»»

Təravih namazı və Abdullah ibn Ömərin rəyi

Bismillah, Allahumma salli əla Muhamməd və Ali Muhamməd

Təbii ki, hamı əhli sünnə vəl-cəmaətin ramazan ayında məscidlərdə camaat halında "Qiyamı Ramazan" namazı qıldığını bilirlər. Bu namazı "Təravih namazı" adlandırırlar.

Celaləddin Suyuti "əl Vəsail fi marifətil avail" kitabı "Babus-Siyam" səhifə 47-də yazır:
("Nədəsə birinci olanlar haqqında kitab", "Orucluq" babı)

İlk oruc tutan Adəm (ə) olub və o hər ayın ilk 3 günündə oruc tutardı. Bu hədisi Əl Xatib "Amali" kitabında və İbn Əsakir İbn Məsuddan nəql ediblər. Amma İbn Əsakirdə bu hədis mərfudur.
Mərfu – peyğəmbərə nisbət verilən və sənədində bir və ya bir neçə naməlum ravi olan hədisə deyilir.

[...]

Təravih namazının əsasını ilk dəfə 14-cü ildə Ömər ibn Xəttab qoymuşdur. Bu hədisi Beyhəqi Ürvədən nəql etmişdir.

İlk qunut tutan Ömər idi və bu Ramazan ayının ikinci yarısında olub. Bu hədisi İbn Əbi Şeybə Attadan nəql edib.

Həmçinin İbn Əbu Şeybə İbn Ömərdən nəql edir ki, Ramazan ayında insanları ilk dəfə namaza (Təravih) cəm edən Ömər ibn Xəttab olub. O camaatı Ubay ibn Kəbin arxasında yığdı.

 

İndi gəlin görək bu namaz haqqında səhabə Abdullah İbn Ömər İbn Xəttabın rəyi necədir?

روى الصنعاني في المصنف ج4-ص264 تحت باب سماه ( باب قيام رمضان ) بسند صحيح
عبد الرزاق عن الثوري عن منصور عن مجاهد قال : جاء رجل إلى ابن عمر ، قال : أصلي خلف الامام في رمضان ؟ قال : أتقرأ القرآن؟ قال : نعم ، قال : أفتنصت كأنك حمار ، صل في بيتك

Əbdür-Rəzzaq Sən'ani "Müsənnəf" kitabında (cild 4, səhifə 264, hədis 7742) səhih sənədlə rəvayət edir:

Hedis 7742- Əbdür-Rəzzaq Souridən, o Mənsurdan, o isə Mücahiddən nəql edir:
Bir gün İbn Ömərin yanına bir kişi gəldi və soruşdu: (Ey İbn Ömər) Ramazan ayında imamın arxasında namaz ("Təravih namazı") qılmaq olarmı? İbn Ömər cavabında soruşdu: Sen Quran oxuyursanmı? Kişi: Bəli - deyə cavab verdi. İbn Ömər isə: Bəs onda uzunqulaq kimi nə susub gözləyirsən?! Get evində namaz qıl (yani Təravih namazını camaatla qılmaq ucun məscidə getmə).

Рейтинг

В этом разделе