»»

Ölülər eşidir və cavab verə bilirlərmi?

  1. Müqəddimə
  2. Bu təfəkkürün tarixi kökü
  3. Vəhhabilərin dəlilləri və onların tənqidi analizi
  4. Ölülər eşitmək qüdrətinə malik olmaqdan əlavə, həm də dirilərə cavab verə bilərlər
  5. Dirilərin əhvalından ölülərin xəbərdar olması, maddi aləmi eşitmək və görməklə bağlı dəlillər
  6. Ölümdən sonra həyatın dəlilləri
  7. Ölülərin eşitməsi barədə əhli-sünnə alimlərinin nəzəri

BU TƏFƏKKÜRÜN TARİXİ KÖKÜ

Rəvayətləri və İslam tarixini araşdırmaqla bu nəticəyə gəlirik ki, bu təfəkkürün kökü Bəni-Üməyyə hakimlərinin düşüncə və əməllərində özünə yer etmişdir. Bu barədə onların danışıq və rəftarında bir çox nümunələr göstərmək mümkündür.

Mərvan ibn Həkəm və Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) məzarını ziyarət etməyin qadağan olunması

Hakim Nisaburi və Əhməd ibn Hənbəl belə nəql edirlər:

Mərvan ibn Həkəm (vəfatı 61 h.) Peyğəmbər səhabəsi Əbu Əyyub Ənsarinin Peyğəmbər məscidində o həzrətin qəbri üstə oturub eşq və sədaqət göstərdiyini gördü. Mərvan onun boynundan tutub etiraz edərək onu bu işi görməkdən çəkindirdi. Onunla Allah Rəsulunun (sallalahu əleyhi və alihi və səlləm) bu vurğun səhabəsi arasında olan dialoqun mətni budur:

حدثنا أبو العباس محمد بن يعقوب ثنا العباس بن محمد بن حاتم الدوري ثنا أبو عامر عبد الملك بن عمر العقدي ثنا كثير بن زيد عن داود بن أبي صالح قال أقبل مروان يوما فوجد رجلا واضعا وجهه على القبر فأخذ برقبته وقال أتدري ما تصنع قال نعم فأقبل عليه فإذا هو أبو أيوب الأنصاري رضي الله عنه فقال جئت رسول الله صلى الله عليه وسلم ولم آت الحجر سمعت رسول الله صلى الله عليه وسلم يقول لا تبكوا على الدين إذا وليه أهله ولكن ابكوا عليه إذا وليه غير أهله

“Davud ibn Əbu Saleh demişdir: “Bir gün Mərvan gəlib üzünü məzarın üstünə qoymuş bir adamı gördü. Mərvan onun boynundan yapışıb dedi: “Heç nə etdiyini bilirsən?” Həmin adam: “Bəli!” – dedi. Mərvan onun üzünə baxdıqda onun Əbu Əyyub Ənsari (Allah ondan razı olsun) olduğunu gördü. Əbu Əyyub dedi: “Mən Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) yanına gəlmişəm, daşın yanına gəlməmişəmki. Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) belə dediyini eşitmişəm: “Dinin başında din əhli olsa, dinə ağlamayın. Dinin başında din əhli olmasa, dinə ağlayın”.

Hakim Nisapuri hədisin sonunda hədisin səhihliyini qeyd edir:

هذا حديث صحيح الإسناد ولم يخرجاه

“Bu hədisin sənədi səhihdir, ancaq iki şeyx (Buxari və Müslim) onu (öz kitablarında) qeyd etməyiblər”.

Əl-Hakim ən-Nisaburi (vəfatı 405 h.), “əl-Müstədrək ələs-səhiheyn”; c.4, s.560.

Əhli-sünnənin dörd məzhəb imamlarından olan Əhməd ibn Hənbəl “Müsnəd” kitabında (c.5, səh.422) bu hədisi qeyd etmişdir.

Əhli-sünnə böyüklərindən olan əs-Səmhudi də bu hədisi qeyd etmiş və sənədinin həsən olduğunu demişdir:

قلت رواه أحمد بسند حسن.

Deyirəm: Bu hədisi Əhməd həsən sənədlə nəql etmişdir.”

Əli ibn Abdullah ibn Əhməd əl-Həsəni əs-Səmhudi (vəfatı 911 h.); “Xulasətül-vəfa bi-əxbari darul-Mustafa”, c.1, s.59

Həmzə əz-Zeyn Əhməd ibn Hənbəlin “Müsnəd” kitabını təhqiq etmiş müasir və məşhur əhli-sünnə təqdqiqatçısıdır. O, bu hədisi səhih bilmiş və ardınca İbn Teymiyyə və vəhhabilərin əleyhinə elə maraqlı bir söz işlətmişdir ki, onu oxumaq xüsusi zövq verir. O deyir:

اسناده صحيح، كثير بن زيد وثقه احمد ورضيه ابن معين ووثقه ابن عمار الموصلي وابن سعد، وابن حبان، وصلحه ابو حاتم ورضيه ابن عدي لکن ضعفه النسائي ولينه ابو زرعه. وتمسک قوم بتضعيف النسائي وکلام ابي زرعه وترکوا کل هؤلاء لا لشئ الا ليضعفوا هذا الحديث. وخطاً والحاکم والذهبي لانه صححاه في المستدرک 4/515 علما بانهم يوثقون کثير بن زيد في اماکن غير هذا ومعنى ذلک ان التوثيق والاتهام يخضع للأهواء والمذاهب وهذه خيانة علمية بحد ذاتها اما لماذا يضعفوه هنا؟ فهذه سقطة علمية محسوبة عليهم يقولون ان في هذا دليل لمن يجوز التمسح بالقبور. وهل کان أبو أيوب يتمسح بقبر النبي؟ وهؤلاء عندهم عقدة من أي خبر فيه دنو من القبور وهذا اکبر دليل على بطلان مذهبهم، فماذا يرجي من خونة للعلم؟ ولا ندري مذهب هؤلاء. انهم يدعون انهم حنابلة تارة ولا مذهبية تارة اخري. فلا تبعوا الحنابلة وقد خالفوا الذهبي وهو حنبلي ولا هم اثبتوا مذهبا واضحا صريحا يعرف لهم وانما في مذهب کالحية.

“Sənədi səhihdir; Kəsir ibn Zeydi Əhməd ibn Hənbəl siqə (etibarlı) hesab etmişdir; İbn Məin onu qəbul etmişdir; İbn Əmmar əl-Mosuli, İbn Səd, İbn Hibban onu siqə hesab etmişlər; Əbu Hatim onu saleh bilmişdir; İbn Ədiy onu qəbul etmişdir; lakin ən-Nəsai onuzəif hesab etmişdir; Əbu Zurə də onu “leyyin” (zəif) bilmişdir. Bir dəstə şəxs heç nə üçün deyil, sırf bu hədisi zəif çıxarmaq üçün bu qədər alimin sözünü görməzdən gələrək, məhz Nəsai ilə Əbu Zurənin sözündən yapışmış, “əl-Müstədrək” kitabında (4/515) bu hədisi səhih hesab etdikləri üçün Hakim ilə Zəhəbini xətakar hesab etmişlər Halbuki, bu şəxslər Kəsir ibn Zeydi bundan başqa yerlərdə siqə hesab edirlər. Bunun anlamı odur ki, siqə bilmə və ittiham etmə nəfsi istəklərə və məzhəblərə əsaslanır. Bu, öz-özlüyündə elmi xəyanətdir. Amma, nə üçün onu burada zəif hesab etmişlər? Bu, onların əleyhinə olan elmi bir nöqsandır; belə ki, onlar deyirlər ki, “bu hədisdə qəbirlərə əl sürtməyin icazəli olduğuna inananlar üçün dəlil vardır. Görəsən Əbu Əyyub Ənsari özünü Peyğəmbərin qəbrinə sürtürdü?!” Bunların qəbirə yaxın durma ilə bağlı olan hər bir hədisə qarşı kompleksləri vardır. Bu, onların məzhəbinin batil olmasına dair ən böyük dəlildir. Elm xainlərindən bundan başqa nə gözləmək olar ki? Biz bunların məzhəblərinin nə olduğunu da bilmirik. Onlar (vəhhabilər) gah hənbəli olduqlarını, gah da heç bir məzhəbləri olmadığını iddia edirlər. Onlar heç hənbəlilərin ardınca da getmirlər; məsələn, hənbəli olduğu halda, onlar Zəhəbi ilə müxalifət etmişlər. Onların qərarlaşdıqları açıq-aydın bir məzhəbləri yoxdur ki, onunla tanınsınlar. Onlar məzhəbdə yalnız bir ilan kimidirlər.”

“Əl-Müsnəd lil-İmam Əhməd ibn Hənbəl”, c.17, s.42-43. (şərhi və mündəricatının tərtibi Əhməd əz-Zeynə məxsusdir)

Həccac ibn Yusifin Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qəbrini ziyarət edənlərə “ölüm olsun!” deməsi

İbn Əbül-hədid Həccac ibn Yusif Səqəfinin (vəfatı h. 95) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) müqəddəs məkanına qarşı təhqiramiz ifadələr işlətməsini qeyd etmişdir. İbn Əbdü-Rəbbih əl-Əndəlusi, Əbu Səd Mənsur ibn Hüseyn əl-Abi, ərəb ədəbiyyatının öncüllərindən olan Mübərrəd hesab etmişlər ki, Həccacın bu cəsarəti onun əhli-sünnə alimləri və fəqihləri nəzərində uzalaşdırılmasına (təkfir edilməsinə) səbəb olmuşdur.

Həccac ibn Yusif əs-Səqəfi Kufədə söylədiyi bir xütbədə belə demişdir:

وخطب الحجاج بالكوفة فذكر الذين يزورون قبر رسول الله صلى الله عليه وسلم بالمدينة ، فقال : تباً لهم إنما يطوفون بأعواد ورمة بالية هلا طافوا بقصر أميرالمؤمنين عبد الملك ألا يعلمون أن خليفة المرء خير من رسوله .

“Həccac Kufədə xütbə söylədi. Mədinədə Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) məzarını ziyarət edən kəslərdən danışaraq dedi: “Ölüm olsun onlara! Onlar yalnız dirəklərin və çürümüş sümüklərin başına dövrə vururlar. Nə üçün Əmirəlmöminin Əbdülməlikin sarayını təvaf etmirlər? Məgər bilmirlər ki, adamın xəlifəsi onun elçisindən üstündür?!”

İbn Əbil-hədid əl-Mədaini əl-Mötəzili (vəfatı: h. 655), “Şərhu Nəhcil-bəlağə”, c.15, s.142.

Həccacın Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) uca məqamına qarşı cəsarəti və alçaltması o həddə idi ki, qələm bunu yazmaqdan utanır, dil bəyan etməkdən xəcalət çəkir. O, utanmazcasına təkcə peyğəmbərlik məqamına vurğun zəvvarlara ölüm diləmir, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bədənini faydasız çürük sümüklərlə müqayisə etmir, bəlkə də bundan daha ağırını edir; o, camaatı elə bir evi təvaf etməyə təşviq edir ki, bu ev Allah və Peyğəmbər əhli-beytinin düşməni və Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) xilafətini ələ keçirən qəsbkar üçün daşdan və qayadan tikilmişdir. Habelə, onun alçaq məqamını ilahi peyğəmbərlik məqamından uca hesab edir.

Məhz onun bu cəsarətlərinə görə əhli-sünnə alimləri Həccacı kafir hesab etmişlər.

İbn Əbdü-Rəbbih əl-Əndəlusi “əl-İqdül-fərid” kitabında yazır ki, həmin iş Həccacın alimlər tərəfindən təkfir edilməsinə səbəb olmuşdur:

ومما كفرت به العلماء الحجاج قوله ورأى الناس يطوفون بقبر رسول الله صلى الله عليه وسلم ومنبره إنما يطوفون بأعواد ورمة.

“Alimlərin Həccacı kafir hesab etmə səbəblərindən biri budur ki, Həccac camaatın Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qəbri və minbərinin başına təvaf etməsini görərkən, onların yalnız dirəklər və çürümüş sümüklərin ətrafında dövr etdiklərini söyləmişdir.”

Əhməd ibn Muhəmməd ibn Əbdü-Rəbbih Əl-Əndəlusi (vəfatı: h. 328); “əl-İqdul-fərid”, c.5, s.43

Muhəmməd ibn Yezid əl-Mübərrəd (vəfatı: h. 286) ərəb ədəbiyyatının öncüllərindəndir. O yazır ki, bu iş Həccacın alimlər tərəfindən təkfir edilməsinə səbəb olmuşdur:

إنّ ذلك ممّا كفّرت به الفقهاء الحجاج ، وأنّه إنّما قال ذلك والناس يطوفون بالقبر.

"Şübhəsiz ki, bu, fəqihlərin Həccacı kafir hesab etmə səbəblərindəndir; belə ki, o, bunu camaat qəbrin başına təvaf etdiyi zaman demişdir”.

Muhəmməd ibn Yezid əl-Mübərrəd, əl-Kamil fil-lüğəti vəl-ədəb, c.1, s.222.

Deməli, bu təfəkkürün mənşəyi hələ İslamın ilkin çağlarında Bəni-Üməyyə və onun tabeçiliyində olanlar tərəfindən meydana çıxarılmışdır və bu, yeni bir düşüncə deyildi.

İndi ki, bu düşüncənin kökünü və əsasını bilmiş olduq, əvvəlcə onların dəlillərini araşdırıb, sonra isə onları tənqid edəcəyik.

Страница 2 из 7«123456»
Рейтинг

В этом разделе