Sual: Nә üçün Quranda bәzi ayәlәr, elәcә dә, müәyyәn әhvаlаtlаr tәkrarlanır?
Cavab: Nәzәrә almaq lazımdır ki, Qurani-mәcid iyirmi üç il әrzindә nazil olmuşdur. Bu iyirmi üç il müxtәlif hadisәlәrlә müşayiәt olunmuşdur. Quran dünyәvi qanun kitabı vә ya klassik bir әsәr deyil ki, onda mövzular ayrıca qruplaşdırılmış olsun. Quran tәbliğ, hidayәt kitabıdır vә onun mәqsәdi insanlara xoşbәxt hәyat yolunu göstәrmәkdir. Quran elә bir cәmiyyәtin qurulması üçün çalışır ki, bu cәmiyyәtdә insanlar maddi vә mәnәvi kamala çata bilsinlәr. Ona görә dә Quranda bütün mövzulara toxunulmuşdur. Quran tәdricәn, müxtәlif hadisәlәrlә әlaqәdar nazil olmuş, dövrün suallarına cavab vermişdir.
Quranda iki növ tәkrarla qarşılaşırıq: 1. Bir qism tarixlәrin tәkrarı; 2. Xüsusi bir hәqiqәti bәyan edәn ayәlәrin tәkrarı.
Keçmişdә baş vermiş әhvalatların Quranda tәkrarlanmasının mәqsәdi insanların diqqәtini keçmiş cәmiyyәtlәrdә hökm sürәn qanunlara yönәltmәkdir. Quran insanları hәmin qanunlarla tanış etmәk istәyir. Cәmiyyәtlәrin hansı sәbәblәrdәn inkişaf etdiyi vә hansı sәbәblәrdәn süquta uğradığı bәyan olunur. Peyğәmbәrlәrin dәvәtlәrinin qәbul olunmaması nәticәsindә cәmiyyәtlәrin hansı tәhlükәli aqibәtlәrlә rastlaşdığı nәzәrә çatdırılır. Bir sözlә, hәr hansı bir cәmiyyәtin inkişaf vә süqut sәbәblәri araşdırılır. Quran müxtәlif әhvalatları bәyan etmәklә insanları qanunlarla tanış edir vә itaәtsizliyin acı nәticәlәrini yada salır. Әgәr Quran müxtәlif mәqamlarda Bәni-İsrail vә ya Adәmin yaranışı haqqında danışırsa, nә vaxtsa nәzәrdәn qaçırılmış mәsәlәlәri bir daha insanlara xatırlatmaq istәyir. Qurandakı әhvаlаtlаrа diqqәt yetirmәklә bir çox hәqiqәtlәr üzә çıxır.
Ayәlәrin tәkrar olunmasında mәqsәd insanların ruhiyyәsinә tәsir göstәrmәkdir. Mәsәlәn, belә bir mәqsәdlә “Әrrәhman” surәsinin “fәbiәyyi alai rәbbikuma tukәzziban” ayәsi tәkrar olunur. Allah-tәala bir cәmiyyәtin ruhunu, düşüncәsini oyatmaq istәdiyi vaxt psixoloji tәsirlәrә malik mövzuları tәkrarlayır. “Әrrәhman” surәsindә insanın yaranışında, cәmiyyәtin tәşkilindә mühüm rola malik olan nemәtlәr sadalandıqdan sonra insanların düşüncәsini oyatmaq üçün “belә olduqda Rәbbinizin hansı nemәtlәrini yalan saya bilәrsiniz” ayәsi tәkrar olunur. Bu ayә insanlarda haqşünaslıq hissini oyadır, onları nankorluqdan çәkinmәyә çağırır. Bu sayaq tәkrarlar insanların hidayәti cәhәtindәn xüsusi bir tәsirә malikdir. Qurandakı belә tәkrarların fәsahәt vә bәlağәt xarakterli olduğunu düşünmәk düzgün deyil. Bu sayaq tәkrarlar müxtәlif xalqların әdәbiyyatında tәsadüf olunan bir metoddur. Bir çox qәsidәlәrdә şairin әsas mәqsәdini tәşkil edәn cümlә tez-tez tәkrarlanır. Bu sayaq tәkrarlar poetik gözәllik yox, oxucunun diqqәtini әsas mәsәlәyә yönәltmәk mәqsәdi daşıyır.
“Dini suаllаrа cаvаblаr”, Аyәtullаh-üzmа Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni, səh. 249-250