»»

Tənasüx və Rəcət eynidirmi?

Rəhman və Rəhim olan Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!

Son zamanlarda ən çox müzakirə olunan mövzulardan biri də reinkarnasiyadır. Bu inancın tarixi daha qədimlərə – hinduizm, buddizm dinlərinə dayanır. Ərəb luğətində isə bu inanc "tənasüx" adlanır.

 

TƏNASÜX NƏDİR?

“Tənasüx” (yəni, Reinkarnasiya) - insan öldükdən sonra guya ruhunun bir ana bətninə daxil olaraq təbii şəkildə doğulması və beləcə başqa bədənlərdə dəfələrlə dünyaya qayıtması inancıdır. Bu inanca görə ruhun dünyaya yenidən qayıdışı təkcə insan formasında deyil, hətta heyvan, bitki və daş formasında da ola bilər. 

Günümüzdə tənasüx inancını ən çox təbliğ edənlərdən biri də saxta yəmaniçilik firqəsidir. Onlar, tənasüx inancının haqq olmasını və Əhməd əl-Həsənin də guya İmam Huseyn (ə) olaraq reinkarnasiya etdiyini iddia edirlər.

 

TƏNASÜX İNANCININ BATİL OLMASI

Şeyx Səduq (r.a) yazır:

ﻭﻳﻘﻮﻝ ﺍﻟﺸﻴﺦ ﺍﻟﺼﺪﻭﻕ ‏: ﺍﻟﻘﻮﻝ ﺑﺎﻟﺘﻨﺎﺳﺦ ﺑﺎﻃﻞ، ﻭﻣﻦ ﺩﺍﻥ ﺑﺎﻟﺘﻨﺎﺳﺦ ﻓﻬﻮ ﻛﺎﻓﺮ، ﻷﻥ ﻓﻲ ﺍﻟﺘﻨﺎﺳﺦ ﺇﺑﻄﺎﻝ ﺍﻟﺠﻨﺔ ﻭﺍﻟﻨﺎﺭ ‏

“Tənasüxə etiqad etmək batildir. Kim tənasüxü təsdiq etsə kafirdir. Çünki, tənasüx Cənnət və Cəhənnəmi batil bilməkdir”.

Şeyx Səduq, “əl-Etiqadat”, səhifə 156.

Allah-Təala Qurani-Kərimdə buyurur:

حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ

“Nəhayət, onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər: “Ey Rəbbim! Məni (dünyaya) geri qaytar!” (Muminun surəsi, 99)

لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

“Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm”. Xeyr, onun dediyi boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər davam edən bərzəx (aləmi) vardır”. (Muminun surəsi, 100)

عن الزهري قال: قال علي بن الحسين بن علي بن أبي طالب عليهم السلام: أشد ساعات ابن آدم ثلاث ساعات: الساعة التي يعاين فيها ملك الموت. والساعة التي يقوم فيها من قبره، والساعة التي يقف فيها بين يدي الله تبارك وتعالى، فاما إلى الجنة وإما إلى النار ثم قال: إن نجوت يا ابن آدم عند الموت فأنت أنت وإلا هلكت، وإن نجوت يا ابن آدم حين توضع في قبرك فأنت أنت، وإلا هلكت، وإن نجوت حين يحمل الناس على الصراط فأنت أنت وإلا هلكت، وإن نجوت حين يقوم الناس لرب العالمين فأنت أنت وإلا هلكت ثم تلا ومن ورائهم برزخ إلى يوم يبعثون قال: هو القبر وإن لهم فيه لمعيشة ضنكا، والله إن القبر لروضة من رياض الجنة أو حفرة من حفر النار

Zuhri Huseyn ibn Əlidən (ə) belə nəql edir: “Adəm övladı üçün ən çətin vaxt üç vaxtdır: ölüm mələyinə şahid olacağı (yəni onu görəcəyi), qəbrindən qalxacağı və Rəbbinin hüzurunda dayanacağı vaxt. Bu zaman ya Cənnətə, ya da Cəhənnəmə tərəf yönələcəksən. Ey Adəm övladı! Əgər ölüm anında nicat taparsansa, sən, sən olacaqsan, əks halda isə həlak olacaqsan. Ey Adəm övladı! Əgər qəbirə qoyulduğun zaman nicat taparsansa, sən, sən olacaqsan, əks halda həlak olacaqsan. Əgər insanların körpü üzərinə aparılacağı zaman nicat taparsansa, sən, sən olacaqsan, əks halda həlak olacaqsan. Əgər insanlar öz Rəblərinin hüzurunda dayanacaqları zaman nicat taparsansa, sən, sən olacaqsan, əks halda həlak olacaqsan”. Sonra İmam (ə) bu ayəni tilavət etdi: “Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) var”. (Muminun surəsi, 100) O da qəbirdir. Onlar üçün orada sıxıntılı həyat olacaq. Allaha and olsun ki, qəbir Cənnət bağlarından və ya Cəhənnəm quyularından biridir”.

Şeyx Səduq, “əl-Xisal”, səhifə 279 və 280, hədis 109.

Qurani-Kərimin ayələrindən və hədisdən belə nəticəyə gəlmək olur ki, insan öldükdən sonra ruhu Qiyamət gününə qədər Bərzəx aləmində olacaqdır və başqasının bədənində dünyaya qayıtması mümkün deyil!

فقال المأمون: يا أبا فما تقول في الرجعة فقال الرضا عليه السلام: إنها لحق قد كانت في الأمم السالفة ونطق به القرآن وقد قال رسول الله (ص) يكون في هذه الأمة كل ما كان في الأمم السالفة حذو النعل بالنعل والقذة بالقذة قال عليه السلام: إذا خرج المهدي من ولدي نزل عيسى بن مريم عليه السلام فصلى خلفه وقال عليه السلام: إن الاسلام بدأ غريبا وسيعود غريبا فطوبى للغرباء قيل: يا رسول الله ثم يكون ماذا؟ قال ثم يرجع الحق إلى أهله فقال المأمون يا أبا الحسن فما تقول في القائلين بالتناسخ؟ فقال الرضا عليه السلام: من قال بالتناسخ فهو كافر بالله العظيم مكذب بالجنة والنار قال المأمون: ما تقول في المسوخ؟ قال الرضا عليه السلام: أولئك قوم غضب الله عليهم فمسخهم فعاشوا ثلاثة أيام

Məmun (l.ə) İmam Rzaya (ə) dedi: “Ey Əbul-Həsən! Yaxşı, “rəcət” barədə nə deyirsən?” İmam Rza (ə) buyurdu: “Rəcət haqdır və əvvəlki ümmətlərdə də olub. Quranda bu barədə ayələr vardır və Peyğəmbər (s) rəcət haqqında belə buyurmuşdur: “Keçmiş ümmətlərdə olanların hamısı, bu ümmətdə də eynilə baş verəcək. Mənim övladlarımdan Mehdi (ə.f) zühur etdiyi zaman İsa ibn Məryəm (ə) də göydən enəcək və Mehdinin (ə.f) arxasında namaz qılacaq. İslam qərib başladı və yaxın zamanlarda yenidən qərib olacaq. Səadət və müjdələr olsun qəriblərə”. “Ey Allahın Rəsulu, bundan sonra nə olacaq?”, deyə soruşulduqda Peyğəmbər (s) buyurdu: “Haqq yenidən öz sahibinə qaytarılacaq”. Məmun (l.ə) dedi: “Ey Əbul-Həsən! Tənasüxə inananlar haqqında nə deyirsən?” İmam (ə) buyurdu: “Tənasüxə inananlar kafir olmuş və Cənnətlə Cəhənnəmi inkar etmiş olarlar”. Məmun (l.ə) dedi: “Məsx olanlar haqqında nə deyirsən?” İmam (ə) buyurdu: “Onlar Allahın qəzəbinə uğramış və məsx edilmiş bir qövm idi. Dünyada üç gün yaşamış, sonra da ölmüşlər. Onlardan yeni nəsillər törəmədi. Dünyadakı meymun, donuz və s. heyvanlara məsx edilmişlərin adları verildi. Onlar eynilə əti halal və istifadəsi caiz olmayan şeylər kimidir”.

Şeyx Səduq, “Uyunu Əxbar-Rza (ə)”, cild 2, bab 46, səhifə 371 və 372, hədis 1.

عن الحسين بن خالد الصيرفي قال: قال أبو الحسن الرضا عليه السلام: من قال بالتناسخ فهو كافر ثم قال عليه السلام لعن الله الغلاة إلا كانوا يهودا إلا كانوا مجوسا إلا كانوا نصارى إلا كانوا قدرية إلا كانوا مرجئة إلا كانوا حرورية ثم قال عليه السلام: لا تقاعدوهم ولا تصادقوهم وأبرؤوا منهم برئ الله منهم.

Huseyn ibn Xalid Seyrəfi nəql edir ki, İmam Rza (ə) belə buyurub: “Tənasüxə inanan kafirdir. Uca Allah ğulata lənət etsin və onları rəhmətindən uzaqlaşdırsın! Kaş ki, yəhudi, ya atəşpərəst, ya xristian, ya qədəriyyə ya murciə ya da hüruriyyə olsaydılar! Onlarla oturub-durmayın, dostluq etməyin, onlardan uzaqlaşın, çünki Allah-Təala onlardan uzaqdır”.

Şeyx Səduq, “Uyunu Əxbar-Rza (ə)”, cild 2, bab 46, səhifə 373, hədis 2.

قال: فأخبرني عمن قال: بتناسخ الأرواح، من أي شئ قالوا ذلك، وبأي حجة قاموا على مذاهبهم. قال: إن أصحاب التناسخ قد خلفوا ورائهم منهاج الدين، وزينوا لأنفسهم الضلالات، وأمرجوا أنفسهم في الشهوات وزعموا أن السماء خاوية ما فيها شئ مما يوصف، وأن مدبر هذا العالم في صورة المخلوقين، بحجة من روى أن الله عز وجل خلق آدم على صورته، وأنه لا جنة ولا نار، ولا بعث ولا نشور، والقيامة عندهم خروج الروح من قالبه وولوجه في قالب آخر، فإن كان محسنا في القالب الأول أعيد في قالب أفضل منه حسنا في أعلى درجة من الدنيا، وإن كان مسيئا أو غير عارف صار في بعض الدواب المتعبة في الدنيا، أو هوام مشوهة الخلقة وليس عليهم صوم ولا صلاة، ولا شئ من العبادة أكثر من معرفة من تجب عليهم معرفته، وكل شئ من شهوات الدنيا مباح لهم، من: فروج النساء، وغير ذلك، من الأخوات، والبنات، والخالات، وذوات البعولة، وكذلك الميتة، والخمر، والدم، فاستقبح مقالتهم كل الفرق، ولعنهم كل الأمم، فلما سئلوا الحجة زاغوا وحادوا، فكذب مقالتهم التوراة، ولعنهم الفرقان، وزعموا مع ذلك أن إلههم ينتقل من قالب إلى قالب، وأن الأرواح الأزلية هي التي كانت في آدم، ثم هلم جرا تجري إلى يومنا هذا في واحد بعد آخر، فإذا كان الخالق في صورة المخلوق فبما يستدل على أن أحدهما خالق صاحبه؟! وقالوا: أن الملائكة من ولد آدم كل من صار في أعلى درجة من دينهم خرج من منزلة الامتحان والتصفية فهو ملك فطورا تخالهم نصارى في أشياء، وطورا دهرية يقولون: أن الأشياء على غير الحقيقة، فقد كان يجب عليهم أن لا يأكلوا شيئا من اللحمان، لأن الذرات عندهم كلها من ولد آدم حولوا من صورهم، فلا يجوز أكل لحوم القربات

Zındıq dedi: “Mənə ruhların tənasüxünə inananların barəsində xəbər ver. Onlar bunu nəyə əsasən deyirlər? Öz əqidələrində hansı dəlilə əsaslanırlar?” İmam Sadiq (ə) buyurdu: “Tənasüxə inananlar özlərindən sonra bir din üslubu qoyublar. Onlar özlərini zəlalətlər və azğınlıqlarla bəzəmiş, özlərini şəhvətlərin oylağına çevirmişlər. Belə iddia edirlər ki, göy bomboşdur və orada vəsf olunacaq bir şey yoxdur. “Allah Adəmi Öz surətində yaratdı” hədisini dəlil gətirərək bu aləmin yaradıcısının məxluqların surətində olduğunu deyirlər; Cənnət və Cəhənnəm, yenidən dirilmə və məhşər ayağına çəkilmə yoxdur. Onlara görə, Qiyamət ruhun bir qəlibdən (bədəndən) çıxıb, başqa bədənə keçməyidir. Əgər birinci qəlibdə yaxşı insan olubsa, ikinci qəlibdə daha yaxşı və dünyanın ən yüksək dərəcəsində olacaq. Əgər pis və ya yaxşılıqda tanınmayan biri olubsa, dünyadakı növbəti həyatında bəzi aciz heyvanlar və ya çirkin görkəmli həşaratların surətində olacaq. Onlar üçün bilinməyi gərəkənlərdən başqa, nə namaz, nə oruc, nə də hər hansı bir ibadət var. Onlar üçün dünyanın bütün şəhvətləri, qadınların övrətləri, bacılar, qızlar, xalalar və ərli qadınlarla yaxınlıq mübahdır (icazəlidir). Həmçinin leş, içki və qan da onlar üçün pakdır. Bütün firqələr onların əqidələrini çirkin hesab edir, bütün ümmətlər onları lənətləyirlər. Onlardan dəlil soruşulduqda yayınarlar. Tövrat onların əqidələrini təkzib edir, Furqan isə onları lənətləyir. Bununla yanaşı, iddia edirlər ki, onların ilahları da bir qəlibdən digərinə keçirlər. Əzəli ruhlar məhz Adəmdə (ə) olanlardır. Beləcə, bir-birlərinin ardınca gələrək bu günümüzə çatmışlar. Əgər Xaliq məxluq surətində olarsa, onlardan birinin digərinin xaliqi olmağını necə sübut etmək olar? Onlar mələklərin Adəmin övladları olduğunu deyirlər. Kim dininin ən uca zirvəsinə çatarsa, imtahan və sınaq məqamından çıxarsa, o, mələkdir. Bir müddət xristianlar, bir müddət də varlıqların həqiqi olmadığını söyləyən dəhrilər bəzi məsələlərdə onlara qarşı çıxmışlar. Onlara vacibdir ki, ət məhsullarından bir şey yeməsinlər, çünki onların nəzərində bütün heyvanlar Adəm (ə) övladlarıdır; insan surətlərindən heyvan surətinə keçmişlər. Buna əsasən də, qohumların ətlərini yemək icazəli deyil”.

Əllamə Təbərsi, “əl-İhticac”, cild 2, səhifə 78 və 79.

 

TƏNASÜX VƏ RƏCƏT EYNİDİRMİ?

Gördüyünüz kimi, məsum İmamlar (ə) tənasüxün batil inanc olduğunu buyurublar. Saxtakar yəmaniçilər isə belə deyirlər: “Rəcət elə tənasüxdür və aralarında fərq yoxdur. Çünki, hər ikisi öldükdən sonra dünyaya qayıdışdır”.

CAVAB:

Bizim əqidəyə görə rəcət haqq, tənasüx isə batildir. Çünki, bunlar fərqli-fərqli şeylərdir.

“Tənasüx” (yəni Reinkarnasiya) — insan öldükdən sonra, guya ruhunun başqa bədənlərdə dəfələrlə dünyaya qayıtmasıdır. Bu da bütün insanlar üçündür.

“Rəcət” isə öldükdən sonra insanın öz bədəni ilə öz qəbrindən qalxaraq dünyaya qayıtmasıdır və rəcət, bütün insanlar üçün deyil, xüsusi şəxslər üçündür.

Rəcətin necəliyinə gəldikdə isə, Məsumlar (ə) qəbirlərindən qalxaraq dünyaya qayıdacaqlar. ????

عن حريز، عن أبي عبد الله عليه السلام، قال: قلت له: جعلت فداك ما أقل بقاؤكم أهل البيت وأقرب آجالكم بعضها من بعض مع حاجة هذا الخلق إليكم، فقال: ن لكل واحد منا صحيفة فيها ما يحتاج إليه ان يعمل به في مدته، فإذا انقضى ما فيها مما امر به عرف ان أجله قد حضر، وأتاه النبي صلى الله عليه وآله ينعى إليه نفسه وأخبره بما له عند الله، وان الحسين عليه السلام قرأ صحيفته التي اعطيها وفسر له ما يأتي وما يبقى، وبقي منها أشياء لم تنقض، فخرج إلى القتال. فكانت تلك الأمور التي بقيت ان الملائكة سألت الله في نصرته، فاذن لهم، فمكثت تستعد للقتال وتأهبت لذلك حتى قتل، فنزلت الملائكة وقد انقطعت مدته وقتل عليه السلام فقالت الملائكة: يا رب أذنت لنا بالانحدار وأذنت لنا في نصرته فانحدرنا وقد قبضته، فأوحى الله تبارك وتعالى إليهم ان الزموا قبته حتى ترونه وقد خرج فانصروه، وابكوا عليه وعلى ما فاتكم من نصرته، وانكم خصصتم بنصرته والبكاء عليه، فبكت الملائكة حزنا وجزعا على ما فاتهم من نصرة الحسين عليه السلام، فإذا خرج عليه السلام يكونون أنصاره 

Həriz İmam Sadiqə (ə) dedi: “Sənə fəda olum, məxluqların sizə olan ehtiyacını nəzərə alsaq siz Əhli-Beytin ömürləri nə az, əcəlləriniz nə yaxındır!” İmam (ə) buyurdu: “Bizim hər birimizdə bir vərəq var ki, yaşadığımız müddətdə onları icra etməliyik. Orada əmr olunanları yerinə yetirdiyimizdə əcəlimizin gəldiyi bilinir. Peyğəmbər (s) onun yanına gəlir və Allah yanında onun üçün hazırlananları xəbər verir. İmam Huseyn (ə) də ona verilən səhifəni oxumuş, edəcəkləri və qalacaqlar onun üçün izah edilmişdi. Oradakılardan bəzisi yerinə yetirilməmiş o, döyüşə çıxmışdı. Qalan bu işlərə görə mələklər Allahdan ona yardım etmələrinə izn verməsini istədilər. Onlara izn verildi. Onlar aşağı düşdükdə artıq İmam Huseynin (ə) şəhid olduğunu gördülər. Mələklər dedilər: “Ya Rəbb, bizə ona yardım üçün enməyə izn verdin. Lakin biz endikdə o artıq şəhid edilmişdi”. Uca Allah onlara belə vəhy etdi: O, qəbrindən çıxanadək orada gözləyin, çıxdıqda ona yardım edin. Onun üçün və yardımına yetişə bilmədiyinizə görə ağlayın. Sizin vəzifəniz ona yardım etmək və onun üçün ağlamaqdır”. Mələklər İmam Huseynə (ə) yardım edə bilmədiklərinə görə kədər və qəm içində orada qaldılar. İmam Huseyn (ə) rəcət etdikdə onun yardımçıları olacaqlar”.

İbn Qavləveyh Qumi, “Kamiluz-Ziyarat”, bab 27, səhifə 178 və 179, hədis 20.

أبا عبد الله عليه السلام يقول: أول من تنشق الأرض عنه ويرجع إلى الدنيا، الحسين بن علي عليه السلام وإن الرجعة ليست بعامة، وهي خاصة لا يرجع إلا من محض الايمان محضا أو محض الشرك محضا

İmam Sadiq (ə) buyurur: “İlk yeri yarıb çıxan və dünyaya rəcət edən (qayıdan) Huseyn bin Əlidir (ə). Həqiqətən rəcət ümumi (insanlar üçün) deyil, xüsusidir. Yalnız imanda xalis olan, yaxud da bütövlükdə şirkdə olan rəcət edəcəkdir”.

Əllamə Məclisi, “Bihərul-Ənvar”, cild 53, səhifə 39, hədis 1.

Həmçinin digər insanlar da qəbrdən qalxaraq rəcət edəcəklər. Bədən parçaları birləşib, dünyaya qayıdacaqdır. ????

روى عبد الكريم الخثعمي قال: قلت لأبي عبد الله عليه السلام: كم يملك القائم عليه السلام؟ قال: سبع سنين، تطول له الأيام والليالي حتى تكون السنة من سنيه مقدار عشر سنين من سنيكم، فيكون سنو ملكه سبعين سنة من سنيكم هذه، وإذا آن قيامه مطر الناس جمادى الآخرة وعشرة أيام من رجب مطرا لم ير الخلائق مثله، فينبت الله به لحوم المؤمنين وأبدانهم في قبورهم، فكأني أنظر إليهم مقبلين من قبل جهينة ينفضون شعورهم من التراب

Əbdul-Kərim əl-Xəsəmi rəvayət edib dedi: Əba Əbdillah Sadiqə (ə) dedim: “Qaim (ə) nə qədər hakimiyyət edəcək?” Buyurdu: “Yeddi il. Lakin günlər və gecələr onun üçün uzanacaq. Onun illərinin biri ili sizin on ilinzə bərabər olacaq. Beləcə onun hakimiyyət illəri sizin illərinizlə yetmiş il olacaq. Onun qiyam etmə vaxtı yaxınlaşdıqda Cümadəl-axirə ayı və Rəcəb ayının on günündə elə bir yağış yağacaq ki, məxluqat hələ belə yağış görməyib. Allah bu yağışla qəbirlərdəki möminlərin ətlərini və bədənlərini bərpa edəcək. Sanki mən onların başlarındakı torpağı çırpa-çırpa Cuheynə tərəfdən gəldiklərini görürəm”.

Şeyx Mufid, “əl-İrşad”, cild 2, səhifə 381.

روي عن الصادق عليه‌السلام أنه قال : من دعا إلى الله تعالى أربعين صباحا بهذا العهد كان من أنصار قائمنا ، فإن مات قبله أخرجه الله تعالى من قبره وأعطاه بكل كلمة ألف حسنة ومحا عنه ألف سيئة،

İmam Sadiq (ə) buyurub: “Hər kəs bu əhd duası ilə qırx səhər Allah-Təalaya dua edərsə, Qaimimizin (ə) köməkçilərindən olar və əgər ondan əvvəl vəfat edərsə, Allah-Təala onu qəbrindən çıxarar və hər sözü ilə ona min yaxşılıq bəxş edər və ondan min pis əməlləri silər...”

Şeyx Abbas Qumi, “Məfatihul-Cinan”, cild 1, səhifə 543

الفضل، عن محمد بن علي، عن جعفر بن بشير، عن خالد بن بي عمارة، عن المفضل بن عمر قال: ذكرنا القائم عليه السلام ومن مات من أصحابنا ينتظره، فقال لنا أبو عبد الله عليه السلام: إذا قام أتى المؤمن في قبره فيقال له: يا هذا! إنه قد ظهر صاحبك، فإن تشأ أن تلحق به فالحق، وإن تشأ أن تقيم في كرامة ربك فأقم

Mufəzzəl ibn Ömər deyib: “Qaim (ə.f) barədə söhbət edirdik və deyirdik ki, onun intizarını çəkən (nə qədər) yoldaşlarımız ölmüşdür. İmam Sadiq (ə) bizə dedi: “Qiyam etdikdə, möminin qəbri başına gələr və ona deyər: “Ey mömin, sənin dostun və sahibin zühur edib. Əgər ona qoşulmaq istəyirsənsə, qoşul. Əgər Rəbbinin kəramətində (neməti içərisində) qalmaq istəyirsənsə, qal”.

Şeyx Tusi, "əl-Ğeybət", səhifə 459, hədis 470.

Təqdim etdiyimiz bütün bu dəlillərin qarşısında çarəsiz qalan saxtakar yəmaniçilər deyirlər: “Qəbr sizin başa düşdüyünüz kimi torpaq deyil, ana bətnidir”. Və bu gülünc iddialarına "dəlil" olaraq bu "hədisi" istifadə edirlər.????

 

 

 

CAVAB:

1. Bu kitab Şiə dünyasında tanınmır və böyük ehtimalla azğın batini (İsmaili, Nuseyri və sair) firqələrinin uydurma kitablarındandır. 

2. Hədisin ərəbcəsi yoxdur. Mətni sərih (açıq, aydın) deyil, qarışıq və mütəşabihdir (mənası aydın olmayan, bir neçə mənaya yozulandır). Mütəşabih olan hədisin üzərində əqidə qurulmaz. Dediyinizi isbatlamaq üçün 12 imam şiələrinin mötəbər kitablarından möhkəm (mütəşabih olmayan), təvatür həddində olan hədislər gətirməlisiniz.

3. Lap fərz etsək ki, bu hədis kitablarımızda mövcuddur və onların iddia etdiyi mənadadır, əqidəmizin məşhuruna zidd olduğu üçün hədisi kənara qoyacağıq.

4. İstifadə etdikləri bu hədis, onların iddia etdiyi şeyi təsdiqləmir. Çünki, hədisdə təkcə "Bətn" sözü keçir. Bunlar isə özlərindən məna çıxararaq "ana rəhmi" sözünü mötərizə içində yazıblar. "Bətn" sözü İmam Sadiqdən (ə) nəql edilən hədislərin birində belə açıqlanır. ????

قال: فأين الروح؟ قال: في بطن الأرض حيث مصرع البدن إلى وقت البعث

Zındıq soruşdu: “Ruh haradadır?” İmam Sadiq (ə) buyurdu: “Yerin bətnində – Qiyamət gününədək bədən dəfn olunduğu yerdə olacaq”.

Əllamə Təbərsi, “əl-İhticac”, cild 2, səhifə 85.

Hədisdən də açıq-aydın görüldüyü kimi, dinsiz şəxsin "ruh haradadır?" sualına İmam Sadiq (ə) "yerin bətnində" — deyə cavab verir. "Bətn" (بطن) sözü luğətdə həm "ana rəhmi", həm də "hər hansısa bir şeyin içi" kimi tərcümə olunur. İmam (ə) da buyurur: "yerin bətnində". Yəni, yerin içində, qəbirdə... 

 

NƏTİCƏ:

Beləliklə Qurani-Kərim və hədislərdən aldığımız nəticə budur ki, "tənasüx" inancı ilə "rəcət" inancı eyni deyil. Çünki, "rəcət" öldükdən sonra insanın öz bədəni ilə qəbrindən qalxaraq dünyaya qayıtmasıdır. Bu da, İmam Mehdi (ə.f) zühur etdikdən sonra baş verəcək. Bunun dəlillərini yuxarıda təqdim etdik. "Tənasüx" isə öldükdən sonra insanın ruhunun başqa bədənlərdə dünyaya dəfələrlə qayıtmasıdır və bu inancın kökü hinduizm, buddizm dinlərinə dayanır. Məsum İmanlarımız (ə) da tənasüx inancının batil olmasını buyurublar.

Vəlhəmdu lilləhi Rabbil aləmin!

 

 

(c) t.me/imamrza_xadimi

 

Рейтинг

В этом разделе