»»

Yəmaniçilərin "Həftuş-Şərif" kitabı barədə gətirdikləri əsassız dəlil.

Azərbaycanda fəaliyyət göstərən Yəmani məzhəbindən bir nəfər Facebook profilində belə bir yazı yazaraq "Həftuş-Şərif" kitabının mötəbər olmasını göstərmək istəmişdir.

Həmin yazını təqdim edirik:

“Əllamə Məclisi, özünün “Biharul-Ənvar” kitabında, 30-cu cild/səhifə 246-dan 254-ə qədər Salman Farsi (r.ə) haqqında dastanı nəql etmiş və hədisin sonunda bu sözləri demişdir: “Bu hədis çox qəribə bir hədisdir. Çünki heçbir tanınan və mötəbər olan hədis kitablarında mövcud deyildir. Amma mən bu hədisi, çox qədimi bir əl yazmada tapdım və ordan əldə etdim!” Və bilinməlidir ki, bu hədisin mətni, daha geniş formada və təfsilatı ilə HƏFTUŞ-ŞƏRİF KİTABINDA MÖVCUDDUR!"

 

Cavab:

Əllamə (r.a) buyurur:

 و هذا الخبر و إن كان غريبا  غير مذكور في الكتب المعتبرة، لكن لمّا وجدناه في أصل عتيق أخرجناه.

"Bu xəbərdə qəribəlik vardır. Digər mötəbər kitablarda zikr edilməmişdir. Lakin, bir halda ki, biz onu qədim mənbədə sonunda çıxardıb tapdıq".
"Bihərul-Ənvar" kitabı, 30-cu cild, 254-cü səhifə, 114-cü hədisin sonu.
________________________________

Burada kı ən böyük problem, hədisin yalnız "Həftuş-Şərif"-ə nəql edilməməsidir. Bu səbələ ki, Əllamə Məclisi (r.a) hədisi nəql etməzdən öncə buyurur:

أقول رَأَيْتُ فِي بَعْضِ كُتُبِ الْمَنَاقِب‏

"Mən (Məclisi) deyirəm: "Bəzi mənaqib kitablarında (bu hədisi) gördüm".

"Bihərul-Ənvar" 30-cü cild, 246-cı səhifə, 114-cü hədis.
Online mənbə: https://goo.gl/SKFyqx

- Əllamə (r.a) "kitab" demir "kutub" - "kitablar" deyir. Belə olan halda, hədisi  necə təkcə "Həftuş-Şərif" kitabında nəql oldunduğunu demək olar?!

- Əlavə olaraq, müxalif tərəf yazıda Tebyan.net saytına istinadən deyir: "bu hədisin mətni, daha geniş formada və təfsilatı ilə HƏFTUŞ-ŞƏRİF KİTABINDA MÖVCUDDUR"... Daha sonra bu sözləri əlavə edir: "Mustafa Ğalibin tərtib etdiyi “Həftuş-Şərifdə” kitabında mətn arasında biraz qısa şəkildə və çox kiçik hərf və cümlə fərqləri ilə mövcuddur!"

- Cavab olaraq deyirik: Müxaliflərin Tebyan saytına istinadən gətirdikləri dəlil İbrahim Mirzayi adlı müəllifə məxsusdur.

Onlayn ünvan: https://library.tebyan.net/fa/Viewer/Text/91312/1

Müəllif İbrahim Mirzayi "Həftuş-Şərif" kitabının mötəbər olduğunu və Əllamənin (r.a) bu hədisi həmin kitabdan götürdüyünü qeyd etmir. Yalnız, əlavə məlumat olaraq sözügedən hədisin daha təfsilatlı formada "Həftuş-Şərif"-də qeyd olunduğunu bildirir.

- Hətta, fərz olunsa ki, İbrahim Mirzayi həmin kitabı "mötəbər" hesab edir və Əllamə Məclisinin (r.a)  hədisi məhz oradan (Həftuş-Şərifdən) götürüldüyünü qeyd edir. Belə olan halda belə, İbrahim Mirzayinin sözü qəbul edilən deyildir. Çünki, müəllifin özü Əhli-Beyt (ə.s) alimlərindən deyil və bu şəxsdən başqa da heç bir alim "Həftuş-Şərif" kitabını təsdiqləməyib, habelə, hədisin oradan (Həftuş-Şərifdən) götürüldüyünü söyləməyib.

-Əllamə hədisi nəql etməmişdən öncə deyir

أقول رَأَيْتُ فِي بَعْضِ كُتُبِ الْمَنَاقِب‏

"Mən (Məclisi) deyirəm: "Bəzi mənaqib kitablarında (bu hədisi) gördüm".

- Buradakı hədis məhz "Həftuş-Şərif"ə aid deyil. Əllamənin (r.a) söylədiyi kimi "bəzi mənaqib" kitablarına məxsusdur. Əgər  "Həftuş-Şərif"-ə mənsub olsaydı hər iki kitabdakı hədislərin mətni tamamilə eyni olardı. Əllamənin (r.a) "Bihərul-Ənvar"-ı tərtib etmə üslubu istinad etdiyi hər bir hədisin mətnini kamil şəkildə, ixtisar etmədən, əlavə sözlər artırmadan kitaba qeyd etməkdir.Ən uzaq ehtimalla hər hansısa bir hərf və ya söz yazılmamış ola bilər. Halbuki (Biharul-Ənvarda qeyd olunan) mətnin əksəriyyətində (Həftuş-Şərifdəki hədisnə nisbətən) xeyli sayda ixtisarlar mövcuddur. Bu da ona dəlalət edir ki, Əllamə Məclisi (r.a) hədisi "Həftuş-Şərif"-dən deyil də "bəzi mənaqib kitablarından" nəql edib.

(c) Möhsin Məhdi

Рейтинг

В этом разделе