْ في عَذَابِ الْقَبْرِ فَيُقَالُ له من رَبُّكَ فيقول رَبِّيَ الله ونبي مُحَمَّدٌ صلى الله عليه وسلم فَذَلِكَ قَوْلُهُ عز وجل «يُثَبِّتُ الله الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ في الْحَيَاةِ الدُّنْيَا وفي الْآخِرَة».

“Bəra ibn Azib Peyğəmbərin belə buyurduğunu nəql edib: "Allah iman gətirmiş kəsləri sabit söz ilə möhkəm edər", ayəsi qəbir əzabı barədə nazil olub. Mömin şəxsə “Rəbbin kimindir”, - deyilər; o da cavab verər ki, “Rəbbim Allah, peyğəmbərim Məhəmməddir (sallallahu əleyhi və səlləm)”. Allah-taalanın "Allah iman gətirmiş kəsləri dünya və axirət həyatında sabit kəlmə vasitəsilə möhkəm edər” kəlamı buna işarə edir.

Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.4, s.2201.

Bu rəvayət digər “səhih” kitablarında da gəlmişdir:

Əbu Davud əs-Sicistani (vəfatı: h. 275), “Sünən Əbi Davud”, c.4, s.238.

İbn Macə əl-Qəzvini (vəfatı: h. 275), “Sünən İbn Macə”, c.2, s.1427.

Əbu İsa ət-Tirmizi (vəfatı: h. 279), “Sünən ət-Tirmizi), c.5, s.295.

Əhməd ibn Şüeyb ən-Nəsai (vəfatı: h. 303), “əs-Sünənül-Kübra”, c.1, s.660.

Deməli, altı səhih kitabda bu ayənin qəbir həyatın və qəbir əzabına dəlalət etdiyi qeyd olunur.

İbn Teymiyyə də qəbir aləmində mələklərin insana sual verməsini insanın imtahan yerlərindən biri bilmiş və buna inanmaq gərəkdiyini bildirmişdir:

ومن الإيمان باليوم الآخر الإيمان بكل ما أخبر به النبى صلى الله عليه وسلم مما يكون بعد الموت فيؤمنون بفتنة القبر وبعذاب القبر وبنعيمه فأما الفتنة فإن الناس يفتنون في قبورهم فيقال للرجل «من ربك وما دينك ومن نبيك» فيثبت الله الذين آمنوا بالقول الثابت في الحياة الدنيا وفى الآخرة فيقول المؤمن الله ربى والإسلام دينى ومحمد صلى الله عليه وسلم نبيي وأما المرتاب فيقول هاه هاه لا أدري سمعت الناس يقولون شيئا فقلته فيضرب بمرزبة من حديد فيصيح صيحة يسمعها كل شيء إلا الإنسان ولو سمعها الإنسان لصعق.

“Axirət gününə imanın şərtlərindən biri Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) ölümdən sonra olacaqlarla əlaqədar xəbər verdiyi hər bir şeyə imandır. Buna əsasən, möminlər qəbir imtahanına, qəbir əzabına və qəbir mükafatına iman etməlidirlər. Qəbir imtahanına gəlincə, camaat qəbirlərində sınağa çəkilərlər. Adama deyilər ki, “Rəbbin kimdir, dinin nədir, peyğəmbərin kimdir?” Bu zaman Allah iman gətirmiş kəsləri dünya və axirət həyatında sabit sözlə möhkəm edər. Möminlər deyərlər ki, “Allah Rəbbim, İslam dinim, Məhəmməd (sallallahu əleyhi və səlləm) peyğəmbərimdir”. Şübhə içində olanlar isə: “Ah, ah, bilmirəm. Eşitdim camaat bir şey danışır, mən də onu dedim”, - deyər. Bu zaman onu dəmir toppuzla vurarlar və o elə bir şəkildə çığırar ki, insandan başqa hər bir şey onu eşidər. İnsana gəlincə isə, əgər insan onu eşitsə, ürəyi gedər”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Kutub və rəsail və fətava Şeycul-islam İbn Teymiyyə”, c.3, s.145.

Nəticə:

Bu ayə hədislərdə gəldiyi və əhli-sünnə alimlərinin açıqladığı kimi insanın ölümdən sonra qəbir aləmində hesab və sorğu-sualı olduğunu sübut etsə, təbii ki, insanın həyatının olması da sübuta yetəcəkdir; belə ki, sümüklərdən, cansız bədəndən və həyatı olmayan ruhdan soruşmaq (ya onlardan bir şey istəmək) qeyri-mümkündür. Nəticə etibarilə, insanın qəbir aləmindəki həyatı bu ayə vasitəsilə sübuta yetir. İnsan diri olduğu təqdirdə həm başqalarının sözünü eşidir, həm də cavab vermək qüdrətinə malik olur.

Səkkizinci ayə: Nuhun qövmü boğulduqdan sonra fasiləsiz olaraq atəşə daxil olurlar

مِمَّا خَطيئاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا ناراً فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصاراً. (نوح/25)

“(Bəli,) günahları üzündən onlar suda batdılar və birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar”. (Nuh surəsi, 25-ci ayə)

Bu ayə də digər ayələr kimi insanın ölümdən sonra həyata malik olmasına dəlalət edir. Əhli-sünnə alimlərinin bu ayə barədə sözlərini qeyd edirik:

Fəxr Razi

Fəxr Razi bu ayənin ölümdən sonra həyatın olduğuna dəlalət etdiyi demişdir:

وقوله : أُغْرِقُواْ فَأُدْخِلُواْ نَاراً يدل على أن الإنسان يحيا بعد الموت.

“Allah-taalanın: "onlar qərq edildilər və oda atıldılar" sözü buna dəlalət edir ki, insan ölümdən sonra diri olacaq”.

Fəxrəddin ər-Razi əş-Şafei, “ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.21, s.74.

Fəxr Razi şəhidlərin yaşamasını sübut edən dəlilləri qeyd etdiyi yerdə bu ayəni də gətirir və deyir ki, əgər kafirlərin ölümdən sonra diri olması və əzaba düçar olmaları mümkündürsə, onda yaxşılar da diri olmalı və mükafatlarını görməlidirlər:

انه لا شك أن جانب الرحمة والفضل والاحسان أرجح من جانب العذاب والعقوبة ، ثم إنه تعالى ذكر في أهل العذاب أنه أحياهم قبل القيامة لأجل التعذيب فانه تعالى قال: أُغْرِقُواْ فَأُدْخِلُواْ نَاراً (25/ نوح) والفاء للتعقيب، والتعذيب مشروط بالحياة

“Heç bir şübhə yoxdur ki, (bir tərəzinin iki gözü kimi olan) rəhmət, fəzilət və ehsan tərəfi əzab və cəza tərəfindən daha ağırdır. Allah-taala da əzab əhli barədə onları Qiyamətdən qabaq əzaba düçar etmək üçün diriltdiyini bildirmişdir. Belə ki, demişdir ki: "Onlar batırıldılar və oda atıldılar". Buradakı "fə" ardıcıllıq və birbaşalıq bildirir (yəni, ölən kimi oda atıldılar), əzab vermə isə həyatla şərtlənmişdir. (Deməli, əgər Allah əzab vermək üçün kafirləri dirildirsə, buna əsasən, savab və mükafat vermək üçün möminləri diriltməsi daha lazımlıdır. Çünki rəhmət, lütf və ehsan yönü əzab və cəza yönündən daha irəlidir.)”.

Fəxrəddin ər-Razi əş-Şafei, “ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.9, s.73.

Alusi Bağdadi

Əllamə Alusi Bağdadi “Ruhul-məani” kitabında yazır ki, bu ayədən məqsəd bərzəx həyatı və qəbir əzabıdır:

فأدخلوا نارا (هي نار البرزخ والمراد عذاب القبر).

“Oda daxil edildilər”, - buradakı “od” bərzəx odudur və məqsəd qəbir əzabıdır”.

Şihabəddin əl-Alusi əl-Bağdadi əl-Hənəfi, “Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani”, c.29, s.79.

İbn Teymiyyə əl-Hərrani

İbn Teymiyyə də bu ayənin qəbir əzabı və Bərzəx aləminə dəlalət etdiyini bildirmişdir:

وذكر عذاب القيامة والبرزخ معا في غير موضع ذكره في قصة آل فرعون فقال (وحاق بآل فرعون سوء العذاب النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب) وقال في قصة قوم نوح (مما خطيئاتهم أغرقوا فأدخلوا نارا فلم يجدوا لهم من دون الله أنصارا) مع إخبار نوح لهم بالقيامة في قوله (والله أنبتكم من الأرض نباتا ثم يعيدكم فيها ويخرجكم إخراجا).

“Allah bir neçə yerdə qiyamət və bərzəx əzabını bir yerdə qeyd etmişdir. Allah Firon ailəsinin hekayətində bu barədə belə demişdir: “Ali Fironu əzabın pisliyi bürüdü, onlar səhər-axşam oda təqdim edilərlər, O Saat baş verdikdə isə “Ali Fironı əzabın ən ağırına salın!” (, - deyilər)”. Nuhun əhvalatında isə demişdir: "Onlar öz günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar". Bununla yanaşı, daha öncə Nuh onlara qiyamət barədə xəbər vermişdi: “Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Kutub və rəsail və fətava Şeyxul-islam İbn Teymiyyə”, c.4, s.266.

Bu ayənin qəbir əzabınıa dəlalət etdiyini bildirən digər əhli-sünnə alimləri bunlardır:

Sədəddin ət-Təftəzani (vəfatı: h. 791), “Şərhul-məqasid fi elmil-kəlam”, c.2, s.220.

Nizaməddin ən-Nisaburi (vəfatı: h. 728), “Təfsiru ğəraibil-Quran və rəğaibil-Frurqan”, c.1, s.439.

İbn Adil əd-Diməşqi əl-Hənbəli, “əl-Lubab fi ulumil-kitab”, c.3, s.220; c.19, s.220.

Doqquzuncu ayə: Bədr kafirləri ölümdən sonra xaredici əzaba varid olarlar

Ölümdən sonrakı həyat üçün doqquzuncu dəlil bu ayədir:

وَلَوْ تَرى‏ إِذِ الظَّالِمُونَ في‏ غَمَراتِ الْمَوْتِ وَالْمَلائِكَةُ باسِطُوا أَيْديهِمْ أَخْرِجُوا أَنْفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذابَ الْهُونِ بِما كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آياتِهِ تَسْتَكْبِرُونَ. (انعام/93)

“Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: “canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.” (Ənam surəsi, 93-cü ayə)

Əhli-sünnə alimlərinin nəzərinə əsasən bu ayə zalımların ölümdən sonrakı həyatına dəlalət edir. Belə alimlərdən bir neçəsinin sözünü qeyd edirik:

Məhəmməd ibn İsmail əl-Buxari

Əhli-sünnə imamı Buxari öz “Səhih”ində bu ayəni “qəbir əzabı babı”nda zikr etmişdir.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.461.

Hüseyn əl-Bəğəvi

Hüseyn Bəğəvi bu ayəni “Şərhus-sünnə” kitabında “qəbir əzabı babı”nda gətirmişdir.

əl-Hüseyn ibn Məsud əl-Bəğəvi (vəfatı: h. 516), “Şərhus-sünnə”, c.5, s.421.

İbn Həzm Əndəlusi

İbn Həzm “Risalətu fi hukmi mən qalə innə ərvahə əhliş-şiqai muəzzəbətun ilə yəumid-din” kitabında bu ayədən belə nəticə çıxarmışdır ki, zalım insanın canı ölüm anından Qiyamətədək əzab halındadır:

وقال تعالى (ولو ترى إذ الظالمون في غمرات الموت والملائكة باسطو أيديهم أخرجوا أنفسكم اليوم تجزون عذاب الهون) ( الأنعام : 93) فصح أن النفس معذبة كما ترى من حين موتها إلى يوم القيامة دون الأجساد.

“Allah-taala buyurmuşdur: “"Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – (dediklərini) görəydin!”.

Deməli, (ayədən də) gördüyünüz kimi, cəsədin deyil canın ölümündən ta Qiyamət gününədək əzab görməsi doğrudur".

İbn Həzm əl-Əndəlusi (vəfatı: h. 456), “Risalətu fi hukmi mən qalə innə ərvahə əhliş-şiqai muəzzəbətun ilə yəumid-din”, c.3, s.219.

Nizaməddin Nişapuri

O da “Təfsiru ğəraibil-Quran və ğəraibil-Furqan” kitabında bu ayədə “əl-yəum” (bu gün) kəlməsindən məqsəd ölüm anından bərzəx aləminə və Qiyamətədək müddətin olduğunu və bərzəx aləmində insana əzab verildiyini qeyd etmişdir:

(اليوم) يريد وقت الإماتة أو الوقت الممتد الذي يلحقهم فيه العذاب في البرزخ والقيامة (تجزون عذاب الهون).

“Bu gün”, bununla ölüm vaxtı nəzərdə tutulur, yaxud, zalımların əzab gördükləri bərzəxlə qiyamət arasındakı vaxt nəzərdə tutulur, “alçaldıcı əzaba düçar ediləcəksiniz”.

Nizaməddin ən-Nisapuri, “Təfsiru ğəraibil-Quran və ğəraibil-Furqan”, c.3, s.421.

İbn Teymiyyə

İbn Teymiyyə də bu ayəni ölümdən sonra əzabın baş verməsinə dəlil saymış və demişdir:

وقوله ( اليوم تجزون عذاب الهون ) دل على وقوع الجزاء عقب الموت
وقال تعالى في الأنفال (ولو ترى إذ يتوفى الذين كفروا الملائكة يضربون وجوههم وأدبارهم وذوقوا عذاب الحريق ذلك بما قدمت أيديكم وأن الله ليس بظلام للعبيد) وهذا ذوق له بعد الموت.

“Allah-taalanın “Bu gün siz alçaldıcı əzaba düçar olacaqsınız” kəlamı ölümdən sonra cəzanın baş verməsinə dəlalət edir.

Həmçinin, Allah-taala “Ənfal” surəsində buyurur ki: “Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. (Mələklər) onların üzünə və yanlarına vura-vura (deyirdilər:) “Dadın yandırıcı odun əzabını! Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”. Bu, əzab zalımlara öldükdən sonra dadılacaqdır”.

İbn Teymiyyə əl-Hərrani, “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.4, s.267.

İbn Qeyyim əl-Cövziyə

İbn Teymiyyənin şagirdi olan İbn Qəyyim əl-Cövziyə bu ayəni nəql etdikdən sonra yazır:

فقول الملائكة اليوم تجزون عذاب الهون المراد به عذاب البرزخ الذي أوله يوم القبض والموت ونظيره قوله تعالى ولو ترى إذ يتوفى الذين كفروا الملائكة يضربون وجوههم وأدبارهم وذوقوا عذاب الحريق، فهذه الاذاقة هي في البرزخ واولها حين الوفاة.

“Mələklərin “Bu gün alçaldıcı əzaba düçar olacaqsınız” deməsindən məqsəd bərzəx əzabıdır. Bərzəx əzabı canın alınması və ölümün baş verməsi ilə başlayır. Bu ayənin bir bənzəri Allah-taalanın “Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. (Mələklər) onların üzünə və yanlarına vura-vura (deyirdilər:) “Dadın yandırıcı odun əzabını!” kəlamıdır. Bu dadmalar bərzəxdədir və onun başlanğıcı vəfat anıdır”.

İbn Qeyyim əl-Cövziyyə, “Miftahu daris-səadət və mənşur vilayətil-elmi vəl-iradə”, c.1, s.43.

b) Ölümdən sonra həyata dəlalət edən rəvayətlər

Ayələrdən əlavə, insanın ölümdən sonra həyatına dəlalət edən rəvayətlər də vardır. Biz bu hissədə həmin rəvayətlərə işarə edəcəyik:

1. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) yəhudilərin əzaba düçar olarkən etdikləri nalələri qəbirlərin daxilindən eşidirdi

Buxari öz “Səhih”ində “qəbir əzabından sığınmaq babı”nda qeyd etmişdir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) yəhudilərin əzaba düçar olmalarını qəbirlərin daxilindən eşidirdi. Deməli, ölülər həyata malikdirlər ki, əzaba düçar olma səsləri də eşidilir:

حدثنا محمد بن الْمُثَنَّى حدثنا يحيى حدثنا شُعْبَةُ قال حدثني عَوْنُ بن أبي جُحَيْفَةَ عن أبيه عن الْبَرَاءِ بن عَازِبٍ عن أبي أَيُّوبَ رضي الله عَنْهُمْ قال خَرَجَ النبي صلى الله عليه وسلم وقد وَجَبَتْ الشَّمْسُ فَسَمِعَ صَوْتًا فقال يَهُودُ تُعَذَّبُ في قُبُورِهَا وقال النَّضْرُ أخبرنا شُعْبَةُ حدثنا عَوْنٌ سمعت أبي سمعت الْبَرَاءَ عن أبي أَيُّوبَ رضي الله عنهما عن النبي صلى الله عليه وسلم.

“Əbu Əyyub deyib: “(Bir dəfə) Peyğəmbər günəş batdıqdan sonra bir yerə gedirdi. Birdən bir səs eşitdi. Dedi: “Yəhudilərə qəbirlərində əzab verilir...”

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.463, h.1309.

Müslim də “Səhih”ində bu rəvayəti nəql etmişdir:

حدثنا أبو بَكْرِ بن أبي شَيْبَةَ حدثنا وَكِيعٌ ح وحدثنا عُبَيْدُ اللَّهِ بن مُعَاذٍ حدثنا أبي ح وحدثنا محمد بن الْمُثَنَّى وبن بَشَّارٍ قالا حدثنا محمد بن جَعْفَرٍ كلهم عن شُعْبَةَ عن عَوْنِ بن أبي جُحَيْفَةَ ح وحدثني زُهَيْرُ بن حَرْبٍ وَمُحَمَّدُ بن الْمُثَنَّى وبن بَشَّارٍ جميعا عن يحيى الْقَطَّانِ واللفظ لِزُهَيْرٍ حدثنا يحيى بن سَعِيدٍ حدثنا شُعْبَةُ حدثني عَوْنُ بن أبي جُحَيْفَةَ عن أبيه عن الْبَرَاءِ عن أبي أَيُّوبَ قال خَرَجَ رسول اللَّهِ صلى الله عليه وسلم بَعْدَ ما غَرَبَتْ الشَّمْسُ فَسَمِعَ صَوْتًا فقال يَهُودُ تُعَذَّبُ في قُبُورِهَا.

“... Əbu Əyyub demişdir: (Bir dəfə) Allah Rəsulugünəş batdıqdan sonra (bir yerə) gedirdi. Birdən səs eşitdi. Dedi: “Yəhudilərə qəbirlərində əzab verilir.”

Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.4, s.2200, h.2869.

2. Meyitin “Təbarək” surəsini oxuması qəbirin daxilindən eşidilmişdir

Tirmizi altı “səhih” kitabından biri olan “Sünən” kitabında ölünün “Təbarək” surəsini oxumasının qəbrin daxilindən eşidildiyini nəql etmiş, ardınca hədisin mötəbər olduğunu bildirmişdir:

حدثنا محمد بن عبد الْمَلِكِ بن أبي الشَّوَارِبِ حدثنا يحيى بن عَمْرِو بن مَالِكٍ النُّكْرِيُّ عن أبيه عن أبي الْجَوْزَاءِ عن بن عَبَّاسٍ قال ضَرَبَ بَعْضُ أَصْحَابِ النبي صلى الله عليه وسلم خِبَاءَهُ على قَبْرٍ وهو لَا يَحْسِبُ أَنَّهُ قَبْرٌ فإذا فيه إِنْسَانٌ يَقْرَأُ سُورَةَ تَبَارَكَ الذي بيده الْمُلْكُ حتى خَتَمَهَا فَأَتَى النبي صلى الله عليه وسلم فقال يا رَسُولَ اللَّهِ إني ضَرَبْتُ خِبَائِي على قَبْرٍ وأنا لَا أَحْسِبُ أَنَّهُ قَبْرٌ فإذا فيه إِنْسَانٌ يَقْرَأُ سُورَةَ تَبَارَكَ الْمُلْكِ حتى خَتَمَهَا فقال رسول اللَّهِ صلى الله عليه وسلم هِيَ الْمَانِعَةُ هِيَ الْمُنْجِيَةُ تُنْجِيهِ من عَذَابِ الْقَبْرِ.
قال أبو عِيسَى هذا حَدِيثٌ حَسَنٌ غَرِيبٌ من هذا الْوَجْهِ وفي الْبَاب عن أبي هُرَيْرَةَ.

“İbn Abbas deyib: “Peyğəmbərin (sallallahu əleyhi və səlləm) səhabələrindən biri qəbir olduğunu bilmədən bir qəbrin üzərində çadır qurdu. Birdən orada bir insanın “Mülk” surəsini axıradək oxumasını eşitdi. Peyğəmbərin (sallallahu əleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın Rəsulu, mən qəbir olduğunu bilmədən bir qəbir üzərində çadır qurdum. Bu zaman orada bir adamın “Mülk” surəsini axıra qədər oxumasını eşitdim. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: “O (surə), mane olandır; o (surə), nicat verəndir; insana qəbir əzabından nicat verir”.

Əbu İsa (Tirmizi) demişdir: “Bu, bu sənədlə qərib olan həsən hədisdir. Bu babda Əbu Hüreyrədən də hədis nəql olunmuşdur”.

Əbu İsa ət-Tirmizi, “Sünən”, c.5, s.164.

Sənədin mötəbərliyi barədə əhli-sünnə alimlərinin iqrarı

Bu rəvayəti qeyd edən əhli-sünnənin digər alimləri də rəvayətin həsən olmasını açıqlamışlar.

Süyuti yazır ki, Tirmizi rəvayəti gətirmiş və demişdir ki, rəvayət həsəndir. Hakim Nişapuri isə rəvayəti səhih bilmişdir:

وأخرج الترمذي وحسنه والحاكم وصححه والبيهقي عن ابن عباس قال ضرب بعض أصحاب النبي صلى الله عليه وسلم خباءه على قبر وهو لا يحسب انه قبر فإذا فيه إنسان يقرأ سورة الملك حتى ختمها فأتاني النبي صلى الله عليه وسلم فأخبره فقال رسول الله صلى الله عليه وسلم وهي المانعة هي المنجية باب ما وقع في حمراء الاسد من الآيات.

“Tirmizi, Hakim və Beyhəqi İbn Abbasdan belə nəql etmişlər ki (Tirmizi bu hədisi həsən, Hakim isə səhih bilmişdir), Peyğəmbərin (sallallahu əleyhi və səlləm) səhabələrindən biri qəbir olduğunu bilmədən bir qəbrin üzərində çadır qurdu. Birdən orada bir insanın “Mülk” surəsini axıradək oxumasını eşitdi. Peyğəmbərin (sallallahu əleyhi və səlləm) yanına gəlib hadisəni ona xəbər verdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: “O (surə), maneə olandır; o (surə), nicat verəndir; insana qəbir əzabından nicat verir”.

Cəlaləddin əs-Süyuti, “əl-Xəsaisul-kübra”, c.1, s.364.

İşbili Əzdi də Tirmizinin sözünü birinci rəvayətdə nəql etmişdir:

قال أبو عيسى : هذا حديث حسن غريب من هذا الوجه .

“Əbu İsa demişdir: "Bu, bu sənədlə qərib olan həsən hədisdir. Bu babda Əbu Hüreyrədən də hədis nəql olunmuşdur”.

Əbdülhaqq əl-İşbili - İbn Xərrat kimi tanınmışdır - (vəfatı: h. 581), “Əhkamuş-şəriətil-kübra”, c.4, s.34.

Qurtubi yazır:

قال حديث حسن غريب.

“(Tirmizi) demişdir: "Hədis həsən və qərib hədisdir".

Əbu Abdullah əl-Qurtubi, “əl-Cami li-əhkamil-Quran”, c.18, s.205.

İbn Qeyyim deyir:

قال الترمذى هذا حديث حسن غريب.

“Tirmizi demişdir: Bu, həsən və qərib hədisdir”.

İbn Qəyyim əl-Cövziyyə (vəfatı: h. 751), “ər-Ruh fil-kəlami əla ərvahil-əmvat vəl-əhya bid-dəlail minəl-kitabi vəs-sünnə”, c.1, s.80.

Vəhhabilərin imamı olan Məhəmməd ibn Əbdülvəhhab da Tirmizinin bu hədisi nəql edib onu həsən hesab etdiyini demişdir:

وللترمذي وحسنهعن ابن عباس قال:ضرب بعض أصحاب النبي صلى الله عليه وسلم خباءه على قبر ، وهو لا يحسب أنه قبر ، فإذا فيه إنسان يقرأ سورة الملك حتى ختمها ، فأتى النبي صلى الله عليه وسلم فأخبره فقال رسول الله صلى الله عليه وسلم: ' هي المانعة ، هي المنجية ، تنجيه من عذاب القبر ' .

“Tirmizinin İbn Abbasdan nəql edib həsən hesab etdiyi bir hədisdə deyilir: “Peyğəmbərin (sallallahu əleyhi və səlləm) səhabələrindən biri qəbir olduğunu bilmədən bir qəbrin üzərində çadır qurdu. Birdən orada bir insanın “Mülk” surəsini axıradək oxumasını eşitdi. Peyğəmbərin (sallallahu əleyhi və səlləm) yanına gəlib hadisəni ona xəbər verdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: “O (surə), maneə olandır; o (surə), nicat verəndir; insana qəbir əzabından nicat verir”.

Məhəmməd ibn Əbdülvəhhab, “Əhkamu təmənna əl-məvt”, c.1, s.40.

Yuxarıdakı cümlələrdən aydın olur ki, əhli-sünnə alimləri Tirmizinin həsən və Hakimin səhih bilməsinə etimad edərək bu hədisin sənədinin etibarlı olmasına inanmışlar, əgər belə olmasaydı, ona çoxlu şərhlər verərdilər.

3. Peyğəmbər zamanında sözgəzdirənin əzaba düçar olması

Buxarinin “Səhih”ində “87. Babu əzabil-qəbri minəl-ğibəti vəl-bövl” ünvanı altında qəbir əzabı üçün xüsusi bab ayrılmışdır. Əgər qəbir əzabı varsa, deməli, həyat da var:

حدثنا قُتَيْبَةُ حدثنا جَرِيرٌ عن الْأَعْمَشِ عن مُجَاهِدٍ عن طَاوُسٍ قال بن عَبَّاسٍ رضي الله عنهما مَرَّ النبي صلى الله عليه وسلم على قَبْرَيْنِ فقال إِنَّهُمَا لَيُعَذَّبَانِ وما يُعَذَّبَانِ من كَبِيرٍ ثُمَّ قال بَلَى أَمَّا أَحَدُهُمَا فَكَانَ يَسْعَى بِالنَّمِيمَةِ وَأَمَّا أَحَدُهُمَا فَكَانَ لَا يَسْتَتِرُ من بَوْلِهِ قال ثُمَّ أَخَذَ عُودًا رَطْبًا فَكَسَرَهُ بِاثْنَتَيْنِ ثُمَّ غَرَزَ كُلَّ وَاحِدٍ مِنْهُمَا على قَبْرٍ ثُمَّ قال لَعَلَّهُ يُخَفَّفُ عنهما ما لم يَيْبَسَا.

“İbn Abbas deyir: Bir dəfə Peyğəmbər iki qəbrin yanından keçirdi. Bu zaman dedi: “Onlara əzab verilir. Lakin, böyük günaha görə yox (kiçik günahlara görə).” Sonra dedi: “Bəli, birincisinə gəlincə, söz gəzdirər, ikincisi isə sidiyini gizlətməzdi (camaat qarşısında bövl edərdi).”

İbn Abbas deyir: “Bundan sonra Peyğəmbər bir yaş çubuq götürüb iki yerə sındırdı, sonra onların hər birini bir qəbrin üzərinə sancdı. Sonra dedi: Ola bilsin, bunlar yaş olduğu müddətcə onların əzabları yüngülləşdirilsin”.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.464, h.1312.

4. Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) qəbir əzabından pənah aparması

Buxarinin “Səhih”ində qəbir əzabından Allaha pənah aparmaq üçün “Bab ət-təəvvuz min əzabıl-qəbr” adlı xüsusi bir bab vardır. Burada Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) özünün qəbir əzabından Allah-taalaya pənah apardığı nəql olunmuşdur. Bu barədə həmin babdan iki hədis nəql edirik:

Birinci rəvayət:

عن مُوسَى بن عُقْبَةَ قال حَدَّثَتْنِي ابْنَةُ خَالِدِ بن سَعِيدِ بن الْعَاصِ أنها سَمِعَتْ النبي صلى الله عليه وسلم وهو يَتَعَوَّذُ من عَذَابِ الْقَبْرِ.

Musa ibn Uqbə demişdir: “Mənə Xalid ibn Səid ibn əl-Asın qızı danışdı ki, o, Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) qəbir əzabından (Allaha necə) pənah aparmasını eşitmişdir”.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.463, h.1310.

İkinci rəvayət:

عن أبي هُرَيْرَةَ رضي الله عنه قال كان رسول اللَّهِ صلى الله عليه وسلم يَدْعُو اللهم إني أَعُوذُ بِكَ من عَذَابِ الْقَبْرِ وَمِنْ عَذَابِ النَّارِ وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ وَمِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ.

Əbu Hüreyrə deyib: “Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) bu cür dua edərdi: “İlahi, qəbir əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, Məsih Dəccalın fitnəsindən Sənə sığınıram.”

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.463, h.1311.

Bu hədislərdən belə nəticə alırıq ki, qəbirdə əzab varsa, deməli həyat da var. Həyatsız əzab mümkün olmadığına görə, ölümdən sonra həyat mövcud olmalıdır.

5. Qəbirdə meyitdən sual soruşmaq

Hədislərin birində Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qəbirdəki sorğu-sualdan söhbət açdığı və bunu eşidən müsəlmanların nalə çəkib qışqırdıqları bildirilir:

أخبرني عُرْوَةُ بن الزُّبَيْرِ أَنَّهُ سمع أَسْمَاءَ بِنْتَ أبي بَكْرٍ رضي الله عنهما تَقُولُ قام رسول اللَّهِ صلى الله عليه وسلم خَطِيبًا فذكر فِتْنَةَ الْقَبْرِ التي يَفْتَتِنُ فيها الْمَرْءُ فلما ذَكَرَ ذلك ضَجَّ الْمُسْلِمُونَ ضَجَّةً زاد غندر عذاب القبر حق.

“Urvə ibn Zübeyr Əsma bint Əbu Bəkrin belə dediyini eşitmişdir: “Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) xütbə edib insanın imtaha düçar olduğu qəbir imtahanından danışdı. Peyğəmbər bunu danışar-danışmaz müsəlmanlar qiyyə çəkib ağladılar.

Ğundər belə əlavə etmişdir: “Qəbir əzabı haqdır”.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.462, h.1307.

6. Ölülərin qəbirdə əzab çəkmə sədalarının eşidilməsi

Müslim Nişaburi “Səhih”ində qeyd etmişdir ki, ölülərin qəbirdə əzab çəkmə səsləri eşidilir:

عن أَنَسٍ أَنَّ النبي صلى الله عليه وسلم قال لَوْلَا أَنْ لَا تَدَافَنُوا لَدَعَوْتُ اللَّهَ أَنْ يُسْمِعَكُمْ من عَذَابِ الْقَبْرِ.

“Ənəs deyib ki, Peyğəmbər demişdir: “Əgər bir-birinizi dəfn etməyəcəyinizdən qorxmasaydım, Allahdan qəbir əzabını sizə eşitdirməsini istəyərdim”.

Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.4, s.2200, h.2868.

İbn Teymiyyənin ölülərin eşitməsinə dair istidlalı

Hətta İbn Teymiyyə belə, bu rəvayəti ölülərin eşitməsinə dəlil gətirmişdir:

وثبت عنه في الصحيح أنه قال لولا أن لا تدافنوا لسألت الله أن يسمعكم عذاب القبر مثل الذي أسمع وثبت عنه في الصحيح أنه نادى المشركين يوم بدر لما ألقاهم في القليب وقال ما أنتم بأسمع لما أقول منهم والآثار في هذا كثيرة منتشرة والله أعلم .

“Səhihul-Muslim”də Peyğəmbərin belə buyurduğu sübuta yetmişdir: “Əgər bir-birinizi dəfn etməyəcəyiniz (qorxusu) olmasaydı, Allahdan istəyərdim ki, sizə qəbir əzabını eşitdirsin, necə ki, mən eşidirəm”. Həmçinin “Səhih” kitabında nəql olunan bir hədisdə sübuta yetmişdir ki, Peyğəmbər Bədr günü müşrikləri quyuya atdıqdan sonra onları çağırmışdır. Sonra isə (öz səhabələrinə) demişdir ki: “Siz onlardan yaxşı eşidən deyilsiz”. Bu barədə nəql olunan rəvayətlər çoxlu və xeylidir. Allah daha yaxşı bilər”.

İbn Teymiyyə əl-Hərrani, “Kutub və rəsail və fətava Şeyxil-İslam İbn Teymiyyə”, c.4, s.273.

7. Südəmər körpələrin cənnətdəki həyatı

Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) oğlu İbrahimin cənnətdə süd verəni (dayəsi) vardır.

Əhli-sünnə imamı Buxari öz “Səhih”ində Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) belə nəql etmişdir:

الْبَرَاءَ رضي الله عنه قال لَمَّا توفى إِبْرَاهِيمُ عليه السَّلَام قال رسول اللَّهِ صلى الله عليه وسلم إِنَّ له مُرْضِعًا في الْجَنَّةِ.

Bəra demişdir: İbrahim (əleyhissəlam) vəfat etdikdə Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) belə buyurdu: Həqiqətən, cənnətdə onun bir süd verəni vardır.”

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.465, h.1316.

Deməli, həzrət İbrahim diridir və onun ölümdən sonra həyatı vardır.

Bu hökmün bütün müsəlman uşaqlar üçün ümumiliyi

“Səhihul-Buxari”yə şərh verən kəslərin nəzərincə, bu rəvayət yalnız Allah Rəsulunun oğlu İbrahimə məxsus deyil, əksinə, bütün müsəlman uşaqlarına şamildir.

İbn Bəttal Qurtubi yazır:

وعلى هذا القول جمهور علماء المسلمين أن أطفال المسلمين فى الجنة إلا المجبرة ، فإنهم عندهم فى المشيئة ، وهو قول مجهول مردود

“Müsəlman alimlərinin cümhuru müsəlmanların uşaqlarının cənnətdə olacağını demişlər. Təkcə, cəbriyə məzhəbindən başqa. Onların nəzərində bu iş Allahın istəyinə bağlıdır (istəsə cənnətə atar, istəsə cəhənnəmə)”.

İbn Bəttal əl-Bəkri əl-Qurtubi, “Şərhu Səhihil-Buxari”, c.3, s.368.

Bədrəddin Əyni yazır:

إن النبي ، صلى الله عليه وسلم ، أخبر أن لأبنه إبراهيم مرضعا في الجنة ، وهذا يدل على أن أولاد المسلمين الأطفال في الجنة .

“...Peyğəmbər oğlu üçün cənnətdə süd verənin olduğunu xəbər vermişdir. Bu ona dəlalət edir ki, müsəlman uşaqları cənnətdədirlər”.

Bədrəddin əl-Əyni əl-Hənəfi, “Umdətul-qari Şərh Səhihil-Buxari”, c.8, s.211, h.2831.

Ölümdən sonra uşaqların həyatı barədə əhli-sünnənin yekdil fikirdə olması (icması)

Əbu Bəkr Həddadi əhli-sünnə icmasına görə ruhu olan bütün Adəm övladlarının, o cümlədən də uşaqların qəbir aləmində sorğu-sual olunacaqlarını bildirmişdir:

فَإِنْ قِيلَ هَلْ يُسْأَلُ الطِّفْلُ الرَّضِيعُ فَالْجَوَابُ أَنَّ كُلَّ ذِي رُوحٍ مِنْ بَنِي آدَمَ فَإِنَّهُ يُسْأَلُ فِي الْقَبْرِ بِإِجْمَاعِ أَهْلِ السُّنَّةِ لَكِنْ يُلَقِّنُهُ الْمَلَكُ فَيَقُولُ لَهُ مَنْ رَبُّك ثُمَّ يَقُولُ لَهُ قُلْ اللَّهَ رَبِّي ثُمَّ يَقُولُ لَهُ مَا دِينُك ثُمَّ يَقُولُ لَهُ قُلْ دِينِي الْإِسْلَامُ ثُمَّ يَقُولُ لَهُ مَنْ نَبِيُّك ثُمَّ يَقُولُ لَهُ قُلْ نَبِيِّي مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ بَعْضُهُمْ لَا يُلَقِّنُهُ بَلْ يُلْهِمُهُ اللَّهُ حَتَّى يُجِيبَ كَمَا أُلْهِمَ عِيسَى عَلَيْهِ السَّلَامُ فِي الْمَهْدِ.

“Əgər deyilsə ki, südəmər uşaqlar da sorğu-sual olunacaqlarmı, cavab verilər ki, ruhu olan hər bir Adəm övladı əhli-sünnənin icmasına əsasən, qəbirdə sorğu-sual olunacaq. Lakin ona mələk təlqin verəcək. Mələk ona deyəcək ki, “Rəbbin kimdir?”, sonra deyəcək: “De ki, Rəbbim Allahdır”. Sonra deyəcək: “Dinin nədir?” Ardınca deyəcək: “De ki, dinim İslamdır”. Sonra deyəcək: “Peyğəmbərin kimdir?” Ardınca deyəcək: “De ki, peyğəmbərim Məhəmməddir (sallallahu əleyhi və səlləm).” Bəziləri demişlər ki, insana mələk təlqin etməyəcək, əksinə, Allah – beşikdə olduğu vaxt İsaya (əleyhissəlam) ilham etdiyi kimi – insana ilham edəcək və insan cavab verəcək”.

Əbu Bəkr ibn Əli əl-Həddadi əl-Hənəfi, “əl-Cövhərətün-nəyyirətu Şərhu muxtəsəril-Quduri”, c.1, s.398.

8. Bəzi kəslərin mələklərlə birlikdə cənnətdə pərvaz etməsi

Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Cəfər ibn Əbu Talibin Cənnətdə iki qanadla mələklərlə birlikdə pərvaz etdiyini gördüm”. Deməli, Cəfərin şəhid olmasından sonra həyatı vardır:

6464 حدثنا أحمد بن المقدام حدثنا عبد الله بن جعفر المديني وكان خيرا من أبيه إن شاء الله حدثنا العلاء عن أبيه عن أبي هريرة قال قال رسول الله صلى الله عليه وسلم رأيت جعفر بن أبي طالب ملكا يطير مع الملائكة بجناحين في الجنة.

Əbu Hüreyrə deyib: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Cənnətdə Cəfər ibn Əbu Talibi mələk kimi iki qanadla mələklərlə birlikdə uçduğunu gördüm”.

Əbu Yəla əl-Mosuli ət-Təmimi, (vəfatı: h. 307), “əl-Müsnəd”, c.11, s.350.

Bu hədisi Hakim Nisaburi “Müstədrək”də gətirmiş və onun səhih olduğunu demişdir:

أخبرني أحمد بن كامل القاضي ثنا الهيثم بن خلف الدوري ثنا محمد بن المثنى حدثني عبيد الله بن عبد المجيد الحنفي ثنا ربيعة بن كلثوم عن سلمة بن وهرام عن عكرمة عن بن عباس رضي الله عنهما قال قال رسول الله صلى الله عليه وسلم دخلت الجنة البارحة فنظرت فيها فإذا جعفر يطير مع الملائكة وإذا حمزة متكئ على سرير.
صحيح الإسناد ولم يخرجاه هذه أحاديث تركها في الإملاء.

İbn Abbas dedi: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Dünən Cənnətə daxil olub ona nəzər saldım. Bu zaman Cəfərin mələklərlə birlikdə uçduğunu, Həmzənin də çarpayıya söykəndiyini gördüm”.

“Sənədi səhihdir, ancaq Buxari və Müslim bunu nəql etməmişlər...”

Əl-Hakim ən-Nisaburi, “əl-Müstədrək ələs-səhiheyn”, c.3, s.217, h.4890.

Başqa bir yerdə belə nəql etmişdir:

حدثنا أبو محمد المزني ثنا الهيثم بن خلف الدوري ثنا محمد بن المثنى حدثني عبيد الله بن عبد المجيد الحنفي ثنا زمعة بن صالح عن سلمة بن وهرام عن عكرمة عن بن عباس رضي الله عنهما قال قال رسول الله صلى الله عليه وسلم دخلت الجنة البارحة فنظرت فيها فإذا جعفر يطير مع الملائكة وإذا حمزة متكئ على سرير.
هذا حديث صحيح الإسناد ولم يخرجاه.

İbn Abbas dedi: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Dünən Cənnətə daxil olub ona nəzər saldım. Bu zaman Cəfərin mələklərlə birlikdə uçduğunu, Həmzənin də çarpayıya söykəndiyini gördüm.”

“Bu, səhih sənədli hədisdir, ancaq iki Şeyx onu nəql etməmişlər.”

Əl-Hakim ən-Nisaburi, “əl-Müstədrək ələs-səhiheyn”, c.3, s.231, h.4933.

Əhli-sünnə böyükləri aşağıdakı kitablarda bu rəvayəti gətirmişlər:

Şəmsəddin əz-Zəhəbi əş-Şafei (vəfatı: h. 748), “Siyəru əlamin-nübəla”, c.1, s.212.

İbn Kəsir əd-Diməşqi (vəfatı: h. 774), “əs-Sirətun-nəbəviyyə”, c.3, s.467.

Nurəddin əl-Heysəmi (vəfatı: h. 807), “Məcməuz-zəvaid və mənbəul-fəvaid”, c.9, s.273.

İbn Həcər əl-Əsqəlani əş-Şafei (vəfatı: h. 852), “Fəthul-bari Şərhu Səhihil-Buxari”, c.7, s.76.

Bədrəddin əl-Əyni əl-Hənəfi (vəfatı: h. 855), “Umdətul-qari Şərhu Səhihil-Buxari”, c.8, s.22.

əl-Müttəqi əl-Hindi (vəfatı: h. 975), “Kənzül-ummal fi sünənil-əqvali vəl-əfal”, c.5, s.287.

Deməli, bu rəvayətlərə əsasən, həzrət Cəfər ibn Əbu Talib şəhadətdən sonra cənnətdə nemət içində yaşayır. Allahın ona vermiş olduğu iki qanadla mələklərin əhatəsində pərvaz edir. Özü də bu, şəhid olduqdan sonra, həm də Peyğəmbər həyatda ikən baş vermişdir.

9. Həzrət Musa (əleyhissəlam) qəbrində diridir və namaz qılır

Əhli-sünnə imamı Müslim Nisaburi öz “Səhih” kitabında rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) merac gecəsi həzrət Musanı məzarında namaz qılarkən görmüşdür:

أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم قال أَتَيْتُ وفي رِوَايَةِ هَدَّابٍ مَرَرْتُ على مُوسَى لَيْلَةَ أُسْرِيَ بِي عِنْدَ الْكَثِيبِ الْأَحْمَرِ وهو قَائِمٌ يُصَلِّي في قَبْرِهِ.
قال رسول اللَّهِ صلى الله عليه وسلم مَرَرْتُ على مُوسَى وهو يُصَلِّي في قَبْرِهِ وزاد في حديث عِيسَى مَرَرْتُ لَيْلَةَ أُسْرِيَ بِي.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “(Meraca) aparıldığım gecə qırmızı qum təpəsinin yanında Musanın yanına gəldim – Həddabın hədisində: Musanın yanından keçdim –. Bu zaman o, öz məzarında namaz qılırdı”.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Musanın yanından keçirdim, bu zaman o, qəbrində namaz qılırdı”. İsanın hədisində belə bir əlavə vardır: “ (Meraca) aparıldığım gecə Musanın yanında keçirdim...”.

Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.4, s.1845, h.2375.

Bu rəvayət aşağıdakı kitablarda gəlmişdir:

İbn Əbu Şeybə (vəfatı: h. 235), “əl-Kitabul-musənnəf fil-əhadisi vəl-asar”, c.7, s.335.

Əbdürrəzzaq ibn Həmmam Əs-Sənani (vəfatı: h. 211), “əl-Musənnəf”, c.3, s.577.

Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, c.3, s.120.

Əbu Bəkr əl-Bəzzar (vəfatı: h. 292), “əl-Bəhruz-zəxxar” (Müsnədul-Bəzzar), c.14, s.120.

Əhməd ibn Şüeyb ən-Nəsai (vəfatı: h. 303), “əs-Sünənül-kübra”, c.1, s.419.

Əbu Yəla əl-Mosuli ət-Təmimi (vəfatı: h. 307), “Müsnədu Əbi Yəla”, c.7, s.126.

Süyuti: Bu babın rəvayətlətinin mütəvatir olma iddiası

Süyuti yazır:

فأقول حياة النبي صلى الله عليه وسلّم في قبره هو وسائر الأنبياء معلومة عندنا علماً قطعياً لما قام عندنا من الأدلة في ذلك وتواترت [ به ] الأخبار ، وقد ألف البيهقي جزءاً في حياة الأنبياء في قبورهم .

“Deyirəm: Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) vədigər peyğəmbərlərin qəbrilərində diri olmaları – buna dəlalət edən dəlillər və mütəvatir həddə olan hədislər səbəbindən – bizim yanımızda qəti şəkildə məlumdur. Beyhəqi peyğəmbərlərin qəbirlərində diri olmaları ilə bağlı bir kitab yazmışdır”.

Cəlaləddin əs-Süyuti, “əl-Havi lil-fətava”, c.2, s.139.

Əs-Sübki

ومن عقائدنا: أنّ الأنبياء أحياء في قبورهم فأين الموت؟

“Peyğəmbərlərin qəbirlərində diri olmaları bizim əqidəmizdəndir. Elə isə, ölüm haradadır (Peyğəmbərlər necə ölü sayıla bilərlər)?”

Təqiyuddin əs-Sübki, Təbəqatuş-şafiiyyətil-kübra, c.3, s.384.

Əl-Qəstəlani

ولا شك أن حياة الأنبياء عليهم الصلاة والسلام ثابتة معلومة مستمرة ونبينا أفضلهم ، وإذا كان كذلك فينبغي أن تكون حياته أكمل وأتم من حياة سائرهم.

“Heç şübhə yoxdur ki, peyğəmbərlərin (əleyhimus-salatu vəs-səlam) diri olmaları sabit, məlum və davamlıdır. Bizim peyğəmbərimiz onların ən üstünüdür. İndi ki belədir, deməli, onun həyatı başqa peyğəmbərlərin həyatından daha kamil və daha tam olmalıdır”.

Şihabuddin əl-Qəstəlani, “Əl-Məvahibul-ləduniyyə”, c.3, s.413.

Zeyni Dəhlan

Ərəbistanın böyük müftisi Zeyni Dehlan yazır:

وحياة الأنبياء عليهم الصلاة والسلام في قبورهم ثابتة عند أهل السنة بأدلّة كثيرة منها حديث مررت على موسى ليلة أسرى بي يصلى في قبره

“Peyğəmbərlərin (əleyhimus-salatu vəs-səlam)qəbirlərində diri olmaları əhli-sünnə yanında çoxlu dəlillərlə sübuta yetmişdir. Belə dəlillərdən biri “(Meraca) aparıldığım gecə Musanın yanından keçirdim, bu zaman o, öz qəbrində namaz qılırdı” hədisidir”.

Zeyni Dehlan, “Əd-Durərus-səniyyə fir-rəddi ələl-vəhhabiyyə”, s.13.

Nəticə:

Yuxarıdakı ayəvə rəvayətlərə diqqət yetirməklə aydın olur ki, bu dünyadan getdikdən sonra ölülər diridirlər, əhli-sünnə alimlərinin rəyinə əsasən, ölümdən sonrakı həyat təkcə şəhidlərə aid deyil; əksinə, bütün ölülərə şamildir.

10. Qəbir əzabı həqiqətdir

Başqa bir rəvayətdə gəlmişdir ki, Aişə Allah Rəsulundan qəbir əzabı haqqında sual etdikdə həzrət ona belə buyurdu: “Qəbir əzabı haqdır”.

حدثنا عَبْدَانُ أخبرني أبي عن شُعْبَةَ سمعت الْأَشْعَثَ عن أبيه عن مَسْرُوقٍ عن عَائِشَةَ رضي الله عنها أَنَّ يَهُودِيَّةً دَخَلَتْ عليها فَذَكَرَتْ عَذَابَ الْقَبْرِ فقالت لها أَعَاذَكِ الله من عَذَابِ الْقَبْرِ فَسَأَلَتْ عَائِشَةُ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم عن عَذَابِ الْقَبْرِ فقال نعم عَذَابُ الْقَبْرِ حق قالت عَائِشَةُ رضي الله عنها فما رأيت رَسُولَ اللَّهِ صلى الله عليه وسلم بَعْدُ صلى صَلَاةً إلا تَعَوَّذَ من عَذَابِ الْقَبْرِ.

“Bizə Əbdan nəql edib dedi: mənə atam Şubədən nəql edib dedi: Əşəs öz atasından, o da Məsruqdan nəql edib dedi:

Bir yəhudi qadın Aişənin yanına daxil oldu. O, qəbir əzabından danışıb Aişəyə: “Allah səni qəbir əzabından qorusun”, - dedi. Aişə qəbir əzabı ilə bağlı Allah Rəsuluna sual verdi. Peyğəmbər dedi: “Bəli, qəbir əzabı haqdır”. Aişə deyir: O vaxtdan sonra Peyğməbər nə vaxt namaz qılırdısa, (ardınca) qəbir əzabından Allaha pənah aparırdı”.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.462, h.1306.

11. Peyğəmbərlər məzarın daxilində namaz qılırlar

Əbu Yəla öz “Müsnəd”ində rəvayət etmişdir ki, peyğəmbərlər qəbirin daxilində diridirlər və namaz qılırlar:

حدثنا أبو الجهم الأزرق بن علي حدثنا يحيى بن أبي بكير حدثنا المستلم بن سعيد عن الحجاج عن ثابت البناني عن أنس بن مالك قال رسول الله صلى الله عليه وسلم الأنبياء أحياء في قبورهم يصلون.

 

“Ənəs ibn Malik demişdir ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Peyğəmbərlər qəbirlərində diridilər, namaz qılırlar”.

Əbu Yəla əl-Mosuli ət-Təmimi, “əl-Müsnəd”, c.6, s.147, h.3425.

Nurəddin əl-Heysəmi deyir:

رواه أبو يعلى والبزار ورجال أبي يعلى ثقات

“Bunu Əbu Yəla və Bəzzar rəvayət etmişdir, Əbu Yəlanın raviləri siqədirlər”.

Nurəddin əl-Heysəmi, “Məcməuz-zəvaid və mənbəul-fəvaid”, c.8, s.211.

Molla Əli əl-Qari yazır:

وصح خبر ( الأنبياء أحياء في قبورهم ، يصلون )

“Peyğəmbərlər qəbirlərində diridirlər, namaz qılırlar” hədisi səhih hədisdir)”.

Molla Əli əl-Qari (vəfatı: h. 1014), “Mirqatul-məfatih Şərhu mişkatil-məsabih”, c.3, s.415.

Munavi yazır:

وهو حديث صحيح

“Bu, səhih hədisdir”.

Muhəmməd əl-Munavi (vəfatı: h. 1031), “Feyzul-qədir Şərhu əl-Cameis-səğir”, c.3, s.184.

Əlbani də “Silsilətül-əhadisis-səhihə” kitabında (c.2, s.187-189, hədis: 621) bu hədisi səhih bilmişdir.

Rəvayətlərin mütəvatir olması, əhli-sünnə alimlərinin peyğəmbərlərin öldükdən sonra diri olmalarına dair icma etməsi

Əhli-sünnənin görkəmli alimlərindən olan İbn Həcər Heysəmi yazır:

الْإِجْمَاعِ على حَيَاةِ الْأَنْبِيَاءِ كما تَوَاتَرَتْ بِهِ الْأَخْبَارُ .

“İcma peyğəmbərlərin diri olması üzərindədir. Bu barədə nəql olunan xəbərlər mütəvatir həddindədir”.

İbn Həcər əl-Heysəmi (vəfatı: h. 973), “əl-Fətava əl-kübra əl-fiqhiyyə”, c.2, s.135

Deməli, əhli-sünnə böyüklərinin rəyinə əsasən, rəvayət səhihdir və peyğəmbərlərin öldükdən sonra qəbirlərində diri olduqlarını isbat edir.

12. Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) vəfat etdikdən sonra salamın cavabını alır

حدثنا عبد اللَّهِ حدثني أبي ثنا عبد اللَّهِ بن يَزِيدَ ثنا حَيْوَةُ ثنا أبو صَخْرٍ أَنَّ يَزِيدَ بن عبد اللَّهِ بن قُسَيْطٍ أخبره عن أبي هُرَيْرَةَ عن رسول اللَّهِ صلى الله عليه وسلم قال ما من أَحَدٍ يُسَلِّمُ علي الا رَدَّ الله عزوجل إلي روحي حتى أَرُدَّ عليه السَّلاَمَ.

Əbu Hüreyrə Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm)belə buyurduğunu nəql etmişdir: “Kim mənə salam versə, Allah-taala ruhumu mənə qaytarar və mən o şəxsin salamın cavabını qaytararam”.

Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, c.2, s.527.

Bu rəvayət Əbu Davudun “Sünən”ində də (c.2, s.218) gəlmişdir.

Əhli-sünnə alimlərinin hədisin sənədini səhih bilməsi

Əhli-sünnə böyüklərindən olan Nəvəvi bu hədisin səhih olduğunu demişdir:

334 وروينا فيه أيضا بإسناد صحيح عن أبي هريرة أيضا أن رسول الله صلى الله عليه وسلم قال ) ما من أحد يسلم علي إلا رد الله علي روحي حتى أرد عليه السلام .

“Biz səhih sənədlə Əbu Hüreyrədən Peyğəmbərin belə dediyini nəql etmişik: “Kim mənə salam versə, Allah-taala ruhumu mənə qaytarar və mən o şəxsin salamın cavabını qaytararam”...”

Muhyiddin ən-Nəvəvi əş-Şafei (vəfatı: h. 676), “əl-Əzkarul-muntəxəbətu min kəlami Seyyidil-əbrar”, c.1, s.66.

Mühyiddin ən-Nəvəvi yazır:

رواه أبو داود بإسناد صحيح

“Bunu Əbu Davud səhih sənədlə rəvayət etmişdir”.

Muhyiddin ən-Nəvəvi əş-Şafei (vəfatı: h. 676), “Riyazus-salehin min kəlami Seyyidil-mursəlin”, c.1, s.255; “əl-Məcmu”, c.8, s.200; “Xulasətul-əhkam fi muhimmatis-sünəni və qəvaidil-İslam”, c.1, s.441.

İbn Teymiyyə yazır:

وهذا الحديث على شرط مسلم

“Bu hədis Müslimin şərtinə uyğundur”.

İbn Teymiyyə əl-Hərrani, “İqtiza əs-siratil-mustəqim limuxalifəti əshabil-cəhim”, c.1, s.324.

وعلى هذا الحديث اعتمد الأئمة في السلام عليه عند قبره صلوات الله وسلامه عليه

“Peyğəmbərinn (salavatullahi və səlamuhu əleyh) qəbri kənarında ona salam vermək barədə (əhli-sünnə) imamlar(ı) bu hədisə etimad etmişlər”.

İbn Teymiyyə əl-Hərrani, “Qaidətun cəlilə fit-təvəssüli vəl-vəsilə”, c.1, s.71.

İbn əl-Müləqqin yazır:

قلت : رواه أبو داود ( 1350 ) بإسناد جيد

“Onu Əbu Davud “ceyyid” sənədlə rəvayət etmişdir (1350)”.

İbn əl-Müləqqin əş-Şafei (vəfatı: h. 804), “əl-Bədrul-munir fi təxricil-əhadis vəl-asaril-vaqiə fiş-şərhil-kəbir”, c.5, s.290.

Digər kitabında isə deyir:

رواه أبو داود بإسناد على شرط الصحيح

“Onu Əbu Davud “Səhih”in şərtinə əsasən olan bir sənədlə rəvayət etmişdir”.

İbn əl-Müləqqin əş-Şafei (vəfatı: h. 804), “Tuhəful-muhtac ilə ədillətil-minhac, c.2, s.190.

İbn Həcər əl-Əsqəlani deyir:

ورواته ثقات

“Onun raviləri siqədirlər”.

İbn Həcər əl-Əsqəlani əş-Şafei, “Fəthul-bari Şərhu Səhihil-Buxari”, c.6, s.488.

Əş-Şirbini əl-Xətib əş-Şafei:

رواه أبو داود بإسناد صحيح

“Onu Əbu Davud səhih sənədlə rəvayət etmişdir”.

Əş-Şirbini əl-Xətib əş-Şafei, (vəfatı: h. 977), “Muğnil-minhac ilə mərifəti məani əlfazil-minhac”, c.1, s.512.

Əz-Zurqani:

أخرجه أبو داود ورجاله ثقات

“Əbu Davud onu nəql etmişdir və raviləri siqədir”.

Muhəmməd ibn Əbdülbaqi əz-Zurqani (vəfatı: h. 1122), “Şərhuz-Zurqani əla müvəttəil-İmami Malik”, c.4, s.357.

Əhli-sünnə alimləri: Bu rəvayətdən Peyğəmbərin həyatının davamlı olması nəticəsi əldə edilir

Əhli-sünnə böyüklərindən olan Süyuti yazır ki, bu rəvayət Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) həyatının davamlı olduğunu sübut edir:

روينا في الترمذي قال : قال رسول الله صلى الله عليه وسلّم : ( ما من أحد يسلم علي إلا رد الله علي روحي حتى أرد عليه السلام ) يؤخذ من هذا الحديث أن النبي صلى الله عليه وسلّم حي على الدوام وذلك أنه محال عادة أن يخلو الوجود كله من واحد مسلم على النبي صلى الله عليه وسلّم في ليل أو نهار فإن قلت : قوله عليه السلام : (إلا رد الله إلي روحي) لا يلتئم مع كونه حياً على الدوام بل يلزم منه أن تتعدد حياته ووفاته في أقل من ساعة إذ الوجود لا يخلو من مسلم يسلم عليه كما تقدم بل يتعدد السلام عليه في الساعة الواحدة كثيراً . فالجواب :والله أعلم أن يقال:المراد بالروح هنا النطق مجازاً فكأنه قال عليه السلام إلا رد الله إلي نطقي وهو حي على الدوام

“Tirmizinin kitabında belə nəql olunur: “Kim mənə salam versə, Allah-taala ruhumu mənə qaytarar və mən o şəxsin salamın cavabını qaytararam”. Bu hədisdən Peyğəmbərin davamlı olaraq diri olduğu nəticəsi əldə edilir. Ona görə ki, bütün varlıq aləmində gecə və ya gündüz ərzində Peyğəmbərə salam verən bircə nəfərin belə olmaması mümkünsüzdür (əksinə, hər gecə-gündüz ərzində ona salam verənlər olur, dolayısı ilə o, hər gün diridir).

Əgər desən ki, Peyğəmbərin “Allah-taala ruhumu mənə qaytarar sözü” onun davamlı olaraq diri olması ilə uyğun gəlmir, əksinə, bu sözdən belə nəticə çıxır ki, peyğəmbər bir saatdan az bir müddət ərzində bir neçə dəfə dirilib vəfat edir; çünki daha öncə də deyildiyi kimi, aləmdə ona salam verən bir kəsin olmaması mümkünsüzdür, əksinə, bir saatın içində ona çoxlu salamlar verilir (dolayısı ilə də, hədisdən Peyğəmbərin ona salam verildiyi vaxt diri, salam verilmədiyi vaxt diri olmadığı başa düşüldüyü üçün, Peyğəmbərin bəzi vaxtlar diri, bəzi vaxtlar isə ölü olduğunu demək məcburiyyətindəyik), – Allah daha yaxşı bilər, amma buna cavab olaraq belə deyərik ki:

Hədisdəki “ruh”dan məqsəd nitqdir. Ruh sözü məcazi mənada işlənmişdir. Sanki Peyğəmbər demək istəmişdir ki, kim mənə salam versə, Allah mənim nitqimi özümə qaytarar. Yoxsa ki, o, həmişə diridir”.

Cəlaləddin əs-Süyuti, “Əl-Havi lil-fətava”, c.2, s.143.

Bu nəticəyə gələn digər alimlər:

əs-Salehi əş-Şami, “Subulul-hüda vər-rəşad fi sirəti xeyril-ibad”, c.12, s.364.

Muhəmməd əl-Munavi, “Feyzul-qədir Şərhu əl-cameis-səğir”. C.5, s.467.

Şəmsəddin əs-Səxavi, “əl-Qovlul-bədi fis-səlati ələl-həbibiş-şəfi”, s.243.

Deməli, bu hədisə əsasən, həzrət Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) həyata malikdir və qəbirdən müsəlmanların salamının cavabını verir.

Müsəlmanlar hər namazda Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm)“əs-Səlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh”, – deyə xitab edərək salam verirlər. Hətta Ərəbistanın müftilər komitəsi də buna fətva vermişdir. Vəhhabi ideologiyasının "toxumsəpən"lərindən biri olan İbn Teymiyyə də salamın səs eşidə bilən bir kəsə ünvanlandığını demişdir.

Ərəbistanın müftilər komitəsinin namazın təşəhhüd və salamının forması mövzusunda verdiyi cavab belədir:

صفة التشهد الذي كان يقوله رسول الله ( ص ) في صلاته ويأمر أصحابه بها هي ما أخرجه الشيخان في الصحيحين عن عبد اللّه بن مسعود رضي الله عنه قال : علمني رسول الله (ص) كفي بين كفيه كما يعلمني السورة من القرآن التحيات لله والصلوات والطيبات السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله.
وهذا هو الأصح لأن النبي ( ص ) علمه أصحابه ولم يقل إذا مت فقولوا السلام على النبي .

“Allah Rəsulunun dediyi və əshabına göstəriş verdiyiyi təşəhhüdün forması iki şeyxin iki “Səhih” kitabında Abdullah ibn Məsuddan nəql etdikləri formadır. Abdullah demişdir ki: “Allah Rəsulu Quran surəsini mənə öyrətdiyi kimi, əlim onun əllərinin içində olduğu halda, təşəhhüdü də mənə öyrətdi. Təşəhhüd belədir: “Salamlar, salavatlar və paklıqlar Allaha məxsusdur. Salam olsun sənə, ey Peyğəmbər! Allahın rəhməti və bərəkəti üzərinə olsun! Bizə və Allahın saleh bəndələrinə salam olsun! Allahdan başqa ilah olmadığına və Muhəmmədin onun qulu və elçisi olduğuna şəhadət verirəm.”

Səhih olan məhz budur. Çünki, Peyğəmbər bunu öz səhabələrinə öyrətmiş və onlara “mən öldükdən sonra, “Peyğəmbərə salam olsun” (üçüncü şəxs formasında), - deyərsiniz”, - deməmişdir.”

Fətava əl-Ləcnəti əd-daiməti lil-buhusil-elmiyyəti vəl-ifta, c.7, s.7, fətva: 6035.

http://www.alifta.net/Fatawa/FatawaChapters.aspx?View=Page&PageID=2195&PageNo=1&BookID=3

İbn Teymiyyə deyir:

وقد ثبت عنه فى الصحيحين من غير وجه أنه كان يأمر بالسلام على أهل القبور ويقول ( قولوا السلام عليكم أهل الديار من المؤمنين والمسلمين وانا ان شاء الله بكم لاحقون ويرحم الله المستقدمين منا ومنكم والمستأخرين نسأل الله لنا ولكم العافية اللهم لا تحرمنا أجرهم ولا تفتنا بعدهم واغفر لنا ولهم ، فهذا خطاب لهم وإنما يخاطب من يسمع

“İki “Səhih” kitabda müxtəlif yollarla nəql olunmuşdur ki, Peyğəmbər qəbir əhlinə bu şəkildə salam verməyi əmr edərmiş: : “Salam olsun sizə, ey (bu) diyarın mömin və müsəlmanlar diyarının sakinləri! Biz də, Allah qoysa, sizə qoşulacağıq. Allah bizdən qabaqkılara və sonra gələnlərə rəhmət etsin. Allahdan özümüz və sizin üçün salamatlıq diləyirik. İlahi, bizi onların mükafatından məhrum etmə, bizi onlardan sonra fitnəyə düçar etmə, bizi və onları bağışla!”. Bu xitab ölülərə ünvanlanmışdır və yalnız eşidən kəslərə xitab edilər”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Kutubu və rəsailu və fətava Şeyxil-İslam İbn Teymiyyə”, c.24, s.363.

13. Müsəlmanların Peyğəmbərə salavat göndərmələri qəbirdə ona göstərilir

Buxarinin ustadı İbn Əbu Şeybənin müsənnəfində, “Müsnədu Əhməd”də, “Sünənud-Darəmi”də, “Sünənu Əbi Davud”da, “Sünənu İbn Macə”də, “Sünənu Nəsai”də və başqa kitablarda belə nəql olunmuşdur:

حدثنا حُسَيْنُ بن عَلِيٍّ عن عبد الرحمن بن جَابِرٍ عن أبي الأَشْعَثِ الصَّنْعَانِيِّ عن أَوْسِ بن أَوْسٍ قال قال رسول اللهِ صلى الله عليه وسلم ان من أَفْضَلِ أَيَّامِكُمْ يوم الْجُمُعَةِ فيه خُلِقَ آدَم وَفِيهِ النَّفْخَةُ وَفِيهِ الصَّعْقَةُ فاكثروا عَلَيَّ من الصَّلاَة فيه فإن صَلَاتَكُمْ مَعْرُوضَةٌ عَلَيَّ فقال رَجُلٌ يا رَسُولَ اللهِ كَيْفَ تُعْرَضُ صَلَاتُنَا عَلَيْكَ وقد أَرَمْتَ يعني بَلِيتَ فقال إنَّ اللَّهَ حَرَّمَ على الأَرْضِ أَنْ تَأْكُلَ أَجْسَادَ الأَنْبِيَاءِ

“Əvs ibn Əvs demişdir: "Allah Rəsulu buyurmuşdur: "Günlərinizin ən üstünü cümə günüdür; bu gündə Adəm xəlq olub, bu gündə (sura) üfürülmə və insanların hamısının yıxılıb ölməsi baş verəcək. Buna görə də cümə günü mənə çoxlu salavat deyin. Çünki sizin salavatınız mənə təqdim edilir". Bir nəfər dedi ki, “ey Allahın Rəsulu, bəs sən çürüyüb aradan getdiyində (vəfat etdiyində) bizim salavatımız sənə necə təqdim ediləcək?” Peyğəmbər buyurdu: Allah taala yerə peyğəmbərlərin cəsədini yeməyi haram etmişdir".

İbn Əbi Şeybə (vəfatı: h. 235), “əl-Kitabul-müsənnəf fi əhadisi vəl-asar”, c.2, s.253; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, c.4, s.8; Abdullah ibn Əbdürrəhman əd-Darəmi, Sünən”, c.1, s.445; Əbu Davud əs-Sicistani, “Sünən”, c.1, s.275; İbn Macə əl-Qəzvini, “Sünən”, c.1, s.345; Əhməd ibn Şüeyb ən-Nəsai, “əs-Sünənu əl-Kübra”, c.1, s.519.

Əhli-sünnə alimlərinin hədisi səhih bilməsi

Hakim ən-Nisaburi:

هذا حديث صحيح على شرط الشيخين ولم يخرجاه

“Bu hədis iki şeyxin şərtinə əsasən səhihdir, ancaq onlar onu nəql etməmişlər”.

Əl-Hakim ən-Nisaburi, “əl-Müstədrək ələs-səhiheyn”, c.4, s.604.

Şəmsəddin əz-Zəhəbi:

على شرط البخاري ومسلم

“Bu hədis Buxari və Müslimin şərtinə əsasəndir (yəni, səhihdir)”.

“Əl-Müstədrək ələs-səhiheyn lilhakim məə təliqat əz-Zəhəbi fit-təxlis, c.4, s.604.

Nasiruddin əl-Əlbani:

وإسناده صحيح وأخرجه أبو داود ( رقم 1047 و 1531 ) والنسائي ( 1 / 203 - 204 ) والدارمي ( 1 / 369 ) وابن ماجه ( رقم1085و1636 ) والحاكم ( 1 / 278 ) وأحمد ( 4 / 8 )

“Sənədi səhihdir; onu Əbu Davud (№1047 və 1531), ən-Nəsai (1/203-204), əd-Darəmi (1/369), İbn Macə (№1085 və 1636), əl-Hakim (1/278) və Əhməd (4/8) nəql etmişdir”.

Nasiruddin əl-Əlbani, İrvaul-ğəlil, c.1, s.34-35; Silsilətul-əhadisis-səhihə, s.4, s.32.

Mühyiddin ən-Nəvəvi:

حديث أوس بن أوس هذا صحيح ، رواه أبو داود والنسائي وغيرهما بأسانيد صحيحة

“Əvs ibn Əvsin bu hədisi səhihdir; onu Əbu Davud, ən-Nəsai və başqaları səhih sənədlərlə rəvayət etmişlər”.

Mühyiddin ən-Nəvəvi əş-Şafei, “əl-Məcmu”, c.4, s.469.

رواه أبو داود بإسناد صحيح

“Onu Əbu Davud səhih sənədlə rəvayət etmişdir”.

Muhyiddin ən-Nəvəvi əş-Şafei, “Riyazus-salehin min kəlami Seyyidil-mursəlin”, c.1, s.221.

İbn əl-Qəyyim əl-Cəvziyyə:

إسناده صحيح

“Sənədi səhihdir”.

İbn əl-Qəyyim əl-Cəvziyyə, “Cəlaul-əfhami fi fəzlis-səlati əla Muhəmməd xeyril-ənam”, c.1, s.80.

İbn Həcər əl-Əsqəlani:

سنده صحيح

“Sənədi səhihdir”.

İbn Həcər əl-Əsqəlani əş-Şafei, “Fəthul-bari Şərh səhihil-Buxari”, c.6, s.488.

Zəkəriyya əş-Şafei:

رَوَاهُ أبو دَاوُد وَغَيْرُهُ بِأَسَانِيدَ صَحِيحَةٍ

“Onu Əbu Davud və başqaları səhih sənədlərlə rəvayət etmişlər”.

Zəkəriyya əl-Ənsari əş-Şafei, “Əsnəl-mətalib fi şərh rəvzət-talib”, c.1, s.268.

Əs-Salehi əş-Şami

وروى ابن ماجة - برجال ثقات

“İbn Macə siqə ravilərlərəvayət etmişdir”.

Əs-Salehi Əş-Şami, “Subulul-hüda vər-rəşadi fi sirəti xeyril-ibad”, c.12, s.444.

Əş-Şirbini

رواه أبو داود وغيره بأسانيد صحيحة

“Onu Əbu Davud və başqaları səhih sənədlərlə rəvayət etmişdir”.

Əş-Şirbini əl-Xətib əş-Şafei, “Muğnil-muhtac ilə mərifəti məani əlfazil-minhac”, c.1, s.295.

Deməli, bu səhih rəvayətə əsasən sübuta yetir ki, müsəlmanların salavatı Peyğəmbərə göstərilir və həzrət onu dərk edir. Üstəlik,, həzrətin bədəni də qəbirdə salamat qalır. Görəsən, bu, həyat deyil də bəs nədir?!

Страница 6 из 7«234567»
Рейтинг

В этом разделе