»»

Seyyid Nemətullah əl-Cəzairi r.ə. Quran’ın təhrif edildiyi əqidəsində idimi ?

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Bilindiyi kimi bir çox əhli-xilaf bloq və saytlarında Şiələrin Quran’ın təhrifinə inandıqları iddia edilməkdə və bu mövzuda “dəlillər” gətirilməkdədir. Bu sözdə dəlillərdən ən məşhuru, ən çox istifadə ediləni Seyyid Nemətullah əl-Cəzairi r.ə.’in “Ənvarun Nömaniyyə” və “Nurul Bəhreyn” adlı kitablarıdır. Çnki Seyyid Nemətullah əl-Cəzairi r.ə. bu kitablarında həm özü Quran’ın təhrif olduğunu bildirməkdə və həm də bu mövzudakı xəbərlərin mütəvatir olduğunu söyləməkdədir. Lakin burada nasibilərin gizlətdikləri bu həqiqət vardır ki, Seyyid Nemətullah əl-Cəzairi r.ə. daha sonar təhrif fikrindən dönmüş və Quran’ın təhrifdən uzaq olduğunu bildirmişdir. Seyyid Nemətullah əl-Cəzairi r.ə.’in Quran’ın təhrifi fikrindən döndüyünün sənədini Şeyx Həsən əl-Həcmi h.ə.’ın yazısının əsli bu linkdədir: http://www.alkafi.net/vb/showthread.php?t=2712

 

cezairi-rucu-tahrif cezairi-rucu-tahrif1 cezairi-rucu-tahrif2

Rəsmdə gördüyünüz Seyyid Nemətullah əl-Cəzairi r.ə.’in “Uqudul Mərcan fi Təfsirul Quran” adlı kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var:

[إنا نحن نزلنا الذكر وإنا له لحافظون] (إنا نحن … الآية) رد لإنكارهم واستهزائهم في قوله: [يا أيها الذي نزل عليه الذكر … الآية] (لحافظون) من الشياطين والزيادة والنقصان بخلاف الكتب المتقدمة فإنه لم يتول حفظها وإنما استحفظها الربانيين والأحبار فاختلفوا فيما بينهم بغيا فكان التحريف، ولم يكل القرآن إلى غير حفظه.
(الذكر) أي القرآن (لحافظون) من الزيادة والنقصان والتغيير والتحريف، وقيل: معناه: وإنا نتكفل بحفظه إلى آخر الدهر على ما هو عليه فتنقله الأمة وتحفظه عصرا بعد عصر إلى يوم القيامة لأنه حجة على الكل، وقيل: يحفظه من كيد المشركين ولا يمكنهم إبطاله ولا يندرس ولا ينسى، وقال الفراء: يجوز أن يكون الهاء في له كناية عن الرسول صلى الله عليه وآله فكأنه قال: إنا نزلنا القرآن وإنا لمحمد لحافظون

[Zikri biz nazil etdik və onun qoruyucuları da bizik] ayəsi “Ey özünə Quran endirilən! Sən mütləq bir məcnunsun” buyruğunda keçən müşriklərin inkar edişlərini və alaylarını rədd etməkdədir. “Qoruyacağıq” buyruğu şeytanlardan, öncəki kitablarda gerçəkləşən əksiltmə və çoxalma növü kimi şeylərdən qoruyacağlq mənasındadır. Çünki o keçmiş kitabların mühafizəsi işini Allah Təala deyil rəbbani və müdriklər yüklənmişlərdi. Onlar da qısqançlıq və çəkəməməzliklərindən ötəri ixtilafa düşdülər və beləliklə təhrif gerçəkləşdi. Allah Təala Quran’ın mühafizəsinə başqasının öhdəliyinə buraxmadı. “Zikr” sözcüyü Quran mənasındadır. “Qoruyacağıq” əksiklik, artıqlıq, dəyişiklik və təhrifdən. Ayənin bu mənaya gəldiyi də söylənmişdir: “Zamanın sön dövrünə qədər O’nun bu an olduğu hal üzrə qorunmasını biz üstlənəcəyik. Ümmət O’nu Qiyamət gününə qədər əsr bə əsr nəql edəcək və qoruyacaq. Çünki Quran bütün hər kəsə qarşı bir sübutdur.” Deyilmişdir ki: “Allah Təala Quran’ı Şeytan’ın tələlərindən qoruyacaq, Onlara Quran’ı ləğvetmə seçimi verməyəcək. Nə boyatlayacaq nə də unutulacaqdır.”

Seyyid Nemətullah əl-Cəzairi r.ə., “Uqudul Mərcan fi Təfsiril Quran”, 2/624-625, Hicr surəsinin təfsiri

Seyyid Nemətullah əl-Cəzairi r.ə. təhrif fikrini mənimsədiyi “Ənvarun Nömaniyyə” kitabını hicri 1089-cu ilidə (bax: Şeyx Tehrani, “əz-Zaria”, 2/446), təhrif haqqındakı xəbərlərin mütəvatir olduğunu söylədiyi “Nurul Bəhreyn” kitabını hicri 1099-cu ildə (bax: Şeyx Tehrani, “əz-Zaria”, 24/363), Quran’ın təhrifdən uzaq olduğunu söylədiyi “Uqudul Mərcan fi Təfsirul Quran” kitabını isə hicri 1102-ci ildə (bax: Şeyx Tehrani, “əz-Zaria”, 15/305) yazmışdır. Yəni, son yazdığı kitab “ Uqudul Mərcan fi Təfsirul Quran” kitabıdır ki, bu da onun təhrif fikrindən döndüyünün açıq sübutudur.


Vəlhəmdülillahi Rabbil aləmin.

 

saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе