»»

Ölülər eşidir və cavab verə bilirlərmi?

  1. Müqəddimə
  2. Bu təfəkkürün tarixi kökü
  3. Vəhhabilərin dəlilləri və onların tənqidi analizi
  4. Ölülər eşitmək qüdrətinə malik olmaqdan əlavə, həm də dirilərə cavab verə bilərlər
  5. Dirilərin əhvalından ölülərin xəbərdar olması, maddi aləmi eşitmək və görməklə bağlı dəlillər
  6. Ölümdən sonra həyatın dəlilləri
  7. Ölülərin eşitməsi barədə əhli-sünnə alimlərinin nəzəri

VƏHHABİLƏRİN DƏLİLLƏRİ VƏ ONLARIN TƏNQİDİ ANALİZİ

Birinci hissədə sələfilərin (vəhhabilərin) Qurandan gətirdikləri dəlili qeyd edib, sonra onların istidlalına tənqidi baxış keçirəcəyik:

Bu nəzəriyyənin dəlillərinin araşdırılması

Bu nəzəriyyəyə inananlar Quranın aşağıdakı ayələrinə istinad edirlər:

فَإِنَّكَ لاَ تُسْمِعُ الْمَوْتَى وَلاَ تُسْمِعُ الصُّمَّ الدُّعَآءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ

“Şübhəsiz, sən ölülərə (heç nəyi) eşitdirə bilməzsən, öz dəvətini arxa çevirib, dönüb gedən karlara yetirə bilməzsən”. (Rum surəsi, 52-ci ayə)

 

وَما يَسْتَوِى الْأَحْيَآءُ وَلاَ الْأَمْوَاتُ إِنَّ اللّه‏َ يُسْمِعُ مَن يَشَآءُ وَما أَنتَ بِمُسْمِعٍ مَن فِي الْقُبُورِ

“Və dirilər ilə də ölülər eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən”. (Fatir surəsi, 22-ci ayə)

Aişənin bu ayəni dəlil gətirməsi və daha sonra öz fikrindən daşınması

Əhli-sünnə alimləri Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) həyat yoldaşı Aişənin bu ayəni ölülərin eşitməməsinə dəlil gətirməsini nəql etmişlər:

و احتجاج عائشة رضي الله عنها بقوله تعالى : وما أنت بمسمع من في القبور

“Aişənin (Allah ondan razı olsun) Allah-taalanın “Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən” kəlamını dəlil gətirməsi.

Əs-Salehi əş-Şami (vəfatı: h. 942), “Subulul-huda vər-rəşad fi sirəti xeyril-ibad”, c.4, s.85; Məhəmməd ibn Əhməd əl-Qurtubi (vəfatı: h. 671), “əl-Cami li-əhkamil-Quran”, c.13, s.232; Əbdürrəhman ibn Abdullah əs-Suheyli (vəfatı: h. 581), “ər-Rəvzul-unuf şərhu sirəti seyyidi vələdi Adəm və xatəmil-mursəlinə Muhəmməd (s), c.3, s.85; Kəmaləddin əs-Sivasi əl-Hənəfi (vəfatı: h. 681), “Şərhu fəthil-qədir”, c.2, s.104; İbn Abidin əl-Hənəfi (vəfatı: h. 1252), “Haşiyətu rəddil-muxtar ələd-durril-muxtar şərh tənviril-əbsar fiqhi Əbu Hənifə”, c.3, s.836; Numan ibn Mahmud əl-Alusi (vəfatı: h. 1317), “əl-Ayatul-bəyyinatu fi ədəmi simail-əmvati əla məzhəbil-hənəfiyyətis-sadat”, c.1, s.14.

Ancaq İbn Həcər əl-Əsqəlani “Fəthul-bari” kitabında yazır ki, Aişə bu fikirindən dönmüşdür:

فكأنها رجعت عن الإنكار لما ثبت عندها من رواية هؤلاء الصحابة لكونها لم تشهد القصة.

“Sanki Aişə bu səhabələrin rəvayəti onun yanında sübuta yetdikdən sonra – hadisəyə (şəxsən) şahid olmaması səbəbindən – inkarından dönmüşdür”.

İbn Həcər əl-Əsqəlani əş-Şafei (vəfatı: h. 852), “Fəthul-bari şərhi səhihil-Buxari”, c.7, s.304

Digər mənbələr:

Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “Şərhus-Süyuti li-sünənin-Nəsai”, c.4, s.11; əs-Salehi əş-Şami (vəfatı: h. 942), “Subulul-huda vər-rəşad fi sirəti xeyril-ibad”, c.4, s.85; Həmd ibn Nasir ət-Təmimi əl-Hənbəli (vəfatı: h. 1225), “əl-Fəvakihul-izab fir-rəddi əla mən ləm yəhkum əs-sünnətə vəl-kitab”, c.6, s.200; Muhəmməd əl-Əmin əş-Şənqiti (vəfatı: h. 1393), “Əzvaul-bəyani fi izahil-Qurani bil-Quran”, c.6, s.135.

Hətta bu fikirdən dönməmiş olsa belə, əhli-sünnə alimləri onun bu ayəni sübut gətirməsini rədd olunan hesab edirlər.

Həmd ibn Nasir əl-Hənbəli yazır:

وقد رأيته أخرج عن صحابيين جليلين هما : ابن عمر ، وأبو طلحة ، تصريح النبي - صلى الله عليه وسلم - بأن أولئك الموتى يسمعون ما يقول لهم ، ورد عائشة لرواية ابن عمر بما فهمت من القرآن مردود ، كما سترى إيضاحه إن شاء الله تعالى

“Mən Buxarinin iki böyük səhabə İbn Ömər və Əbu Təlhədən Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) ölülərin eşitdiyini bildirdiyini nəql etdiyini görmüşəm. Aişənin Qurandan çıxardığı nəticəyə görə İbn Ömərin hədisini rədd etməsi qeyri-məqbul bir işdir. Necə ki, daha sonra bunun izahını görəcəksiniz, inşallah”.

Həmd ibn Nasir ət-Təmimi əl-Hənbəli (vəfatı: h. 1225), “əl-Fəvakihul-izab fir-rəddi əla mən ləm yəhkum əs-sünnətə vəl-kitab”, c.6, s.235.

Muhəmməd əl-Əmin əl-Şənqiti yazır:

تصريح النبيّ صلى الله عليه وسلم بأن أُولئك الموتى يسمعون ما يقول لهم ، وردّ عائشة لرواية ابن عمر بما فهمت من القرءان مردود ، كما سترى إيضاحه إن شاء اللَّه تعالى

(Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) ölülərin onlara deyiləni eşitdiklərini bildirmişdir. Aişənin Qurandan çıxardığı nəticəyə görə İbn Ömərin hədisini rədd etməsi qeyri-məqbul bir işdir. Necə ki, daha sonra bunun izahını görəcəksiniz, inşallah”.

Muhəmməd əl-Əmin əş-Şənqiti (vəfatı: h. 1393), “Əzvaul-bəyani fi izahil-Qurani bil-Quran, c.6, s.130.

Bu ayə ilə əlaqədar əhli-sünnə alimlərinin cavabı

Əhli-sünnə alimləri vəhhabilərin sübut kimi gətirdikləri ayələrlə əlaqədar bir neçə cavab sərgiləmişlər. Bu hissədə biz onlara işarə edəcəyik:

a) Ayələrdən heç biri ölülərin eşitməməsini dəqiq surətdə göstərmir:

Həmd ibn Nasir əl-Hənbəli yazır:

وأنه ليس في القرآن ما ينفي السماع الثابت للموتى في الأحاديث الصحيحة
وإذا علمت به أن القرآن ليس فيه ما ينفي السماع المذكور ، علمت أنه ثابت بالنص الصحيح ، من غير معارض .

“Doğrusu, Quranda səhih hədislərdə ölülər üçün sübuta yetən eşitməni rədd edən bir şey yoxdur.

İndi ki, Quranda qeyd edilmiş eşitməni rədd edən bir şey yoxdur, deməli, ölülərin eşitməsi səhih nəss vasitəsilə sübuta yetmiş olur və o, Quranla ziddiyyət təşkil etmir.”

Həmd ibn Nasir ət-Təmimi əl-Hənbəli (vəfatı: h. 1225), “əl-Fəvakihul-izab fir-rəddi əla mən ləm yəhkum əs-sünnətə vəl-kitab”, c.6, s.139.

Yəni, Quranda ölülərin eşidib-eşitməməsi barədə deyilən ayələr ölülərin eşitmə qabiliyyətindən məhrum olduqları anlamına gəlmir. (Müt.)

b) Ayədə dirilərin ölüləri eşitdirmək bacarığına malik olmaması deyilərkən, dirilərin Allahdan müstəqil şəkildə ölüləri eşitdirmək bacarığına malik olmamaları nəzərdə tutulmuşdur.

Əllamə Alusi yazır:

«وما أنت بمسمع من في القبور» ترشيح لتمثيل المصرين على الكفر بالأموات وأشباع في إقناطه عليه الصلاة والسلام من إيمانهم والباء مزيدة للتأكيد أي وما أنت مسمع والمراد بالسماع هنا ما أريد به في سابقه ولا يأبى إرادة السماع المعروف ماورد في حديث القليب لأن المراد نفي الأسماع بطريق العادة وما في الحديث من باب «وما رميت إذ رميت ولكن الله رمى» وإلى هذا ذهب البعض وقد مر الكلام في ذلك فلا تغفل.

“Sən əsla qəbirdə olanları eşitdirə bilməzsən”. Bu cümlə (daha öncəki cümlədə) küfrdə inad edən şəxslərin ölülərə bənzədilməsinin ardınca deyilmiş bir “tərşih”dir (əd. tərşih: birinci bənzətməyə müvafiq ikinci bənzətmənin edilməsi). Daha öncəki cümlədə küfrdə israr edənlər ölülərə bənzədilmişdir (bununla birinci bənzətmə edilmişdir), sonrakı cümlə olan bu cümlədə isə ölünün eşidə bilməyəcəyi deyilmişdir (bununla da ikinci bənzətmə edilmişdir. Dolayısı ilə, küfrdə israr edənlərin yola gəlməyəcəyi bildirilmişdir. [Red.]). Həmçinin, bu cümlədə Peyğəmbərə (ona salam və salavat olsun) küfrdə israr edən şəxslərin iman gətirmələrindən ümidini üzməzi məsləhət görülmüşdür. Buradakı “bə” təkid üçün artırılmışdır.

Bu cümlədəki “eşitdirmək”, daha əvvəlki cümlədəki “eşitdirmək” ilə eyni mənadadır (Zəməxşəri əvvəlki cümlədəki “eşitdirmək”i belə izah etmişdir: “Allah dilədiyini eşitdirər”, yəni, Allah dilədiyi ölünü səsləri eşitməyə qabil edər. [Red.]).

Bu ayədə deyilənlər “quyu” hədisində* deyilənlərlə ziddiyyət təşkil etmir. Çünki, ayədə ölülərin təbii yolla eşitdirilməsi inkar edilmişdir (Allahın izni ilə eşitdirilməsi deyil). Quyu hədisində deyilənlər “(Oxu) atdığın zaman sən atmadın, Allah atdı!” ayəsində deyilən növdəndir. Bəzi alimlər də məhz bu nəzəri qəbul etmişlər. Bu barədə daha öncə danışıldı. Elə isə, diqqətsizlik etmə”.
____________________________

* “Səhihul-Buxari” və s. kitablarda Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alihi və səlləm) Bədr döyüşündə öldürülən şəxslərin cəsədlərinin yığıldığı quyunun başına gəlib ölü müşriklərlə danışdığı, bunun ardınca bəzi səhabələrin, “ey Allahın Rəsulu, ölü şəxslərlə danışırsan?!”, - dediyi, Peyğəmbəri-Əkrəmin də “siz onlardan daha yaxşı eşitmirsiniz, lakin onlar cavab verə bilmirlər”, - deyə cavab verdiyi nəql olunmuşdur. Zəməxşəri demək istəyir ki, bu hədisdə deyilənlər ayədəki “Sən əsla qəbirdə olanları eşitdirə bilməzsən” fikri ilə ziddiyyət təşkil etmir. Çünki ayədə insanın Allahdan müstəqil şəkildə ölüləri eşitdirməsi nəzərdə tutulmuşdur. Belə bir şey, şübhəsiz ki, bütün bəşərin qüdrəti xaricindədir. İnsan danışdığı zaman ölülərin onu eşitməsi, yalnız Allah-taalanın izn və qüdrəti ilə baş verir. [Red.]

Şihabəddin əl-Alusi əl-Bağdadi (vəfatı: h. 1270), Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani, c.22, s.186.

Dəlil gətirərək izah etmə

Qurani-Kərimdə bir çox ayələr bu şəkildə gəlmişdir; bu növ ayələr insanlara səbəblərin səbəbinin Allah-taala olduğunu başa salmaq məqsədi daşıyır. Məsələn, bir ayədə deyilir:

أَفَرَأَيْتُمْ ما تَحْرُثُونَ أَأَنْتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ

“Heç əkdiyinizi görmüsünüz? Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?” (Vaqiə surəsi, 63-64-cü ayə.)

Bu ayələrdə əkin Allaha nisbət verilmişdir. Lakin hamıya məlumdur ki, əkinçiliyi əkinçi icra edir. Bəs niyə bu ayədə əkinçilik Allahla əlaqələndirilmişdir? Cavab budur ki, Allah-taala əsl səbəbin Özü olduğunu başa salmaq istəmişdir. Əkinçiyə qüdrət verən məhz Odur. Başqa bir ayədə isə deyilir:

فَلَمْ تَقْتُلُوهُمْ وَ لكِنَّ اللَّهَ قَتَلَهُمْ وَ ما رَمَيْتَ إِذْ رَمَيْتَ وَ لكِنَّ اللَّهَ رَمى‏ وَ لِيُبْلِيَ الْمُؤْمِنينَ مِنْهُ بَلاءً حَسَناً إِنَّ اللَّهَ سَميعٌ عَليمٌ.

“Buna görə də, (bilin ki,) onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən (onlara tərəf ox və daş) atan zaman sən atmadın, Allah atdı (düşməni məğlub etmək) və möminləri yaxşı sınamaq (yaxud onlara gözəl qələbə neməti vermək) üçün! Həqiqətən Allah eşidən və biləndir.” (Ənfal surəsi, 17-ci ayə)

Bu ayədə Allah-taala kafirləri öldürmək, hətta onlara tərəf ox atmağı belə Özünə nisbət verir, halbuki açıq-aydın bilinir ki, oxu müsəlmanlar atırdılar. Deməli, Allahın bu işi Özünə nisbət verməsinin əsas məqsədi, səbəblərin səbəbi və müsəlmanlara qüdrət verən kəsin Özü olduğunu başa salmaqdır.

Bu qəbil nümunələr Qurani-kərimdə olduqca çoxdur. “Sən ölüləri eşitdirə bilməzsən” ayəsində “sən Allahın icazəsi və Onun qüdrəti olmadan ölüləri eşidən edə bilməzsən” – mənası nəzərdə tutulmuşdur. Buna əsasən, bu ayə ölülərin eşitməməsinə sübut sayıla bilməz.

c) Ölülər eşidirlər, lakin eşitmək onların durumuna fayda vermir

İbn Abidin əhli-sünnə böyüklərindən biridir. O, deyir ki, bu ayələrdə kafirlərin ölülərə bənzədilməsinin səbəbi ölülərin səs eşidə bilməməsi deyil, eşitməyin onlara fayda verməməsidir.

Əhli-sünnə böyüklərindən sayılan İbn Həcər yazır ki, nəzərdə tutulan şey onların eşitməmələri deyil, sözlərinin onlara bir fayda verməməsidir:

وأما استدلالها بقوله تعالى: فَإِنَّكَ لا تُسْمِعُ الْمَوتى (الروم/52) .فقالوا: معناها لا تسمعهم سماعاً ينفعهم أو لا تسمعهم إلاّ أن يشاء اللّه.

“(Aişənin) Allah-taalanın “Sən ölülərə eşitdirə bilməzsən” ayəsini dəlil gətirməsinə gəlincə, (alimlər bunun haqqında belə) demişlər: “Onun mənası – sən onlara fayda verə biləcək bir şey eşitdirə bilməzsən, ya da: yalnız Allah istədiyi halda sən onlara söz çatdıra bilərsən, deməkdir.”

İbn Həcər əl-Əsqəlani əş-Şafei (vəfatı: h. 852), “Fəthul-bari şərh səhihil-Buxari”, c.3, s.234.

ç) Ölülər eşidirlər, lakin Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) göstəriş və qadağalarından faydalana bilmirlər

Vəhhabi ideologiyasının başçılarından olan İbn Teymiyyə yazır ki, bu ayələrdə eşitmək dedikdə mütləq eşitmək deyil, ardınca itaət olan eşitmək nəzərdə tutulur,. Buna görə də bu, ölülərin eşitməsini inkar edənlər üçün dəlil sayılmır:

إنك لا تسمع الموتى فإن المراد بذلك سمع القبول والامتثال فان الله جعل الكافر كالميت الذى لا يستجيب لمن دعاه وكالبهائم التى تسمع الصوت ولا تَفْقَهُ المعنى فالميت وان سمع الكلام وفقه المعنى فإنه لا يمكنه إجابة الداعى ولا امتثال ما أُمر به ونُهى عنه فلا ينتفع بالأمر والنهى وكذلك الكافر لا ينتفع بالأمر والنهي وان سمع الخطاب وفهم المعنى كما قال تعالى {ولو علم الله فيهم خيرا لأسمعهم} وأما رؤية الميت فقد روى في ذلك آثار عن عائشة وغيرها.

“Sən ölülərə eşitdirə bilməzsən”: Məqsəd çağırışa cavab vermək və ya hər hansısa bir göstərişə tabe olmaqla müşayiət olunan eşitmədir. Allah-taala kafiri ölü kimi çağıranın çağırışına cavab verməyən, heyvan kimi səsi eşidən, lakin mənanı başa düşməyən etmişdir. Ölü səsi eşidib mənanı başa düşsə də, çağıranın çağırışına cavab verə bilmir, ona əmr və ya qadağan olunan şeyi yerinə yetirə bilmir. Buna görə də, əmr və ya qadağadan faydalana bilmir. Kafir də belədir; o da səsi eşidib mənanı başa düşsə də, əmr və ya qadağadan faydalana bilmir. Necə ki, Allah-taala bu barədə buyurur: “Əgər Allah onlarda bir xeyir bilsəydi, onlara eşitdirərdi” (Ənfal surəsi, 23-cü ayə). Ölünün görməsinə gəlincə isə, bu barədə Aişədən və başqalarından xəbərlər nəql olunmuşdur”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.24, s.363-364.

d) Ölülərdən bəzisi eşitmir, bəziləri isə eşidir

Əhli-sünnə böyüklərindən olan İbn Quteybə yazır ki, bu iki ayə bütün ölülərin eşitməməsinə dəlalət etmir. Çünki burada ölülər dedikdə ölülər kimi olan cahil və kafirlər nəzərdə tutulur:

وأما قوله تعالي فَإِنَّكَ لا تُسْمِعُ الْمَوتى (الروم/52) . وَما أَنْتَ بِمُسْمِع مَنْ فِي القُبُور، (فاطر/22) . فليس من هذا في شئ؛ لأنّه أراد بالموتى ههنا الجهّال، وهم أيضاً أهل القبور يريد إنّك لا تقدر على إفهام من جعله اللّه تعالى جاهلاً ولا تقدر على إسماع من جعله اللّه تعالى أصمّ عن الهدى.
وفي صدر هذه الآيات دليل على ما نقول، لأنّه قال: وَمَا يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ (فاطر/19)يريد بالاعمى: الكافر، وبالبصير المؤمن.
(وَلاَ الظُّـلُمَـتُ وَ لاَ النُّورُ). (فاطر/20). يعني بالظلمات: الكفر، وبالنور: الايمان.
(وَلاَ الظِّـلُّ وَ لاَ الْحَرُورُ). (فاطر/21). يعني بالظلّ: الجنة، وبالحرور: النار.
وَمَا يَسْتَوِي الْأَحْيَاءُ وَلَا الْأَمْوَاتُ يعني بالآحياء: العقلاء، وبالاموات: الجهلاء.
ثمّ قال: إِنَّ اللَّهَ يُسْمِعُ مَن يَشَآءُ وَمَآ أَنتَ بِمُسْمِع مَّن فِى الْقُبُورِ. (فاطر/ 22)
يعني: أنّك لا تسمع الجهلاء الذين كأنّهم موتى في القبور، ومثل هذا كثير في القرآن، ولم يرد بالموتى الذين ضربهم مثلاً للجهلاء شهداء بدر، فيحتجّ بهم علينا، أولئك عنده أحياء كما قال اللّه عزوجل.

Allah-taalanın “Sən ölülərə eşitdirə bilməzsən”, “Sən qəbirlərdə olana eşitdirən deyilsən” kəlamına gəlincə, bundan (ölülərin eşitmədiyini iddia edənlər üçün) bir dəlil yoxdur; çünki burada cahillər nəzərdə tutulmuşdur, onlar həm də qəbir əhlidirlər. Allah-taala demək istəyir ki, sən Allahın nadan etdiyi kəsi anlatma iqtidarında deyilsən və Allah-taalanın hidayətə qarşı kar etdiyi kəsə sənin eşitdirmək qüdrətin çatmır.

Bu ayələrin əvvəlində gələn bizim dediklərimizə dəlildir, çünki əvvəldə deyilir ki: “Korla görən eyni deyildir” (Fatir surəsi, 19-cu ayə); kor deməklə kafiri, görən deməklə “mömini” nəzərdə tutur.

“Zülmətlə nur da!” (Fatir surəsi, 20-ci ayə); zülmət dedikdə küfrü, nur dedikdə imanı nəzərdə tutur.

“Kölgə ilə isti də!” (Fatir surəsi, 21-ci ayə); kölgə ilə cənnəti, isti ilə cəhənnəmi nəzərdə tutur.

“Dirilərlə ölülər də eyni deyillər!” (Fatir surəsi, 22-ci ayə); dirilərlə ağıllıları, ölülərlə isə nadanları nəzərdə tutur.

Sonra deyir: “Allah istədiyi kəsə eşitdirər.Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən.” Yəni, sən qəbirlərdəki ölülərtək olan cahilləri eşitdirə bilməzsən. Bunun oxşarı Quranda çoxdur. Allah cahillər üçün misal kimi çəkdiyi ölülər kəlməsiilə Bədr şəhidlərini nəzərdə tutmayıb. Onları bizə dəlil göstərir, onlar Allah dərgahında elə Özü dediyi kimi diridirlər.”

İbn Quteybə əd-Dinəvəri (vəfatı: h. 276), “Təvilu muxtələfil-hədis”, c.1, s.152.

Nəticə:

Əhli-sünnə alimlərinin etirafına əsasən, bu ayələr vəhhabilərin “Ölülər mütləq şəkildə eşitmirlər” sözünü heç cür dəstləkləyə bilməz.

Страница 3 из 7«1234567»
Рейтинг

В этом разделе