»»

İmam Hüseyn (ə) Yezidlə (l.ə) əmioğludur?

Rəhman və Rəhim olan Allahın adı ilə.

Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!

Bəziləri Kərbəla hadisəsini “iki əmioğlu arasında bir savaş” kimi təqdim edərək, bu yolla onun əsl mahiyyətini ört-basdır etməyə çalışırlar. 

 

 

Lakin İmam Huseyn (ə) və Yezidin (l.ə) nəsəbini araşdırdıqda aydın olur ki, onlar arasında yaxın qohumluqdan söhbət gedə bilməz. İmam Huseynin (ə) beşinci nəsildən olan babası Haşim, Abdu-Şəmsin qardaşı idi. Lakin Yezidin (l.ə) ulu babası sayılan Uməyyə, Abduş-Şəmsin həqiqi oğlu olmamışdır. Əksinə, Abduş-Şəms onu övladlığa götürmüşdür. Həmin bu Uməyyə, Abduş-Şəmsin yanında olan rumlu bir qul idi.

Əmirəl-Möminin İmam Əli (ə) bu həqiqətə, Muaviyəyə (l.ə) göndərdiyi bir məktubunda işarə edərək belə buyurmuşdur:

وأما قولك إنا بنو عبد مناف فكذلك نحن. ولكن ليس أمية كهاشم. ولا حرب كعبد المطلب. ولا أبو سفيان كأبي طالب. ولا المهاجر كالطليق، ولا الصريح كاللصيق

“Amma sənin “Biz Abdul-Manafın övladlarıyıq” sözünə gəldikdə, biz də eləyik. Lakin Uməyyə Haşim kimi deyil, Hərb Abdul-Muttəlib kimi deyil, Əbu Sufyan Əbu Talib (ə) kimi deyil. Mühacir azad edilən kimi deyil, saf olan yapışdırılmış olan kimi deyil”.

Seyid Razi, “Nəhcul-Bəlağə”, məktub 17. 

 

* İmam Əlinin (ə) “saf olan yapışdırılmış olan kimi deyil” sözləri, Bəni Uməyyənin Abdul-Manaf nəslinə sonradan yapışdırılmış olduğunu açıq şəkildə göstərir.

 

Əllamə Məclisi (r.a) deyir:

وقد ذكر بعض علمائنا في رسالة في الإمامة أن أمية لم يكن من صلب عبد شمس وإنما هو عبد من الروم فاستلحقه عبد شمس ونسبه إلى نفسه وكانت العرب في الجاهلية إذا كان لأحدهم عبد وأراد أن ينسبه إلى نفسه أعتقه وزوجه كريمة من العرب فيلحق بنسبه قال: وبمثل ذلك نسب العوام أبو الزبير إلى خويلد فبنو أمية قاطبة ليسوا من قريش وإنما لحقوا ولصقوا بهم قال: ويصدق ذلك قول أمير المؤمنين عليه السلام جوابا عن كتابه وادعائه إنا بنو عبد مناف: ليس المهاجر كالطليق ولا الصريح كاللصيق ولم يستطع معاوية إنكار ذلك انتهى.

“Bəzi alimlərimiz imamət barəsində bir risalədə qeyd etmişlər ki, Uməyyə Abduş-Şəmsin nəslindən deyildi, əksinə, rumlulardan olan bir qul idi. Abduş-Şəms onu özünə əlavə etmiş və nəsəbinə nisbət vermişdi. Cahiliyyət dövründə ərəblərdən kimin bir qulu olsaydı və onu özünə nisbət vermək istəsəydi, onu azad edər və ərəblərdən olan kərimə bir qadınla evləndirərdi ki, nəsəbinə daxil olsun. Bu üsulla camaat Əbu Zubeyri Xuveylidə nisbət vermişdi. Beləliklə, Bəni-Uməyyə bütövlükdə Qureyşdən deyildilər, onlara qoşulmuş və yapışdırılmışdılar. Bunu Əmirəl-Mömininin (ə) onun məktubuna və “Biz Abdul-Manaf övladlarıyıq” iddiasına cavab olaraq söylədiyi bu söz təsdiqləyir: “Hicrət edən azad edilən kimi deyil, saf olan da yapışdırılmış kimi deyil”. Muaviyə bunu inkar edə bilmədi”.

Əllamə Məclisi, “Bihərul-Ənvar”, cild 33, səhifə 66. 

 

Əllamə Məclisi (r.a) bunu “İlzamun-Nasib” kitabından nəql edərək belə demişdir:

وقال مؤلف كتاب إلزام النواصب: أمية لم يكن من صلب عبد شمس وإنما هو من الروم فاستلحقه عبد شمس فنسب إليه، فبنو أمية كلهم ليس من صميم قريش، وإنما هم يلحقون بهم، ويصدق ذلك قول أمير المؤمنين عليه السلام أن بني أمية لصاق وليسوا صحيحي النسب إلى عبد مناف، ولم يستطع معاوية إنكار ذلك.

“İlzamun-Nəvasib” kitabının müəllifi belə deyib: “Uməyyə Abduş-Şəmsin öz nəslindən deyildi, əksinə, o, Rumdan idi. Abduş-Şəms onu özünə nisbət etdi. Beləliklə, Bəni-Uməyyə tamamilə Qureyşdən deyil, onlara qoşulmuşlardır. Bunun doğruluğunu Əmirəl-Möminin (ə) belə buyurması təsdiqləyir ki, Bəni-Uməyyə (Qureyşə) yapışdırılmışdır və onların Abdul-Manafa gedən nəsəbi səhih (doğru) deyildir. Muaviyə də bunu inkar edə bilmədi”.

Əllamə Məclisi, “Bihərul-Ənvar”, cild 31, səhifə 209. 

 

Şeyx Əbul-Qasim Kufi deyir:

وكان عبد شمس بن عبد مناف أخا هاشم بن عبد مناف قد تبنى عبدا له روميا يقال له أمية فنسبه عبد شمس إلى نفسه فنسب أمية بن عبد شمس فدرج نسبه كذلك إلى هذه الغاية. فأصل بني أمية من الروم ونسبهم في قريش

“Abduş-Şəms ibn Abdul-Manaf, Haşim ibn Abdul-Manafın qardaşı idi. O, Uməyyə adlı rumlu bir qulamı (köləni) övladlığa götürmüş və onu özünə nisbət etmişdi. Beləliklə, Uməyyə Abduş-Şəmsin oğlu kimi tanındı və bu nisbət bu günə qədər davam etdi. Deməli, Bəni-Uməyyənin əsli Rumdan gəlir və onların nəsəbi Qureyşə aid edilmişdir”.

Əbul-Qasim Kufi, “əl-İstiğasə”, cild 1, səhifə 123.

 

İSTİNAD:

 

 

 

 

 

 

 

(c) tm @imamrza_xadimi

 

 

 

 

 

Рейтинг

В этом разделе