İmam Hüseynin (ə.s) ruhən tənasüx (reinkarnasiya) olduğunu iddia edən Əhməd əl-Həsən və onun yəmani davamçıları, Əhli-beyt (ə.s) əqidəsinə 02.06.2018-ci ildə "facebook"-da paylaşılan postda şübhə ataraq İmamın (ə.s) susuz şəhid olmadığını insanlara aşılamaq istəyirlər. Həm tarix, həm hədislərdə İmamın (ə.s) susuz şəhid olması mötəbər məsələdir. Təbii ki, İmamın Tausa gecəsi və ondan əvvəlki günlərdə quyu qazaraq və ya Fəratdan su əldə etməsi kimi rəvayətlər mövcuddur. Amma, müharibə etibarı ilə, həm özü həm qoşunu susuzluqdan əziyyət çəkmiş və bu halda şəhid olmuşdular.
- Şübhə olaraq atılan hədis sənəd cəhətdən irsala sahibdir. Yəni, hədisin sənədi kamil deyil, yanlız bir ravidən (Məhəmməd b. Sinandan) nəql olunmaqdadır. Hədis həm sənəd etibarı ilə, həm də mətn etibarı ilə güvənilən deyildir. Belə ki, hədisin mətninə müxalif olan xeyli sayda hədislər mövcuddur.
Əhli-beytin (ə.s) şəhadətində imam Hüseynin (ə.s) susuz şəhid olması:
1.
حَدَّثَنِي أَبِي وَ أَخِي وَ عَلِيُّ بْنُ الْحُسَيْنِ وَ غَيْرُهُمْ رَحِمَهُمُ اللَّهُ عَنْ سَعْدِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِي خَلَفٍ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى الْأَشْعَرِيِّ عَنْ عَلِيِّ بْنِ الْحَكَمِ عَنْ بَعْضِ أَصْحَابِنَا عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: إِذَا أَرَدْتَ زِيَارَةَ الْحُسَيْنِ ع فَزُرْهُ وَ أَنْتَ كَئِيبٌ حَزِينٌ مَكْرُوبٌ شَعِثاً مُغْبَرّاً جَائِعاً عَطْشَاناً فَإِنَّ الْحُسَيْنَ قُتِلَ حَزِيناً مَكْرُوباً شَعِثاً مُغْبَرّاً جَائِعاً عَطْشَاناً- وَ سَلْهُ الْحَوَائِجَ وَ انْصَرِفْ عَنْهُ وَ لَا تَتَّخِذْهُ وَطَناً.
“...İmam Sadiq (ə) buyurur: “İmam Hüseyni (ə) ziyarət etmək istədikdə onu kədərli, hüznlü, dərdli, saçların dağılmış, üstü-başın tozlu, ac və susuz halda ziyarət et. Çünki Hüseyn (ə.s) qətlə yetiriləndə kədərli, hüznlü, dərdli, saçları dağılmış, üstü-başı tozlu, ac və susuz halda idi. Orada hacətlərini istə və geri dön. Oranı özünə vətən seçmə”.
Şeyx Cəfər b. Məhəmməd b. Qəvləveyh (r.a), “Kəmiluz-Ziyərat” kitabı, 1-ci cild, 131-ci səhifə, 3-cü hədis
2.
وَ بِهَذَا الْإِسْنَادِ عَنْ سَعْدِ بْنِ عَبْدِ اللَّهِ عَنْ مُوسَى بْنِ عُمَرَ عَنْ صَالِحِ بْنِ السِّنْدِيِّ الْجَمَّالِ عَمَّنْ ذَكَرَهُ عَنْ كَرَّامِ بْنِ ععَمْرٍو قَالَ: قَالَ أَبُو عَبْدِ اللَّهِ ع لِكَرَّامٍ إِذَا أَرَدْتَ أَنْتَ قَبْرَ الْحُسَيْنِ ع فَزُرْهُ وَ أَنْت كَئِيبٌ حَزِينٌ شَعِثٌ مُغْبَرٌّ فَإِنَّ الْحُسَيْنَ ع قُتِلَ وَ هُوَ كَئِيبٌ حَزِينٌ شَعِثٌ مُغْبَرٌّ جَائِعٌ عَطْشَانُ.
“...İbn Əmr İmam Sadiqdən (ə) nəql edir: “Ehtiramlı ol! İmam Hüseynin (ə) qəbrini ziyarət etmək istədikdə kədərli, hüznlü, saçların dağılmış, üstü-başın tozlu ziyarət et. Çünki Hüseyn (ə.s) qətlə yetiriləndə kədərli, hüznlü, saçları dağılmış, üstü-başı tozlu, ac və susuz halda idi”.
Şeyx Cəfər b. Məhəmməd b. Qəvləveyh (r.a), “Kəmiluz-Ziyərat” kitabı, 1-ci cild, 131-ci səhifə, 4-cü hədis
3.
حَدَّثَنِي أَبِي عَنِ الْحُسَيْنِ بْنِ الْحَسَنِ بْنِ أَبَانٍ عَنْ مُحَمَّدِ بْنِ أُورَمَةَ عَنْ زَكَرِيَّا الْمُؤْمِنِ أَبِي عَبْدِ اللَّهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ يَحْيَى الْكَاهِلِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: مَنْ أَرَادَ أَنْ يَكُونَ فِي كَرَامَةِ اللَّهِ يَوْمَ الْقِيَامَةِ وَ فِي شَفَاعَةِ مُحَمَّدٍ ص فَلْيَكُنْ لِلْحُسَيْنِ زَائِراً يَنَالُ مِنَ اللَّهِ الْفَضْلَ وَ الْكَرَامَةَ [أَفْضَلَ الْكَرَامَةِ] وَ حُسْنَ الثَّوَابِ وَ لَا يَسْأَلُهُ عَنْ ذَنْبٍ عَمِلَهُ فِي حَيَاةِ الدُّنْيَا وَ لَوْ كَانَتْ ذُنُوبُهُ عَدَدَ رَمْلِ عَالِجٍ وَ جِبَالِ تِهَامَةَ وَ زَبَدِ الْبَحْرِ إِنَّ الْحُسَيْنَ ع قُتِلَ مَظْلُوماً مُضْطَهَداً نَفْسُهُ عَطْشَاناً هُوَ وَ أَهْلُ بَيْتِهِ وَ أَصْحَابُهُ.
“...Abdullah b. Yəhya Kahili İmam Sadiqdən (ə) nəql edir: “Kim Qiyamət günü Allahın ona ehtiram göstərməsini və Muhəmmədin (s) ona şəfaət etməsini istəyirsə, İmam Hüseyni (ə) ziyarət etsin. Bununla Allahın ən yüksək ehtiramını81 və ən yaxşı savabları əldə edər. Dünyada ikən günah əməlinə görə cəzalanmaz, hətta günahları qum dənələri, Tihamə dağı və dəniz köpükləri qədər olsa belə. Həqiqətən də İmam Hüseyn (ə), ailəsi və əshabı məzlum halda, əziyyətlə və susuz halda qətlə yetirildilər”.
Şeyx Cəfər b. Məhəmməd b. Qəvləveyh (r.a), “Kəmiluz-Ziyərat” kitabı, 1-ci cild, 153-cü səhifə, 6-cı hədis
4.
حَدَّثَنِي الْحَسَنُ بْنُ عَبْدِ اللَّهِ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ أَبِيهِ عَنِ الْحَسَنِ بْنِ مَحْبُوبٍ عَنِ الْعَلَاءِ بْنِ رَزِينٍ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: إِنَّ الْحُسَيْنَ صَاحِبَ كَرْبَلَاءَ قُتِلَ مَظْلُوماً مَكْرُوباً عَطْشَاناً لَهْفَاناً [فَآلَى اللَّهُ عَزَّ وَ جَلَّ عَلَى نَفْسِهِ أَنْ] وَ حَقٌّ عَلَى اللَّهِ عَزَّ وَ جَلَّ أَنْ لَا يَأْتِيَهُ لَهْفَانٌ وَ لَا لَا مَكْرُوبٌ وَ لَا مُذْنِبٌ وَ لَا مَغْمُومٌ وَ لَا عَطْشَانٌ وَ لَا ذُو عَاهَةٍ ثُمَّ دَعَا عِنْدَهُ وَ تَقَرَّبَ بِالْحُسَيْنِ ع إِلَى اللَّهِ عَززَّ وَ جَلَّ إِلَّا نَفَّسَ اللَّهُ كُرْبَتَهُ وَ أَعْطَاهُ مَسْأَلَتَهُ وَ غَفَرَ ذُنُوبَهُ [ذَنْبَهُ] وَ مَدَّ فِي عُمُرِهِ وَ بَسَطَ فِي رِزْقِهِ فَاعْتَبِرُوا يا أُولِي الْأَبْصار
“...Muhəmməd b. Müslim İmam Sadiqdən (ə.s) nəql edir: “Kərbəla sahibi Hüseyn (ə.s) məzlum, kədərli, susuz və qəmgin halda öldürüldü. Uca Allahın üzərində bir haqdır ki, onun ziyarətinə kədərli, qəmgin, günahkar, dərdli, susuz və xəstə halda gəlib dua etmiş və Allaha Hüseyni (ə) vəsilə edən hər bir şəxsin kədərini aradan aparsın, istəklərini əta etsin, günahlarını bağışlasın, ömrünü uzatsın və ruzisini genişlətsin. Ey bəsirət sahibləri, ibrət alın! (Həşr surəsi, 2-ci ayə)”
Şeyx Cəfər b. Məhəmməd b. Qəvləveyh (r.a), “Kəmiluz-Ziyərat” kitabı, 1-ci cild, 168-ci səhifə, 5-ci hədis
5.
قَالَ نَعَمْ: أَتَانِي جَبْرَئِيلُ فَبَشَّرَنِي بِفَرْخَيْنِ يَكُونَانِ لَكَ، ثُمَّ عُزِّيتُ بِأَحَدِهِمَا، وَ عَرَفْتُ أَنَّهُ يُقْتَلُ غَرِيباً عَطْشَاناً. فَبَكَتْ فَاطِمَةُ حَتَّى عَلَا بُكَاؤُهَا،
“Rəsulallah (s.a.a) dedi: “Bəli, Cəbrail mənə nazil olub sənin iki oğlunun olacağını müjdə verdi. Onlardan birinə yas saxladım və bildim ki, qəriblikdə susuz halda qətlə yetiriləcək. O (Fatimə ə.s) o qədər ağladı ki, ağlama səsi ucaldı”.
Şeyx Təbəri (r.a) “Dələilul-İməmə” kitabı, 1-ci cild, 102-ci səhifə, 30-cu hədis
6.
فروى عن الصادق عليه السلام أنه قال: ان زين العابدين عليه السلام بكى على أبيه أربعين سنة صائما نهاره وقائما ليلة فإذا حضر الافطار وجاء غلامه بطعامه وشرابه فيضعه بين يديه فيقول كل يا مولاي فيقول قتل ابن رسول الله صلى الله عليه وآله وسلم جائعا، قتل ابن رسول الله صلى الله عليه وآله وسلم عطشانا، فلا يزال يكرر ذلك ويبكي حتى يبتل طعامه من دموعه ثم يمزج شرابه بدموعه فلم يزل كذلك حتى لحق بالله عز وجل.
“imam Sadiqdən belə dediyi rəvayət olunur: “Zeynəl Abidin (ə.s) atası üçün 40 il ağladı. Güdüz oruc tuturdu gecələr ayağa qalxırdı (namaz qılırdı). Elə ki, iftar vaxtı oldu qulamı yemək, içməklə gəldi və əlini onun əlinə qoyub dedi: “Yeyin, ey Mövlam!” İmam (ə.s) buyurdu: “Rəsulallahın (s.a.a) oğlu (ə.s) ac öldürüldü. Rəsulallahın (s.a.a) oğlu susuz öldürüldü. O, bu sözləri təkrar edərək ağlayırdı, o qədər ağlayırdı ki, yeməyi göz yaşları ilə islanırdı. Sonra göz yaşı içkisinə qarışırdı. O, uca Allahın haqq dərgahına qovuşana qədər bu halda qaldı”.
Seyid b. Tavus “Əl-Luhuf” kitabı, 1-ci cild, 121-ci səhifə.
7.
فَبَلَغَ الْعَطَشُ مِنَ الْحُسَيْنِ ع وَ أَصْحَابِه
“Beləliklə susuzluq Hüseyn (ə.s) və əshabını taqətdən salmışdı”.
Şeyx Səduq, “Əl-Əmali” kitabı, 1-ci cild, 157-ci səhifə, 30-uncu məclis, 1-ci hədis.
Hədisin davamında hz.Əli Əkbərin (ə.s) susuz qalması və bu halda da şəhid olması qeyd olunmuşdur.
بَرَزَ مِنْ بَعْدِهِ عَلِيُّ بْنُ الْحُسَيْنِ ع فَلَمَّا بَرَزَ إِلَيْهِمْ دَمَعَتْ عَيْنُ الْحُسَيْنِ ع فَقَالَ اللَّهُمَّ كُنْ أَنْتَ الشَّهِيدَ عَلَيْهِمْ فَقَدْ بَرَزَ إِلَيْهِمُ ابْنُ رَسُولِكَ وَ أَشْبَهُ النَّاسِ وَجْهاً وَ سَمْتاً بِهِ فَجَعَلَ يَرْتَجِزُ وَ هُوَ يَقُول
أَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ عَلِيٍ نَحْنُ وَ بَيْتِ اللَّهِ أَوْلَى بِالنَّبِيِ
أَ مَا تَرَوْنَ كَيْفَ أَحْمِي عَنْ أَبِي
فَقَتَلَ مِنْهُمْ عَشَرَةً ثُمَّ رَجَعَ إِلَى أَبِيهِ فَقَالَ يَا أَبَتِ الْعَطَشَ فَقَالَ لَهُ الْحُسَيْنُ ع صَبْراً يَا بُنَيَّ يَسْقِيكَ جَدُّكَ بِالْكَأْسِ الْأَووْفَى فَرَجَعَ فَقَاتَلَ حَتَّى قَتَلَ مِنْهُمْ أَرْبَعَةً وَ أَرْبَعِينَ رَجُلًا ثُمَّ قُتِل
Ondan sonra Əli b. Hüseyn (ə.s) savaş meydanına atıldı. O, meydana atılan zaman İmam Hüseynin (ə.s) gözləri yaşardı və belə söylədi: “Ey Rəbbim! Özün onlara şahid ol, çünki onların qarşısına çıxan şəxs Sənin rəsulunun (s.a.a) övladı, insanların arasında ona sima və görünüş (üslub) baxımdan daha çox oxşayandır”. Əli b. Hüseyn (ə) bu şeiri söyləyərək meydana atıldı:
Mən Əli b. Hüseyn b. Əliyəm, Biz Peyğəmbərə daha yaxın olan Allah eviyik.
Məgər mənim atamı necə müdafiə etdiyimi görmürsünüz?
O, onlardan on nəfəri qətlə yetirib atasının yanına geri qayıdıb, dedi: “Atacan, susuzam”. İmam Hüseyn (ə) ona buyurdu: “Səbr et, oğlum, çünki baban sənə ən gözəl suyu içirdəcək”. O, yenidən döyüş meydanına geri qayıdıb, onlardan qırx dörd nəfəri qətlə yetirdikdən sonra şəhid oldu.
8. Seyid b. Tavus rəvayət edir ki, bir tabein (Rəsulallahı (s.a.a) görməyib, səhabəni görən şəxs) Şamda bu şeiri söyləmişdir:
قَتَلُوا جِهَاراً عَامِدِينَ رَسُولًا قَتَلُوكَ عَطْشَانا
“Bir elçini açıq aşkar öldürdülər, səni susuz öldürdülər”.
Seyid b. Tavus “Əl-Luhuf” kitabı, 1-ci cild, 102-ci səhifə.
9.
قَالَ جَبْرَئِيلُ وَلَدُكَ هَذَا يُصَابُ بِمُصِيبَةٍ تَصْغُرُ عِنْدَهَا الْمَصَائِبُ فَقَالَ يَا أَخِي وَ مَا هِيَ قَالَ يُقْتَلُ عَطْشَاناً غَرِيباً وَحِيداً فَرِيداً لَيْسَ لَهُ نَاصِرٌ وَ لَا مُعِين
“Cəbrail dedi: “Sənin bu övladına elə müsibət üz verəcək ki, (bütün müsibətlər) onun yanında kiçik qalacaq.” Adəm (ə.s) dedi : “Ey qardaşım, o nədir” Cəbrəil dedi: “O, susuz, qərib, tək, köməkçisiz, yardım edəni olmadığı halda öldürüləcəkdir”.
Əllamə Məclisi “Bihərul-Ənvar” kitabı, 44-cü cild, 245-ci səhifə, 44-cü hədis.
10. Zeynəl-Abidin (ə.s) buyurur:
أَنَا ابْنُ الْعَطْشَانِ حَتَّى قَضَى أَنَا ابْنُ طَرِيحِ كَرْبَلَاءَ أَنَا ابْنُ مَسْلُوبِ الْعِمَامَةِ وَ الرِّدَاءِ أَنَا ابْنُ مَنْ بَكَتْ عَلَيْهِ مَلَائِكَةُ السَّمَاءِ أَنَا ابْنُ مَنْ نَاحَتْ عَلَيْهِ الْجِنُّ فِي الْأَرْضِ وَ الطَّيْرُ فِي الْهَوَاء
“Mən ölənə qədər susuz qalanın oğluyam. Mən Kərbəlada atılanın oğluyam. Mən əmmaməsi və libası qarət olunmuşun oğluyam. Mən səmada mələklərin ağladığının oğluyam. Mən yerdə cinlərin göydə quşların nohə dediyinin oğluyam”.
İbn Şəhraşub “Mənəqib əli Əbi Talib” kitabı, 4-cü cild, 168-ci səhifə.
Ümid edirik ki, qeyd olunanlar qarşı tərəf və şübhədə olan Əhli-beyt (ə.s) tərəfdarlarının yəqinlik tapması üçün kifayətdir. Əgər ehtiyac olarsa, əlavə rəvayətlər də qeyd edilə bilər.
Qeyd: Ərbəin zəvvarlarına tövsiyə: Qeyd olunan ilk 4 hədisdə Əba Əbdillahın (ə.s) ziyarət ədəblərindən bir neçəsi zikr olunub. Belə ki, zəvvarlar öz Seyyidini (ə.s) ziyarət edərkən, tozlu paltarlarla, daranmamış (dağınıq) saçlarla, kədərli, ac və susuz halda ziyarət etsinlər. Digər ziyarət ədəbləri üçün “Məfatihul-Cinan” kitabına müraciət oluna bilər.
(c) Möhsin Məhdi