BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ
Əhli-xilafın bu mövzuda ortaya atdıqları şübhə “Fiqh ər-Rza ə.s.” adlı kitabdandır, nasibilərin dəlil olaraq təqdim etdikləri mətn belədir:
وأن (المعوذتين) من الرقية، ليستا من القرآن دخلوها في القرآن و قيل: أن جبرئيل عليه السلام علمها رسول الله صلى الله عليه وآله
… və muavvizəteyn Qurandan deyil rukyədir və bunun Rəsulullah (s)-ə Cəbrail (ə.s.) tərəfindən öyrədildiyi söylənmişdir.
Şübhənin cavabı: Göründüyü kimi Fələq və Nas surələrinin Qurandan surələr deyil də dua olduğu məsələsi “Fiqh ər-Rza ə.s.” kitabına əsaslanmaqdadır. “Fiqh ər-Rza ə.s.” kitabı isə üzərində ixtilaf olan bir kitabdır. Kitabı kimin yazmış olduğu məchuldur.
Kitab ilk dəfə Şeyxul-İslam I Məclisi (r.ə.) dövründə, Qum şəhərində tapılmışdır. Onun kimə aid olduğunu göstərəcək bir tək dəlil yoxdur. Onun I Məclisi dövrünə qədər anılmamış olması, mütəqaddim alimlərimizin nu tanımaması, ondan söz etməməsi, kitabın müəllifinə aid heç bir sənədin olmaması kimi bir çox dəlil onun kimə aid olması məsələsini məchu vəziyyətə salmaqdadır. Şeyx Hürr əl-Amuli, Seyyid Xoyi və Seyyid Muhyiddin əl-Musəvi kimi alimlərimiz bu kitabın müəllifinin məchul olduğunu söyləmişdirlər.
Digər tərəfdən Muavvizəteynin Qurandan surələr olduğu mövzusu imamlarımız (ə.s.)-dan nəqlən sabit bir məsələdir ki, inşəAllah indi bu mövzudaki hədislərdən bir neçəsini paylaşacağıq.
Şəkildə gördüyünüz Şiə və Sünnilərin güvənilirliyi mövzusunda ittfaq etdikləri Siqatul-İslam (İslamın güvənci) Şeyx Kuleyni (r.ə.)-nin “əl-Kafi” kitabıdır, işarlədiyimiz yerdə bu ifadələr var:
علي بن إبراهيم، عن أبيه، عن ابن أبي عمير، عن علي بن يقطين قال: سمعت أبا الحسن (عليه السلام) يقول: لا تنزل في القبر وعليك العمامة والقلنسوة ولا الحذاء ولا الطيلسان وحل إزرارك وبذلك سنة رسول الله (صلى الله عليه وآله) جرت وليتعوذ بالله من الشيطان الرجيم وليقرأ فاتحة الكتاب والمعوذتين وقل هو الله أحد وآية الكرسي وإن قدر أن يحسر عن خده ويلصقه بالارض فليفعل وليشهد وليذكر ما يعلم حتى ينتهي إلى صاحبه
Əli b. İbrahim mənə atasından, o ibni Əbu Umeyrdən, o da Əli b. Yəqtindən rəvayət etdi, dedi ki: “bu Həsən (imam Əli ər-Rza ə.s.)-ın belə dediyini eşitdim: “Üzərində imamə, külah olduğu halda məzara en, şal və ayaqqabıyla deyil və izarını həll et. Rəsulullah (s.)-in sünnəti bu şəkildə cərəyan etmişdir. Qovulmuş Şeytandan Allahu Təalaya sığın, Fatihəni və Muavvizəteyn və İxlas surələrini, Ayətul-Kürsini oxu. Alnını açıb da yerə yapşdırma vəziyyəti gerçəkləşərsə bu edilsin, şəhadət gətirilsin. Sahibində sonlandığı bilinincəyə qədər anılsın.”
Kuleyni (r.ə.), “əl-Kafi”, 3/109, Cənazələr kitabı, 62-ci bab, hədis 2 (4543)
محمد بن يحيى، عن محمد بن الحسين، عن ابن أبي نجران، عن صفوان الجمال قال : صلى بنا أبو عبد الله (عليه السلام) المغرب فقرأ بالمعوذتين في الركعتين
Məhəmməd b. Yəhya mənə Məhəmməd b. Hüseyndən, o İbni Əbu Nəcrandan, o Səfvan əl-Cəmmaldan rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.) ilə Məğrib namazını qıldım, ilk 2 rükətdə muavvizəteyni oxudu.
محمد بن يحيى، عن أحمد بن محمد، عن علي بن الحكم، عن سيف بن عميرة، عن داود بن فرقد، عن صابر مولى بسام قال: أمنا أبو عبدالله (عليه السلام) في صلاة المغرب فقرأ المعوذتين ثم قال: هما من القرآن
Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməddən, o Əli b. Həkəmdən, o Seyf b. Umeyrədən, o Davud b. Fərkaddan, o da Basimin köləsi Sabirdən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.) axşam namazında bizə imamlıq etdi. Muavvizəteyn surələrini oxudu, namaz bitdikdən sonra dedi ki: “Bu iki surə Qurandandır.”
Kuleyni (r.ə.), “əl-Kafi”, 3/176-178, Namaz kitabı, 21-ci bab, hədis 8 (5006) və 26 (5025)
Burada təqdim etdiyimiz hədislərin raviləri güvənilən və isnadları müttəsildir. Belə ki, Şeyxul-İslam II Məclisi də “əl-Kafi” şərhində hədislərin mötəbər olduğunu söyləmişdir: II Məclisi r.ə., “Miratul Uqul”, 14/85 və 15/108
Əhli-Beyt imamlarından (ə.s.) bu mövzuda daha bir çox səhih hədis rəvayət edilmişdir. Belə ki, Əllamə Seyyid Təbatəbai (r.ə.) bu mövzuda deyir ki:
Şəkildə gördüyünüz Əllamə Seyyid Təbatəbai (r.ə.)-in “əl-Mizan” təfsiridir. İşarələdiyimiz yerdə bu ifadələr var:
وتواترت النصوص من ائمه اهل البيت عليهم السلام على انهما سورتان من القران
Onların (Fələq və Nas surələrinin) Qurandan olması mövzusu Əhli Beyt imamlarından (ə.s.) təvatürən sabitdir.
Əllamə Seyyid Təbatəbai r.ə., “əl-Mizan fi Təfsiril-Quran”, 12/124
Vəlhəmdülillahi Rabbil aləmin
(c) saqaleyn.wordpress.com