»»

Fəth surəsi, 29 | Allah bütün səhabələrdən razıdır? | şübhəyə cavab

Fəth surəsi, 29-ci ayə

“Muhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların nişanəsi üzlərində olan səcdə yeridir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”

Ayənin müzakirəsi Dəlil göstərilən bu ayədən aşağıdakılar anlaşılır:

Birinci: Ayədəki “birlikdə olanlar”da məqsəd qəlbi və ruhi birgəlikdir.

Ayədəki “birlikdə olanlar”da məqsəd heç də məkan və zaman baxımından Peyğəmbərlə (s) birgəlik deyil. Əksinə, buradakı birgəlik qəlbi və ruhidir. Belə ki, bir çox İslam və iman iddiasında olan şəxslər bu vəsf olmayıb. Səhabələrdən bəziləri Quran ayələrinin məzəmmət və danlağının hədəfi idilər. Uca Allah Qurani-Kərimdən buyurur: “Peyğəmbəri incidib: “O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”, – deyənlər də var. De: “O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əziyyət verənləri isə şiddətli bir əzab gözləyir!”304; “Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər var. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbir evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar”305; “...İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyandır!”306; “Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana yönəltməklə (müvəffəq etməklə), əslində Allah sizin boynunuza minnət qoymuş olur!”307 və digər ayələr.

İkinci: Ayədəki mədhin bütün səhabələrə şamil olmaması

Əgər ayədəki birgəliyin məkan və zamana görə olduğunu fərz etsək belə, bütün səhabələrin və ya onların böyük bir hissəsinin ədalətinə dəlaləti olmayacaq. Çünki Uca Allahın “onunla birlikdə olanlar” sözü ya bütünlüklə ümumi səhabəyə, yəni Peyğəmbərlə (s) birlikdə olan hər bir fərdə aiddir, yaxud da onlardan bir dəstəsinə. Birinci nəzərə gəldikdə, burada həm ayədaxili, həm də Kitabdakı digər ayələrdə məqsədin ümumən səhabələr olmadığına aşkar dəlillər mövcuddur. Kitabdakı həmin ayələrə əvvəldə qeyd etdiyimiz Peyğəmbərlə (s) birgə olanların məzəmmət edildiyi ayələrini misal çəkmək olar. Belə ki, onlar İslamda olduqlarını iddia etsələr də, bəzilər münafiqlikdə, bəzilər qorxaqlıqda və s. ittiham olunurdular. Bunlara əsasən bütün səhabələrin iradə edilməsi mümkün deyil.

Ayədaxili dəlilə gəldikdə, bu ayənin sonundakı cümlədir: “...Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” Bu cümlə ayədəki məqsədin ümumi səhabələr olmadığını bir daha təsdiq edir. Çünki cümlədəki “Onlardan” ( مِنْهُ م ) sözündə “( مِ ن ) -dan” şəkilçisi növü bəyan etmir, əksinə “təbiz (bəzisi)” mənasını verir. Yəni “Onlardan bəzisinə...” Çünki növü bəyan edən şəkilçi bitişən ( هُمْ – “onlar” kimi) şəxs əvəzlikləri ilə istifadə olunmaz, yalnız zahirən tələffüz olunan və bütöv mənalı kəlməyə birləşər. Necə ki, bunu “əl-Həcc” surəsinin 30-cu ayəsində də görürük: “Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən (مِنَ الأوثان ) ...çəkinin” Yəni büt növündən olan murdardan çəkinin. Bu ayədəki “(مِنَ الأوثان ) bütlərdən” sözündəki “( مِ ن ) -dən” şəkilçisi növü bəyan edir və “ الأوثا ن -bütlər” zahir isminə birləşmişdir. (Bəlkə burda qrammatik bəhsi ərəbcə aparıb haşiyədə izahlarını verək?)

Həmçinin ayədaxili dəlillərdən biri də ayənin əvvəlindəki “...kafirlərə qarşı sərt...” kəlməsidir. Belə ki, tarix kitablarında da qeyd edilənlərə əsasən, həmin vəsf müharibələrdən qaçmış bir çox səhabəyə şamil ola bilməz. Misal olaraq, səhabələrin Ühüd, Əhzab, Xeybər, Hüneyn və s. savaşlarda döyüş meydanından qaçmalarını göstərmək olar. Onlar kafirlərə qarşı sərtliklə vəsf olunmayıblar. Çünki sərtlik döyüşlərdə özünü təkrar-təkrar büruzə verər. Necə ki, bu vəsf Əli ibn Əbu Talib (ə) barədə qeyd edilib, onun “Kərrar ğeyru fərrar” (əsla döyüşdən qaçmayan, təkrar-təkrar həmlə edən) olduğu dəfələrlə vurğulanıb. Bunu Buxaridə nəql edilən hədis də təsdiq edir: “Səhl ibn Səd Peyğəmbərin (s) Xeybər döyüşü günü belə buyurduğunu eşitdi: “Bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah onun əli ilə fəthi bizə nəsib edəcək”.308

Bütün bu dediklərimiz “Onunla birlikdə olanlar” kəlməsinin ümumi məna daşıdığı iddia olunduqda deyilər. Əgər məqsəd onlardan bir dəstəsi olsa, bu zaman ayənin bütün sahəbələrə şamil olmadığı bir daha təsdiqlənəcək. Belə ki, ayə Uca Allahın “Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb, onun (qatili) barəsində mübahisə edirdiniz”309 ayəsindəki xitaba bənzəyəcək. Aydın məsələdir ki, həmin şəxsi öldürənlər bütün yəhudilər deyil, onlardan bir neçə nəfəri idi. Lakin Uca Allah bunu onların hamısına nisbət verərək “siz... öldürüb, ...mübahisə edirdiniz” buyurur. Burada cəm şəkilçisi yalnız qətli törədənlərə xitabən istifadə edilib və bütün yəhudiləri əhatə etmir.

Qurani-Kərimdə buna bənzər digər ayə də var: “Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?”310 Bu, bütün iman gətirən şəxslərin etməyəcəkləri bir şeyi dediklərinə dəlalət etməz. Bunu heç kəs də iddia etməmişdir.

Üçüncü: Ümumi cəm xitabla bəzi şəxslərə müraciət etmək üslubu geniş istifadə olunur

El dilinə müraciət etdikdə görürük ki, onlar “Misirlilər piramidalar ucaltdılar” dedikdə, heç də bunu bütünlükdə misirlilərə nisbət vermirlər. Həmçinin onların “Bədr savaşında müsəlmanlar yetmiş müşriki öldürmüş və yetmişini də əsir almışdılar. Ühüd savaşında isə müşriklər müsəlmanlardan yetmiş nəfərini qətlə yetirdilər” sözlərindən savaşda bütün müsəlmanların və bütün müşriklərin iştirak etdiyi başa düşülmür.

Buna əsasən, İhsan Zahirin ayədə məqsədin bütün səhabələr olduğu iddiası yalnız bu mənada ümum ola bilər.

Dördüncü: Mədhin bütün zaman və məkanlara şamil olmaması

Əgər ayənin yenə bütün səhabələri mədh etdiyini fərz etsək, bu mədh yalnız ayə nazil olarkən həmin vəsfə sahib olduqları zaman çərçivəsini əhatə edəcək, səhabələrin ömürlərinin sonunadək bu sifətə sahib olacaqlarına dəlil olmayacaq. Həqiqi mədh isə yalnız bir anla deyil, bu sifətə daim sahib olan şəxslər barəsində öz həqiqətini tapar. Anın mədhi yalnız həmin ana şamil ola bilər. Bu isə bütün səhabələrin ədalətinə dəlalət etmir. Bu sifətlər heç bir dəlil və bürhana ehtiyac duymayan əqli nəzərlə də qeyd edilə bilər.

Nəticə:
Ayədə bütün sahəbələrin hər bir zaman və məkanlarda mədhinə dəlalət yoxdur. Hətta bəzi səhabələrin bir çox günahlara mürtəkib olması, aralarında Cəməl və Siffin savaşlarında olduğu kimi münaqişələrin yaşanması buna bariz nümunədir. Həmin savaşlarda iştirak edənlərin arasında böyük səhabələr də vardı.

Xülasə:
Bu ayənin izahından İhsan Zahirin qeyd etdiyi, həmçinin İmamiyyə şiələrilə digərləri arasında səhabələrin ədaləti və düzgünlüyü barədə ixtilaf mövzusu olan başqa ayələrin də halı aydın olur. İmamiyyə şiələri Peyğəmbərin (s) bütün səhabələrinin azmış və haqq yoldan üz döndərmiş kəslər olduqlarını iddia etmirlər. Belə bir iddianı onlara nisbət vermək açıq-aydın yalan və iftiradır. Bəzilərinin iddiasına zidd olaraq, səhabələrdən fasiqlik, mürtədlik, üsyan və nifaq kimi sifətlərə sahib olanları ədalət və dürüstlük kimi sifətlərlə vəsf etmək əsla doğru sayılmaz. Bu mövzuya dair qarşıdakı bəhslərdə də dəlillər təqdim ediləcək.

304 Tövbə, 61
305 Tövbə, 101
306 Tövbə, 47
307 Hucurat”, 17
308 Səhih, Buxari, c. 4, s. 5; Müsnəd, Əhməd ibn Hənbəl, c. 1. s. 99; Səhih, Müslim, c. 5, s. 195; Sünən, İbn Macə, c. 1, s. 45
309 Bəqərə, 72
310 Saff, 2

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе