»»

Ali-İmran 195 və Ənfal 47 | Allah bütün səhabələrdən razıdır? | şübhəyə cavab

Ali-İmran surəsi,195ci ayə

“Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”

Ayənin müzakirəsi:

Ayədə hər hicrət edənin, yurdundan çıxarılanın və əziyyətə məruz qalanın aqibətinin Cənnət olduğuna dəlalət edən heç bir sübut yoxdur. Bu, aşağıdakı səbəblərə görədir:

Birinci: Hicrət və məcburən yurdundan çıxarılmağın qeydlə bildirilməsi

Ayədə hicrət, yurdundan çıxarılma və əziyyət “Allah yolunda” qeydi ilə vurğulanıb. Lakin hər hicrət edənin, yurdundan çıxarılanın və ya əziyyət edilənin bütün bunlarla Allah yolunda üz-üzə qaldığı sübut olunmayıb.

Bəzilərinin hicrəti şəxsi məsləhətinə əsasən baş verib. Ayədəki bu qeyd bəzilərinin Allah yolunda hicrət etmədiklərini müəyyən edir. Yoxsa həmin qeyd mənasız təfsir olardı. Bu, zahirə də xilafdır. Çünki qeyd – öz-özlüyündə buna bənzəyən və ya ümumi məna verən düşüncəsini kənarlaşdırır. Əksi fərz olunsa, həmin məna aradan getmiş olacaq.

İkinci: Cənnətə daxil olmağın şərti iman üzərində sabitqədəm olmaqdır

Əgər Peyğəmbərlə (s) birgə Məkkədən hicrət edən və yurdlarından çıxarılan hər kəsin Allah yolunda bunlarla üzləşdiyini fərz etsək, bu ayəyə əsasən onların Cənnətə daxil olması iman üzərində qalmaqla, şəkk və tərəddüdə düşməməklə, iman və ədalətə zidd əməllər etməməklə, tövbə və saleh əməllər kimi amillərlə şərtlənir. Uca Allah bu şərtlərə uyğun olan hər kəsi Cənnətə daxil edəcəyinə vəd verib. Lakin heç bir yerdə deyilməyib ki, yalnız hicrət edib, yurdundan çıxarılıb və əziyyətə məruz qaldığına görə əməlləri nə olursa olsun, həmin şəxslər mütləq Cənnətə gedəcəklər. Məsələn, Uca Allah Qurani-Kərimdə buyurur: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər (onlar da öz əməllərinin cəzasını alacaqlar). Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar”.323 Uca Allah tövbə edib, iman gətirən, saleh əməl görən şəxslərə Cənnəti vəd edir. Məgər ən sadə düşüncəli şəxs belə, bir kəsin Allahı qəzəbləndirəcək əməllərə davam etdiyi halda mücərrəd tövbə ilə Cənnətə gedəcəyini zənn edərmi?!

 

Ənfal surəsi, 47-ci ayə

“İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) məhz onlar həqiqi möminlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”

Ayənin müzakirəsi:
Ötən ayə barədə söylədiklərimiz bu ayəyə də şamildir.

Xülasə:
Bu ayənin izahından İhsan Zahirin qeyd etdiyi, həmçinin İmamiyyə şiələrilə digərləri arasında səhabələrin ədaləti və düzgünlüyü barədə ixtilaf mövzusu olan başqa ayələrin də halı aydın olur. İmamiyyə şiələri Peyğəmbərin (s) bütün səhabələrinin azmış və haqq yoldan üz döndərmiş kəslər olduqlarını iddia etmirlər. Belə bir iddianı onlara nisbət vermək açıq-aydın yalan və iftiradır. Bəzilərinin iddiasına zidd olaraq, səhabələrdən fasiqlik, mürtədlik, üsyan və nifaq kimi sifətlərə sahib olanları ədalət və dürüstlük kimi sifətlərlə vəsf etmək əsla doğru sayılmaz. Bu mövzuya dair qarşıdakı bəhslərdə də dəlillər təqdim ediləcək.

323 Məryəm, 59-60

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе