»»

Ölülər eşidir və cavab verə bilirlərmi?

  1. Müqəddimə
  2. Bu təfəkkürün tarixi kökü
  3. Vəhhabilərin dəlilləri və onların tənqidi analizi
  4. Ölülər eşitmək qüdrətinə malik olmaqdan əlavə, həm də dirilərə cavab verə bilərlər
  5. Dirilərin əhvalından ölülərin xəbərdar olması, maddi aləmi eşitmək və görməklə bağlı dəlillər
  6. Ölümdən sonra həyatın dəlilləri
  7. Ölülərin eşitməsi barədə əhli-sünnə alimlərinin nəzəri

DİRİLƏRİN ƏHVALINDAN ÖLÜLƏRİN XƏBƏRDAR OLMASI, MADDİ ALƏMİ EŞİTMƏK VƏ GÖRMƏKLƏ BAĞLI DƏLİLLƏR

Bu barədə araşdırılması lazım olan digər məsələ ölülərin dirilərin halından agah olması, onları görüb-eşitməsini sübut edən dəlillərin nəqlidir. Bu mətləb Quran ayələri və hədislərdə kifayət qədər çoxdur. Bu hissədə onlardan bəzilərinə işarə edirik:

a) Qurandan dəlillər

1. Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Musa peyğəmbərlə (əleyhissəlam) görüşməsi

وَلَقَدْ آتَيْنا مُوسَى الْكِتابَ فَلا تَكُنْ في‏ مِرْيَةٍ مِنْ لِقائِهِ وَجَعَلْناهُ هُدىً لِبَني‏ إِسْرائيلَ.

“Şübhəsiz Biz Musaya kitab verdik, belə isə (sən) onunla görüş barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik”. (Səcdə surəsi, 23-cü ayə.)

Allah-taala Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) Musa peyğəmbərlə (əleyhissəlam)görüşmə vədəsi vermişdir. Əhli-sünnənin böyük təfsir alimləri deyirlər ki, bu görüş Musa peyğəmbər (əleyhissəlam) dünyasını dəyişdikdən sonra dünyada baş vermişdir. Deməli, həzrət Musanın ölümdən sonra da həyatı vardır ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onunla görüşüb, söhbət edə bilir.

Buxari öz “Səhih”ində yazır ki, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Musa, həmçinin İsa peyğəmbərlərlə (əleyhimussəlam) görüşməsi Merac gecəsində baş vermişdir:

حدثنا محمد بن بَشَّارٍ حدثنا غُنْدَرٌ حدثنا شُعْبَةُ عن قَتَادَةَ وقال لي خَلِيفَةُ حدثنا يَزِيدُ بن زُرَيْعٍ حدثنا سَعِيدٌ عن قَتَادَةَ عن أبي الْعَالِيَةِ حدثنا بن عَمِّ نَبِيِّكُمْ يَعْنِي بن عَبَّاسٍ رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال رأيت لَيْلَةَ أُسْرِيَ بِي مُوسَى رَجُلًا آدَمَ طُوَالًا جَعْدًا كَأَنَّهُ من رِجَالِ شَنُوءَةَ وَرَأَيْتُ عِيسَى رَجُلًا مَرْبُوعًا مَرْبُوعَ الْخَلْقِ إلى الْحُمْرَةِ وَالْبَيَاضِ سَبِطَ الرَّأْسِ وَرَأَيْتُ مَالِكًا خَازِنَ النَّارِ وَالدَّجَّالَ في آيَاتٍ أَرَاهُنَّ الله إِيَّاهُ (فلا تَكُنْ في مِرْيَةٍ من لِقَائِهِ) قال أَنَسٌ وأبو بَكْرَةَ عن النبي صلى الله عليه وسلم تَحْرُسُ الْمَلَائِكَةُ الْمَدِينَةَ من الدَّجَّالِ.

“İbn Abbas Peyğəmbərin belə buyurduğunu demişdir: “(Meraca) aparıldığım gecə Musanı qarabuğdayı, ucaboy, buruqsaç bir adam olaraq gördüm, sanki Şənuə (qəbiləsinin) kişilərindən idi. Həmçinin İsanı ortaboylu, qırmızımtıl, düzsaçlı olaraq gördüm. Habelə Cəhənnəm gözətçisiMaliki gördüm. Həmçinin, Allahın mənə göstərdiyi başqa nişanələrlə birlikdə, Dəccalı gördüm. “Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə” (Səcdə surəsi, 32-ci ayə). Ənəs və Əbu Bəkrə Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) nəql etmişlər ki, mələklər Mədinəni Dəccaldan qoruyur”.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.3, s.1182, h.3067

Müslim Nişaburi də “Səhih”ində həmin rəvayəti gətirmişdir:

وحدثنا عبد بن حُمَيْدٍ أخبرنا يُونُسُ بن مُحَمَّدٍ حدثنا شَيْبَانُ بن عبد الرحمن عن قَتَادَةَ عن أبي الْعَالِيَةِ حدثنا بن عَمِّ نَبِيِّكُمْ صلى الله عليه وسلم بن عَبَّاسٍ قال قال رسول اللَّهِ صلى الله عليه وسلم مَرَرْتُ لَيْلَةَ أُسْرِيَ بِي على مُوسَى بن عِمْرَانَ عليه السَّلَام رَجُلٌ آدَمُ طُوَالٌ جَعْدٌ كَأَنَّهُ من رِجَالِ شَنُوءَةَ وَرَأَيْتُ عِيسَى بن مَرْيَمَ مَرْبُوعَ الْخَلْقِ إلى الْحُمْرَةِ وَالْبَيَاضِ سَبِطَ الرَّأْسِ وَأُرِيَ مَالِكًا خَازِنَ النَّارِ وَالدَّجَّالَ في آيَاتٍ أَرَاهُنَّ الله إِيَّاهُ «فلا تَكُنْ في مِرْيَةٍ من لِقَائِهِ» قال كان قَتَادَةُ يُفَسِّرُهَا أَنَّ نَبِيَّ اللَّهِ صلى الله عليه وسلم قد لَقِيَ مُوسَى عليه السَّلَام

“İbn Abbas Peyğəmbərin belə buyurduğunu nəql etmişdir: “(Meraca) aparıldığım gecə Musa ibn İmranın (əleyhissəlam) yanından keçdim. O, qarabuğdayı, ucaboy, buruqsaç adamdır; sanki Şəunə (qəbiləsinin) adamlarındandır. Ortaboylu, (rəngi) qırmızımtıl, düzsaçlı İsa ibn Məryəmi də gördüm. Həmçinin cəhənnəmin gözətçisi Maliki, eləcə də Allahın göstərdiyi digər əlamətlərlə birgə Dəccalı gördüm: “Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə”

Qətadə bu ayəni belə təfsir edərdi ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Musa (əleyhissəlam) ilə görüşmüşdür”.

Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.1, s.151.

Böyük təfsir alimləri də bu ayəni bu cür təfsir etmişlər. Biz isə əhli-sünnənin nəzərində ən səhih kitablar sayılan “Səhihul-Buxari” və “Səhihu-Muslim”dən rəvayət nəql etməklə kifayətlənirik.

2. Allah, Onun Peyğəmbəri və möminlər dirilərin əməllərini görürlər:

وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتُرَدُّونَ إِلى‏ عالِمِ الْغَيْبِ وَالشَّهادَةِ فَيُنَبِّئُكُمْ بِما كُنْتُمْ تَعْمَلُونَ.

“Və de: “İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi etdiklərinizdən xəbərdar edəcəkdir”. (Tövbə surəsi, 105-ci ayə)

Bu ayədə Allah-taala buyurur ki, Peyğəmbər və möminlər bizim əməllərimizi görürlər; bu da onu göstərir ki, Peyğəmbərin ölümdən sonra həyatı vardır və o, bizim əməllərimizi görə bilir.

Rəvayətlərə müraciət etməklə bu mətləb daha da aydın olur.

Birinci rəvayət: Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bəndələrin əməllərini görür:

Böyük əhli-sünnə alimi Heysəmi Peyğəmbərin ölümündən sonra da ümmətin əməllərinin ona göstərilməsi hədisininəql etmiş və onun səhih olduğunu bildirmişdir:

- باب ما يحصل لأمته صلى الله عليه وسلم من استغفاره بعد وفاته
عن عبدالله بن مسعود عن النبي صلى الله عليه وسلم قال إن لله ملائكة سياحين يبلغون عن أمتي السلام قال وقال رسول الله صلى الله عليه وسلم حياتي خير لكم تحدثون وتحدث لكم ووفاتي خير لكم تعرض علي أعمالكم فما رأيت من خير حمدت الله عليه وما رأيت من شر استغفرت الله لكم.

رواه البزار ورجاله رجال الصحيح.

“Vəfatından sonra Peyğəmbərin etdiyi istiğfardan ümməti üçün hasil olan (xeyirlər) – babı

Abdullah ibn Məsud Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql etmişdir: “Həqiqətən, Allahın (yer üzərində) səyahət edən mələkləri vardır, onlar (mənə) ümmətimdən salam çatdırarlar. Mənim həyatım sizin üçün xeyirlidir; (siz mənlə) danışırsınız və sizin üçün danışılır (mən də sizinlə danışıram). Vəfatım da sizin üçün xeyirlidir, əməlləriniz mənə göstərilər, orada bir xeyir görsəm, buna görə Allaha həmd edərəm, pis bir şey görsəm, sizin üçün bağışlanma dilərəm.

Əl-Bəzzar rəvayət etmişdir, raviləri "əs-Səhih"in raviləridir.”

Nurəddin Əl-Heysəmi (vəfatı: h. 807), “Məcməüz-zəvaid və mənbəul-fəvaid”, c.9, s.24.

İkinci rəvayət: Möminlər də öldükdən sonra camaatın əməllərini görürlər, onların həyatı vardır və onlar səsləri eşidirlər:

Əhli-sünnə alimi Əhməd ibn Hənbəl öz “Müsnəd”ində Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) rəvayət etmişdir ki, insanların əməlləri dünyasını dəyişmiş yaxınlarına göstərilər:

حدثنا عبد اللَّهِ حدثني أبي ثنا عبد الرَّزَّاقِ ثنا سُفْيَانُ عَمَّنْ سمع أَنَسَ بن مَالِكٍ يقول قال النبي صلى الله عليه وسلم ان أَعْمَالَكُمْ تُعْرَضُ على أَقَارِبِكُمْ وَعَشَائِرِكُمْ مِنَ الأَمْوَاتِ فان كان خَيْراً اسْتَبْشَرُوا بِهِ وان كان غير ذلك قالوا اللهم لاَ تُمِتْهُمْ حتى تَهْدِيَهُمْ كما هَدَيْتَنَا.

“Ənəs ibn Malik demişdir: “Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Heç şübhəsiz ki, əməlləriniz ölmüş yaxınlarınıza (qohumlarınıza) göstərilir; əgər yaxşı olsa, buna sevinirlər, əgər başqa bir şey (yəni şərr) olsa, deyərlər: “İlahi, bizi hidayət etdiyin kimi, onları da hidayət etmədən öldürmə”.

Əhməd ibn Hənbəl (vəfatı: h. 241), “əl-Müsnəd”, c.3, s.164, h. 12706.

Əhli-sünnənin digər böyük alimləri də bu hədisi nəql etmişlər:

İbn Kəsir əs-Diməşqi (vəfatı: h. 774), “Təfsirul-Quranil-Əzim”, c.2, s.388.

Süleyman ibn Əhməd Ət-Təbərani (vəfatı: h. 360), “əl-Mucəmül-kəbir”, c.4, s.129.

Nurəddin Əl-Heysəmi (vəfatı: h. 807), “Məcməüz-zəvaid və mənbəul-fəvaid”, c.3, s.328.

Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “əl-Fəthul-kəbir fi zəmmiz-ziyadəti iləl-cameis-səğir”, c.1, s.272.

İbn Həcər əl-Heysəmi (vəfatı: h. 973), “əl-Fətava əl-kübra əl-fiqhiyyə”, c.2, s.29.

əl-Müttəqi Əl-Hindi (vəfatı: h. 975), “Kənzül-ummal fi sunənil-əqvali vəl-əfal”, c.15, s.326.

Əbu Davud “əz-Zühd” kitabında bütün raviləri etibarlı kəslərdən ibarət olan başqa bir hədis nəql etmişdir. Orada bildirilir ki, insanların əməlləri dünyasını dəyişmiş qohum-əqrəbalarına təqdim edilir. Onlar da saleh əməllərdən şad, pis əməllərdən isə məyus olurlar:

حدثنا ابو داود قال: نا مُوسَى بْنُ إِسْمَاعِيلَ، قَالَ: نا ابْنُ الْمُبَارَكِ، قَالَ: أنا صَفْوَانُ بْنُ عَمْرِو عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ جُبَيْرِ بْنِ نُفَيْرٍ، قَالَ: قَالَ أَبُو الدَّرْدَاءِ: أَلا إِنَّ أَعْمَالَكُمْ تُعْرَضُ عَلَى عَشَائِرِكُمْ، فَمُسَاءُونَ وَمُسَرُّونَ، فَأَعُوذُ بِاللَّهِ أَنْ أَعْمَلَ عَمَلا يَخْزَى بِهِ عَبْدُ اللَّهِ بْنُ رَوَاحَةَ و هو اخوه من امه.

“Əbüddərda deyib: “Agah olun, əməlləriniz qohumlarınıza göstərilir, onlar da (bu əməllərdən dolayı) ya məyus olur, ya da sevinirlər. Buna görə də Abdullah ibn Rəvahənin başını aşağı edəcək bir əməl görməkdən Allaha sığınıram, – Abdullah ana tərəfdən Əbdüddərdanın qardaşı idi –”.

Əbu Davud əs-Sicistani (vəfatı: h. 275), “Əz-Zühd li-Əbi Davud”, c.1, s.227.

Bu rəvayət Əbu Bəkr əl-Bağdadinin “əl-Mənamat” (c.1, s.9) kitabında da gəlmişdir.

Hakim “Müstədrək”də başqa bir rəvayət nəql etmişdir ki, bu rəvayətdə də bizim əməllərimizin qəbir əhlinə tədim edildiyi bildirilir. Hədisin ardınca Hakim onun səhih olduğunu qeyd etmişdir:

سمعت النعمان بن بشير رضي الله عنهما يقول وهو على المنبر سمعت رسول الله صلى الله عليه وسلم يقول ألا إنه لم يبق من الدنيا إلا مثل الذباب تمور في جوها فالله الله في إخوانكم من أهل القبور فإن أعمالكم تعرض عليهم .

هذا حديث صحيح الإسناد ولم يخرجاه .

“Ən-Numan ibn Bəşirin minbərdən belə dediyini eşitdim: Allah Rəsulunun belə buyurduğunu eşitdim: “Agah olun, doğrusu, dünyadan (dünyanın ömründən) yalnız ora-bura hərəkət edən milçək qədəri qalıbdır. Elə isə, siz Allah, siz Allah, qəbir əhlindən olan qardaşlarınızdan muğayat olun, çünki əməlləriniz onlara göstərilir”.

Bu, səhih sənədli hədisdir, lakin onlar (öz kitablarında) qeyd etməyiblər.

Əl-Hakim ən-Nisaburi (vəfatı: h. 405), “əl-Müstədrək ələs-səhiheyn”, c.4, s.342.

b) Hədislər əsasında dəlillər

1. Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Bədrdə öldürülənlərlə danışması

Buxari “Səhih”inin üç yerində Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Bədrdə öldürülənlərlə danışdığını qeyd etmişdir. Bu hədislərdə Ömər ibn əl-Xəttabın ona etiraz etdiyi bildirilir:

حدثني عبد اللَّهِ بن مُحَمَّدٍ سمع رَوْحَ بن عُبَادَةَ حدثنا سَعِيدُ بن أبي عَرُوبَةَ عن قَتَادَةَ قال ذَكَرَ لنا أَنَسُ بن مَالِكٍ عن أبي طَلْحَةَ أَنَّ نَبِيَّ اللَّهِ صلى الله عليه وسلم أَمَرَ يوم بَدْرٍ بِأَرْبَعَةٍ وَعِشْرِينَ رَجُلًا من صَنَادِيدِ قُرَيْشٍ فَقُذِفُوا في طَوِيٍّ من أَطْوَاءِ بَدْرٍ خَبِيثٍ مُخْبِثٍ وكان إذا ظَهَرَ على قَوْمٍ أَقَامَ بِالْعَرْصَةِ ثَلَاثَ لَيَالٍ فلما كان بِبَدْرٍ الْيَوْمَ الثَّالِثَ أَمَرَ بِرَاحِلَتِهِ فَشُدَّ عليها رَحْلُهَا ثُمَّ مَشَى وَاتَّبَعَهُ أَصْحَابُهُ وَقَالُوا ما نُرَى يَنْطَلِقُ إلا لِبَعْضِ حَاجَتِهِ حتى قام على شَفَةِ الرَّكِيِّ فَجَعَلَ يُنَادِيهِمْ بِأَسْمَائِهِمْ وَأَسْمَاءِ آبَائِهِمْ يا فُلَانُ بن فُلَانٍ وَيَا فُلَانُ بن فُلَانٍ أَيَسُرُّكُمْ أَنَّكُمْ أَطَعْتُمْ اللَّهَ وَرَسُولَهُ فانا قد وَجَدْنَا ما وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدْتُمْ ما وَعَدَ رَبُّكُمْ حَقًّا قال فقال عُمَرُ يا رَسُولَ اللَّهِ ما تُكَلِّمُ من أَجْسَادٍ لَا أَرْوَاحَ لها فقال رسول اللَّهِ صلى الله عليه وسلم وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بيده ما أَنْتُمْ بِأَسْمَعَ لِمَا أَقُولُ منهم قال قَتَادَةُ أَحْيَاهُمْ الله حتى أَسْمَعَهُمْ قَوْلَهُ تَوْبِيخًا وَتَصْغِيرًا ونقمة وَحَسْرَةً وَنَدَمًا.

“Əbu Təlhə deyib ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Bədr günü göstəriş verdi ki, Qureyşin cəsur kəslərindən (və ya böyüklərindən) olan iyirmi dörd nəfər çirklənmiş (və qurumuş) quyulardan birinə atılsınlar.Peyğəmbər bir qövmün üzərində qələbə qazandıqda, adətən üç gün döyüş ərazisində qalardı. Bədrdə üçüncü gün olduqda əmr etdi ki, dəvəsini hazırlasınlar. Dəvəni yəhərlədilər. Sonra Peyğəmbər yola düşdü, səhabələr də ardınca getdilər. Onlar (bir-birlərinə) deyirdilər: Yəqin ki, hansısa bir ehtiyacı üçün gedir. Nəhayət, gəlib quyunun kənarında durdu. Onları (yəni öldürülən kafirləri) öz adları, atalarının adları ilə çağırmağa başladı: “Ey filankəsin oğlu filankəs,ey filankəsin oğlu filankəs, (indi) Allah və Onun Rəsuluna itaət etmiş olsaydınız, sevinərdinizmi? Mən artıq Rəbbimizin bizə vəd etdiyinin haqq olduğunu tapmışam. Siz də Rəbbinizin sizə vəd etdiyinin haqq olduğunu tapmısınızmı?” Dedi: “Ömər dedi: “Ya Rəsuləllah! Ruhu olmayan cəsədlərə niyə danışırsan?” Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: “Məhəmmədin canı əlində olana and olsun, mənim söylədiyimi onlardan yaxşı eşidən deyilsiniz”.

Qətadə demişdir: “Allah qınamaq, kiçiltmək, intiqam, həsrət və peşmançılıq naminə onun sözünü eşitdirsin deyə, ölüləri diriltmişdi.”.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.4, s.1461, h. 3757

Müslim Nişaburi də öz “Səhih”ində (c.4, s.2202-2203, h.2874.) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Bədrdə öldürülənlərlə danışması, Ömərin ona etirazı və Rəsuləllahın “onlar sizdən də yaxşı eşidirlər”, – deyə verdiyi cavabını qeyd etmişdir.

Deməli, aydın olur ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Bədrdə öldürülənlərlə söhbət etmiş, Ömər ona etiraz etmiş və Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) də cavab vermişdir ki, onlar sizdən daha yaxşı eşidirlər. Bu rəvayətə uyğun olaraq sübuta yetir ki, ölülər eşidirlər. Necə ki, əhli-sünnə alimləri ölülərin eşitməsi barədə bu hədisə istinad etmişlər.

Məhəmməd ibn Əbdülvəhhabın bu hədisi ölülərin eşitməsinə dair sübut gətirməsi

Hətta vəhhabilərin imamı İbn Əbdülvəhhab da bunu və başqa hədisləri ölülərin eşitməsinə dair dəlil gətirmişdir:

أخرج أحمد وغيره عن أبي سعيد أن النبي صلى الله عليه وسلم قال: إن الميت يعرف من يغسله ويحمله ومن يكفنه ومن يدليه في حفرته.
وأخرج أبو نعيم وغيره عن عمرو بن دينار قال : ما مِن ميّت يموت إلا روحه في يد ملك الموت ينظر إلى جسده ، كيف يغسل ، وكيف يكفن ، وكيف يمشى به ، ويقال له وهو على سريره: اسمع ثناء الناس عليك.
وأخرج ابن أبي الدنيا معناه عن جماعة من التابعين بلفظ : بيد ملك . بلا إضافة .
وللشيخين عن أنس: أن النبي صلى الله عليه وسلم وقف على قتلى بدر فقال: يا فلان بن فلان يا فلان بن فلان هل وجدتم ما وعد ربكم حقاً؟ فإني وجدت ما وعدني ربي حقاً' فقال عمر: يا رسول الله، كيف تكلم أجساداً لا أرواح فيها؟ فقال: ما أنتم بأسمع لما أقول منهم ، غير أنهم لا يستطيعون أن يردوا علي شيئاً.

“Əhməd və başqaları Əbu Səiddən Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql etmişlər: “Həqiqətən, ölü ona qüsl verəni, götürəni, kəfənləyəni və qəbrə qoyanı tanıyır”.

Əbu Nüeym və başqaları Əmr ibn Dinarın belə dediyini nəql etmişlər: “Hər bir ölü öləndə onun ruhu ölüm mələyinin əlində ikən cəsədinə nəzər salar, özünə necə qüsl verildiyini, necə kəfənləndiyini və necə aparıldığını görər. O, yatağında ikənona “camaatın sənə dediyi təriflərə qulaq as”, - deyilər”.

İbn Əbüddünya bir dəstə tabeindən bu hədisi məna əsasında, “mələyin əlində ikən” ləfzilə əlavəsiz olaraq nəql etmişdir.

İki şeyx də Ənəsdən nəql etmilər ki,Peyğəmbər (sallallahu əleyhi və səlləm) Bədrdə qətlə yetirilənlərin başı üstündə durub dedi: “Ey filankəsin oğlu filankəs, ay filankəsin oğlu filankəs! Rəbbinizin vəd etdiyinin haqq olduğunu gördünüzmü? Mən Rəbbimin mənə vəd etdiyinin haqq olduğunu gördüm”. Ömər dedi: “Ya Rəsuləllah, ruhu olmayan cəsədlərlə necə danışırsan?”. Buyurdu: “Mən dediyimi onlardan daha yaxşı eşidən deyilsiniz. Sadəcə, onlar mənə cavab verə bilmirlər”.

Məhəmməd ibn Əbdülvəhhab (vəfatı: h. 1206), “Əhkamu təmənnil-məvt”, c.1, s.458.

Bu rəvayətin bütün ölü kafirlərə aid edilməsi

Əhli-sünnə alimləri açıq şəkildə qeyd etmişlər ki, eşitmək və agah olmaq təkcə Bədrdə öldürülənlərə aid deyil, həmçinin, digər ölülərə də şamil edilir.

Həmd ibn Nasir ət-Təmimi

O, rəvayəti nəql etdikdən sonra rəvayətin anlamının ümumi olması barədə öz nəzərini bu cür ifadə etmişdir:

وهو نص صحيح صريح في سماع الموتى ، ولم يذكر صلى الله عليه وسلم في ذلك تخصيصاً

“Bu, ölülərin eşitməsi barədə səhih və aydın bir nəsdir. Peyğəmbər (sallallahu əleyhi və səlləm), dediklərinin xüsusi bir dəstəyə aid olduğunu bildirməmişdir ”.

Həmd ibn Nasir ət-Təmimi əl-Hənbəli (vəfatı: h. 1225), “əl-Fəvakhul-əzab fir-rəddi əla mən ləm yəhkum əs-sünnərə vəl-kitab”, c.6, s.195.

Muhəmməd əl-Əmin əl-Şənqiti

O da yuxarıdakı rəvayəti nəql etdikdən sonra yazır:

وهو نص صحيح صريح في سماع الموتى ، ولم يذكر صلى الله عليه وسلم فيه تخصيصًا .

“Bu, ölülərin eşitməsi barədə səhih və aydın bir nəsdir. Peyğəmbər (sallallahu əleyhi və səlləm), dediklərinin xüsusi bir dəstəyə aid olduğunu bildirməmişdir”.

Muhəmməd əl-Əmin əş-Şənqiti (vəfatı: h. 1393), “Əzvaul-bəyan fi izahil-Qurani bil-Quran”, c.6, s.130.

Başqa bir yerdə sonradan qeyd edəcəyimiz “ayaqqabıların taqqıltısı” hədisinin ardınca ölülərin eşitməsini açıq şəkildə bildirmişdir:

وهو نصّ صحيح صريح في سماع الموتى، وظاهره العموم في كل من دفن وتولّى عنه قومه، كما ترى.

“Bu, ölülərin eşitməsi barədə səhih və aydın bir nəsdir. Hədisin zahiri ümumi olaraq hər bir dəfn olunan və qövmü ondan uzaqlaşan kəsə aiddir, necə ki (irəlidə) görəcəksən”.

Muhəmməd əl-Əmin əş-Şənqiti, Əzvaul-bəyan, c.6, s.131.

2. Ölmüş şəxs camaatın ayaq səslərini eşidir

Müslim Nişaburi öz “Səhih”ində nəql etmişdir ki, ölmüş kəs qəbirin kənarından getdikləri zaman camaatın başmaq səslərini eşidir:

وحدثنا محمد بن مِنْهَالٍ الضَّرِيرُ حدثنا يَزِيدُ بن زُرَيْعٍ حدثنا سَعِيدُ بن أبي عَرُوبَةَ عن قَتَادَةَ عن أَنَسِ بن مَالِكٍ قال قال رسول اللَّهِ صلى الله عليه وسلم إِنَّ الْمَيِّتَ إذا وُضِعَ في قَبْرِهِ إنه لَيَسْمَعُ خَفْقَ نِعَالِهِمْ إذا انْصَرَفُوا.

“Ənəs ibn Malik deyib: “Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Meyit, qəbirə qoyulduqdan sonra, onu qəbrə qoyub gedənlərin başmaqlarının tappıltısını eşidir”.

Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “Səhihu Muslim”, c.4, s.2201, h.2879 və c.4, s.2200, h. 2870

Buxari də öz “Səhih”ində həmin rəvayəti daha ətraflı surətdə qeyd etmişdir:

66 بَاب الْمَيِّتُ يَسْمَعُ خَفْقَ النِّعَالِ

“66 Meyit başmaqların tappıltısını eşidir – babı”.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.448

Başqa bir yerdə yazır:

حدثنا عَيَّاشُ بن الْوَلِيدِ حدثنا عبد الأعلى حدثنا سَعِيدٌ عن قَتَادَةَ عن أَنَسِ بن مَالِكٍ رضي الله عنه أَنَّهُ حَدَّثَهُمْ أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم قال إِنَّ الْعَبْدَ إذا وُضِعَ في قَبْرِهِ وَتَوَلَّى عنه أَصْحَابُهُ وَإِنَّهُ لَيَسْمَعُ قَرْعَ نِعَالِهِمْ ...

“Ənəs ibn Malik deyib ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Bəndə qəbirinə qoyulduğu və yoldaşları ondan uzaqlaşdığı zaman, yodaşlarının başmaqlarının döyüntüsünü eşidir”.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.462, h. 1308.

Bu rəvayətdən istifadə edərək İbn Teymiyyənin ölülərin eşitməsinə dəlil gətirməsi

Hətta müasir vəhhabi ideologiyasının əsas prinsiplərinin yaradıcılarından olan İbn Teymiyyə də bu rəvayəti ölülərin eşitməsinə dəlil gətirmişdir:

فان الميت يسمع النداء كما ثبت فى الصحيح عن النبى صلى الله عليه وسلم أنه قال ( انه ليسمع قرع نعالهم ، وأنه قال (ما أنتم بأسمع لما أقول منهم) وأنه أمرنا بالسلام على الموتى فقال: ما من رجل يمر بقبر الرجل كان يعرفه فى الدنيا فيسلم عليه الا رد الله روحه حتى يرد عليه السلام (والله أعلم).

“Həqiqətən də ölü nidanı (çağırışı və ya səsi) eşidir, necə ki “əs-Səhih”də Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğu sübuta yetmişdir: “Ölü onu qəbrə qoyanların başmaqlarının taqqıltısını eşidir”, həmçinin demişdir: “Siz dediyimi onlardan daha yaxşı eşidən deyilsiniz”. Habelə, o, bizə ölülərə salam verməyi əmr etmiş və demişdir: “Əgər bir şəxs sağlığında tandığı bir şəxsin qəbrinin yanında keçərkən həmin şəxsə salam versə, Allah salamın cavabını qaytarsın deyə o şəxsin ruhunu ona qaytarar”. Allah daha yaxşı bilər”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.24, s.297.

Başqa bir yerdə deyir:

فلا ريب أن الموتى يسمعون خفق النعال كما ثبت عن رسول الله ( وما من رجل يمر بقبر الرجل كان يعرفه فى الدنيا فيسلم عليه الا رد الله عليه روحه حتى يرد عليه السلام ( صح ذلك عن النبى إلى غير ذلك من الأحاديث.

“Heç şübhə yoxdur ki, ölülər başmaqların taqqıltısını eşidirlər, necə ki, bu, Allah Rəsulundan (nəql olunan hədisdə) sübuta yetmişdir: “Əgər bir şəxs sağlığında tandığı bir şəxsin qəbrinin yanında keçərkən həmin şəxsə salam versə, Allah salamın cavabını qaytarsın deyə o şəxsin ruhunu ona qaytarar” Peyğəmbərdən (nəql olunan)bu (hədis) səhihdir, bundan başqa hədislər də vardır”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə fil-fiqh, c.24, s.173

Əhli-sünnənin nəzərində Qurandan sonra ən səhih kitablar sayılan “Səhihul-Buxari” və “Səhihu-Müslim”də qeyd edilən bu rəvayətlərə uyğun olaraq sübuta yetir ki, ölülər daha ahəstə səsləri, hətta cənazə arxasınca gedən kəslərin addım səslərini belə, eşidirlər.

3. Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) ölülərə salam verməsi

Peyğəmbərin ölüləri ziyarət etməsi, məzarlıqda onlara salam verməsi ölülərin eşitmə qabiliyyətinə malik olmasına dəlalət edir. Xüsusilə də bir rəvayətdə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onlara “siz” şəxs əvəzliyi ilə müraciət etmişdir. Əgər onlar eşidə bilməsəydilər, belə bir iş puç və mənasız sayılardı:

حدثنا قُتَيْبَةُ بن سَعِيدٍ حدثنا عبد الْعَزِيزِ يَعْنِي الدَّرَاوَرْدِيَّ ح وحدثني إسحاق بن مُوسَى الْأَنْصَارِيُّ حدثنا مَعْنٌ حدثنا مَالِكٌ جميعا عن الْعَلَاءِ بن عبد الرحمن عن أبيه عن أبي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم خَرَجَ إلى الْمَقْبُرَةِ فقال السَّلَامُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ وَإِنَّا إن شَاءَ الله بِكُمْ لَاحِقُونَ

“Əbu Hüreyrə demişdir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm)qəbiristanlığa gedib dedi: “Salam olsun sizə mömin insanların diyarı(nın əhalisi). Biz də, Allah qoysa, sizəqoşulacağıq”.

Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.1, s.218, h.249

İbn Teymiyyə

İbn Teymiyyə etiraf edir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) ölülərə salam verməyi göstəriş vermişdir:

وقد ثبت عنه فى الصحيحين من غير وجه أنه كان يأمر بالسلام على أهل القبور ويقول (قولوا السلام عليكم أهل الديار من المؤمنين والمسلمين وانا ان شاء الله بكم لاحقون ويرحم الله المستقدمين منا ومنكم والمستأخرين نسأل الله لنا ولكم العافية اللهم لا تحرمنا أجرهم ولا تفتنا بعدهم واغفر لنا ولهم ، فهذا خطاب لهم وإنما يخاطب من يسمع

“İki “Səhih” kitabda müxtəlif yollarla nəql olunmuşdur ki, Peyğəmbər qəbr əhlinə bu şəkildə salam verməyi əmr edərmiş: : “Salam olsun sizə, ey (bu) diyarın mömin və müsəlmanlar diyarının sakinləri! Biz də, Allah qoysa, sizə qoşulacağıq. Allah bizdən qabaqkılara və sonra gələnlərə rəhmət etsin. Allahdan özümüz və sizin üçün salamatlıq diləyirik. İlahi, bizi onların mükafatından məhrum etmə, bizi onlardan sonra fitnəyə düçar etmə, bizi və onları bağışla!”. Bu xitab ölülərə ünvanlanmışdır və yalnız eşidən kəslərə xitab edilər”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.24, s.363.

4. Ölülər məzarlarının kənarındakı diri şəxsləri görürlər

Əhməd ibn Hənbəl “Müsnəd”ində yazır ki, Aişə Ömərin qəbrin daxilindən gördüyünə inanırmış.

حدثنا عبد اللَّهِ حدثني أبي ثنا حَمَّادُ بن أُسَامَةَ قال أنا هِشَامٌ عن أبيه عن عَائِشَةَ قالت كنت أَدْخُلُ بيتي الذي دُفِنَ فيه رسول اللَّهِ صلى الله عليه وسلم وأبي فاضع ثوبي فَأَقُولُ إنما هو زوجي وأبي فلما دُفِنَ عُمَرُ مَعَهُمْ فَوَاللَّهِ ما دَخَلْتُ إِلاَّ وأنا مَشْدُودَةٌ عَلَىَّ ثيابي حَيَاءً من عُمَرَ.

“Aişə deyib: “İçində Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) və atamın dəfn olunduğu evimə daxil olur və libasımı (hicabımı) kənara qoyurdum. Öz-özümə “dəfn olunanlar mənim ərim və atamdır (burada yalnız mənə məhrəm olanlar vardır)”, - deyirdim. Ancaq Ömər də onlarla birlikdə dəfn olunduqdan sonra, Allah haqqı, Ömərdən həya etdiyimə görə (bundan sonra oraya) yalnız örtülmüş, üzərimdə libas olan halda daxil oldum”.

Əhməd ibn Hənbəl (vəfatı: h. 241), “əl-Müsnəd”, c.6, s.202, h.25701

Hakim Nişapuri də “Müstədrək” kitabnda bu rəvayəti nəql edərək onun səhih olduğunu bildirmişdir: :

هذا حديث صحيح على شرط الشيخين ولم يخرجاه.

“Bu hədis iki şeyxin şərtinə görə səhihdir, lakin onlar onu nəql etməyiblər”.

Əl-Hakim ən-Nisaburi (vəfatı: h. 405), “əl-Müstədrək ələs-səhiheyn”, c.3, s.63.

Heysəmi də bu rəvayəti nəql edərək onun bütün ravilərinin “Səhihul-Buxari”nin raviləri olduğunu bildirir:

رواه أحمد ورجاله رجال الصحيح.

“Onu Əhməd rəvayət etmişdir və raviləri “Səhih”in raviləridir”.

Nurəddin əl-Heysəmi (vəfatı: h. 807), “Məcməüz-zəvaid və mənəbul-fəvaid”, c.8, s.26.

Deməli, bu rəvayətlərə əsasən, Aişə belə düşünürmüş ki, Ömər ölmüş olduğuna və dəfn olunmasına baxmayaraq, qəbrin içərisindən onu görür. Buna görə də məcbur qalaraq, qəbrin kənarına hicabla gedirmiş.

5. Dirilərin salamına ölülərin cavab verməsi

Ölülər qəbirdən məzarlarının kənarında onlara salam verən kəsləri görür və salamın cavabını qaytarırlar:

أخبرنا أبو عبد الله عبيد بن محمد قراءة مني عليه سنة تسعين وثلاثمائة في ربيع الأول قال أملت علينا فاطمة بنت الريان المستملي في دارها بمصر في شوال سنة اثنتين وأربعين وثلاث مئة قالت حدثنا الربيع بن سليمان المؤذن صاحب الشافعي قال حدثنا بشر بن بكير عن الأوزاعي عن عطاء عن عبيد بن عمير عن بن عباس قال قال رسول الله صلى الله عليه وسلم «ما من أحد مر بقبر أخيه المؤمن كان يعرفه في الدنيا فسلم عليه إلا عرفه ورد عليه السلام».

“İbn Abbas Peyğəmbərdən belə nəql etmişdir: “Kim dünyada tanıdığı mömin qardaşının məzarının kənarından keçərək ona salam verərsə, (ölü) onu (qəbrin içindən) tanıyar və salamının cavabını qaytarar”.

İbn Əbdül-Bərr əl-Maliki (vəfatı: h. 463), “əl-İstizkar, c.1, s.185.

Əl-Əyninin vasitəsilə rəvayətin səhih bilinməsi

“Səhihul-Buxari”nin şərhçisi Bədrəddin əl-Əyni rəvayətin sənədinin səhih olduğunu yazmışdır:

وعند ابن عبد البر ، بسند صحيح : « ما من أحد يمر بقبر أخيه المؤمن كان يعرفه في الدنيا فيسلم عليه إلاَّ عرفه ورد عليه السلام » . ولما أخرج الترمذي حديث بريدة ، قال : والعمل على هذا عند أهل العلم : لا يرون بزيارة القبور بأسا . وهو قول ابن المبارك والشافعي وأحمد وإسحاق .

“İbn Əbdül-bərr səhih sənədlə belə nəql etmişdir: “Kim dünyada tanıdığı mömin qardaşının məzarının kənarından keçərək ona salam verərsə, (ölü) onu (qəbrin içindən) tanıyar və salamının cavabını qaytarar”. Ət-Tirmizi Büreydənin hədisini nəql etdikdən sonra demişdir: “Elm əhli bu hədisə əməl edərək qəbir ziyarətində pis bir şey görmürlər (onu icazəli hesab edirlər). İbn əl-Mübarək, əş-Şafei, Əhməd ibn Hənbəl və İshaqın nəzəri də məhz budur”.

Bədrəddin əl-Əyni əl-Hənəfi (vəfatı: h. 855), “Umdətul-qari şərh səhihil-Buxari”, c.8, s.69.

İbn Teymiyyənin vasitəsilə rəvayətin səhih bilinməsi

İbn Teymiyyə deyir ki, Peyğəmbərdən olan bu rəvayət sübuta yetibdir və səhihdir:

كما ثبت عن رسول الله «وما من رجل يمر بقبر الرجل كان يعرفه فى الدنيا فيسلم عليه الا رد الله عليه روحه حتى يرد عليه السلام» صح ذلك عن النبى إلى غير ذلك من الأحاديث.

“Heç şübhə yoxdur ki, ölülər başmaqların taqqıltısını eşidirlər, necə ki, bu, Allah Rəsulundan (nəql olunan hədisdə) sübuta yetmişdir: “Əgər bir şəxs sağlığında tandığı bir şəxsin qəbrinin yanında keçərkən həmin şəxsə salam versə, Allah salamın cavabını qaytarsın deyə o şəxsin ruhunu ona qaytarar” Peyğəmbərdən (nəql olunan) bu (hədis) səhihdir, bundan başqa hədislər də vardır ”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.24, s.173; “Qaidətun cəlilə fit-təvəssüli vəl-vəsilə”, c.1, s.150; “ər-Rəddü ələl-əxnai və istihbabu ziyarəti xeyril-bəriyyə”, c.1, s.88; “Minhacüs-sünnətin-nəbəviyyə”, c.2, s.442.

Məhəmməd ibn Əbdülvəhhabın rəvayətin səhih bilinməsini nəql etməsi

Hətta vəhhabilərin imamı Muhəmməd ibn Əbdülvəhhab da bu rəvayəti nəql etmiş, ardınca Əbdülhaqqın hədisi səhih hesab etdiyini bildirmişdir:

أخرج ابن عبد البر عن ابن عباس قال : قال رسول الله صلى الله عليه وسلم : ' ما من أحد يمرّ بقبر أخيه المؤمن - كان يعرفه في الدنيا - فيسلم عليه ، إلا عرفه ورد عليه السلام ' صححه عبد الحق ، وفي الباب عن أبي هريرة وعائشة .

“İbn Əbdülbərr İbn Abbasın belə dediyini nəql etmişdir: “Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Hər bir kəs dünyada tanıdığı mömin qardaşının məzarının kənarından keçər və ona salam verərsə, (ölmüş qardaşı) onu (məzarındaca) tanıyar və salamının cavabını qaytarar”. Əbdülhaqq bu hədisi səhih bilmişdir. Bu babda Əbü Hüreyrə və Aişədən də (hədislər) vardır”.

Muhəmməd ibn Əbdülvəhhab (vəfatı: h. 1206), “Əhkamu təmənnil-məvt”, c.1, s.46.

6. Peyğəmbərin qəbirdə həzrət İsanın salamına cavab verməsi

Əbu Yəla əl-Mosuli öz kitabında Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) belə buyurduğunu nəql etmişdir: İsa endiyi zaman mənim qəbrimin kənarında durub məni çağıracaq, mən də ona cavab verəcəyəm:

حَدَّثَنَا أَحْمَدُ بْنُ عِيسَى، حَدَّثَنَا ابْنُ وَهْبٍ، عَنْ أَبِي صَخْرٍ، أَنَّ سَعِيدًا الْمَقْبُرِيَّ أَخْبَرَهُ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ، يَقُولُ: سَمِعْتُ رَسُولَ اللَّهِ (صلى الله عليه وسلم) يَقُولُ: " وَالَّذِي نَفْسُ أَبِي الْقَاسِمِ بِيَدِهِ، لَيَنْزِلَنَّ عِيسَى ابْنُ مَرْيَمَ إِمَامًا مُقْسِطًا وَحَكَمًا عَدْلا، فَلَيَكْسِرَنَّ الصَّلِيبَ، وَلَيَقْتُلَنَّ الْخِنْزِيرَ، وَلَيُصْلِحَنَّ ذَاتَ الْبَيْنِ، وَلَيُذْهِبَنَّ الشَّحْنَاءَ، وَلَيُعْرَضَنَّ عَلَيْهِ الْمَالُ فَلا يَقْبَلُهُ، ثُمَّ لَئِنْ قَامَ عَلَى قَبْرِي، فَقَالَ: يَا مُحَمَّدُ لأُجِيبَنَّهُ ".

“Əbu Hüreyrə deyir: “Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) belə dediyini eşitdim: “Əbülqasimin canı əlində olana and olsun ki, İsa ibn Məryəm insaflı imam və ədalətli bir hakim şəklində yerə enəcək. O, xaçı sındıracaq, donuzu öldürəcək, düşmənçiliyi islah edcək, kin-küdurəti aradan aparacaqdır. Ona mal-dövlət təqdim edilsə də o, bunu qəbul etməyəcək. Sonra məzarımın başında durub: “Ya Məhəmməd!”, – deyəcək, mən də ona cavab verəcəyəm”.

Hədisin sənədi mötəbərdir. Onun bütün raviləri Buxari və Müslimin raviləridir. Bircə Əbu Səxr Həmid istisnadır ki, o da təkcə Müslimin ravilərindəndir. Kim Müslim və Buxarinin ravilərindəndirsə, əhli-sünnənin yanında siqədir. Həmçinin, əhli-sünnə Buxari və Müslimin rəvayətlərini səhih bilir və onlar barədə şəkk etməyi caiz hesab etmirlər.

Hüseyn Səlim Əsəd bu rəvayətin axırında yazır:

إسناده صحيح.

“Sənədi səhihdir”.

Əbu Yəla əl-Mosuli ət-Təmimi (vəfatı: h. 307), “əl-Müsnəd”, c.11, s.462.

Nasiruddin əl-Əlbani bu hədisin səhih olduğunu qeyd etmişdir.

2733 - " والذي نفس أبي القاسم بيده لينزلن عيسى ابن مريم إماما مقسطا و حكما عدلا ، فليكسرن الصليب و ليقتلن الخنزير و ليصلحن ذات البين و ليذهبن الشحناء و ليعرضن عليه المال فلا يقبله ، ثم لئن قام على قبري فقال : يا محمد لأجبته " .
قال الألباني في " السلسلة الصحيحة " 6 / 524 :أخرجه أبو يعلى في " مسنده " ( 4 / 1552 ) : حدثنا أحمد بن عيسى أخبرنا ابن وهب عن أبي صخر أن سعيد المقبري أخبره أنه سمع أبا هريرة يقول : سمعت رسول اللهصلى الله عليه وسلم : فذكره . قلت : و هذا إسناد جيد رجاله كلهم ثقات رجالالشيخين غير أبي صخر - و هو حميد ابن زياد الخراط - فمن رجال مسلم وحده ، و قد تكلم فيه بعضهم ، و صحح له ابن حبان و الحاكم و البوصيري ، و مشاه المنذري

“2733 - “Əbülqasimin canı əlində olana and olsun ki, İsa ibn Məryəm insaflı imam və ədalətli bir hakim şəklində yerə enəcək. O, xaçı sındıracaq, donuzu öldürəcək, düşmənçiliyi islah edcək, kin-küdurəti aradan aparacaqdır. Ona mal-dövlət təqdim edilsə də o, bunu qəbul etməyəcək. Sonra məzarımın başında durub: “Ya Məhəmməd!”, – deyəcək, mən də ona cavab verəcəyəm. ”.

Albani “əs-Silsilətus-səhihə”də 524/6 demişdir: “Əbu Yəla bu hədisi “Müsnəd”ində gətirmişdir (1552/4): “...Əbu Hüreyrə deyir: “Eşitdim Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm)...”.

Deyirəm: “Bu, ceyyid sənəddir. Ravilərin hamısı siqədir, Əbu Səxr istisna olmaqla, hamısı iki şeyxin raviləridir., Əbu Səxr isə Həmid ibn Ziyad əl-Xərratdır. O digərlərindən fərqli olaraq, təkcə Müslimin ravisidir. Bəziləri onun barəsində mənfi söz demişlər. Lakin, İbn Hibban, əl-Hakim və əl-Buseyri onu güvənilir bilmiş, əl-Münziri də ona etimad etmişdir ”.

Əlbani, Əs-silsilətüs-səhihə, c.6, s.236, h.2733

Heysəmi bu rəvayəti nəql edərək onun ravilərinin “Səhihul-Buxari” və “Səhihu Muslim”in raviləri olduğunu bildirmişdir:

رواه أبو يعلى ورجاله رجال الصحيح.

“Bunu Əbu Yəla rəvayət etmişdir və raviləri “Səhih”in raviləridir”.

Nurəddin əl-Heysəmi (vəfatı: h. 807), “Məcməüz-zəvaid və mənbəul-fəvaid”, c.8, s.211

Hədisin digər mənbələri:

İbn Əsakir əd-Diməşqi əş-Şafei (vəfatı: h. 571), “Tarixu Mədinəri Diməşq”, c.47, s.494; İbn Həcər əl-Əsqəlani əş-Şafei (vəfatı: h. 852), “əl-Mətalibul-aliyə”, c.15, s.211 və c.18, s.401; Şihabəddin əl-Alusi əl-Bağdadi əl-Hənəfi (vəfatı: h. 1270), “Ruhul-məani fi təfsiril-Quranil-Əzim vəs-səbil-məsani”, c.22, s.35; Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “əl-Havi lil-fətava”, c.2, s.154.

Həmçinin, əs-Salehi əş-Şami Peyğəmbərin həzrət İsanın salamının cavabını verəcəyi ilə bağlı bir hədis nəql etmiş, ardınca hədisin sənədinin səhih olduğunu bildirmişdir:

وروى محمد بن يحيى بن أبي عمر - برجال ثقات - عن أبي هريرة - رضي الله تعالى عنه - أن رسول الله - صلى الله عليه وسلم - قال : ( إن عيسى ابن مريم يكون مارا بالمدينة حاجا أو معتمرا ولئن سلم علي لأردن عليه ) .

“Məhəmməd ibn Yəhya ibn Əbu Ömər – siqə ravilərlə – Əbu Hüreyrədən rəvayət etmişdir ki, Allah Rəsulu buyurmuşdur: “Həqiqətən, İsa ibn Məryəm həccə və ya ümrəyə gedərkən Mədinədən keçəcək, mənə salam verdiyi zaman onun salamının cavabını verəcəyəm”.

Muhəmməd ibn Yusif əs-Salehi əş-Şami (vəfatı: h. 942), “Subulul-hüda vər-rəşad fi sirəti xeyril-ibad”, c.12, s.357.

Deməli, bu rəvayət sübut edir ki, Peyğəmbər dünyasını dəyişdikdənsonra da başqalarının səslərini eşidir, habelə cavab verə bilir.

Onu da qeyd edək ki, salam vermə işi sırf həzrət İsaya məxsus bir iş deyildir. Belə ki, səhabə və tabeinlər də Peyğəmbərin qəbri üzərinə gələrək ona salam verərdilər. Bəhsin əvvəlində qeyd etdiyimiz Əbu Əyyub Ənsarinin rəvayəti buna şahiddir. Bunu dəstəkləyəcək rəvayətlər kifayət qədər çoxdur.

7. Allah Rəsulunun Ühüd şəhidlərini ziyarət etmə göstərişi verməsi və o həzrətin onların salamının cavabını alarkən söylədiyi söz

Əhli-sünnənin böyük alimlərindən olan Vaqidi bu rəvayəti “əl-Məğazi” kitabında qeyd etmişdir:

ومر رسول الله صلى الله عليه وسلّم على مصعب بن عمير فوقف عليه ، ودعا ، وقرأ : ' رجالٌ صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلاً ' ، أشهد أن هؤلاء شهداء عند الله يوم القيامة ، فأتوهم وزوروهم وسلموا عليهم والذي نفسي بيده ، لا يسلم عليهم أحدٌ إلى يوم القيامة إلا ردوا عليه .
وكان أبو سعيد الخدري يقف على قبر حمزة فيدعو ويقول لمن معه : لا يسلم عليهم أحدٌ إلا ردوا عليه السلام ، فلا تدعوا السلام عليهم وزيارتهم .
وكان أبو سفيان مولى ابن أبي أحمد يحدث أنه كان يذهب مع محمد بن مسلمة وسلمة بن سلامة بن وقش في الأشهر إلى أحد ، فيسلمان على قبر
وكانت أم سلمة زوج النبي صلى الله عليه وسلّم تذهب فتسلم عليهم في كل شهرٍ فتظل يومها ، فجاءت يوماً ومعها غلامها نبهان ، فلم يسلم فقالت : أي لكع ، ألا تسلم عليهم ؟ والله لا يسلم عليهم أحدٌ إلا ردوا إلى يوم القيامة .
وكان أبو هريرة يكثر الاختلاف إليهم . وكان عبد الله بن عمر إذا ركب إلى الغابة فبلغ ذباب ، عدل إلى قبور الشهداء فسلم عليهم ، ثم رجع إلى ذباب حتى استقبل الطريق طريق الغابة ويكره أن يتخذهم طريقاً ، ثم يعارض الطريق حتى يرجع إلى طريقه الأولى .
وكانت فاطمة الخزاعية قد أدركت تقول : رأيتني وغابت الشمس بقبور الشهداء ومعي أختٌ لي ، فقلت لها : تعالى ، نسلم على قبر حمزة وننصرف . قالت : نعم . فوقفنا على قبره فقلنا : السلام عليك يا عم رسول الله . فسمعنا كلاماً رد علينا : وعليكما السلام ورحمة الله .

“Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Musəb ibn Umeyrin (qəbrinin) yanından keçirdi, onun başı üzərində durdu, dua etdi və (belə) oxudu: “... Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.” Şəhadət verirəm ki, Qiyamət günü bunlar Allah dərgahında şəhiddirlər. Onların yanına gəlin, onları ziyarət edin, onlara salam verin, canım əlində olana and olsun ki, Qiyamətədək biri onlara salam verdikdə onlar salamının cavabını qaytararlar”.

Əbu Səid əl-Xudri Həmzənin qəbri başında durar, dua edər və onunla birlikdə olana deyərdi: “Onlara salam verən elə bir kəs yoxdur ki, salamının cavabını qaytarmasınlar; buna görə də onlara salam verməyi və onları ziyarət etməyi tərk etməyin.

İbn Əbu Əhmədin xidmətçisi Əbu Süfyan nəql edir ki, o, Məhəmməd ibn Məsləmə, Sələmət ibn Səlamə ibn Vəqş ilə birlikdə hər ay Ühüdə gedər və (müəyyən) bir qəbirə salam verərdilər”.

Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) yoldaşı Ümmü Sələmə hər ay Ühüdə gedər və onlara salam verər, bütün gününü (orada) keçirərdi. Bir gün qulamı Nəbhanla birlikdə Ühüdə gəldi, ancaq qulamı salam vermədi. Ümmü Sələmə dedi: “Ay yaramaz! Onlara salam vermirsən? Allaha and olsun, Qiyamətədək hər kəs onlara salam versə, onlar onun cavabını qaytararlar”.

Əbu Hüreyrə onlara tez-tez baş çəkərdi. Abdullah ibn Ömər Ğabə məntəqəsinə gedərkən Zübab məntəqəsinə yetişdikdə, şəhidlərin qəbirlərinə tərəf qayıdar, onlara salam verər, ardınca da Zübab yoluna qayıdar və əl-Ğabə tərəfə yollanardı. O, şəhidlərin yanından keçib onları ziyarət etməməkdən acığı gələrdi, ona görə də yolunu dəyişib (onlara salam verməyə gedər), sonra yenidən birinci yola qayıdardı”.

Fatimə əl-Xuzaiyyə Peyğəmbərin zamanını görmüş bir qadın idi. O deyirdi ki: “Xatırlayıram, bir dəfə günəş qürub etdiyi vaxt şəhidlərin qəbrinin kənarındaydım, bacım da mənimlə idi. Ona dedim ki, gəl Həmzənin qəbri üstə gedib salam verək. Dedi ki, yaxşı. Biz onun məzarı üstə durub dedik: “Salam olsun sənə, ey Allah Rəsulunun əmisi!” Bu zaman onun: “Sizə də salam və Allahın rəhməti olsun”, - deyərək bizim salamımızı aldığını eşitdik. Həmin vaxt bizim yanımızda heç kəs yox idi...”

Muhəmməd ibn Ömər əl-Vaqidi (vəfatı: h.207), “Kitabul-məğazi”, c.1, s.267-s.268

Digər mənbələr:

Əbu Nüeym əl-Əsbahani (vəfatı: h. 430), “Hilyətül-əvliya və təbəqatül-əsfiya”, c.1, s.108; İbn Əbil-Hədid əl-Mötəzili (vəfatı: h. 655), “Şərhu Nəhcil-Bəlağə”, c.15, s.25; Kəmaləddin əs-Sivasi əl-Hənəfi (vəfatı: h. 681), “Şərhu fəthil-qədir”, c.3, s.183; Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “Cameul-əhadis” (əl-Camius-səğir və zəvaiduhu vəl-camiul-kəbir), c.1, s.453; əl-Müttəqi əl-Hindi (vəfatı: h. 975), “Kənzül-ummal”, c.10, s.173.

Bu rəvayət sübut edir ki, çoxlu sayda səhabə və böyük əhli-sünnə alimləri (məsələn, Əbu Səid Xudri, İbn Əbu Əhmədin xidmətçisi Əbu Süfyan, Məhəmməd ibn Məsləmə, Sələmət ibn Səlamə ibn Vəqş, Peyğəmbərin həyat yoldaşı Ümmül-möminin Ümmü Sələmə, Əbu Hüreyrə, Abdullah ibn Ömər, Fatimə əl-Xuzaiyə və s.) Ühüd şəhidlərinin məzarı üstə getmiş, onlara salam vermiş və salamın cavabını almışlar.

Məhəmməd ibn Əbdülvəhhab və bu hədisi səhih hesab etməsi

Məhəmməd ibn Əbdülvəhhab bu rəvayəti səhih hesab etmişdir:

وللحاكم وصححه عن عبد الله بن أبي فروة أن النبي صلى الله عليه وسلم زار قبور الشهداء بأحد ، فقال : ' اللهم إن عبدك ونبيك يشهد أن هؤلاء شهداء ، وأن من زارهم أو سلم عليهم إلى يوم القيامة ردوا عليه.

“Hakimin Abdullah ibn Əbu Fərvədən nəql etdiyi və səhih bildiyi bir hədisdə deyilir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Ühüddə şəhidlərin qəbirlərini ziyarət edərək demişdir: "İlahi, Sənin bəndən və peyğəmbərin şəhadət verir ki, bunlar şəhiddirlər və kim onları ziyarət etsə və ya Qiyamət gününüdək onlara salam versə, onlar salamın cavabını qaytaracaqlar"”.

Məhəmməd ibn Əbdülvəhhab (vəfatı: h. 1206), “Əhkamu təmənnil-məvt”, c.1, s.47

Alusinin bu hədisi səhih hesab etməsi

Əhli-sünnə alimi Alusi də bu hədisin səhih olduğunu bildirmişdir:

وبما رواه البيهقي والحاكم وصححه وغيرهما عن أبي هريرة أن النبي صلى الله عليه وسلم وقف على مصعب بن عمير وعلى أصحابه حين رجع من أحد فقال : أشهد أنكم أحياء عند الله تعالى فزوروهم وسلموا عليهم فوالذي نفسي بيده لا يسلم عليهم أحد إلا ردوا عليه إلى يوم القيامة وبما أخرج إبن عبدالبر وقال عبدالحق الأشبيلي إسناده صحيح.

“Beyhəqi, Hakim və başqaları Əbu Hüreyrədən Peyğəmbərin Ühüddən qayıdarkən Musəb ibn Ümeyrin və digər səhabələrinin qəbri üstə duraraq, belə dediyini nəql etmişlər: “Şəhadət verirəm ki, siz Allah qatında dirisiniz. (Ey müsəlmanlar), onları ziyarət edib onlara salam verin. Canım əlində olan Allaha and olsun ki, Qiyamətədə qədər kim onlara salam versə, onlar onun salamının cavabını qaytaracaqlar”. Hakim bu hədisi səhih bilmişdir. Həmçinin, İbn Əbdül-Bərr də bu hədisi nəql etmişdir. Əbdül-Həqq əl-İşbili isə hədis üçün, “sənədi səhihdir”, - demişdir. ”.

Şihabəddin əl-Alusi əl-Bağdadi əl-Hənəfi (vəfatı: h. 1270), “Ruhul-məani fi təfsiril-Quranil-Əzim vəs-səbil-məsani”, c.21, s.55.

8. Qəbirdə meyitə təlqin verməyin müstəhəb olması və meyidin təlqini eşitməsi

İbn Həcər Əsqəlani “Təlxisul-həbir” kitabında bu barədə yazır:

الطَّبَرَانِيُّ عن أبي أُمَامَةَ إذَا أنا مِتُّ فَاصْنَعُوا بِي كما أَمَرَنَا رسول اللَّهِ صلى اللَّهُ عليه وسلم أَنْ نَصْنَعَ بِمَوْتَانَا أَمَرَنَا رسول اللَّهِ صلى اللَّهُ عليه وسلم فقال إذَا مَاتَ أَحَدٌ من إخْوَانِكُمْ فَسَوَّيْتُمْ التُّرَابَ على قَبْرِهِ فَلْيَقُمْ أحدكم على رَأْسِ قَبْرِهِ ثُمَّ لْيَقُلْ يا فُلَانُ بن فُلَانَةَ فإنه يَسْمَعُهُ وَلَا يُجِيبُ ثُمَّ يقول يا فُلَانُ بن فُلَانَةَ فإنه يَسْتَوِي قَاعِدًا ثُمَّ يقول يا فُلَانُ بن فُلَانَةَ فإنه يقول أَرْشِدْنَا يَرْحَمْكَ اللَّهُ وَلَكِنْ لَا تَشْعُرُونَ فَلْيَقُلْ اُذْكُرْ ما خَرَجْت عليه من الدُّنْيَا شَهَادَةَ أَنْ لَا إلَهَ إلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ وَأَنَّك رَضِيت بِاَللَّهِ رَبًّا وَبِالْإِسْلَامِ دِينًا وَبِمُحَمَّدٍ نَبِيًّا وَبِالْقُرْآنِ إمَامًا فإن مُنْكَرًا وَنَكِيرًا يَأْخُذُ كُلُّ وَاحِدٍ مِنْهُمَا بِيَدِ صَاحِبِهِ وَيَقُولُ انْطَلِقْ بِنَا ما يُقْعِدُنَا عِنْدَ من لُقِّنَ حُجَّتُهُ قال فقال رَجُلٌ يا رَسُولَ اللَّهِ فَإِنْ لم يَعْرِفْ أُمَّهُ قال يَنْسُبُهُ إلَى أُمِّهِ حَوَّاءَ يا فُلَانُ بن حَوَّاءَ.
وَإِسْنَادُهُ صَالِحٌ وقد قَوَّاهُ الضِّيَاءُ في أَحْكَامِهِ وَأَخْرَجَهُ عبد الْعَزِيزِ في الشَّافِي.

“Ət-Təbərani Əbu Əmamədənbelə nəql etmişdir: "Mən ölən zaman mənimlə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) bizə ölülərimizlə etməyimizi əmr etdiyi kimi edin. O, bizə göstəriş verərək demişdir ki: "Qardaşlarınızdan biri öldükdə (onu dəfn edin və) qəbirinin üzərindəki topağı düzəldin (hamarlayın), biriniz məzarının başı üzərində dursun, sonra desin: Ey filan qadının oğlu filankəs! Ölən şəxs onu bu sözünüeşidəcək, lakin, cavab verə bilməyəcək. Sonra desin: “Ey filankəs qadının oğlu filankəs!”Bu zaman ölən şəxsqalxıb oturacaq. Sonra desin: “Ey filan qadının oğlu filankəs!”Bu zaman ölən şəxs deyər: "Allah sənə rəhm etsin, mənə yol göstər”. Lakin siz (bunları) başa düşmürsünüz. Sonra desin: “Dünyadan çıxarkən hansı inanc üzərə olduğunu xatırla. Sən Allahdan başqa bir tanrı olmadığına və, Məhəmmədin onun bəndəsi və elçisi olduğuna şəhadət vermiş, Allahdan bir Rəbb kimi, İslamdan bir din kimi, Məhəmməddən bir peyğəmbər kimi, Qurandan dabir imam kimi razı olmuşdun.” Bu zaman Münkər və Nəkir bir-birinin əlindən tutaraq deyərlər: “: “Gəl gedək, höccəti təlqin olunanın yanında nə oturmuşuq?".

Ravi deyir: "Bir nəfər dedi ki, ya Rəsuləllah, bəs birdən təlqin deyən ölən şəxsin anasını tanımasa, (onu necə çağırsın)?" Peyğəmbər buyurdu: “Onu anası Həvvaya nisbət verib“Həvvanın oğlu filankəs”, - desin.

Rəvayətin sənədi salehdir. Ziya “əl-Əhkam” kitabındaonun sənədini qəvi (güclü) hesab etmişdir. Əbdüləziz də onu “əş-Şafi” kitabında nəql etmişdir”.

İbn Həcər əl-Əsqəlani (vəfatı: h. 852), “Təlxisul-həbir fi əhadisir-Rafeiil-kəbir”, c.2, s.136.

Şövkani bu rəvayəti və İbn Həcərin sözünü nəql edərək demişdir:

قال الْحَافِظُ في التَّلْخِيصِ وَإِسْنَادُهُ صَالِحٌ.

“Əl-Hafiz "ət-Təlxis"də demişdir ki, sənədi salehdir”.

Muhəmməd ibn Əli əş-Şövkani (vəfatı: h. 1255), “Nəylül-əvtar”, c.4, s.139.

İbn Cövzi İbn Həcərin “rəvayətin sənədi salehdir və Ziya onu güclü hesab etmişdir”, - dediyini nəql etmişdir:

الحافظ ابن حجر رحمه الله تعالى ذكر في التخليص ( 1 135 - 136 ) حديث أبي أمامة المرفوع في تلقين الميت على القبر بعد دفنه فقال إسناده صالح وقد قواه الضياء في أحكام.

“Hafiz ibn Həcər (Allah-taala ona rəhmət etsin) "ət-Təlxis" kitabında Əbu Əmamədən dəfnindən sonra qəbir başında meyitə təlqin olunması barədə mərfu* bir hədis nəql etmiş və (1/135-136) demişdir: Sənədi salehdir. Əz-Ziya da bunu "Əhkam"da qəvi hesab etmişdir.”

_________________________

* Mərfu: sənədi Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) çatan hədis. [Red.]

İbn əl-Cövzi əl-Hənbəli (vəfatı: h. 597), “Dəfu şubəhit-təşbihi bi-əkuffit-tənzih”, c.1, s.298.

Sənani yazır:

قال المصنف إسناده صالح.

“Müəllif demişdir: Sənədi salehdir”.

Muhəmməd ibn İsmail əs-Sənani (vəfatı: h. 1182), “Subulul-İslam şərhu buluğil-məram min ədillətil-əhkam”, c.2, s.113.

Həmçinin, İbn Muləqqin rəvayəti qeyd etdikdən sonra onun sənədində bir problem olmadığını yazmışdır. Hafiz Əbu Mənsurun onu “Camiud-duais-səhih” (“Səhih dua toplusu”) kitabında gətirmişdir. İmam Əhməd isə meyitə təlqini caiz bilmişdir:

وإِسْنَاده لَا أعلم بِهِ بَأْسا ، وَذكره الْحَافِظ أَبُو مَنْصُور فِي «جَامع الدُّعَاء الصَّحِيح» ، وَزَاد بعد قَوْله : «قد لقن حجَّته» : «وَيكون الله (حجَّته) دونهمَا» . قَالَ : وَقد أرخص الإِمَام أَحْمد بن حَنْبَل فِي تلقين الْمَيِّت ، وَأَعْجَبهُ ذَلِك

“Sənədində bir problem görmürəm, əl-Hafiz Əbu Mənsur onu "Camiudd-duaiss-səhih" kitabında qeyd etmişdir. Əbu Mənsurun hədisində "...höccəti təlqin olunanın yanında nə oturmuşuq?..." sözündən sonra "Beləcə Allah o iki mələk qarşısında onun cavab verəni olar" kəlməsini artırılmışdır; İmam Əhməd ibn Hənbəl meyitə təlqin olunmasını icazəli bilmiş və bu, onunun xoşuna gəlmişdir.”

İbn Muləqqin əş-Şafei (vəfatı: h. 804), “əl-Bədrul-munir fi təxricil-əhadis vəl-asaril-vaqiəti fiş-şərhil-kəbir”, c.5, s.334.

Molla Əli Qari yazır ki, İbn Həcər deyir:

وقال ابن حجر : وفيه إيماء إلى تلقين الميت بعد تمام دفنه وكيفيته مشهورة وهو سنة على المعتمد من مذهبنا خلافاً لمن زعم أنه بدعة كيف وفيه حديث صريح يعمل به في الفضائل اتفاقاً ، بل اعتضد بشواهد يرتقي بها إلى درجة الحسن.

“İbn Həcər demişdir: Hədisdə dəfnin tamamlanmasından sonra meyitə təlqin edilməsinə (bu işin bəyənilən olmasına) işarə vardır; bu təlqinin forması isə məşhurdur. Bəziləri bu işin bidət olduğunu iddia etsə də, bu işbizim məzhəbimizin ən etimadlı nəzərinə əsasən, sünnədir. Bu iş necə bidət ola bilər ki, onun barəsində açıq-aydın hədis mövcuddur. Alimlərin ittifaqına əsasən, müstəhəb işlər mövzusunda bu cür hədislərə əməl olunar. Üstəlik, bu hədis bir sıra şahidlərlə* də dəstəklənərək “həsən” hədis səviyyəsinə yüksəlir”.

_________________________

* “Şahid”: müəyyən bir hədislə eyni mənada və ya eyni ləfzdə olan və başqa bir səhabə yolu ilə nəql edilən hədisdir. Bir hədisin sənədi zəif olsa da başqa hədislərlə dəstəklənə və nəticədə mötəbərlik səviyyəsinə yüksələ bilər. Hədisin dəstəkləndiyi belə hədislər “şahid” hesab olunur. [Red.]

Molla Əli əl-Qari əl-Hənəfi (vəfatı: h. 1014), “Mirqatül-məfatih şərhu mişkatil-məsabih”, c.1, s.327.

Bu rəvayətə əhli-sünnə alimlərinin əməl etməsi:

Əhli-sünnə alimi Nəvəvi yazır ki, alimlərin çox hissəsi dəfndən sonra meyitə təlqin verməyin müstəhəb olmasına inanırlar:

470 - وروينا في " سنن البيهقي " بإسناد حسن ، أن ابن عمر استحب أن يقرأ على القبر بعد الدفن أول سورة البقرة وخاتمتها.
[ فصل ] : وأما تلقين الميت بعد الدفن ، فقد قال جماعة كثيرون من أصحابنا باستحبابه ، وممن نص على استحبابه : القاضي حسين في تعليقه ، وصاحبه أبو سعد المتولي في كتابه " التتمة " ، والشيخ الإمام الزاهد أبو الفتح نصر بن إبراهيم بن نصر المقدسي ، والإمام أبو القاسم الرافعي وغيرهم ، ونقله القاضي حسين عن الأصحاب.
وأما لفظه فقال الشيخ نصر : إذا فرغ من دفنه يقف عند رأسه ويقول : يا فلان بن فلان ، اذكر العهد الذي خرجت عليه من الدنيا : شهادة أن لا إله إلا الله وحده لا شريك له ، وأن محمدا عبده ورسوله ، وأن الساعة آتية لا ريب فيها ، وأن الله ببعث من في القبور ، قل رضيت بالله ربا ، وبالإسلام دينا ، وبمحمد صلى الله عليه وسلم نبيا ، وبالكعبة قبلة ، وبالقرآن إماما ، وبالمسلمين إخوانا ، ربي الله ، لا إله إلا هو ، وهو رب العرش العظيم ، هذا لفظ الشيخ نصر المقدسي في كتابه " التهذيب " ، ولفظ الباقين بنحوه ، وفي لفظ بعضهم نقص عنه ، ثم منهم من يقول : يا عبد الله ابن أمة الله ، ومنهم من يقول : يا عبد الله بن حواء ، ومنهم من يقول : يا فلان - باسمه - ابن أمة الله ، أو يا فلان بن حواء ، وكله بمعنى.

“Biz "Sünənu "əl-Beyhəqi"də həsən sənədlə rəvayət etmişdik ki, İbn Ömər dəfndən sonra qəbir üzərində "Bəqərə" surəsinin başlanğıcını və axırlarını oxumağa üstünlük verərdi (müstəhəb bilirdi).

(Fəsl): Dəfndən sonra meyitin təlqininə gəlincə, əshabımızdan çoxu onun müstəhəb olmasını demişdir. Onun müstəhəb olmasını deyənkəslər: əl-Qazi Hüseyn ("Təliq"ində), yoldaşı Əbu Səid əl-Mütəvəlli("ət-Tətimmə" kitabında), Şeyx İmam əz-Zahid Əbülfəth Nəsr ibn İbrahim ibn Nəsr əl-Məqdisi, İmam Əbülqasim ər-Rafei və başqalarıdır. Əl-Qazi Hüseyn də əshabın bu fikirdə olduğunu etmişdir.

Təlqinin hansı formada deyilməsinə gəlincə, Şeyx Nəsr demişdir: Ölünün dəfnini bitirdikdən sonra başının yanında durub belə demək lazımdır: “Ey filan ibn filan, dünyadan çıxarkən hansı inanc üzərə olduğunu xatırla. Sən Allahdan başqa bir tanrı olmadığına, Məhəmmədin onun bəndəsi və elçisi olduğuna, Qiyamətin şübhəsiz baş verəcəyi və Allahın qəbirlərdə olanları dirildəcəyinə şəhadət vermişdin. De: , Allahdan Rəbb olaraq, İslamdan din olaraq, Məhəmməddən (sallallahu əleyhi və alihi və səlləm) peyğəmbər olaraq, Kəbədən qiblə olaraq, Qurandan imam olaraq, müsəlmanlardan da qardaş olaraq razıyam. Rəbbim Allahdır, Ondan başqa bir tanrı yoxdur, O, əzəmətli ərşin Rəbbidir". Bu, Şeyx Nəsr əl-Məqdisinin "ət-Təhzib" kitabında qeyd etdiyi formadır. Qalanların qeyd etdiyi forma da bunun kimidir. Əlbəttə, bəzilərininnəql etdiyi formada müəyyən ixtisarlar vardır. Həmçnin, bəziləri (“ey filankəs oğlu filankəs” sözünün yerinə) “ey Allah kənizinin oğlu Allah bəndəsi” ifadəsi, bəziləri “ey Həvvanın oğlu Allah bəndəsi” ifadəsi, bəziləri “ey Allah kənizinin oğlu filankəs – adı ilə –” ifadəsi, bəziləri də “ey Həvva oğlu filankəs” ifadəsi qeyd etmişlər. ".

Mühyiddin ən-Nəvəvi əş-Şafei (vəfatı: h. 676), “əl-Əzkarul-muntəxəbə min kəlami seyyidil-əbrar”, c.1, s.129.

İşbili də bu rəvayəti qeyd etmiş və dəfndən sonra meyitin təlqini ilə əlaqədar xüsusi bab açmışdır:

الباب السابع تلقين الميت بعد الدفن والدعاء له وقراءة القرآن عنده وذكر محاسنه والسكوت عن مساوئه.

“Yeddinci bab; dəfndən sonra meyitin təlqini, ona dua etmək, yanında Quran tilavət etmək, yaxşılıqlarını yada salma və pislikləri barəsə susmaq babı”.

Əbdülhaq əl-İşbili (vəfatı: h. 581), “əl-Aqibətu fi zikril-məvt”, c.1, s.182.

Əbülabbas Əhməd ibn Abdullah ər-Razi Peyğəmbərdən bir rəvayət nəql etdikdən sonra yazır ki, bu rəvayətin hökmünə görə qəbirdə meyitə təlqin vermək vacibdir:

ومن غريب ما أورده عن هاني مولى عثمان بن عفان بسند متصل أنه قال قال رسول الله صلى الله عليه وسلم إن القبر أول منزل من منازل الآخرة فمن نجا منه فما بعده أيسر منه ومن لم ينج فما بعده أشر قال وكان صلى الله عليه وسلم إذا فرغ من دفن الميت قال استغفروا لصاحبكم واسألوا الله تعالى له التثبيت فإنه الآن يسأل قال وفي هذا الحديث دليل على وجوب تلقين الميت إذا ألحد بالشهادتين.

“(Əbül-Abbas Əhməd ibn Abdullah ər-Razinin) nəql etdiyi qəribə hədislərdən biri də müttəsil (bitişik) sənədlə Osman ibn Əffanın xidmətçisi Hanidən nəql etdiyi aşağıdakı hədisdir. Hədisdə deyilir ki:

Allah Rəsulu buyurdu: “Qəbir axirət mənzillərindən birinci mənzildir, buna görə də kim ondan qurtulsa, ondan sonrakı daha asan olacaq . Kim qurtula bilməsə, ondan sonrası daha pis olacaq

Hani deyir: “Peyğəmbər meyitin dəfnini qurtardıqda deyərdi: "Yoldaşınız üçün bağışlanma diləyin, Allahdan onun üçün sabitqədəmlik arzulayın. Çünki o, hal-hazırda sorğu-sual olunur".

Razi bu hədisi nəql etdikdən sonra demişdir: “Bu hədisdə dəfn edildikdən sonra meyyitə iki şəhadəti təlqin edilməsinin vacibliyinə dəlil vardır”.

Bəhaəddin əl-Cündi əl-Kindi (vəfatı: h. 732-dən qabaq), “əs-Suluk fi təbaqatil-uləma vəl-muluk”, c.1, s.282-283.

İbn Teymiyyə də meyitin təlqininin caiz olduğunu demişdir:

وسئل «هل يشرع تلقين الميت الكبير والصغير أو لا»
فَأَجَابَ : وَأَمَّا تَلْقِينُ الْمَيِّتِ فَقَدْ ذَكَرَهُ طَائِفَةٌ مِنْ الْخُرَاسَانِيِّين مِنْ أَصْحَابِ الشَّافِعِيِّ وَاسْتَحْسَنُوهُ أَيْضًا ذَكَرَهُ الْمُتَوَلِّي ، وَالرَّافِعِيُّ وَغَيْرُهُمَا . وَأَمَّا الشَّافِعِيُّنَفْسُهُ فَلَمْ يُنْقَلْ عَنْهُ فِيهِ شَيْءٌ .
وَمِنْ الصَّحَابَةِ مَنْ كَانَ يَفْعَلُهُ ، كَأَبِي أمامة الْبَاهِلِيِّ وَوَاثِلَةَ بْنِ الْأَسْقَعِ وَغَيْرِهِمَا مِنْ الصَّحَابَةِ .
وَمِنْ أَصْحَابِ أَحْمَد مَنْ اسْتَحَبَّهُ ، وَالتَّحْقِيقُ أَنَّهُ جَائِزٌ وَلَيْسَ بِسُنَّةٍ رَاتِبَةٍ وَاَللَّهُ أَعْلَمُ.

“İbn Teymiyyədən soruşuldu: Böyük və ya azyaşlı ölüyə təlqin vermək şəriətə uyğundur, ya yox?”.

Cavab verdi: Meyitin təlqininə gəldikdə, onu Şafeinin əshabından olan bir qrup xorasanlı alim qeyd etmiş və yaxşı hesab etmişlər. Həmçinin əl-Mütəvəlli, ər-Rafei və başqaları da bunu qeyd etmişlər. Şafeinin özünə gəldikdə isə bu barədə ondan bir şey nəql olunmamışdır. Səhabələr arasında da bu işi görənlər olmuşdur, məsələn, Əbu Ümamə əl-Bahili, Vasilə ibn əl-Əsqə və başqaları kimi. Əhmədin əshabı arasından da bəziləri bunu müstəhəb bilmişdir. Yekun nəzər budur ki,bu iş caizdir, lakin sünnə deyildir. Allah daha yaxşı bilər".

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-İslam ibn Teymiyyə”, c.24, s.299; “əl-Fətava əl-kübra lişeyxil-İslam İbn Teymiyyə”, c.1, s.289.

İbn əl-Qəyyim əl-Cövziyyə yazır:

فصل وَيدل على هَذَا أَيْضا مَا جرى عَلَيْهِ عمل النَّاس قَدِيما وَإِلَى الْآن من تلقين الْمَيِّت فِي قَبره وَلَوْلَا أَنه يسمع ذَلِك وَينْتَفع بِهِ لم يكن فِيهِ فَائِدَة وَكَانَ عَبَثا وَقد سُئِلَ عَنهُ الإِمَام أَحْمد رَحمَه الله فَاسْتَحْسَنَهُ وَاحْتج عَلَيْهِ بِالْعَمَلِ

“Ölünün eşitməsinə dəlalət edən şeylərdən biri də camaatın qədimdən ta bugünədək ölüyə təlqin etməsidir. Əgər ölü bunu eşitməsə və bununla mənfəət əldə etməsəydi, bunda bir fayda olmaz və bu iş əbəs olardı. İmam Əhməddən - Allah ona rəhmət etsin - bu haqda soruşduqda o, bunu yaxşı hesab etmiş və müsəlmanların əməlini buna dəlil gətirmişdir".

İbn əl-Qəyyim əl-Cövziyyə (vəfatı: h. 751), “ər-Ruhu fil-kəlami əla ərvahil-əmvati vəl-əhyai bid-dəlaili minəl-kitabi vəs-sünnə”, c.1, s.13.

Həmçinin, Həddadi Əbbadi Hənəfi qəbirdə meyitə təlqin etməyin əhli-sünnə nəzərində caiz olduğunu demişdir.

وَأَمَّا تَلْقِينُ الْمَيِّتِ فِي الْقَبْرِ فَمَشْرُوعٌ عِنْدَ أَهْلِ السُّنَّةِ لِأَنَّ اللَّهَ تَعَالَى يُحْيِيه فِي الْقَبْرِ وَصُورَتُهُ أَنْ يُقَالَ يَا فُلَانُ بْنَ فُلَانٍ أَوْ يَا عَبْدَ اللَّهِ بْنَ عَبْدِ اللَّهِ اُذْكُرْ دِينَك الَّذِي كُنْت عَلَيْهِ وَقَدْ رَضِيت بِاَللَّهِ رَبًّا وَبِالْإِسْلَامِ دِينًا وَبِمُحَمَّدٍ نَبِيًّا .

“Qəbirdə meyitə təlqin vermək əhli-sünnə yanında qanunidir (caizdir), çünki Allah-taala ölünü qəbirdə dirildir.Təlqinin formasıisə belədir: “Ey filankəs oğlu filankəs və ya ey Allah bəndəsinin oğlu Allah bəndəsi, üzərində olduğun (etiqad bəslədiyin) dini yada sal.Sən AllahdanRəbb olaraq, İslamdan din olaraq və Məhəmməddən peyğəmbər olaraq razı olmusan".

Əbu Bəkr ibn Əli əl-Həddadi əl-Hənəfi (vəfatı: h. 800), “əl-Cəvhərətün-nəyyirətu şərhu muxtəsəril-Quduri”, c.1, s.398.

Şənqiti yazır:

وقد رأيت ابن القيم استدلّ له بأدلّة ، منها : أن الإمام أحمد رحمه اللَّه سئل عنه فاستحسنه. واحتجّ عليه بالعمل . ومنها : أن عمل المسلمين اتّصل به في سائر الأمصار والأعصار من غير إنكار .

“İbn əl-Qəyyimin bu iş(in icazəliliyin)ə bir sıra dəlillər gətirdiyini görmüşəm. Həmin dəlillərdən biri budur ki, İmam Əhməddən - Allah ona rəhmət etsin - təlqin haqqında soruşanda İmam Əhməd onu yaxşı hesab etmiş və müsəlmanların əməlinibuna dəlil gətirmişdir. Digəri isə budur ki, müsəlmanlar bütün diyarlarda və zamanlarda heç bir inkar olmadan bu işi görmüşlər”.

Muhəmməd əl-Əmin əş-Şənqiti (vəfatı: h. 1393), “Əzvaul-bəyan fi izahil-urani bil-Quran”, c..6, s.138

Страница 5 из 7«1234567»
Рейтинг

В этом разделе