»»

Hicab vacib deyil mi? (Saxtakar yəmaniçi şübhəsinə cavab)

Saxtakar yəmaniçi yazır:

“İmam Cəfəri Sadiq (ə) buyurur: “Azad Müsəlman bir Qadının saçı açıq halda namaz qılmasında heçbir problem yoxdur.”

 

(Şeyx Hürr Amuli "Vəsailuş-Şiə" kitabı, cild 3/səhifə 297. Hədis nömrə: 5556)

 

Digər bir hədisdə İmam Cəfəri Sadiq (ə) yenə buyurur: “Başında bir örtük olmadığı halətdə müsəlman bir qadının namaz qılmasında heçbir problem yoxdur.”

 

(Şeyx Hürr Amuli "Vəsailuş-Şiə" kitabı, cild 3/səhifə 297. Hədis nömrə: 5557)”

 

Cavab:

1. İlk olaraq hədisin ünvanı doğru göstərilməyib. Hər iki hədis “Vəsailuş-Şiə”-də 4-cü cildin, 410-cu səhifəsində və 5558,5559 nömrədə qeyd olunmuşdur.

Bax: https://ar.lib.eshia.ir/11025/4/410

2. Hədisin ilkin ünvanı isə, şeyx Tusinin (r.a) “Təhzibeyn” (Təhzibul-Əhkəm və əl-İstibsar) kitablarıdır. Təhlilə keçməmişdən öncə bu 2 kitab haqqında ilkin müqəddimə lazımdır. Şeyx Tusi (r.a) “Təhzibul-Əhkəm” kitabını ustadı şeyx Müfidin (r.a) “əl-Muqniə” kitabına şərh olaraq yazmışdır. Kitabın tam adı ilk səhifədə qeyd olunmuşdur:

تهذيب الأحكام في شرح المقنعة للشيخ المفيد

“Təhzibul-Əhkəm fi şərhil-Muqniə liş-Şeyxil-Mufid”

“Əl-İstibsar fiməxtulifə minəl-Əxbər” kitabı isə, Əhli-Beyt (ə.s) hədislərində olan təaruzun, təzadların aradan qaldırılması üçün yazılmışdır. Şeyx Tusi (r.a) burada bir-birinə zidd olan hədisləri gətirir daha sonra hədislərlə və şərhlərlə açıqlama verir.

Sözügedən hədislərə gəldikdə isə (2-ci hədisdə) təxsis (xüsusi bir işarə) yoxdur. Yanlız, “müsəlman qadın” olaraq işarə olunub, məlum deyil ki, buradakı qadın dedikdə hansı qadın nəzərdə tutulur. (hamilə, qul, hürr, həddi-buluğa çatmış yaxud çatmamış və.s). Bu barədə Şeyxut-Taifə (r.a) hədisin şərhində buyurur:

فاما الخبر الأخير فليس فيه ذكر الحرة، ويجوز أن يكون ذلك مختصا بالإماء، لان الأمة يجوز لها ان تصلي وليس عليها قناع

“Sonuncu hədisə gəldikdə orada “azad (qadın)” sözü yoxdur. Belə ki, bu (sözün) qula  aid olması icazəlidir. Çünki, qula icazəlidir ki, örtüksüz halda namaz qılınsın”.

Şeyx Tusi (r.a) “Əl-İstibsar”, 1-ci cild, 390-cı səhifə.


“Azad qadın” ibarəsi keçən (1-ci) hədisə gəldikdə isə, Şeyx (r.a) müyyən səbəblər əsasında başı açıq qılınmasının icazəli olma ehtimalını verir. Bununla yanaşı ehtimal ehtimal verir ki, bu hədislər həddi buluğa çatmamış qadınlara aiddir.

فَيَحْتَمِلُ أَنْ يَكُونَ الْمُرَادُ بِهَذَيْنِ الْخَبَرَيْنِ الصَّغِيرَةَ مِنَ النِّسَاءِ دُونَ الْبَالِغَات‏

“Ehtimal edilir ki, bu iki xəbərdə məqsəd həddi buluğa çatmamış kiçik qadınlardır.

Biz isə, Şeyxin (r.a) ehtimalından əlavə sözügedən hər 2 hədisi digər Əhli-Beyt (ə.s) kəlamları ilə yan-yana qoyduqda yanlız kənizə, qula aid olduğunu təqdim edəcəyik.


1. Şeyx Kuleyni (r.a) səhih sənədlə rəvayət edir.

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ عَلِيِّ بْنِ الْحَكَمِ عَنِ الْعَلَاءِ بْنِ رَزِينٍ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ قَالَ: رَأَيْتُ أَبَا جَعْفَرٍ ع صَلَّى فِي إِزَارٍ وَاحِدٍ لَيْسَ بِوَاسِعٍ قَدْ عَقَدَهُ عَلَى عُنُقِهِ فَقُلْتُ لَهُ مَا تَرَى لِلرَّجُلِ يُصَلِّي فِي قَمِيصٍ وَاحِدٍ فَقَالَ إِذَا كَانَ كَثِيفاً فَلَا بَأْسَ بِهِ وَ الْمَرْأَةُ تُصَلِّي فِي الدِّرْعِ وَ الْمِقْنَعَةِ إِذَا كَانَ الدِّرْعُ كَثِيفاً يَعْنِي إِذَا كَانَ سَتِيراً قُلْتُ رَحِمَكَ اللَّهُ الْأَمَةُ تُغَطِّي‏ رَأْسَهَا إِذَا صَلَّتْ‏ فَقَالَ لَيْسَ عَلَى الْأَمَةِ قِنَاع‏

“...Məhəmmə b. Muslim dedi: “...Mən (Məhəmməd b. Muslim) dedim: “Allah sizi rəhməti ilə örtsün, Qul namaz qılarkən başını bağlamalıdır mı? “ (Əbu Cəfər ə.s) buyurdu: “Qulun örtünməsi lazım deyil”.

“əl-Kəfi” 3-cü cild, 394-cü səhifə, 2-ci hədis.


2. Şeyx Tusi (r.a) səhih sənədlə rəvayət edir:

وَ عَنْهُ عَنْ صَفْوَانَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَجَّاجِ عَنْ أَبِي الْحَسَنِ ع قَالَ: لَيْسَ‏ عَلَى‏ الْإِمَاءِ أَنْ‏ يَتَقَنَّعْنَ‏ فِي الصَّلَاةِ وَ لَا يَنْبَغِي لِلْمَرْأَةِ أَنْ تُصَلِّيَ إِلَّا فِي ثَوْبَيْنِ.

“...Əbdür-Rəhman b. Həccacdan o da Əbul-Həsəndən (ə.s) dedi: “Qulun namazda örtünməsi lazım deyil. Qadın 2 (üst-üstə) paltarı olmadan namaz qılmamalıdır”.

“Təhzibul-Əhkəm”, 2-ci cild, 217-ci səhifə, 62-ci hədis


3. Şeyx Tusi (r.a) səhih sənədlə rəvayət edir:

سَعْدٌ عَنْ أَحْمَدَ وَ عَبْدِ اللَّهِ ابْنَيْ مُحَمَّدِ بْنِ عِيسَى عَنِ الْحَسَنِ بْنِ مَحْبُوبٍ عَنِ الْعَلَاءِ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: قُلْتُ لَهُ الْأَمَةُ تُغَطِّي رَأْسَهَا فَقَالَ لَا وَ لَا عَلَى أُمِ‏ الْوَلَدِ أَنْ‏ تُغَطِّيَ‏ رَأْسَهَا إِذَا لَمْ‏ يَكُنْ‏ لَهَا وَلَدٌ.

“Məhəmməd b. Müslim dedi: “Mən (Məhəmməd b Müslim) ona (imama) dedim: “Qul başını örtməlidir?” (İmam ə.s) Dedi: “Xeyr, ümmü vələdin uşağı olmadığı halda, başını örtməsi lazım deyil”.

“Təhzibul-Əhkəm”, 2-ci cild, 219-cu səhifə, 67-ci hədis

Qeyd: Ümmü vələd o qullara deyilir ki, övladı əgər doğularsa həmin qadın azaddır. Məsələn, sahibi deyir ki, “sənin övladın olduqdan sonra sən azadsan”. Bu qismə daxil olan qullara “ümmü vələd” deyilir. Əlqərəz, qadın ümmü vələd (yəni, uşağı) olmamışdan öncə örtüksük namaz qıla bilər (ixtiyar sahibidir). Əgər azad, hürr olarsa mütləq şəkildə namazda başını örtməlidir.


4. Şeyx Kuleyni (r.a) səhih sənədlə rəvayət edir:

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ هِشَامِ بْنِ سَالِمٍ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ قَالَ سَمِعْتُ أَبَا جَعْفَرٍ ع يَقُولُ‏ لَيْسَ‏ عَلَى‏ الْأَمَةِ قِنَاعٌ‏ فِي‏ الصَّلَاةِ وَ لَا عَلَى الْمُدَبَّرَةِ وَ لَا عَلَى الْمُكَاتَبَةِ إِذَا اشْتُرِطَتْ عَلَيْهَا قِنَاعٌ فِي الصَّلَاةِ وَ هِيَ مَمْلُوكَةٌ حَتَّى تُؤَدِّيَ جَمِيعَ مُكَاتَبَتِهَا وَ يَجْرِي عَلَيْهَا مَا يَجْرِي عَلَى الْمَمْلُوكِ فِي الْحُدُودِ كُلِّهَا

“...Məhəmməd b. Müslim dedi: “Əbu Cəfər (belə) dediyini eşitdim: “Qul üçün namazda örtünmək lazım deyil. Müdəbbərə üçün də lazım deyil. Mükatəbəyə də lazım deyil, əgər (sahibi) ona şərt qoyarsa. O, bütün razılaşmanı (məbləği) ödəyənə qədər məmlukədir (quldur).  Məmlukəyə aid bütün hüdudlar ona da aiddir”.

“əl-Kəfi” 5-ci cild, 525-ci səhifə, 2-ci hədis.

Müdəbbərə: Sahibinin ölümündən sonra azad olunmasına vəd edilmiş qul.
Mükatəbə: Sahiblə qulun aralarındakı razılaşmaya əsasən, azad olunması üçün sahibinə müəyyən məbləği ödəyənə qədər qul olan qadın. Ödədikdən sonra azad qadın olacaqdır.


5.

الْحُسَيْنُ بْنُ سَعِيدٍ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَلِيِّ بْنِ أَبِي حَمْزَةَ عَنْ أَبِي بَصِيرٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع أَنَّهُ قَالَ: عَلَى الصَّبِيِّ إِذَا احْتَلَمَ الصِّيَامُ وَ عَلَى الْجَارِيَةِ إِذَا حَاضَتِ الصِّيَامُ وَ الْخِمَارُ إِلَّا أَنْ‏ تَكُونَ‏ مَمْلُوكَةً فَإِنَّهُ لَيْسَ عَلَيْهَا خِمَارٌ إِلَّا أَنْ تُحِبَّ أَنْ تَخْتَمِرَ وَ عَلَيْهَا الصِّيَامُ.

“...Əbu Bəsirdən o da Əbu Əbdullahdan (ə.s) dedi: “Oğlan həddi-buluğa çatanda oruc tutmalıdır. Cariyə heyz görəndə oruc tutmalı və (baş) örtü(sü) taxmalıdır. Məmlukədən (sahiblənmiş quldan) başqa. Əgər (məmlukə) (başını) bağlamağı istəməsə ona başörtüsü lazım deyildir. (Lakin) oruc onun üzərindədir (vacibdir)”.

“Təhzibul-Əhkəm”, cild 2, səhifə 281, hədis 24.


6.

قَالَ وَ سَأَلْتُهُ‏ عَنِ الْأَمَةِ إِذَا وَلَدَتْ‏ عَلَيْهَا الْخِمَارُ قَالَ لَوْ كَانَ عَلَيْهَا لَكَانَ عَلَيْهَا إِذَا هِيَ حَاضَتْ‏ وَ لَيْسَ‏ عَلَيْهَا التَّقَنُّعُ‏ فِي‏ الصَّلَاةِ.

“(Məhəmməd b. Müslim) Dedi: “Ona (Əbu Cəfərə ə.s) sual etdim: “Qulun əgər övladı olarsa (başını) örtməsi lazımdır? (İmam) Dedi: “...Namazda  bağlaması lazım deyildir”.

Şeyx Səduq (r.a) “Mən lə yəhduruhul-Fəqih” kitabı, сild 1, səhifə 373, hədis 1086.

İddia edilən iki hədisin birində təxsis (xüsusi işarə) vurulmayıb. “Müsəlman qadın” ibarəsi ilə keçir, digər hədisdə isə təxsis vurularaq “azad (hürr) müsəlman qadın” olaraq keçir.  Sözügedən 2 hədis və digər hədislərin cəmindən anlaşılır ki, Məsuma (ə.s) başın örtülüb-örtülməməsi barədə verilən suallar yanlız qul qadına aiddir. Unutmamaq da lazımdır ki, bu hal yanlız namaz qılan vaxta şamildir. Digər hallarda başın örtülməsi vacibdir.Qul olmayan qadınlara zəruri olması haqqında nəql edilən hədislərdən bir neçəsini təqdim edirik.


1.Şeyx Səduq (r.a) səhih sənədlə nəql edir:

مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ الْحُسَيْنِ بِإِسْنَادِهِ عَنِ الْفُضَيْلِ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: صَلَّتْ فَاطِمَةُ ع فِي دِرْعٍ وَ خِمَارُهَا عَلَى رَأْسِهَا لَيْسَ‏ عَلَيْهَا أَكْثَرُ مِمَّا وَارَتْ بِهِ شَعْرَهَا وَ أُذُنَيْهَا.

“...Fudeyl dedi: “Əbu Cəfər (ə.s) buyurdu: “Fatimə (s.a) başıının üzərində diru və ximar (qadına aid örtük növləridir) olduğu halda namaz qılardı. Heç bir zaman onun saçı və qulaqları görülməmişdir”.

Şeyx Səduq (r.a) “Mən lə yəhduruhul-Fəqih” kitabı, сild 1, səhifə 257, hədis 789.


2.

وَ سَأَلَ عَلِيُّ بْنُ جَعْفَرٍ- أَخَاهُ مُوسَى بْنَ جَعْفَرٍ ع- عَنِ الْمَرْأَةِ لَيْسَ‏ لَهَا إِلَّا مِلْحَفَةٌ وَاحِدَةٌ كَيْفَ تُصَلِّي قَالَ تَلْتَفُّ فِيهَا وَ تُغَطِّي رَأْسَهَا وَ تُصَلِّي فَإِنْ خَرَجَتْ رِجْلَيْهَا وَ لَيْسَ تَقْدِرُ عَلَى غَيْرِ ذَلِكَ فَلَا بَأْسَ.

“Əli b. Cəfər (Musa b. Cəfərin qardaşı) sual verdi: “Qadının bir milhəfdən (örtük növü) başqa heçnəyi yoxdur, necə namaz qılmalıdır?” (İmam) Dedi: “Ona bürünsün, başını örtsün və namazını qılsın, əgər ayaqları çöldə qalarsa, bundan başqasına gücü çatmazsa, eybi yoxdur”.

Şeyx Səduq (r.a) “Mən lə yəhduruhul-Fəqih” kitabı, сild 1, səhifə 373, hədis 1083.


3.Şeyx Tusi (r.a) səhih sənədlə nəql edir:

الْحُسَيْنُ بْنُ سَعِيدٍ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ عُمَرَ بْنِ أُذَيْنَةَ عَنْ زُرَارَةَ قَالَ: سَأَلْتُ أَبَا جَعْفَرٍ ع- عَنْ أَدْنَى مَا تُصَلِّي فِيهِ الْمَرْأَةُ قَالَ دِرْعٌ وَ مِلْحَفَةٌ فَتَنْشُرُهَا عَلَى‏ رَأْسِهَا وَ تَتَجَلَّلُ بِهَا.

“Zürarə dedi: “Əbu Cəfərdən (ə.s) soruşdum. Qadına namazda (örtünmək üçün) ən kiçik miqdar nə qədərdir?” (İmam) Dedi: “Diru və milhəf. Onu başına sərsin və ona bürünsün”.

“Təhzibul-Əhkəm”, cild 2, səhifə 218, hədis 61.


4. Şeyx Səduq (r.a) səhih sənədlə nəql edir:

رَوَى أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ أَبِي نَصْرٍ عَنِ الرِّضَا ع قَالَ: يُؤْخَذُ الْغُلَامُ بِالصَّلَاةِ وَ هُوَ ابْنُ سَبْعِ سِنِينَ وَ لَا تُغَطِّي الْمَرْأَةُ شَعْرَهَا مِنْهُ حَتَّى يَحْتَلِم‏

“Əhməd b. Məhəmməd b. Nəsrdən o da imam Rzadan (ə.s) rəvayət edərək dedi: “Oğlan 7 yaşına çatdıqda ona namaz qıldırmaq lazımdır. (Oğlan) Həddi-buluğa çatana qədər qadının ona (oğlana) görə saçını örtməsi lazım deyildir”.

Şeyx Səduq (r.a) “Mən lə yəhduruhul-Fəqih” kitabı, сild 3, səhifə 436, hədis 4507.



5.

وَ لَا تُغَطِّي الْمَرْأَةُ رَأْسَهَا مِنَ‏ الْغُلَامِ‏ حَتَّى‏ يَبْلُغَ‏ الْغُلَام‏

“(imam Rza dedi) Oğlan həddi-buluğa çatana qədər qadının ona (oğlana) görə başını örtməsi lazım deyildir”.

Şeyx Himyəri (r.a) “Qurbul-İsnəd” kitabı, cild 1, səhifə 385, hədis 1355.


6.Hədis uzun olduğundan əsas hissəsini təqdim edirik

Rəsulallah (s.a.a) xanım Fatiməyə bəzi qadınların aqibətindən danışarkən buyurur:

فَقَالَ يَا بُنَيَّتِي أَمَّا الْمُعَلَّقَةُ بِشَعْرِهَا فَإِنَّهَا كَانَتْ لَا تُغَطِّي شَعْرَهَا مِنَ الرِّجَال‏

“(Rəsulallah s.a.a) dedi: “Ey mənim qızım! Saçlarından asılana gəlincə isə, o, saçını kişilərdən örtmürdü”.

Şeyx Səduq (r.a) “Uyun Əxbarur-Rza” kitabı, cild 2, səhifə 11, hədis 24.


7.

حَدَّثَنَا عَلِيُّ بْنُ أَحْمَدَ رَحِمَهُ اللَّهُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عَبْدِ اللَّهِ عَن مُحَمَّدِ بْنِ إِسْمَاعِيلَ عَنْ عَلِيِّ بْنِ الْعَبَّاسِ قَالَ حَدَّثَنَا الْقَاسِمُ بْنُ الرَّبِيعِ الصَّحَّافُ عَنْ مُحَمَّدِ بْنِ سِنَانٍ أَنَّ الرِّضَا ع كَتَبَ فِيمَا كَتَبَ مِنْ جَوَابِ مَسَائِلِهِ حُرِّمَ النَّظَرُ إِلَى شُعُورِ النِّسَاءِ الْمَحْجُوبَاتِ بِالْأَزْوَاجِ وَ غَيْرِهِنَّ مِنَ النِّسَاءِ لِمَا فِيهِ مِنْ تَهْيِيجِ الرِّجَالِ وَ مَا يَدْعُو التَّهْيِيجُ إِلَى الْفَسَادِ وَ الدُّخُولِ فِيمَا لَا يَحِلُّ وَ لَا يحمل [يَجْمُلُ‏] وَ كَذَلِكَ مَا أَشْبَهَ الشُّعُورَ إِلَّا الَّذِي قَالَ اللَّهُ تَعَالَى وَ الْقَواعِدُ مِنَ النِّساءِ اللَّاتِي لا يَرْجُونَ نِكاحاً فَلَيْسَ عَلَيْهِنَّ جُناحٌ أَنْ يَضَعْنَ ثِيَابَهُنَّ غَييْرَ الْجِلْبَابِ وَ لَا بَأْسَ بِالنَّظَرِ إِلَى شُعُورِ مِثْلِهِن‏‏

“Məhəmməd b. Sinan nəql edir ki, imam Rza (ə.s) ona göndərilmiş məktubun cavabında yazılı olaraq belə buyurdu: “Örtünmüş qadınların, ərli qadınların və digərlərinin saçlarına baxmaq haramdır. Çünki bu baxışlar kişini təhrik edir. Təhrik olunmaq isə nəticədə fəsada gətirib çıxarır. Qadının saçlarından başqa digər yerlərinə də baxmaq halal və doğru deyil. Yalnız Allah (bu kəslərdən) başqa. “Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinətlərini göstərmədən üst paltarını çıxarmasında günah yoxdur (Nisa 31)”. Onların (ahıl qadınlara) saçına baxmağın problemi yoxdur”.

Şeyx Səduq (r.a) “İləluş-Şəraiə” cild 2, səhifə 565, hədis 1.


8.

قَالَ:: وَ سَأَلْتُهُ عَنِ الرَّجُلِ: أَ يَحِلُّ لَهُ أَنْ يَنْظُرَ إِلَى شَعْرِ أُخْتِ امْرَأَتِهِ؟ فَقَالَ: لَا، إِلَّا أَنْ تَكُونَ مِنَ الْقَوَاعِدِ.

“O (Əhməd b. Məhəmməd b. Əbi Nəsr) dedi: “Ona (imam Rzaya) kişi haqqında sual etdim. O (kişi) qadının (yoldaşının) bacısının saçına baxması halaldır mı? (İmam) Dedi: “Xeyr! Yanlız, ərə getməyə ümidi qalmayan qadınlardan başqa”.

Şeyx Himyəri (r.a) “Qurbul-İsnəd” kitabı, cild 1, səhifə 363, hədis 1299.

Bura qədər qeyd etdiyimiz hədislərin hər birində baş və ya saç ibarəsi keçməkdədir. Göründüyü kimi, saçın bağlanmasında ximar, diru, milhəf kimi örtüklərdən istifadə olunub. Məhz “baş” və “saç” ibarəsi olan hədisləri öncədən təqdim etdik ki, sözgedən örtük növlərini (ximar, diru, milhəfi) yanlız “bədəni örtən örtü olduğu” iddiası ortaya atılmasın. Bundan sonra qeyd edəcəyimiz hədislərdə “baş” və “saç” ibarəsi yoxdur. Yanlız, həmin 3 örtükdən istifadə olunmasının zəruruliyi qeyd olunub.


9.

سَأَلَ يُونُسُ بْنُ يَعْقُوبَ أَبَا عَبْدِ اللَّهِ ع- عَنِ الرَّجُلِ يُصَلِّي فِي ثَوْبٍ وَاحِدٍ قَالَ نَعَمْ قَالَ قُلْتُ فَالْمَرْأَةُ قَالَ لَا وَ لَا يَصْلُحُ لِلْحُرَّةِ إِذَا حَاضَتْ‏ إِلَّا الْخِمَارُ إِلَّا أَنْ لَا تَجِدَهُ.

“Yunus b. Yəqub Əba Əbdillahdan (ə.s) soruşdu: “Kişi 1 paltarla namaz qıla bilər mi?” (İmam) Dedi: “Bəli”. Mən dedim: “Bəs Qadın?” (İmam) dedi: “Xeyr, zəruri olmadığı halda hürr (qadın) üçün doğru deyil ki, heyzdən sonra ximarı olmasın.”.

Şeyx Səduq (r.a) “Mən lə yəhduruhul-Fəqih” kitabı, сild 1, səhifə 373, hədis 1082.


10.

وَ فِي رِوَايَةِ الْمُعَلَّى بْنِ خُنَيْسٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: سَأَلْتُهُ عَنِ الْمَرْأَةِ تُصَلِّي فِي دِرْعٍ وَ مِلْحَفَةٍ لَيْسَ عَلَيْهَا إِزَارٌ وَ لَا مِقْنَعَةٌ قَالَ لَا بَأْسَ إِذَا الْتَفَّتْ بِهَا وَ إِنْ‏ لَمْ‏ تَكُنْ‏ تَكْفِيهَا عَرْضاً جَعَلَتْهَا طُولًا.

“Muəlla b. Xuneys Əbi Əbdillahdan (ə.s) rəvayət edərək dedi: “Ona (imama) Namaz qılan qadının milhəf və dirası olan ancaq izar (beldən aşağı olan parça) və miqnəası olmayan qadın haqqında soruşdum”. (İmam) Dedi: “Əgər onunla örtünsə problemi yoxdur. Əgər, eninə kifayət etməzsə, uzunluğu üçün (istifadə) etsin.

Şeyx Səduq (r.a) “Mən lə yəhduruhul-Fəqih” kitabı, сild 1, səhifə 373, hədis 1084.



11.

وَ قَالَ النَّبِيُّ ص ثَمَانِيَةٌ لَا يَقْبَلُ اللَّهُ لَهُمْ صَلَاةً الْعَبْدُ الْآبِقُ حَتَّى يَرْجِعَ إِلَى مَوْلَاهُ وَ النَّاشِزُ  عَنْ زَوْجِهَا وَ هُوَ عَلَيْهَا سَاخِطٌ وَ مَانِعُ الزَّكَاةِ وَ إِمَامُ قَوْمٍ يُصَلِّي بِهِمْ وَ هُمْ لَهُ كَارِهُونَ وَ تَارِكُ الْوُضُوءِ وَ الْمَرْأَةُ الْمُدْرِكَةُ تُصَلِّي بِغَيْرِ خِمَارٍ وَ الزِّبِّينُ وَ هُوَ الَّذِي يُدَافِعُ الْبَوْلَ وَ الْغَائِطَ وَ السَّكْرَانُ.

“Peyğəmbər buyurub: “Allah səkkiz nəfərin namazını qəbul etməz...yetişkin qadının ximarsız namaz qılmasını...”

Şeyx Səduq (r.a) “Mən lə yəhduruhul-Fəqih” kitabı, сild 1, səhifə 59, hədis 131.



12.

وَ سَأَلْتُهُ عَنِ الْمَرْأَةِ الْحُرَّةِ هَلْ يَصْلُحُ لَهَا أَنْ تُصَلِّيَ فِي دِرْعٍ وَ مِقْنَعَةٍ؟ قَالَ: لَا يَصْلُحُ لَهَا إِللَّا فِي مِلْحَفَةٍ، إِلَّا أَنْ لَا تَجِدَ بُدّا

“...Əli b. Cəfər qardaşı Musa b. Cəfərdən (ə.s) Hürr qadın haqqında soruşdu. “Ona (qadına) diru və miqnəada namaz qılması doğrudur mu? “(İmam) Dedi: “Xeyr, Milhəfi olmasa doğru sayılmaz. Əgər zəruri hal olmazsa”.

Şeyx Himyəri (r.a) “Qurbul-İsnəd” kitabı, cild 1, səhifə 224, hədis 875.



13.Şeyx Kuleyni (r.a) səhih sənədlə nəql edir:

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ حَمَّادٍ عَنِ الْحَلَبِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: لَا يَصْلُحُ لِلْمَرْأَةِ الْمُسْلِمَةِ أَنْ تَلْبَسَ مِنَ الْخُمُرِ وَ الدُّرُوعِ مَا لَا يُوَارِي شَيْئا

“Hələbi imam Sadiqdən (ə.s) rəvayət edərək dedi: “Müsəlman qadın üçün doğru deyil ki, xumur (“ximar”-ın cəmi) və duru (“diru”-nun cəmi) geyinməsin, həmçinin (örtünməsi lazım olan yerlərdən) bir şey görünsün”.

“əl-Kəfi” 3-cü cild, 397-ci səhifə, 14-cü hədis.



14.

وَ عَنْهُ، عَنْ مَسْعَدَةَ بْنِ زِيَادٍ: قَالَ: وَ سَمِعْتُ جَعْفَراً عَلَيْهِ السَّلَامُ‏ وَ سُئِلَ عَمَّا تُظْهِرُ الْمَرْأَةُ مِنْ‏ زِينَتِهَا قَالَ: الْوَجْهَ وَ الْكَفَّيْن‏

“Məsədə b. Ziyad dedi: “Cəfərə (ə.s) qadın zinətlərindən nəyi göstərə bilər sualı verildikdə həzrət (ə.s) buyurdu: “Üzü və əlləri”.

Şeyx Himyəri (r.a) “Qurbul-İsnəd” kitabı, cild 1, səhifə 82, hədis 270.



15.Şeyx Kuleyni (r.a) səhih sənədlə nəql edir:

عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ جَمِيلِ بْنِ دَرَّاجٍ عَنِ الْفُضَيْللِ بْنِ يَسَارٍ قَالَ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ ع عَنِ الذِّرَاعَيْنِ مِنَ الْمَرْأَةِ أَ هُمَا مِنَ الزِّيينَةِ الَّتِي قَالَ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى- وَ لا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ قَالَ نَعَمْ وَ مَا دُونَ الْخِمَارِ مِنَ الزِّينَةِ وَ مَا دُونَ السِّوَارَيْن‏

“...Fuzeyl b. Yəssar dedi: “Əbu Əbdullahdan qadının qolları(nın görünüb-görünməməsi) haqqında sual etdim. O, (qollar) qadının zinətindəndir mi? Necə ki, Allah t.t buyurub: “Zinətlərini həyat yoldaşlarından başqasına göstərmirlər”. (İmam) Dedi: “Bəli, ximarının altında olanlar (örtüsünün altında olanlar) və bilərziklərinin altında olanlar (yəni, biləkləri) (qadının) zinətindəndir”.

“əl-Kəfi” cild 5, səhifə 520,  hədis 1.


16.

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ مَرْوَكِ بْنِ عُبَيْدٍ عَنْ بَعْضِ أَصْحَابِنَا عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: قُلْتُ لَهُ مَا يَحِلُّ لِلرَّجُلِ أَنْ يَرَى مِنَ الْمَرْأَةِ إِذَا لَمْ يَكُنْ مَحْرَماً قَالَ الْوَجْهُ وَ الْكَفَّانِ وَ الْقَدَمَانِ.

“Bəzi kəslər imam Sadiqdən (ə.s) soruşdu: “Kişinin naməhrəm qadının hansı yerlərinə baxması caizdir?” (İmam) Dedi: “Üz, əllər və ayaqlar”.

Şeyx Kuleyni (r.a) “əl-Kəfi” cild 5, səhifə 521,  hədis 2.


Qeyd olunan hədislərin cəmindən anlayırıq ki, hürr qadınların saçlarının görünməsi, habelə namaz halında da açıq qalması icazəli deyil. Bununla yanaşı hürr qadınların, yanlız əl, üz və ayaqları görülməsi icazəlidir. Mövzunun daha da çox uzanmaması üçün məqalənin sonunda bəzi hədislərin ünvanı və ərəbi mətnini verərək bitiririk (məqalədə qeyd etdiyimiz və mövzunu ehtiva edən digər hədislər də mövcuddur, biz bəzilərini qeyd edirik).



17.

وَ سَأَلْتُهُ عَنِ الْمَرْأَةِ هَلْ يَصْلُحُ لَهَا أَنْ تُصَلِّيَ فِي إِزَارٍ وَ مِلْحَفَةٍ تُقَنِّعُ بِهَا وَ لَهَا دِرْعٌ قَالَ لَا يَصْلُحُ لَهَا أَنْ‏ تُصَلِّيَ‏ حَتَّى‏ تَلْبَسَ‏ دِرْعَهَا.

“Məsail Əli b. Cəfər” kitabı, cild 1, səhifə 113, hədis 35.



18.

الْحَسَنُ بْنُ مَحْبُوبٍ عَنْ هِشَامِ بْنِ سَالِمٍ عَنْ حَمْزَةَ بْنِ حُمْرَانَ عَنْ أَحَدِهِمَا ع قَالَ‏ سَأَلْتُهُ عَنِ الرَّجُلِ أَعْتَقَ نِصْفَ جَارِيَتِهِ ثُمَّ قَذَفَهَا بِالزِّنَى قَالَ فَقَالَ أَرَى أَنَّ عَلَيْهِ‏ خَمْسِينَ‏ جَلْدَةً وَ يَسْتَغْفِرُ اللَّهَ قُلْتُ أَ رَأَيْتَ إِنْ جَعَلَتْهُ فِي حِلٍّ وَ عَفَتْ عَنْهُ قَالَ لَا ضَرْبَ عَلَيْهِ إِذَا عَفَتْ عَنْهُ مِنْ قَبْلِ أَنْ تَرْفَعَهُ قُلْتُ فَتُغَطِّي رَأْسَهَا مِنْهُ حِينَ أَعْتَقَ نِصْفَهَا قَالَ نَعَمْ وَ تُصَلِّي وَ هِيَ مُخَمَّرَةُ الرَّأْسِ وَ لَا تَتَزَوَّجُ حَتَّى تُؤَدِّيَ مَا عَلَيْهَا أَوْ يُعْتَقَ النِّصْفُ الْآخَرُ.

Şeyx Tusi (r.a) “Əl-İstibsar” kitabı, cild 4, səhifə 6, hədis 3.



19.

وَ الَّذِي رَوَاهُ‏ الْحُسَيْنُ بْنُ سَعِيدٍ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ جَمِيلِ بْنِ دَرَّاجٍ قَالَ‏ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ ع عَنِ الْمَرْأَةِ تُصَلِّي فِي دِرْعٍ وَ خِمَارٍ فَقَالَ تَكُونُ عَلَيْهَا مِلْحَفَةٌ تَضُمُّهَا عَلَيْهَا.

Şeyx Tusi (r.a) “Əl-İstibsar” kitabı, cild 1, səhifə 390, hədis 7.


20.

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنْ عُثْمَانَ بْنِ عِيسَى عَنِ ابْنِ مُسْكَانَ عَنِ ابْنِ أَبِي يَعْفُورٍ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع تُصَلِّي الْمَرْأَةُ فِي ثَلَاثَةِ أَثْوَابٍ إِزَارٍ وَ دِرْعٍ وَ خِمَارٍ وَ لَا يَضُرُّهَا بِأَنْ  تَقَنَّعَ بِالْخِمَارِ فَإِنْ لَمْ تَجِدْ فَثَوْبَيْنِ تَتَّزِر بِأَحَدِهِمَا وَ تَقَنَّعُ بِالْآخَرِ قُلْتُ فَإِنْ كَانَ دِرْعٌ وَ مِلْحَفَةٌ لَيْسَ عَلَيْهَا مِقْنَعَةٌ فَقَالَ لَا بَأْسَ إِذَا تَقَنَّعَتْ بِالْمِلْحَفَةِ فَإِنْ لَمْ تَكْفِهَا فَلْتَلْبَسْهَا طُولًا.

Şeyx Kuleyni (r.a) “Əl-Kəfi” cild 3, səhifə 395, hədis 11.

 

(c) Möhsin Məhdi

Рейтинг

В этом разделе