»»

Səhabə Cabir b. Abdullah əl-Ənsari (r.ə)-in Şiə nəzdindəki məqamı

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Şiəliyin səhabə haqqındakı inancını sənədli bir şəkildə Şiə mənbələrindən ortaya qoymağa davam edirik. Bu dəfəki çalışmamız Cabir b. Abdullah əl-Ənsari (r.ə.) və onun Şiə nəzdindəki məqamı haqqında olacaqdır. İlk öncə haqqında ümumi məlumat verəcək, daha sonra imamlarımızın (ə.s.) və üləma (r.ə.)-in onun haqqındakı bəyanlarını təqdim edəcək, daha sonra onun rəvayət etmiş olduğu hədislərin keçdiyi Şiə mənbələri haqqında məlumat verəcəyik.

1. Haqqında ümumi məlumat: Cabir b. Abdullah əl-Ənsari (r.ə.) altı məsum (ə.s.)-in əshabındandır. Bunlar Rəsulullah(s.), imam Əli, Hz. Həsən, Hz. Hüseyn, Hz. Səccad və Hz. Baqir (ə.s)-dir. Bərqi və Tusi onu bu altı məsum( ə.s.)-in əshabı arasında zikr edərək haqqında bu məlumatları vermişdirlər:

 

جابر بن عبد الله بن عمرو بن حرام، نزل المدينة، شهد بدرا وثماني عشرة غزوة مع النبي صلى الله عليه وآله، مات سنة ثمان وسبعين

Cabir b. Abdullah b. Amr b. Hazm, Mədinə’yə köçmüşdür, Nəbi (s.) ilə birlikdə Bədr döyüşünə və 18 Qəzvəyə qatılmışdır. 78-ci ildə ölmüşdür.

Bərki (r.ə,) “Rical”, səhifə 2, 3, 7, 8, 9
Şeyx Tusi (r.ə,)  “Rical”, səhifə 31, 134-cü ravi; səhifə 59, 498-ci ravi; səhifə 93, 921-ci ravi; səhifə 99, 964-cü ravi; səhifə 111, 1087-ci ravi; səhifə 129, 1311-ci ravi

2. İmamlar ə.s.’ın onun haqqındakı sözləri: İmamlar ə.s. onun fəzilətli, sadiq və səhih etiqada sahib birisi olduğunu söyləmişdirlər. Onun mədhi haqqında bir çox hədis rəvayət edilmişdir. Kuleyni r.ə. imam Baqir ə.s.’dan belə rəvayət etməkdədir:

علي بن إبراهيم، عن أبيه، عن ابن أبي نجران، عن عاصم بن حميد، عن محمد بن مسلم، عن أبي جعفر عليه السلام قال: حدثني جابر، عن رسول الله صلى الله عليه وآله ولم يكذب[جابر] أن ابن الاخ يقاسم الجد

Əli b. İbrahim mənə atasından, o ibni Əbu Nəcrandan, o Asim b. Humeyddən, o Məhəmməd b. Müslimdən, o da Əbu Cəfər (imam Baqir (ə.s.)) dən rəvayət etdi, dedi ki: “Cabir mənə Rəsulullah (s.)-in “qardaş oğlu dədə kimi qismləndirilir” dediyini rəvayət etdi və Cabir yalan söyləməmişdir.”

Kuleyni (r.ə.), “əl-Kafi”, 7/74, Varislər kitabı, hədis 3

Bu hədisin isnadı səhihdir, Seyyid Əbülqasim əl-Xoyi (r.ə.) bu hədis haqqında deyir ki:

والسند صحيح

İsnad səhihdir

Seyyid Əbülqasim əl-Xoyi (r.ə.), “Mucəm ricalil-hədis”, 4/334, 2025-ci ravi

Hədisi Şeyx Tusi (r.ə.), “Təhzib”, 9/309, hədis 27’də Kuleyni (r.ə.)-dən nəqlən rəvayət etmişdir. Hədis Cabir b. Abdullah əl-Ənsari (r.ə.)-in sadiq və doğru birisi olduğuna, imamlar ə.s.’ın ona etimad etdiyinə dəlalət etməkdədir. Kəşşi də Cabir b. Abdullah əl-Ənsari r.ə.’nin mədhi haqqında imamlar (ə.s.)-dən bir çox hədis rəvayət etmişdir. İndi onlardan bir neçəsini təqdim edirik:

محمد بن مسعود، قال حدثني علي بن محمد بن يزيد القمي، قال حدثني أحمد بن محمد بن عيسى القمي، عن ابن فضال، عن عبد الله بن بكير، عن زرارة، عن أبي جعفر (عليه السلام) قال : كان عبد الله أبو جابر بن عبد الله من السبعين و من الاثني عشر و جابر من السبعين و ليس من الاثني عشر

Mənə Məhəmməd b. Məsud danışdı, dedi ki: Mənə Əli b. Məhəmməd b. Yəzid əl-Qumi rəvayət etdi, dedi ki: Əhməd b. Məhəmməd b. İsa əl-Qumi mənə ibni Fəddaldan, o Abdullah b. Bukeyrdən, o Zürarə’dən, o da Əbu Cəfər (imam Baqir ə.s.)’dan rəvayət etdi, dedi ki: “Cabir’in atası Abdullah yetmiş insandan (2-ci Aqabə beyətinə qatılanlardan) və on iki insandan (1-ci Aqabə Beyətinə qatılanlardan). Cabir isə yetmiş insandan birisi olmasına baxmayaraq on iki kişidən deyildi.”

حدثني أبو محمد جعفر بن معروف، قال حدثنا الحسن بن علي بن النعمان، عن أبيه، عن عاصم الحناط، عن محمد بن مسلم، قال : قال لي أبو عبد الله (عليه السلام) إن لأبي مناقب ما هن لآبائي إن رسول الله (صلى الله عليه وآله وسلم) قال لجابر بن عبد الله الأنصاري إنك تدرك محمد بن علي فاقرأه مني السلام قال فأتى جابر منزل علي بن الحسين (عليهما السلام) فطلب محمد بن علي، فقال له علي (عليه السلام) هو في الكتاب أرسل لك إليه، قال لا و لكني أذهب إليه، فذهب في طلبه فقال للمعلم أين محمد بن علي قال هو في تلك الرفقة أرسل لك إليه، قال لا و لكني أذهب إليه، قال فجاءه فالتزمه و قبل رأسه، و قال إن رسول الله (صلى الله عليه وآله وسلم) أرسلني إليك برسالة أن أقرئك السلام قال عليه و عليك السلام، ثم قال له جابر بأبي أنت و أمي اضمن لي أنت الشفاعة يوم القيامة قال فقد فعلت ذلك يا جابر
Mənə Əbu Məhəmməd Cəfər b. Maruf danışdı, dedi ki: Həsən b. Əli b. Nöman mənə atasından, o Asim əl-Hənnatdan, o da Məhəmməd b. Müslimdən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq (ə.s.)) mənə dedi ki: Atamın elə xüsusiyyətləri vardır ki, bunlar ancaq ona aiddir. Bir gün Rəsulullah (s) Cabir b. Abdullah əl-Ənsari’yə dedi ki: “ey Cabir! Sən Məhəmməd b. Əli əl-Baqir’i görəcəksən, gördüyün zaman mənim salamımı ona çatdırarsan.” Bunun üstündən Cabir, Əli b. Hüseyn əs-Səccad (ə.s.)-in evinə gəlib Məhəmməd b. Əli əl-Baqir’i soruşdu. İmam Səccad (ə.s.) ona “o uşaqlarla birlikdədir, sənə gəlməsi üçün onu göndərərəm” dediyi zaman “Xeyr, Mən ona gedəcəm” qarşılığını verdi və əl-Baqir (ə.s.)-i axtarmaq üçün yola çıxdı. İmam (ə.s.)-in hüzuruna çatdı, əhdini yerinə yetirdi, imamın başını öpdü və belə buyurdu: “Rəsulullah (s.) məni sənə Onun salamını çatdırmağım üçün göndərdi.” İmam ə.s. dedi ki: “Rəsulullah (s) də, sənə də salam olsun”. Sonra Cabir dedi ki: “Anam, atam sənə fəda olsun, Qiyamət günündə mənə şəfaət edəcəyinə dair bir güvəncə verə bilərsən mi ?” İmam ə.s. dedi ki: “Bunu yerinə yetirəcəm ey Cabir!”

Kəşşi (r.ə.), “Rical”, 1/41-43

Bu hədislərin hər ikisinin də sənədində yer alan ravilər siqa (güvənilən) və isnadlar müttəsildir. İlk hədis Cabir və atası Abdullah (r.ə.)-in Rəsulullah (s.)-ə çətin günlərində yardımçı olaraq onu s.ə.ə. Mədinə’yə dəvət edən Yəsriblilərdən olduğunu göstərməkdədir. İkinci hədis isə açıq şəkildə Cabir r.ə.’in doğru əqidəli və fəzilətli bir insan olduğuna dəlalət etməkdədir. İmam Baqir ə.s.’ın şəfaət edəcəyinə söz verdiyi birisinin fəziləti hqaaında şübhə olar mı ?

3. Üləmanın onun haqqındakı sözləri: Üləma (r.ə.) də onun böyüklüyünü və fəzilətini dilə gətirmiş, dəyərli bir kimsə olduğunu söyləmişdirlər. Şeyx ibni Davud əl-Hilli r.ə. onun haqqında deyir ki:

عظيم الشأن

Şəni yüksək bir şəxsiyyətdir.

İbni Davud, “Rical”, səhifə 60, 288-ci ravi

Seyyid Təfşiri r.ə. onun haqqında deyir ki:

وأورد الكشي في مدحه روايات كثيرة تدل على علو مرتبته وحسن عقيدته وانقطاعه إلى أهل البيت عليهم السلام

Kəşşi onun mədhi haqqında bir çox hədis rəvayət etmişdir, bu rəvyətlər onun uca, dəyərli, doğru əqidəli və Əhli Beyt ə.s.’a bağlı olduğunu göstərməkdədir.

Seyyid Təfşiri (r.ə.), “Naqdur Rical”, 1/323, 884-cü ravi

4. Rəvayətlərin keçdiyi mənbələrdən bəziləri: Onun imamların sayı haqqındakı hədisi, “əl-Kafi”, 1/532, Höccət kitabı, hədis 9’da, “Kəmaluddin”, səhifə 269, hədis 13’də; “əl-İrşad”, 2/346’da rəvayət edilmişdir. İmam Baqir ə.s. bəzi səbəblərdən dolayı bəzən hədisləri bir başlıqda toplamışdır. Bax: II Məclisi (r.ə.), “Bihar əl-Ənvar”, 46/223-224, bab 3.

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе