»»

Ölülər eşidir və cavab verə bilirlərmi?

  1. Müqəddimə
  2. Bu təfəkkürün tarixi kökü
  3. Vəhhabilərin dəlilləri və onların tənqidi analizi
  4. Ölülər eşitmək qüdrətinə malik olmaqdan əlavə, həm də dirilərə cavab verə bilərlər
  5. Dirilərin əhvalından ölülərin xəbərdar olması, maddi aləmi eşitmək və görməklə bağlı dəlillər
  6. Ölümdən sonra həyatın dəlilləri
  7. Ölülərin eşitməsi barədə əhli-sünnə alimlərinin nəzəri

ÖLÜLƏR EŞİTMƏK QÜDRƏTİNƏ MALİK OLMAQDAN ƏLAVƏ, HƏM DƏ DİRİLƏRƏ CAVAB VERƏ BİLƏRLƏR

Ayə və hədislər ölülərin eşitmək qüdrətinə malik olmaqdan əlavə, ziyarət edən dirilərin sözlərinə cavab vermək bacarığına da sahib olduqlarını bildirir.

a) Quranın baxışına əsasən aşağıdakı ayə yuxarıdakı mətləbin isbatı üçün ən təmiz dəlildir:

 

وَسْئَلْ مَنْ أَرْسَلْنا مِنْ قَبْلِكَ مِنْ رُسُلِنا أَ جَعَلْنا مِنْ دُونِ الرَّحْمنِ آلِهَةً يُعْبَدُونَ.

“Səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən soruş (gör) heç Biz Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişikmi?!” (Zuxruf surəsi, 45-ci ayə)

Əhli-sünnə alimlərinin bu ayənin təfsiri barədə dediklərindən aydın olur ki, dünyasını dəyişmiş peyğəmbərlər səsi duyur və cavab verə bilirlər.

Əhli-sünnə imamlarından olan Qurtubi öz təfsirində Merac gecəsi Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) peyğəmbərlərə sual verməsi və onların da cavablandırması ilə bağlı hədislər nəql etmiş, hədisləri nəql etdikdən sonra sonda bu təfsiri səhih hesab etdiyini bildirmişdir:

قال بن عباس وبن زيد : لما أسري برسول الله صلى الله عليه وسلم من المسجد الحرام إلى المسجد الأقصى وهو مسجد بيت المقدس بعث الله له آدم ومن ولد من المرسلين وجبريل مع النبي صلى الله عليه وسلم فأذن جبريل صلى الله عليه وسلم ثم أقام الصلاة ثم قال : يا محمد تقدم فصل بهم فلما فرغ رسول الله صلى الله عليه وسلم قال له جبريل صلى الله عليه وسلم : «سل يا محمد من أرسلنا من قبلك من رسلنا أجعلنا من دون الرحمن آلهة يعبدون فقال رسول الله صلى الله عليه وسلم : لا أسأل قد اكتفيت». قال بن عباس : وكانوا سبعين نبيا منهم إبراهيم وموسى وعيسى عليهم السلام فلم يسألهم لأنه كان أعلم بالله منهم
في غير رواية عن بن عباس : فصلوا خلف رسول الله صلى الله عليه وسلم سبعة صفوف المرسلون ثلاثة صفوف والنبيون أربعة وكان يلي ظهر رسول الله صلى الله عليه وسلم إبراهيم خليل الله وعلى يمينه إسماعيل وعلى يساره إسحاق ثم موسى ثم سائر المرسلين فأمهم ركعتين فلما انفتل قام فقال : إن ربي أوحى إلي أن أسألكم هل أرسل أحد منكم يدعو إلى عبادة غير الله فقالوا : يا محمد إنا نشهد إنا أرسلنا أجمعين بدعوة واحدة أن لا إله إلا الله وأن ما يعبدون من دونه باطل وإنك خاتم النبيين وسيد المرسلين قد استبان ذلك لنا بإمامتك إيانا وأن لا نبي بعدك إلى يوم القيامة إلا عيسى بن مريم فإنه مأمور أن يتبع أثرك
وقال سعيد بن جبير في قوله تعالى : واسأل من أرسلنا من قبلك من رسلنا قال : لقي الرسل ليلة أسري به وقال الوليد بن مسلم في قوله تعالى : واسأل من أرسلنا من قبلك من رسلنا قال : سألت عن ذلك خليد بن دعلج فحدثني عن قتادة قال : سألهم ليلة أسري به لقي الأنبياء ولقي آدم ومالك خازن النار.
قلت : هذا هو الصحيح في تفسير هذه الآية.

İbn Abbas və İbn Zeyd demişdir:“Allah Rəsulunu (sallallahu əleyhi [və alihi] və səlləm) Məscidül-həramdan Beytül-müqəddəs məscidi olan Məscidül-əqsaya aparıldığı zaman Allah Adəmi və dünyaya gələn bütün peyğəmbərləri onun yanına göndərdi (yaxud: Adəmi və dünyaya gələn bütün peyğəmbərləri onun üçün diriltdi). Cəbrail də peyğəmbərlə (sallallahu əleyhi [və alihi] və səlləm) birlikdə idi. Cəbrail azan verdi, sonra namaz təşkil etdi. Cəbrail dedi: “Ya Məhəmməd, onlara namaz qıldır”. Allah Rəsulu namazı qılıb bitirdikdən sonra Cəbrail ona dedi: “Ey Məhəmməd, səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən soruş (gör) heç Biz Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişik?!” Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Soruşmuram, çünki ehtiyac yoxdur”. İbn Abbas dedi: “Onlar yetmiş nəfər peyğəmbər idi; İbrahim, Musa və İsa (əleyhimussəlam) da onların arasında idi. Peyğəmbər onlara sual vermədi, çünki özü onlardan daha bilikli idi.”

İbn Abbasdan nəql olunan başqa bir rəvayətdə isə deyilir ki: “Beləcə, onlar Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) arxasında namaz qıldılar. Yeddi cərgə idi – üç cərgə rəsullar idi, dörd cərgə isə nəbilər. Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) arxasında Allahın xəlili (dostu) İbrahim, sağında İsmail, solunda İshaq, sonra Musa, sonra isə sair rəsullar durmuşdu. Beləliklə, onlara iki rəkət (namaz qılmaqla) imamlıq etdi, bitidikdən sonra ayağa durub dedi: “Həqiqətən, Rəbbim mənə vəhy etdi ki, sizdən belə soruşum: “Allah sizdən birini Ondan başqasına ibadət etməyə dəvət etsin deyə göndəribmi?” Onlar dedilər: “Ey Məhəmməd, biz şəhadət veririk ki, hamımız yeganə bir dəvətlə göndərilmişik; o da budur ki, Allahdan başqa bir tanrı yoxdur, (bütpərəstlərin) Allahdan savayı ibadət etdikləri batildir və sən peyğəmbərlərin sonuncusu və rəsulların ağasısan. Bu, sənin bizə imamlıq etməyinlə bizim üçün artıq əyan olmuşdur. Habelə, Qiyamət gününə qədər səndən başqa bir peyğəmbər yoxdur. Bircə İsa ibn Məryəm istisnadır. Belə ki, o da sənin nişanənə (və ya dininə) tabe olmağa məmur olmuşdur.”

Səid ibn Cübeyr Allah-taalanın “səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən soruş” kəlamı barədə demişdir: “(Peyğəmbər meraca) aparıldığı gecə peyğəmbərlərlə görüşdü”. Əl-Vəlid ibn Müslim Allah-taalanın “səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən soruş” kəlamı barədə demişdir:

“Bu barədə Vəlid ibn Dələcə sual verdim, o da mənə Qətadədən hədis danışdı. Qətadə deyib ki: “Peyğəmbər ayədə əmr olunan sualı meraca aparılan gecə peyğəmbərlərdən soruşub. Allah Rəsulu (o gecə) peyğəmbərlərlə, həmçinin Adəm və Cəhənnəm mühafizəçisi (gözətçisi) olan Maliklə görüşüb.”

Mən deyirəm: “Bu ayənin təfsirində doğru nəzər məhz budur.”

Məhəmməd ibn Əhməd əl-Qurtubi (vəfatı: h. 671), “əl-Came li-əhkamil-Quran”, c.16, s.94-95

Digər alimlər də İslam peyğəmbərinin (sallallahu əleyhi və alihi və səlləm) keçmiş peyğəmbərlərlə merac gecəsi görüşməsi və onlara sual verməsi ilə bağlı hədisi nəql etmişlər:

Əhməd ibn Məhəmməd Ən-Nəhhas əl-Muradi əl-Misri (vəfatı: h. 338), “Məanil-Quranil-kərim”, c.6, s.365.

əl-Hüseyn ibn Məsud əl-Bəğəvi (vəfatı: h.516), “Təfsirul-Bəğəvi”, c.4, s.141.

Mahmud ibn Əmr əz-Zəməxşəri əl-Xarəzmi (vəfatı: h. 538), “əl-Kəşşafu ən həqaiqit-tənzili və uyunil-əqavili fi vucuhit-təvil”, c.4, s.258.

İbn əl-Cövzi əl-Hənbəli (vəfatı: h. 597), “Zaddul-məsir fi elmit-təfsir”, c.7, s.319”.

Fəxrəddin ər-Razi əş-Şafei (vəfatı: h. 604), “ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.27, s.185.

Əbdürrəhman ibn Məhəmməd Əs-Səalibi (vəfatı: h. 875), “əl-Cəvahirul-hisan fi təfsiril-Quran”, c.8, s.94.

Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “əl-İtqan fi ulumil-Quran”, c.1, s.63.

Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “əd-Dürrul-mənsur”, c.7, s.381.

Əli ibn Bürhanəddin Əl-Hələbi (vəfatı: h. 1044), “əs-Sirətül-Hələbiyyə fi sirətil-əminil-məmun”, c.2, s.82.

Məhəmməd ibn Əli əş-Şövkani (vəfatı: h. 1255), “Fəthul-qədir əl-camiu beynə fənnəy ər-rivayəti vəd-dirayəti min ilmit-təfsir”, c.4, s.557.

Şihabəddin əl-Alusi əl-Bağdadi (vəfatı: h. 1270), “Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani”, c.21, s.137-138.

Nəticə:

Allah-taala Öz Peyğəmbərinə göstəriş verir ki, keçmiş peyğəmbərlərə sual versin. Nəticə olaraq, əgər bir kəs desə ki, dünyasını dəyişən peyğəmbərlər bir daha bizim səsimizi eşidə bilməzlər, o zaman Allahın bihudə bir işə tapşırıq vermiş olduğunu üzərinə almalıdır. Halbuki Allah mənasız bir işə göstəriş verməkdən pak və münəzzəhdir.

b) Hədislər əsasında dəlillər

Əhli-sünnə mənbələrində yer almış aşağıdakı hədislər də yuxarıdakı mətləbin sübuta yetməsi üçün dəlildir.

Ühüd şəhidləri qəbirlərinin içərisindən salamın cavabını vermiş və məzarı ziyarət edən bəzi şəxslər bu səsi eşitmişlər:

Əhli-sünnənin böyük alimlərindən olan Beyhəqi yazır ki, Ühüd şəhidlərinin məzarını ziyarət edənlər şəhidlərin qəbirlərin daxilindən verdikləri salamı eşidiblər:

قال العطاف وحدثتني خالتي أنها زارت قبور الشهداء قالت وليس معي إلا غلامان يحفظان علي الدابة فسلمت عليهم فسمعت رد السلام وقالوا والله إنا نعرفكم كما يعرف بعضنا بعضا قالت فاقشعررت وقلت يا غلام أدنني بغلتي فركبت.

Əl-Əttaf deyib: Mənə xalam nəql edib dedi ki, şəhidlərin qəbirlərini ziyarətə gedib. Deyir: “Mənimlə birlikdə yalnız iki qulam vardı. Onlar heyvanı qoruyurdular. Mən şəhidlərə salam verdim və salamın cavabının qaytarılmasını eşitdim. Şəhidlər dedilər ki: “Allaha and olsun , biz sizi bir-birimizi tanıdığımız kimi tanıyırıq”. Xalam deyir: “Tüklərim biz-biz oldu. Dedim ki, ey qulam qatırımı yaxın gətir”. Beləcə, qatıra süvar olub (oradan uzaqlaşdım).”

Kitabın digər səhifəsində isə deyilir ki:

قال الواقدي وكانت فاطمة الخزاعية تقول لقد رأيتني وقد غابت الشمس بقبور الشهداء ومعي أخت لي فقلت لها تعالي نسلم على قبر حمزة فقالت نعم فوقفنا على قبره فقلنا السلام عليك يا عم رسول الله فسمعنا كلاما رد علينا وعليكم السلام ورحمة الله قالت وما قربنا أحد من الناس ....
أَخْبَرَنَا أَبُو عَبْدِ اللَّهِ الْحَافِظُ ، قَالَ : سَمِعْتُ أَبَا يَعْلَى حَمْزَةَ بْنَ مُحَمَّدٍ الْعَلَوِيَّ , يَقُولُ : سَمِعْتُ هَاشِمَ بْنَ مُحَمَّدٍ الْعُمَرِيَّ مِنْ وَلَدِ عُمَرَ بْنِ عَلِيٍّ ، يَقُولُ: "أَخَذَنِي أَبِي بِالْمَدِينَةِ إِلَى زِيَارَةِ قُبُورِ الشُّهَدَاءِ فِي يَوْمِ جُمُعَةٍ بَيْنَ طُلُوعِ الْفَجْرِ وَالشَّمْسِ ، وَكُنْتُ أَمْشِي خَلْفَهُ ، فَلَمَّا انْتَهَى إِلَى الْمَقَابِرِ رَفَعَ صَوْتَهُ , فَقَالَ : سَلامٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ ، قَالَ: فَأُجِيبَ : وَعَلَيْكَ السَّلامُ يَا أَبَا عَبْدِ اللَّهِ ، قَالَ : فَالْتَفَتَ أَبِي إِلَيَّ , فَقَالَ :أَنْتَ الْمُجِيبُ يَا بُنَيَّ ؟ فَقُلْتُ : لا ، قَالَ: فَأَخَذَ بِيَدِي فَجَعَلَنِي عَنْ يَمِينِهِ ، ثُمَّ أَعَادَ السَّلامَ عَلَيْهِمْ ، ثُمَّ جَعَلَ كُلَّمَا سَلَّمَ عَلَيْهِمْ يُرَدُّ عَلَيْهِ، حَتَّى فَعَلَ ذَلِكَ ثَلاثَ مَرَّاتٍ ، قَالَ : فَخَرَّ أَبِي سَاجِدًا شُكْرًا لِلَّهِ عَزَّ وَجَلَّ".

“Əl-Vaqidi deyir: “Fatimə əl-Xüzaiyə deyirdi: “Xatırlayıram, bir dəfə günəş qürub etdiyi vaxt şəhidlərin qəbrinin kənarındaydım, bacım da mənimlə idi. Ona dedim ki, gəl Həmzənin qəbri üstə gedib salam verək. Dedi ki, yaxşı. Biz onun məzarı üstə durub dedik: “Salam olsun sənə, ey Allah Rəsulunun əmisi!” Bu zaman onun: “Sizə də salam və Allahın rəhməti olsun”, - deyərək bizim salamımızı aldığını eşitdik. Həmin vaxt bizim yanımızda heç kəs yox idi...”

“Əbu Abdullah əl-Hafiz bizə xəbər verib demişdir: “Əbu Yəla Həmzə ibn Məhəmməd əl-Ələvinin belə dediyini eşitdim: “Ömər ibn Əlinin nəslindən olan Haşim ibn Məhəmməd əl-Umərinin belə dediyini eşitdim: “Cümə günü fəcrlə günəşin doğuşu arasında atam məni Mədinəyə, şəhidlərin qəbirlərini ziyarət etməyə apardı. Mən onun arxasında gedirdim. Qəbir yerlərinə çatdıqda səsini ucaldıb dedi: “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Birdən) cavab verildi: “Əleykəssəlam, ey Əbu Abdullah!” Atam üzünü mənə çevirib dedi: “Ay oğul, cavab verən sənsən?” Dedim: “Yox”. Əlimdən tutub məni sağına çəkdi. Sonra onlara ikinci dəfə salam verdi. Sonra hər dəfə onlara salam verdikdə, salamının cavabını qaytarırdılar. Bunu üç dəfə etdi. Sonra atam Allah-taalaya şükür əlaməti olaraq səcdəyə düşdü ”.

Əbu Bəkr Əl-Beyhəqi (vəfatı: h. 458), “Dəlailün-nüvübbət”, c.3, s.308-309

Digər mənbələr:

Əli ibn Abdullah ibn Əhməd əl-Hüseyni əs-Səmhudi (vəfatı: h. 911), “Xülasətül-vəfa bi-əxbari darul-Mustafa”, c.1, s.265;

İbn Əbüd-dünya əl-Qurəşi əl-Bağdadi (vəfatı: h. 281), “Mən aşə bədəl-məvt”, c.1, s.39.

Süyuti də bildirmişdir ki, yuxarıdakı hədisi İbn Cərir “Təhzibül-asar”, İbn Əbüd-dünya “Mən aşə bədəl-məvt”, Beyhəqi isə “Dəlailun-nübüvvət” kitabında qeyd etmişdir:

وأخرج إبن جرير في تهذيب الآثار وإبن أبي الدنيا في كتاب من عاش بعد الموت والبيهقي في الدلائل عن العطاف بن خالد قَالَ : حَدَّثَتْنِيخَالَتِي ، قَالَتْ : " رَكِبْتُ يَوْمًا إِلَى قُبُورِ الشُّهَدَاءِ ، وَكَانَتْ لا تَزَالُ تَأْتِيهِمْ ، قَالَتْ: فنزلت عِنْدَ قَبْرِ حَمْزَةَ ، فَصَلَّيْتُ مَا شَاءَ اللَّهُ أَنْ أُصَلِّيَ ، وَمَا فِي الْوَادِي دَاعٍ وَلا مُجِيبٌ يَتَحَرَّكُ إِلا غُلامٌ قَائِمٌ آخِذٌ بِرَأْسِ دَابَّتِي ، فَلَمَّا فَرَغْتُ مِنْ صَلاتِي قُلْتُ هَكَذَا بِيَدِي : السَّلامُ عَلَيْكُمْ ، فَسَمِعْتُ رَدَّ السَّلامِ عَلَيَّ يَخْرُجُ مِنْ تَحْتِ الأَرْضِ أَعْرِفُهُ كَمَا أَعْرِفُ أَنَّ اللَّهَ خَلَقَنِي ، وَكَمَا أَعْرِفُ اللَّيْلَ مِنَ النَّهَارِ فَاقْشَعَرَّتْ كُلُّ شَعْرَةٍ مِنِّي".

“İbn Cərir “Təhzibul-asar”, İbn Əbüddünya “Mən aşə bədəl-məvt” kitabında, Beyhəqi də “əd-Dəlail” kitabında əl-Əttaf ibn Xalidin belə dediyini nəql etmişlər: “Mənə xalam danışaraq dedi ki, bir gün süvar olub şəhidlərin qəbrinə getdim”. – O, həmişə onların yanına gedərdi –. Deyir: “Həmzənin qəbrinin kənarında (miniyimdən) düşdüm. Allah diləyən qədər namaz qıldım. Vadidə nə bir səsləyən var idi, nə də bir cavab verən; bircə bir qulam vardı ki, o da miniyimin başını tutmuşdu. Namazımı bitirdikdən sonra əlimlə bu cür edib dedim: “əs-Səlamu əleykum!” Bu zaman salamın mənə qaytarıldığını eşitdim. Səs yerin altından gəlirdi. Mən o səsi Allahın məni xəlq etməsini dərk etdiyim kimi, habelə gecəni gündüzdən seçə bildiyim kimi, dərk edib seçdim. Bu zaman, bütün tüklərim biz-biz oldu”.

Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “Şərhus-sudur bi-şərhi halil-məvta vəl-qubur”, c.1, s.207.

Əhli-sünnənin böyük alimlərinin yuxarıdakı hədisi öz mötəbər kitablarında qeyd etmələrindən aydın olur ki, onların nəzərinə əsasən rəvayət mötəbərdir və dəlil gətirmək üçün yetərlidir.

Nəticə etibarilə, Quran və hədis nəzərindən ölülər həm eşidə bilirlər, həm də cavab vermək iqtidarındadırlar.

Страница 4 из 7«1234567»
Рейтинг

В этом разделе